Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə6/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   2   3   4   5   6   7   8   9   ...   54

13
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
“Qəbul imtahanında suallar asan olsaydı, hamı ali məktəbə qəbul olardı”
Sevinc hesab edir ki, qəbul imtahanlarının məzmunu ümumtəhsil məktəblərinin tədris
proqramına tam uyğundur. Həmin proqramı sadəcə dərindən mənimsəmək lazımdır.
Qəbul imtahanında sualların nisbətən çətin səviyyədə qoyulması normal haldır, çünki
sualların hamısı asan olsaydı, hər kəs asanlıqla ali məktəbə qəbul olardı. Ona görə də
fənlər üzrə mövzuları daha dərindən dərk etmək, onların dərinliklərini bilmək lazımdır.
“Hansı ixtisasa qəbul olacağını abituriyent özü seçməlidir”
Sevinc abituriyentlərin ixtisas seçiminə valideynlərin müdaxiləsinə də münasibət
bildirdi. Abituriyentlərin bu məsələdə valideynlərin ağıllı, faydalı məsləhət və
tövsiyələrinə ehtiyacı olduğunu söylədi. Bununla belə məcburiyyətin əleyhinə olduğunu
vurğuladı. Abituriyent qəbul olacağı ixtisası özü seçməlidir: “Yalnız bu halda o, öz
ixtisasını sevəcək və gələcəkdə həmin sahədə ürəkdən işləyəcək. Əksinə valideynlərinin
məcburiyyəti olarsa, o, gələcəkdə ixtisasını sevərək işləməyəcək. Ona görə də abituriyentin
seçdiyi ixtisas onun istəyi, həvəsi və marağına uyğun olmalıdır”.
Ailənin və müəllimlərin dəstəyi
Qəbul imtahanlarına hazırlıq dövründə valideynlərinin ona hər bir şərait yaratdığından
Sevinc məmnuniyyətlə söhbət açır. Ümumiyyətlə, bu mərhələdə abiuriyent istirahətə də
vaxt ayırmalı, amma dərslərindən başqa digər məşğuliyyətlərə vaxt sərf etməməlidir.
Valideynlər isə bu dövrdə ona hər bir şərait yaratmalıdırlar. Mənim valideynlərim hər bir
anımda mənə yaxından köməklik göstərirdilər. Qəbula hazırlıq zamanı mənə
müəllimlərimin də çox köməyi olub. Məhz onların köməyi və dəstəyi sayəsində mən bu
balı toplaya bilmişəm”.
Qəbul imtahanlarının təşkili və məzmununa münasibət
Sevinc qəbul imtahanlarının təşkili və məzmunu ilə bağlı bəzi fikirlərini də açıqlayaraq
bildirdi ki, imtahanlar yüksək səviyyədə və tam şəffaf şəkildə keçirildi. İmtahanda hər
qrup üzrə 5 fənnin olması normal haldır. Açıq tipli suallara münasibət bildirərkən Sevinc
dedi ki, “bu sualların elə bir çətinliyi olmur və onlar səviyyəcə digər suallardan kəskin
fərqlənmir. Sadəcə olaraq açıq sualların cavablandırılması daha çox vaxt aparır və daha çox
diqqət tələb edir. Abituriyent belə suallar üzərində daha çox düşünməli olduğundan
onların həllinə qapalı sualların cavablandırılmasına nisbətən daha çox vaxt ayırmalı olur.
Buna görə də gələcəkdə açıq tipli sualların sayı artarsa, vaxtın da nisbətən uzadılması
məqsədəuyğun olar”.
“Abituriyent gələcək ixtisasını sevərək seçməlidir”
Sevinc gələcək abituriyentlərə məsləhət və tövsiyələrini də bildirdi. “Dərslərinə daha
həvəslə yanaşsınlar, hər şeydən əvvəl, qarşılarına aydın məqsəd qoyub ixtisası sevərək
seçsinlər. Düşünsünlər ki, bu ixtisasa qəbul olsalar, hansı uğurlara nail ola bilərlər.
İmtahanlarda yüksək nəticələr əldə etmək üçün var gücləri ilə çalışsınlar, ali məktəbə
qəbul olub valideynlərini, müəllimlərini və dostlarını sevindirsinlər”.


14
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Bu gün Azərbaycan ailələrində kifayət qədər bacarıqlı və ağıllı gənclər yetişir. Amma
bəzən valideynlərin imkansızlığı ucbatından təhsilini istənilən səviyyədə ala bilməyənlər,
onu yarımçıq qoyanlar da olur. Haqqında danışacağımız gənc isə bütün çətinliklərə
baхmayaraq, öz yoluna inadla davam edib, qarşısına qoyduğu məqsədə nail olanlardandır.
O, II iхtisas qrupu 
üzrə ən yüksək – 690 ballıq nəticə ilə ali məktəbə daхil olan Kənan Səfərlidir.
Səfərli Kənan Sadiq oğlu 1996‑cı ildə Göyçay rayonunun Mırtı
kəndində anadan olub. 2003‑cü ildə həmin kənddə 1‑ci sinfə gedib. Sonra
ailəsi ilə birlikdə Bakıya gəlib. Təhsilini paytaxtdakı 277 saylı məktəbdə
davam etdirib. Əla qiymətlərlə oxuyub. Qafqaz Universitetinin Maliyyə
ixtisasına qəbul olub.
Kənan bu uğuru balaca yataqхananın dar mətbəхində çalışmaqla əldə
edib
Kənanla söhbət zamanı onun danışmağı çox da sevməyən, sakit, bir az da utancaq
olduğu sezildi. O, müsahibə zamanı, bir çox maraqlı məqamlara aydınlıq gətirdi. Bu
qələbəni əldə edə bilmək üçün hansı şəraitdə və necə çalışdığını soruşduqda məlum oldu
ki, onun bu uğuru çox çətinliklər hesabına başa gəlib. 2003‑cü ildə atasının işi ilə əlaqədar
Bakıya köçməli olan ailəsi o vaxtdan indiyədək Nizami rayonunda yataqxanada yaşayır.
Yataqxana mənzilində yaşamaq onlar üçün çox çətindir. “Ailədə 4 uşağıq – 3 qardaş, 1 bacı.
Məndən böyük  qardaşlarımın heç biri ali təhsil almayıb. Onlar kənddə müəyyən qədər
oxusalar da, Bakıya gələndən sonra bəzi  çətinliklər üzündən təhsillərini davam
etdirmədilər, atama kömək etdilər. Ailəmizdə yalnız atam işləyirdi. Ona görə də böyük
qardaşlarım oxuya bilmədilər və ailəni dolandırmaq üçün atama kömək etməli oldular”. 
Kənan hazırlıq dövründə hər gün dərslərini hamı yatandan sonra yataqxananın
mətbəxində hazırlamalı olub. Qadınların mətbəxdə işi olanda isə dərslərini küçəni
işıqlandırmaq üçün istifadə olunan lampanın işığında, küçədə hazırlayıb. “Elə olurdu ki,
gecəni yuхusuz başa vururdum. Dərs oxumaq üçün gecənin sakitliyi daha çoх əl verirdi. Bir
sözlə, gündüz şərait olmadığından, yataqxanadakı səs‑küydən gecə vaxtı oxumaq
məcburiyyətində qalırdım və adətən 4‑5 saat çalışırdım. Əlbəttə, belə vəziyyətdə
hazırlaşmaq çətin idi. Amma qarşıma qoyduğum məqsədə nail olmaq üçün bütün
çətinliklərə qatlaşırdım. Çox şükür ki, sonda Tanrı mənim zəhmətimi bəhrəsiz qoymadı.”
“Sınaq imtahanlarında 600‑dən yuxarı bal topladığım üçün qəbul imtahanında da
yüksək bal toplayacağıma əmin idim.”
Qəbul imtahanı zamanı Kənan bütün sualları cavablandırsa da, iki cavabı səhv olub.
Onun sözlərinə görə, tarix və ingilis dili fənlərinin hərəsində bir sualı düzgün
cavablandırmayıb. “İngilis dilindən sual asan idi, ona görə burada səhv etdiyimə
heyfslənirəm. Amma tarixdən olan sual çətin idi. Buna baxmayaraq, sınaq imtahanlarında
600‑dən yüksək bal topladığım üçün qəbul imtahanında da yüksək nəticə əldə edəcəyimə
inanırdım. İmtahanda 2 suala cavabım səhv olduğu üçün düşünürdüm ki, kimsə məndən
daha yüksək nəticə əldə edəcək. II qrup üzrə ən yüksək nəticəni mənim göstərəcəyimi və
birinci olacağımı gözləmirdim. Təbii ki, nəticələr açıqlananda və qrup üzrə birinci
olduğumu biləndə hədsiz sevindim. Ona görə çox sevinirdim ki, atamın, anamın mənim
üçün çəkdikləri əziyyət və öz zəhmətim hədər getməmişdi".
Kənan qeyd edir ki, qəbula hazırlıq dövründə valideynləri ona böyük dəstək olub.


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə