Mәnim sizә tövsiyәm ondan ibarәtdir ki, orta mәktәbdә necә oxumusunuz, elә dә davam edin


ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ



Yüklə 6,16 Mb.
Pdf görüntüsü
səhifə9/54
tarix01.07.2018
ölçüsü6,16 Mb.
#52644
1   ...   5   6   7   8   9   10   11   12   ...   54

19
ÒßÙÑÈËß ÃÀÉÜÛ ÝßËßÚßÉÈÌÈÇß ÃÀÉÜÛÄÛÐ
unutmaq olmaz. Hazırlıq zamanı hər bir abituriyent vaxtını öz bilik səviyyəsi və qavrama
qabiliyyətinə görə bölməlidir. 
“Əvvəl ingilis dili müəllimi olmaq istəyirdim, sonra bu fikrimdən daşınaraq tərcümə
ixtisasına üstünlük verdim”
Flora deyir ki, xarici dilləri, xüsusən də ingilis dilini öyrənməyə həmişə böyük marağım
olub.  9‑cu sinifdən sonra əvvəlcə ingilis dili müəllimliyinə həvəs göstərirdim, ancaq sonra
fikrimi dəyişib tərcümə ixtisasına üstünlük verdim. Əslində, müəllimlik tərcüməçilikdən
heç də asan peşə deyil. Ancaq tərcüməçilik müəllimlikdən daha çox fərdi yaradıcılıq tələb
etdiyindən və bu da mənim naturama daha yaxın olduğundan mən ikincini seçdim.
Valideynlərim də, qardaşım da bu seçimimi dəstəklədilər.
“Tərcümə ixtisasına yiyələndikdən sonra ikinci ali təhsil alıb həkim olmaq istəyirəm”
Flora tərcümə ixtisasına yiyələndikdən sonra ikinci ali peşə təhsili almaq istəyir. Özü də
ikinci ixtisas kimi həkimliyə maraq göstərir. Həkim olmaq qərarına isə son bir ildə, yəni XI
sinifdə gəlib. Amma bu arzusunun indi həyata keçməsinin artıq gec olduğunu başa düşüb.
Bununla belə, ingilis dilini öyrənmək marağı heç də dəyişməyib. İngilis dilini peşəkar
səviyyədə bilməyimin gələcəkdə bu dildə olan tibbi ədəbiyyatı öyrənməyə, lazım gələrsə,
onları Azərbaycan dilinə tərcümə etməyə imkan verəcəyini düşünür.
Floranın gələcəkdə xaricdə oxumaq  planı yoxdur
O, yüksək bal topladığı halda, dövlət ali məktəbini deyil, özəl ali məktəbi seçməsinə də
aydınlıq gətirdi: “Əvvəldən Qafqaz Universitetində təhsil almaq istəyirdim. Topladığım
baldan asılı olmayaraq bu universiteti seçəcəyimə qərar vermişdim. Hazırlıq müddətində
bir neçə dəfə bu universitetdə tədbirlərdə olmuşdum və yaradılan təhsil mühitini, dərs
sistemini çox bəyənmişdim”.
Floranın gələcəkdə xaricdə oxumaq planı yoxdur. Düşünür ki, Qafqaz Universitetində
alacağı təhsil qaneedici olacaq.
Bilik öncülünün hobbisi futbol azarkeşliyidir
Bilik öncülü əlavə məşğuliyyətindən, hobbisindən də danışdı. Qeyd etdi ki, şəkil
çəkməyi, futbola baxmağı sevir: “7 il olar ki, futbola maraq göstərirəm. Ən çox sevdiyim
komanda İngiltərənin “Mançester Yunayted” komandasıdır. Son bir ildə futbola baxmağa
elə də çox imkanım olmayıb, amma yenə də maraqlı oyunlar olduğu zaman vaxt tapıb
baxırdım. Azərbaycanın isə “Qarabağ” komandasına azarkeşlik edirəm.
“Abituriyentin özünəinamı və dəqiq məqsədi olsa, istədiyinə nail ola bilər”
Flora qeyd edir ki, yüksək nəticə əldə etmək üçün abituriyentin, hər şeydən öncə,
özünəinamı və dəqiq məqsədi olmalıdır. Məqsəd aydınlığı şagirdin hazırlığını
istiqamətləndirir. 
O, yüksək nəticə əldə etməsində zəhməti olan bütün müəllimlərinə təşəkkürünü bildirir
və qeyd edir ki, müəllimlərinin əməyi, dəstəyi olmasaydı, belə yüksək nəticə qazana
bilməzdi. Son iki ildə hazırlıq kursundakı məşğələlərin də nəticəmdə xeyli rolu olub.
Hazırlıq prosesində valideynlərimin mənə hər zaman  dəstək olduqlarını heç zaman unuda
bilmərəm.


20
ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
Murğuzova Nərminə Sahib qızı 1995‑ci ildə Tovuz rayonunun
Bozalqanlı kəndində anadan olub. Fəhlə ailəsində boya‑başa çatıb.
Təhsilini Bozalqanlı kənd  tam orta məktəbində alıb. Hər zaman
çalışqanlığı, zəhmətsevərliyi ilə seçilib. Məktəbi gümüş medalla bitirib.
Ali məktəbə III ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının hüquqşünaslıq ixtisasına qəbul olub.
Nərminə öz nəticəsi ilə kənd məktəblilərinin də yüksək bal
toplamasının mümkün olduğunu təsdiq etdi.
“Yüksək nəticəyə necə nail oldun” sualına Nərminə belə aydınlıq gətirir: “İndiyə qədər
biz qəbul imtahanlarında şəhər məktəblərindən olan şagirdlərin yüksək bal toplamasına
alışmışıq. Fikirləşirdim ki, niyə belə olmalıdır, axı biz eyni proqramla dərs keçirik, eyni
dərsliklərdən istifadə edirik. Bu düşüncə məni belə qənaətə gətirdi ki, həmin stereotipi
qırmaq və kənd məktəblilərinin də yüksək bal toplamağa qadir olduğunu sübut etmək
lazımdır. Bu fikir mənim üçün güclü bir stimul oldu, konkret məqsədimə çevrildi. Özüm
üçün dəqiq iş rejimi qurdum. Vaxtımın bir dəqiqəsini belə boş, mənasız işlərə sərf etmədim.
Nəticədə məqsədimə ən yüksək balla nail oldum. Onu da deyim ki, bizim məktəbimizdə
çox yaxşı təhsil mühiti mövcuddur. Məlumdur ki, əvvəllər kənd məktəbləri ilə şəhər
məktəbləri arasında çox ciddi fərqlər var idi. Uşaqların təhsilə cəlb edilməsində də
problemlərə rast gəlinirdi. Bir çox uşaqlar təhsildən uzaqlaşırdı, bəzən müəllimlərin
peşəkarlıq səviyyəsi şəhər məktəblərindəkindən geri qalırdı. Son illər təhsil sistemimiz
inkişaf etdiyindən belə ciddi fərqlər aradan qalxmaqdadır. İndi rayon məktəblərində də
təhsilin səviyyəsi yüksəlir”.
İnsanların hüquqlarını qorumaq istəyi
Nərmin nə üçün hüquqşünas olmaq istəyinə də aydınlıq gətirdi. Bildirdi ki, bir neçə il
əvvəl yaxından tanıdığı bir insanın hüquqlarının pozulduğunun şahidi olub. Bu hadisə ona
pis təsir edib. Bundan sonra hüquqşünas olmaq və insanların hüquqlarını qorumaq
qərarına gəlib: “Bir çox tanışlar mənim bu istəyimə ağız büzüb, hüquqşünaslığın kişi sənəti
olduğunu söyləsələr də, valideynlərim bu ixtisası seçməyimə dəstək oldular”.
“3 saat ərzində gələcək taleyim müəyyənləşdiyi üçün bütün həyəcanımı boğdum və
istədiyim nəticəni əldə etdim”
Nərminə deyir ki, sınaq imtahanlarında hər zaman 600 baldan yuxarı nəticə göstərirdim.
Odur ki, imtahanda da yüksək bal toplayacağıma əmin idim. Əslində, yüksək hazırlıqlı
abituriyentlər arasında rekord nəticə – 700 bal toplayanların sayı daha çox ola bilər. Ancaq
onlar çox zaman imtahanda, necə deyərlər, həyəcanlarının qurbanı olur və maksimal
nəticəni əldə edə bilmirlər. Mən də əvvəllər müəyyən qədər həyəcanlanırdım. Lakin sonra
düşündüm ki, 3 saat ərzində gələcək taleyim müəyyənləşir, ona görə də bütün həyəcanımı
boğdum və istədiyim nəticəni əldə etdim. İnsan həyəcanlanmayanda rahat düşünür və
səhvlərə yol vermir.
“İnsanın iradəsi güclü olsa və istədiyini əldə etməyə çalışsa, repetitor yanına getmədən
də yüksək nəticə əldə edə bilər”


Yüklə 6,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə