Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə5/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   2   3   4   5   6   7   8   9   ...   54

11
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Sevinc Qafarlı Bakı şəhərində anadan olub.  I sinfə Binəqədi rayonu
244 saylı orta məktəbə gedib. Təhsilini həmin məktəbdə başa vurub.
Məktəb illərində əlaçı olub. Qəbul imtahanında I qrup üzrə ən yüksək
nəticə (695 bal) əldə edərək Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi
ixtisasına dövlət sifarişi əsasında qəbul olub.
Söhbət əsnasında Sevinc bildirdi ki,  IX sinifə kimi o, IV ixtisas
qrupuna hazırlaşırmış. Lakin IX sinfin sonlarında fikrini dəyişərək I
ixtisas qrupuna sənəd vermək qərarına gəlir. I qrupun fənlərini daha çox sevdiyindən
həmin qrup üzrə hazırlaşmaq ona rahat olub. I qrupun IV qrupdan yalnız bir fənn ilə (IV
qrupda – biologiya, I qrupda – xarici dil) fərqləndiyini deyən Sevinc onu da qeyd etdi ki,
ona ingilis dilini öyrənmək daha vacib olduğu üçün I ixtisas qrupuna üstünlük verib. Bu
seçimə ali məktəbi I ixtisas qrupu üzrə bitirdikdən sonra iş tapmaq imkanının asanlığı
mülahizəsi də təsir göstərib.
Sevinc yüksək nəticə göstərəndən sonra məhz Bakı Ali Neft Məktəbinin Kimya
mühəndisliyi ixtisasını seçməsinə də münasibət bildirdi. Qeyd etdi ki, bu ali məktəbin yeni
açılması və burada tədrisin ingilis dilində aparılması diqqətini daha çox cəlb edib: “Tədris
sisteminin ingilis dilində olması, düzü, əvvəlcə məni bir az qorxutdu, amma sonra
gələcəyim üçün ingilis dilini bilməyin çox vacib olduğunu düşündüm. Həm də Bakı Ali
Neft Məktəbini bitirən məzunların iki diplom – Böyük Britaniya Heriot‑Yatt
Universitetinin və Bakı Ali Neft Məktəbinin diplomunu alacağını nəzərə alaraq bu ali
təhsil müəssisəsinə daxil olmağa qərar verdim”.
ƏN ЙЦКСЯК НЯТИЪЯ ЭЮСТЯРMİŞ ЭЯНЪЛЯРЛЯ
МЦСАЩИБЯЛЯР
Bu gün Azərbaycan gəncləri biliklərə çox meyillidirlər. 
Gənclərimiz istəyirlər ki, yaxşı mütəxəssis, yaxşı peşəkar olsunlar… 
Gələcəkdə ölkəmizi gənclərimiz idarə edəcəklər. 
Ölkəmizin necə inkişaf edəcəyi onlardan asılı olacaqdır.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərənlərin təcrübəsi hər zaman
ictimaiyyətin diqqət mərkəzində olan məsələlərdəndir. TQDK bunu nəzərə alaraq əvvəlki
illərdə olduğu kimi cari ildə də hər ixtisas qrupu üzrə imtahanların nəticələrini açıqladıqca
yüksək nəticə qazanan abituriyentlərin, eləcə də maksimal bal toplayanların sayı barədə də
ictimaiyyətə geniş məlumat verib. Bildirilib ki, qəbul imtahanlarında 8 nəfər rekord nəticə
göstərib. Onlardan   I ixtisas qrupunda 1 nəfər 695, II ixtisas qrupunda 1 nəfər 690, III ixtisas
qrupunda 4 nəfər 700, IV ixtisas qrupunda isə 2 nəfər 700 ballıq nəticə göstərib.
Jurnalımız da öz ənənəsinə sadiq qalaraq ən yüksək nəticələr əldə edən həmin
abituriyentləri cəmiyyətə daha yaxından tanıtmaq, onların təcrübələrini öyrənmək və yaymaq
məqsədilə onlar haqqında məqalə və müsahibələr hazırlayıb. Həmin materialları sizə təqdim
edirik.


12
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
“Hər bir abituriyent qarşısına aydın məqsəd qoymalı və nə üçün çalışdığını dərk
etməlidir”
Qəbul imtahanına hazırlıq mərhələsi barədə danışarkən Sevinc maraqlı məsələlərə
toxundu. Bildirdi ki, abituriyent qəbul kampaniyasına qoşularkən, ilk növbədə qarşısına
gərək aydın məqsəd qoysun və nə üçün çalışdığını dərk etsin: “Bunu dərk edərsə, məncə,
hər bir abituriyent dərslərə həvəslə, məsuliyyətlə yanaşar. Düzdür, hazırlıq mərhələsi
əslində çətin bir dövrdür. Lakin bu çətinliyi, məncə, hər bir kəs aşa bilər, yetər ki, qarşısına
aydın, ciddi məqsəd qoysun. Məqsədə çatdıqda, zəhmətin bəhrəsini gördükdə çətinlik
sevinclə əvəzlənir. Çünki zəhmətin bəhrəsi şirin olur”.
Sevinc imtahana hazırlıq dövründə qarşılaşdığı çətinliklərdən də danışdı. Bildirdi ki,
çətin günləri dərsdən çıxıb hazırlıqlara getdiyi vaxtlar olub. “Bu  müddətdə istirahətə vaxt
ayıra bilmirdim. Dincəlməyə çox az vaxt qalırdı. İyun‑iyul aylarında – isti günlərdə isə çox
yorulurdum. Düşünürdüm ki, bircə vaxt tez gəlib çatsın, imtahanı verib rahat olum”.
Dərslər arasında vaxt bölgüsündən danışarkən Sevinc bildirdi ki, vaxt bölgüsü gün
ərzində olan hazırlıq məşğələlərinin sayından asılı idi. Hazırlıqlarla əlaqədar gün ərzində,
demək olar ki, evdə olmurdum. Axşam evə gələndən sonra dərslərimi oxuyur, çox də
gecəyə qalmırdım, saat 11 və ya 12‑yə qədər oxuduqdan sonra yatırdım. İstirahətə az vaxt
qalsa da, qarşıma qoyduğum məqsəd mənə yorğunluğumu unutdururdu.
“Yüksək bal toplamağın sirri”
Yüksək bal toplamasının sirrini soruşduqda Sevinc qeyd etdi ki, əslində burada elə bir
sirr yoxdur. Sadəcə, dərslərini aşağı siniflərdən yaxşı oxuduğundan belə nəticə əldə edə
bilib: “Mən bütün şagirdlərə məsləhət görürəm ki, aşağı  siniflərdən yaxşı oxusunlar ki,
təməlləri möhkəm olsun. Bizim məktəbdə dərslər yaxşı tədris olunduğu üçün mənim
bazam yaxşı olub. Ona görə də hazırlıqlara gedəndə aşağı siniflərdə öyrəndiklərimin mənə
çox köməyi olurdu və bildiklərimi bir növ təkrarlayırdım. Sınaqlara gedəndə də
nəticələrim yüksək olurdu.Bu da oxumağa həvəsimi daha da artırırdı. Oxuduqca bundan
da artığına nail ola biləcəyimə inamım güclənirdi. Məncə, hər şeyin təməlində həvəs
durur. İnsan nəyə həvəslə yanaşarsa, ona nail olar”.
“Əsas məqsədim Prezident təqaüdünə düşmək idi”
Sevinc deyir ki, X sinifdə oxuyanda əsas məqsədim 600‑dən, XI sinifdə isə 670‑dən
yuxarı bal toplayaraq Prezident təqaüdünə düşmək idi. Qəbul imtahanında 700 bal deyil,
695 bal topladığıma heç də təəssüflənmirəm: “Mənim üçün ən yadda qalan bal 685 bal
olub. Çünki sınaqların birində ən yüksək nəticəm 685 bal olmuşdu və bu, mənə çox şirin
gəlirdi. Təbii ki, 700 bal toplasaydım daha çox sevinərdim. Amma 695 bal da yüksək
nəticədir. Bu, mənim gərgin zəhmətimin bəhrəsidir”.
“Təhsilimi xaricdə deyil, Azərbaycanda davam etdirmək fikrindəyəm”
Sevinc Qafarlı söhbət zamanı gələcəkdə təhsilini xaricdə davam etdirmək fikrində
olmadığını  bildirdi. “Artıq Azərbaycanda da yüksək səviyyədə, hətta ingilis dilində ali
təhsil verən universitetlər vardır. Dərsləri yaxşı oxumaqla Azərbaycanda da istənilən
nəticəni əldə etmək və yaxşı mütəxəssis olmaq olar”.


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə