Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə7/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   2   3   4   5   6   7   8   9   10   ...   54

15
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
Xüsusilə, atasının ondan daha çox gözləntisi olduğunu və hətta 700 bal toplayacağına
ümidli olduğunu bildirir. Ona görə qəbul imtahanının nəticəsinə əsasən 690 bal topladığımı
biləndə atam sevinsə də, maksimal nəticəyə olan ümidinin doğrulmadığını gizlətmədi.
Amma sonra qrup üzrə birinci olduğumu biləndə hədsiz sevindi. Anam isə sevincindən
ağladı.
O, hazırlıq zamanı vaxt bölgüsünə münasibətini bu cür ifadə edir: “Qəbul imtahanında
yüksək bal toplamaq üçün bütün günü dərs oxumaq vacib deyil, vacib olan vaxtdan
səmərəli istifadə etməkdir. Mən fənlər üzrə dərslər arasında dəqiq vaxt bölgüsü
aparmırdım, onların hamısına məsuliyyətlə hazırlaşırdım. Amma riyaziyyat və coğrafiyanı
çox sevdiyimdən onlara daha çox vaxt ayırırdım. Elə buna görədir ki, imtahanda hər
ikisindən bütün suallara düzgün cavab yazdım. Mən əvvəldən özüm üçün müəyyən
etmişdim ki, hansı fənnə nə qədər vaxt sərf etmək lazımdır”.
“Hazırlıq kursuna getmədən də ali məktəbə daxil ola bilərdim, amma bu qədər yüksək
bal toplaya bilməzdim”
O, qəbul imtahanına hazırlıq kursunda hazırlaşıb. Kursa getmədən də ali məktəbə daxil
ola bilməyin mümkünlüyünü, amma bu qədər yüksək bal toplamağın çətin olduğunu
bildirir. Ona görə də yüksək nəticə əldə etmək üçün əlavə olaraq hazırlıq kursuna getdiyini
söyləyir. 
Kənan qəbula hazırlıq prosesində TQDK‑nın nəşr etdiyi test topluları və vəsaitlərin ona
çox köməyi olduğunu, müəyyən məsələlərin izahının dərsliklərdə kifayət qədər geniş
olmadığından onları əlavə vəsaitlərdən öyrəndiyini də vurğuladı.
“İnsan qarşısına konkret məqsəd qoyarsa, istədiyinə nail ola bilər”
Kənan hesab edir ki, insanın həyatda bacarmadığı şey yoxdur. O, qarşısına konkret
məqsəd qoyarsa, istədiyinə nail ola bilər. Gələcək abituriyentlər bunu bilməli və özlərinə
inanmalıdırlar. Hər bir şagird aşağı siniflərdən başlayaraq yaxşı oxumalı, yuxarı siniflərdə
isə  istəyini, məqsədini konkretləşdirməlidir. Qəbul imtahanında yüksək nəticə əldə etmək
üçün çox çalışmalı, valideynlərinin, müəllimlərinin əziyyətini itirməməli, onların
ümidlərini doğrultmalıdır.
Kənandan nə üçün Qafqaz Universitetini seçməsini də öyrəndik. O bildirdi ki, 9‑cu
sinifdə oxuduğu vaxtdan Qafqaz Universitetinə qəbul olmağa hazırlaşıb. “Bildiyimə görə,
bu universitetdə təhsil mühiti yüksəkdir. Yaxşı oxuyan tələbələrə xaricdə təhsil almaq
imkanı da yaradılır. Ona görə imtahan nəticələri elan olunandan sonra tərəddüd etmədən
Qafqaz Universitetini seçdim.
Kənan gələcəkdə təhsilini Avropa ölkələrində, Kanadada davam etdirmək istəyir. Onun
fikrincə, təhsilini xaricdə davam etdirmək tələbələrə əlavə imkanlar yaradır. O da xaricdə
oxumaqla daha yüksək  nailiyyətlər əldə etmək, ixtisasını yaxşı öyrənəndən sonra özünə
layiqli karyera qurmaq istəyir. 
O, qəbul kampaniyasında görmək istədiklərini də qeyd edir, imtahanda açıq tipli
sualların sayının olduğu kimi qalmasını istəyir. Gələcəkdə abituriyentlərin cavab
kartlarının elektronlaşdırılmasını təklif edir. 
Sonda Kənan qəbula hazırlıq zamanı ona dəstək olan valideynlərinə, müəllimlərinə
təşəkkürünü bildirdi. 
Müsahibələri apardı: Könül Cəfərova


16
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
İsmayılov Məhəmməd Şahin oğlu 1995‑ci ildə Bakı şəhərində anadan
olub. Nərimanov rayonu 258 saylı tam orta məktəbi qızıl medalla bitirib.
III qrup üzrə qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
hüquqşünaslıq ixtisasına qəbul olub.    
– 700 bal toplayacağını gözləyirdin? 
– Xeyr gözləmirdim, amma yüksək bal toplayacağıma əmin idim.
İmtahandan sonra Space telekanalında yayımlanan “Abituriyent” verilişində düzgün
cavablar elan olunanda  gördüm ki, cavablarımın hamısı düzdür. Lakin cavab kartında
kodlaşdırmada səhv edib‑etmədiyimə bir qədər tərəddüdlə yanaşırdım. Cavablar elan
olunandan sonra 700 bal topladığım məlum oldu. 
– Sevincini ilk dəfə kimlə bölüşdün?
–Anamla. Uğuruma hədsiz sevindi. Sonra isə yaxınlarım, dostlarım, qohumlarım
sevincimi bölüşüb məni təbrik etdilər.
– TQDK‑nın sınaq imtahanlarında topladığın ən yüksək bal neçə olurdu?
– 10‑cu sinifdə sınaq imtahanlarında 490‑550 bal arası nəticə göstərirdim, 11‑ci sinifdə isə
topladığım ən yüksək bal 675 olub.
– İmtahan zamanı cavabına tərəddüd etdiyin suallar vardımı?
–Bir neçə belə test var idi. Onları həll edərkən ən çox düz hesab etdiyim cavabları seçdim
və seçimimdə yanılmadım. 
– Dərslərinə gündə nə qədər vaxt ayırırdın?
– Hər gün dərslərimə 3‑4 saat vaxt ayırırdım. Amma axırıncı bir ayda, demək olar ki,
bütün günü çalışırdım.
– Dərslərdən əlavə hansısa məşğuliyyətin var idi?
– Həftədə bir dəfə futbola gedir, hər gün idmanla məşğul olur, arabir dostlarımla
gəzməyə çıxırdım. Məncə, bunlara da vaxt ayırmaq lazımdır.
– Səni uğura aparan yolda həvəsdən düşdüyün vaxtlar olurdu?
Həvəsdən düşmək yox, yorğunluq olurdu. Xüsusilə axırıncı həftələrdə çox
yorulurdum. Amma oxumaqdan bezmirdim. Tanıdığım abituriyentlər arasında elələri var
idi ki, axırıncı bir ay ərzində az oxuyurdular. Ona görə də istədikləri nəticəni əldə edə
bilmədilər. Düşünürəm ki, oxumaqdan bezmək olmaz, yorğunluğa baxmayaraq axırıncı
günə kimi oxumaq lazımdır.
– III qrupu seçmək öz istəyin idi, yoxsa valideynlərinin də təsiri olub?
– Aşağı siniflərdə oxuyanda dəqiq  elmlərə daha çox marağım var idi. Riyaziyyatı,
fizikanı çox sevirdim. Lakin sonradan həm valideynlərimin məsləhəti ilə, həm də öz
istəyimlə bu qrupu seçdim. Çünki uşaqlıqdan arzum hüquqşünas olmaqdır. Lakin digər
fənlərdən qazandığım biliklərin hədər olduğunu düşünmürəm. Onlar da nə vaxtsa işə
yaraya bilər.
– Səncə, imtahandan bir gün əvvəl istirahət etmək lazımdır, yoxsa oxumaq?
– Mən imtahandan bir gün əvvəl bir saata qədər dərs oxudum. Düzdür, həmin gün
oxuduqlarımdan imtahana heç bir sual düşmədi, amma yenə də onları təkrarlamış oldum. 
– Şəraitin normal olmaması oxumamaq üçün səbəb ola bilərmi?


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə