Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   46   47   48   49   50   51   52   53   54

127
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
bölmək, mövzuları öyrənərkən bütün təfərrüatlara diqqət yetirmək vacibdir.
Müzəffərli Rəşadət (IV qrup, 639 bal) – İmtahana hazırlıq prosesində konkret məqsədin
olmalıdır. Vaxtı düzgün bölmək, mütəmadi təkrarlar, lazımi qədər istirahət də vacibdir. 
Nərminə Musayeva (IV qrup, 636 bal) – Qəbula hazırlaşarkən vaxt bölgüsünə xüsusi diqqət
yetirmək lazımdır. Dərsləri çox oxumaqla bərabər, onları təkrarlamağa da vaxt ayırmaq,
məsuliyyət, əzmkarlıq, iradə, prinsipiallıq, özünəinam hissi və psixoloji hazırlıq uğura aparan
ən etibarlı yoldur. Bir məsləhətim də odur ki, abituriyentlər TQDK‑nın nəşr etdiyi dərs
vəsaitlərindən və fənlər üzrə test toplularından istifadə etməyə xüsusi diqqət yetirsinlər.
Aygün Aqilova (IV qrup, 631 bal) – Ali məktəbə qəbulda yüksək uğur qazanmaq üçün
dərsləri sistemli, planlı şəkildə oxumaq, mütəmadi olaraq testlərlə işləmək, sınaq
imtahanlarında iştirak etmək lazımdır. Hər bir abituriyent bilməlidir ki, taleyi öz əlindədir və
yalnız öz üzərində müntəzəm çalışmaqla uğurlu gələcəyinin təməlini qoya bilər.
Nəzrin Qədirli (IV qrup, 630 bal) – Qəbulda yüksək nəticə əldə etmək üçün əsas şərt çox
çalışmaqdır. Bununla belə, imtahan zamanı testləri cavablandırarkən çox diqqətli olmaq
lazımdır. Kiçik diqqətsizlik uğursuz nəticəyə səbəb ola bilər.
Nuranə Bayramova (IV qrup, 624 bal) – Qəbul imtahanına hazırlaşarkən mövzuları
əzbərləmək düzgün deyil, hər bir mövzunu dərk etmək, araşdırmaq, dərindən öyrənmək
lazımdır.
Emin Məmmədov (IV qrup, 606 bal) – İmtahanda müvəffəqiyyətin açarı hər kəsin öz
əlindədir. Bunun üçün qarşıya konkret məqsəd qoymaq lazımdır. İnsan qarşısına konkret
məqsəd qoyanda ona çata bilmək üçün var gücü ilə çalışır. 
Sorğu materiallarında əksini tapmış yuxarıdakı məsləhət və tövsiyə nümunələrindən
göründüyü kimi, bilik yarışı öncüllərinin qəbul imtahanına hazırlıq mərhələsində və imtahan
prosesində üstünlük verdikləri amillər mahiyyət etibarilə praktikidir. Gələcək
abituriyentlərin işini bir qədər də asanlaşdırmaq üçün qəbul imtahanına hazırlıqla bağlı
həmin məsləhət və tövsiyələri belə ümumiləşdirmək olar:
Əzmkarlıq, çalışqanlıq, diqqətlilik, ciddilik, özünə tələbkarlıq və məsuliyyətlilik;      
Düzgün vaxt bölgüsü aparmaq, 
Hazırlıq işini sistemli‑planlı qurmaq; 
Çoxlu sınaq imtahanlarında iştirak etmək;        
Özünə güvənmək, öz gücünə inanmaq; 
Qarşıya aydın və konkret məqsəd qoymaq;
Test tapşırıqları üzərində çox işləmək; 
Dərsliklərdən əlavə TQDK‑nın  vəsaitlərindən də istifadə etmək;                         
Aşağı siniflərdən başlayaraq yaxşı oxumaq və qəbula hazırlığa başlamaq;            
Keçilən dərsləri və mövzuları mütəmadi təkrarlamaq;
Şagirdləri yalnız imtahan naminə oxumağa deyil, ümumiyyətlə, elm, bilik öyrənməyə
çağırmaq; 
İstirahət rejimini də düzgün qurmaq;
Lüzumsuz məşğuliyyətlərdən uzaq olmaq;
Düzgün, düşünülmüş ixtisas seçimi etmək.  


128
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
TQDK belə hesab edir ki, bilik yarışı öncüllərinin bu məsləhət və tövsiyələri gələcək
abituriyentlərə çox fayda verə bilər. Onlar bu məsləhət və tövsiyələrdən bəhrələnməklə
imtahana hazırlıq məsələsinə daha düşünülmüş, yaradıcı və  səriştəli yanaşa bilərlər. Çünki
bu məsləhət və tövsiyələr kifayət qədər işlək və inandırıcıdır. Dünənki abituriyentlər  qəbul
imtahanında əldə etdikləri yüksək nəticələrə məhz bu amillərə ciddi riayət etməklə nail
olublar. Başqa sözlə onların tövsiyələri  özlərinin real təcrübələrinə əsaslanır. Bir sözlə, bu
tövsiyələr artıq  sınaqdan çıxmış, etibarlı hazırlıq yoludur. 
Anket sorğusu iştirakçılarına “Əlavə demək istədiyiniz fikirlər, arzular,
təkliflər” xitabı ilə müraciət olunmuşdu. Aşağıda həmin müraciətə
cavablardan daha çox maraq doğuran nümunələri təqdim edirik:
Rəylər, təkliflər, arzular
Cəbrayılov Məmməd (I qrup, 690 bal) ‑ İstərdim ki, qəbul imtahanında abituriyentlər tək‑
tək otursunlar. Sınaq imtahanlarının sayının artırılmasına da ehtiyac var.   
Səidzadə Asiman (I qrup, 670 bal) ‑ Açıq tipli testlər bəzi qruplarda əsas fənlərin bloklarına,
bəzilərində isə ikinçi dərəcəli fənlərin bloklarına daxil edilir. Fikrimcə, bu, yekun nəticəyə
təsir edir. Bununla bağlı daha optimal həll üsulu tapılsa yaxşı olar. 
Həsənli Elvin (I qrup, 652 bal) ‑ Bəzi adamlar belə fikirləşir ki, kənd məktəblərində savadlı,
səviyyəli müəllimlər yoxdur. Bu, çox səhv yanaşmadır. Mən kənddə oxumuşam,
hazırlaşmışam və müəllimlərimdən də çox razı qalmışam. Onların qarşısında baş əyirəm. 
Əlili Ülvi (I qrup, 607 bal) ‑ Açıq tipli testlərin  uyğunluğun müəyyən edilməsi ilə bağlı
növündə uyğunluğun bir neçəsini müəyyən edib birini etməyəndə bu cavab səhv sayılır.
Yaxşı olardı ki, düz cavaba verilən 4 bal və ya 8 bal mütənasib bölünsün.   
Əliyev Mikayıl (II qrup, 655 bal) ‑ Təklif edərdim ki, sınaq imtahanlarının sayı artırılsın.
Valideyin və abituriyentlərin maarifləndirilməsi üçün seminarlar təşkil olunsun. Qəbul öncəsi
abituriyentlərə psixoloji yardım göstərilsin. 
Həsənova Aida (II qrup, 649 bal) ‑ Məncə, müsabiqə şərtinin aşağı olması abituriyentlərin
bilik səviyyəsinin də aşağı olmasına səbəb olur. Buna görə də təklif edirəm ki, müsabiqə şərti
250 baldan aşağı olmasın. 
Əliyev Qurban (II qrup, 647 bal) ‑ II ixtisas qrupunda coğrafiya və riyaziyyat fənnindən
açıq tipli test tapşırıqlarının həlli əlavə vaxt tələb edir. Buna görə də ya imtahan vaxtının
uzadılmasını, ya da açıq tipli sualların tipinə və çətinlik dərəcəsinə analoji qiymət (bal)
verilməsini təklif edirəm.  
Şirəliyev Babək (II qrup, 644 bal) ‑ Qəbul imtahanındakı testlərdən çoxunun yaddaş
yönümlü deyil, analitik yönümlü olmasını istərdim. Həmçinin testlərdə, xüsusulə, açıq tipli
testlərdə mübahisəli məsələlərin qoyulmamasını, bir də ki, açıq tipli testlərin həlli çox vaxt
apardığı üçün imtahan vaxtının bir qədər uzadılmasını təklif edərdim. 
İsmayılov Əliş (II qrup, 642 bal) ‑ Təklif edərdim ki, məntiqi və açıq tipli testlərdən ibarət
test toplusu tərtib edilsin, topluya abituriyentlərin tərtib etdikləri dəyərli testlər də daxil


129
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
edilsin. Bir də istərdim ki, Spase televiziya kanalının “Abituriyent” verlişində ali
məktəblərimiz barədə informasiyalarla zəngin süjetlər verilsin. Bu, bizlərə ixtisas və ali
məktəb seçimində daha düzgün qərar qəbul etməyə kömək edər. 
Məmmədova Gülüstan (II qrup, 619 bal) ‑ Valideynlərdən xahiş edirəm ki, qəbul
imtahanlarına hazırlıq müddətində uşaqlarınızı çox sıxışdırmayın, stresə salmayın. Bu,
qəbula hazırlıq prosesində onsuz da narahatlıq, həyəcan keçirən abituriyentlərə əlavə
psixoloji gərginlikdən başqa heç nə vermir. 
Vaqifzadə Bəxtiyar (II qrup, 617 bal) ‑ Qəbul imtahanında açıq tipli testlərin həlli daha çox
vaxt tələb etdiyi üçün imtahan vaxtının uzadılmasını və test suallarında abituriyentlərin
məntiqi təfəkkürünü yoxlayan mövzuların daha geniş əhatə olunmasını təklif edirəm. 
Məhəmməd İsmayılov (III qrup, 700 bal) – İstərdim ki, gələcəkdə bizim ölkədə də qəbul
imtahanları elektron formada keçirilsin.
Nərmin Məmmədli (III qrup, 700) – TQDK‑nın bu il regionlarda keçirdiyi qəbul imtahanları
abituriyentlərin nəticələrinə müsbət təsir göstərdi. Çünki abituriyentlər əvvəlki illərdə olduğu
kimi çox vaxt itirərək uzun məsafə qət edib qəbul imtahanı keçirilən yerlərə getməli
olmadılar. Bu hal həm də onların ailələrinə maddi cəhətdən dəstək oldu.
Əli Paşayev (III qrup, 615 bal) – Məncə, açıq tipli test tapşırıqları digər fənlər üzrə test
blokuna da salınmalıdır. Çünki bu tip testlər  şagirdin analitik təfəkkürünün inkişafına çox
kömək edir.
Nizami Mehtili (III qrup, 615 bal) Düşünürəm ki, açıq tipli testlər hər bir ixtisas
qrupunda əsas fənlər blokuna salınmalıdır. Bu tip testlər zehni qabiliyyəti inkişaf etdirən
yaxşı üsuldur.
Leyla Vəliyeva (IV qrup, 675 bal) – Təklif edərdim ki, qəbul imtahanlarında faktoloji
sualların sayı azaldılsın, məntiqi testlərin sayı artırılsın.
Cəmilə Kərimova (IV qrup, 673 bal) – Açıq tipli testlər abituriyentdən biliklə yanaşı,
diqqətli olmağı da tələb edir. Açıq testlər hazırlıq səviyyəsi yüksək olanların biliyini nümayiş
etdirməsi üçün ən yaxşı vasitədir.
Rəna Əliyeva (IV qrup, 628 bal) – 600‑dən yuxarı bal toplayan abituriyentlərin hamısının
ödənişsiz təhsil almalarını – dövlət sifarişi əsasında oxumalarını istərdim. Bu balı toplamaq
heç də asan deyil. Buna bizim – qəbul imtahanında 600‑dən yuxarı bal toplayan
abituriyentlərin haqqı var.
Əziz şagirdlər, sizə builki bilik yarışı öncülləri ilə keçirilmiş anket sorğunun materiallarından,
onların məsləhət və tövsiyələrindən yararlanmağı, qəbul imtahanlarına hazırlaşarkən onların
təcrübəsindən bir örnək, nümunə kimi yaradıcı şəkildə istifadə etməyi məsləhət görürük.
Materialı hazırladılar:
“Abituriyent”in  analitik‑informasiya qrupunun üzvləri
Sədi Nuriyev
Məhbubə Yusubova
Zöhrə Əliyeva
Rabil Novruzov


130
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
MƏKTUBLARDAN SƏTİRLƏR
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına!
Salam. İlk öncə, ali məktəbə daxil olan tələbələri ürəkdən təbrik edirəm.
İmtahanda belə ədalətli və  obyektiv şərait yaratdığınız üçün Sizə minnətdaram.
Mən, 2013‑cü ilin məzunuyam. Bakı şəhəri, Nərimanov rayonu Bağça‑məktəb‑
lisey kompleksini fərqlənmə ilə bitirmişəm. III ixtisas qrupu üzrə imtahan vermişəm və
539 bal toplamışam. Arzuladığım universitetə və ixtisasa, yəni ADU‑nun xarici dil
(ingilis dili) müəllimliyi ixtisasına dövlət sifarişi ilə daxil olmuşam. 
Bizim nailiyyətimizdə TQDK‑nın əvəzsiz rolu var. TQDK‑nın sınaq və qəbul imta‑
hanlarını yüksək səviyyədə təşkil etməsi bizlərə böyük kömək oldu. Qəbul imtahan‑
larının bölgələrdə də keçirilməsi orada yaşayanların işini xeyli asanlaşdırdı.
Bir sözlə, TQDK hər il olduğu kimi bu il də abituriyentlərin öz bilik və savadını
yüksək səviyyədə nümayiş etdirməsinə şərait yaratdı və inanıram ki, bundan sonra da
öz missiyasını layiqincə yerinə yetirəcək.
Mən şərəfli tələbə adını qazandığıma görə bir daha müəllimlərimə və Sizə
təşəkkürümü bildirirəm.
Hörmətlə, Nigar Abbasova
Azərbaycan Dillər Universitetinin Xarici dil 
(İngilis dili) ixtisasının 
I kurs tələbəsi  
Tələbə Qəbulu üzrə Dövlət Komis si ya sına
hər il imtahanların təşkili, gedişi və
nəticələri ilə bağlı çoxlu sayda yazılı və elek‑
tron məktublar, teleqram və müraciətlər
daxil olur. Eyni zamanda abituriyentlər
arasında aparılan anket sorğusuna cava 


larda bu məsələlərə münasibət bildirilir.
Burada ictimai rəyin əks‑sədası olan belə
materiallardan bir neçə nümunəni dərc
edirik. 


131
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri 
M.Abbaszadəyə
Bu məktubu yazmaqda məqsədim Sizə və rəhbərlik etdiyiniz kollektivə qəbul
imtahanlarının obyektiv və ədalətli keçirilməsinə görə öz təşəkkürümü bildirməkdir.
Mən – Məmmədli Nərmin bu il III qrup üzrə keçirilmiş qəbul imtahanında 700 bal
toplayaraq DİA‑nın hüquqşünaslıq ixtisasına qəbul olmuşam.
Bu uğuru qazanmağımda TQDK‑nın qəbul imtahanına hazırlıq tədbirlərinin də
mühüm rolu olmuşdur. Hazırlıq müddətində mən təkcə  dərsliklərlə deyil, həm də
TQDK‑nın nəşr etdiyi vəsaitlər və test kitablarından da  faydalanmış və onlardan
hərtərəfli bilik əldə etmişəm. Düşünürəm ki, mənim bu nailiyyətimdə həmin vəsaitlərin
xüsusi rolu olub. 
Sizə fəaliyyətinizdə daha böyük uğurlar arzulayır və bir daha öz təşəkkürümü
bildirirəm.
Nərmin Məmmədli 
Azərbaycan Respublikası Prezidenti yanında 
DİA‑nın Hüquqşünaslıq ixtisasının 
I kurs tələbəsi
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri 
M.Abbaszadəyə
Hörmətli Məleykə xanım!
Mən bu il akademik Z.Əliyeva adına liseyi bitirmişəm. 667 bal toplayaraq
Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olmuşam.
Tələbə adını qazanmağım Sizin rəhbərlik etdiyiniz qurumun – TQDK‑nın qəbul
imtahanlarını obyektiv və şəffaf  keçirməsinin nəticəsidir.
TQDK‑nın nəşrləri (test kitabları, dərs vəsaitləri və s.) hər bir abituriyenti düzgün
istiqamətləndirir  və ona keçdiyi çətin yolda dayaq olur. 
Öz adımdan və ailəmizin adından Sizə hədsiz minnətdarlığımızı bildirir və
gələcək işlərinizdə uğurlar arzulayırıq. 
Hörmətlə,  Səbinə Quliyeva
Azərbaycan Tibb Universitetinin
Müalicə işi ixtisasının I kurs tələbəsi


132
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
ANKET SORĞUSUNA 
CAVABLARDAN NÜMUNƏLƏR
TQDK‑ya, onun rəhbərliyinə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu təşkilatın
sayəsində bütün zəhmət çəkən abituriyentlər öz arzularına çataraq  istədikləri ali
məktəbə daxil ola bilirlər. Artıq tələbə qəbulu prosesində varlı‑kasıb anlayışı sıradan
çıxıb. 
Teymur İsmayılov 
Azərbaycan Tibb Universitetinin
Müalicə işi ixtisasının I kurs tələbəsi
Qəbul imtahanlarının yüksək səviyyədə təşkil olunmasında əməyi olan hər kəsə dərin
təşəkkürümü bildirirəm. Arzu edirəm  ki, qəbul imtahanları gələn illərdə də belə
yüksək səviyyədə keçirilsin. 
Səidə Ələsgərova 
Bakı Ali Neft Məktəbinin
Kimya mühəndisliyi ixtisasının 
I kurs tələbəsi
Bilik və bacarığımızı üzə çıxarmaq üçün, rahat imtahan verə bilməyimiz üçün hər cür
şərait yaratdığına görə TQDK‑nın sədri Məleykə xanım Abbaszadəyə və onun rəhbərlik
etdiyi kollektivə minnətdarlığımı bildirirəm. 
Əmanət Ağazadə 
Azərbaycan Tibb Universitetinin
Müalicə işi ixtisasının 
I kurs tələbəsi
Abituriyentlərin biliklərini tamamilə ədalətli və obyektiv qiymətləndirdiyinə görə
TQDK‑ya təşəkkürümü bildirirəm.
Arif Sadıqlı 
Bakı Ali Neft Məktəbinin
Neft‑qaz mühəndisliyi ixtisasının
I kurs tələbəsi


REDAKSİYA ŞURASI
M.M.Abbaszadə, N.Ə.Babayev,
F.Ş.Bədəlbəyli, 
A.Q.Abiyev, Ə.T.Əmiraslanov,
A.M.Məhərrəmov, P.A.Nağıyev,
A.M.Paşayev.
REDAKSİYA HEYƏTİ
T.A.Bədəlov (baş redaktor),
R.H.Novruzov (baş redaktorun 
I müavini), İ.M.Allahverdiyev,
A.H.Bağırov,  G.M.Balacanova,
A.H.Batıyeva, N.N.Bayramova,
M.Ə.Əkbərli, V.O.Əkbərov,
N.L.Əliyev,  X.S.Əzimova,
A.E.Həbibov, S.T.Həsənzadə,
N.Z.Hüseynova, Ç.C.Xəlilov,
X.Z.Kərimova, A.Ə.Qasımov,
N.İ.Məmmədova, S.S.Mərdanov, 
C.F.Orucov, Ç.İ.Rüstəmov,
O.Y.Şelaginov, H.R.Zeynalov.
Dİl və üslub üzrə redaktorlar: 
R.H.Novruzov., N.M.Musayev
Kompyuter və dizayn:
M.Ə.Bədəlov, İ.İ.Cəfərov, 
A.Ə.Axundova.
Redaksiyanûn önvanû: 
AZ1078, Áàêû øÿùÿðè,
Aêàäåìèê Ùÿñÿí ßëèéåâ 
êö÷ÿñè, 17.  
Telefon:
440-30-09 (ÒÃÄÊ)
441-52-20 (ðåäàêñèéà).
E-mail:
abit@tqdk.gov.az
http: 
www.abiturient.az
Æóðíàë Àçÿðáàéúàí
Ðåñïóáëèêàñûíûí
Ìÿòáóàò âÿ Èíôîðìàñèéà
Íàçèðëèéèíäÿ ãåéäÿ àëûíìûøäûð.
(Ëèñåíçèéà B 171,  18 ôåâðàë 1999)
© ÒÃÄÊ - «Àáèòóðèéåíò»
Òÿëÿáÿ Ãÿáóëó öçðÿ Äþâëÿò
Êîìèññèéàñûíûí  ðÿñìè ðàçûëûüû
îëìàäàí æóðíàëûí âÿ éà îíóí ùÿð
ùàíñû ùèññÿñèíèí òÿêðàð ÷àïû,
éàéûëìàñû, åëåêòðîí âÿ éà
ìåõàíèêè öñóëëà ñóðÿòèíèí
÷ûõàðûëìàñû
ÃÀÄÀÜÀÍÄÛÐ!
Æóðíàë Òÿëÿáÿ Ãÿáóëó öçðÿ Äþâëÿò
Êîìèññèéàñûíûí ðÿñìè ìàòåðèàëëàðû
ÿñàñûíäà ùàçûðëàíìûøäûð.
×àïà èìçàëàíìûøäûð 14.11.2013.
Òèðàæ 500.
Æóðíàë “Øÿðã-Ãÿðá” ìÿòáÿÿñèíäÿ
÷àï îëóíìóøäóð.
Ðåêëàì ìàòåðèàëëàðûíûí
ìÿçìóíóíà ýþðÿ ðåäàêñèéà
úàâàáäåù äåéèë. 
Ì
öíäÿðèúàò
1
PREZİDENT TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA AZƏRBAYCAN 
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2
AZƏRBAYCAN RESPUBLİKASININ ALİ MƏKTƏB TƏLƏBƏLƏRİ 
ÜÇÜN PREZİDENT TƏQAÜDÜNÜN ARTIRILMASI HAQQINDA 
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
3
TQDK-nın SƏDRİ M.ABBASZADƏNİN TƏBRİK VƏ TÖVSİYƏLƏRİ
4
PREZİDENT TƏQAÜDÇÜLƏRİ HAQQINDA MƏLUMAT
8
QƏBUL İMTAHANLARINDA 600-dən YUXARI BAL TOPLAMIŞ 
GƏNCLƏR HAQQINDA MƏLUMAT
11
ƏN YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ GƏNCLƏRLƏ MÜSAHİBƏLƏR
26
YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ ABİTURİYENTLƏR
28
I QRUP
51
II QRUP
68
III QRUP
94
IV QRUP
116
QƏBUL İMTAHANLARINDA YÜKSƏK NƏTİCƏ GÖSTƏRMİŞ GƏNC -
L ƏRLƏ ANKET SORĞUSUNUN NƏTİCƏLƏRİ
120
BİLİK YARIŞI ÖNCÜLLƏRİNİN GƏLƏCƏK ABİTURİYENTLƏRƏ 
MƏSLƏHƏT VƏ TÖVSİYƏLƏRİ
128
RƏYLƏR, TƏKLİFLƏR, ARZULAR
130
MƏKTUBLARDAN SƏTİRLƏR
"Àáèòóðèéåíò" æóðíàëûíûí 12-úè ñàéûíäà:
2012/2013-CÜ TƏDRİS İLİ ÜÇÜN AZƏRBAYCAN RESPUBLİKASININ ALİ
TƏHSİL MÜƏSSİSƏLƏRİNİN BAKALAVRİAT SƏVİYYƏSİNƏ TƏLƏBƏ
QƏBULUNUN NƏTİCƏLƏRİNİN ELMİ-STATİSTİK TƏHLİLİ
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ DÖVLƏT SİFARİŞİ ƏSASINDA TƏLƏBƏ
QƏBULUNUN NƏTİCƏLƏRİ 
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ ÖDƏNİŞLİ TƏHSİL FORMASI ÜZRƏ
TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİ
DÖVLƏT VƏ ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULUNUN
MÜQAYİSƏLİ TƏHLİLİ
XÜSUSİ TƏYİNATLI TƏHSIL MÜƏSSİSƏLƏRİNƏ TƏLƏBƏ QƏBULUNUN
NƏTİCƏLƏRİ
BÖLGƏLƏR ÜZRƏ 2013-CÜ İL MƏZUNLARININ QƏBUL
İMTAHANLARINDAKI NƏTİCƏLƏRİNİN TƏHLİLİ
ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MAGİSTRATURA SƏVİYYƏSİNƏ QƏBUL
REZİDENTURAYA QƏBUL
ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ TAM ORTA VƏ ÜMUMİ ORTA
TƏHSİL BAZALARINDA TƏLƏBƏ QƏBULUNUN NƏTİCƏLƏRİ
TQDK-NIN İCTİMAİYYƏTİN İSTİFADƏSİNƏ VERİLMİŞ NƏŞRLƏRİ
HAQQINDA MƏLUMAT
TQDK-NIN 2013-CÜ İLDƏ FƏALİYYƏTİ: FAKTLARIN XRONOLOGİYASI

Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə