Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə3/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

Əlində çıraq, onu evə ötürəndə, ayağındakı xalxallar cinkildəməsin. 

Utancaqsansa, onunla bircə kəlmə də danışma. 

Hələ işlərini qurtarmayıbsanmı, ey gəlin? Dinlə, qonağın gəlmişdir. 

Məgər pəyədə çırağı hələ yandırmayıbsanmı? 

Məgər axşam qurbanı üçün səbətin hazır deyilmi? 

Məgər saçlarına qırmızı xoşbəxtlik nişanı

3

 taxmayıbsanmı? Gecə bəzəyini vurmayıbsanmı? 



Ey gəlin, eşidirsənmi, qonağın gəlmişdir. 

Burax işlərini, ey gəlin! 

 

* * * 


 

Əynində nə var, onunla da gəl; geyinməyə vaxt itirmə. 

Saçların hörülməyibsə, tağın düz açılmayıbsa, korsajın lentləri boşalıbsa, bunlara fikir vermə. 

Əynində nə var, onunla da gəl, geyinməyə vaxt itirmə. 

Otların üstü ilə iti addımlarla gəl. 

Şeh  ayaqlarının  rəngini  apararsa,  zəngciklərin  halqaları  boşalarsa,  boyunbağının  inciləri  qırılıb 

tökülərsə, fikir vermə. 

Otların üstü ilə, iti addımlarla gəl. 

Görürsənmi, göy üzünü buludlar bürümüşdür. 

Uzaqda çayın qumsallığından durna qatarı havalanır, kolların üstündən coşqun küləklər əsir. 

Ürküyə düşmüş sürü kəndə öz axurlarına qaçışır. 

Görürsənmi, göy üzünü buludlar necə bürüyür? 

 

Güzgü qabağında çırağı nahaq yandırırsan, – külək onu titrədib söndürər. 



Kim  görə  biləcək  ki,  göz  qapaqlarında  his  yoxdur?  Sənin  gözlərin  fırtına  buludlarından  da 

qaradır. Güzgü qabağında çırağı nahaq yandırırsan, – sönəcəkdir. 

Əynində nə var, onunla da gəl; geyinməyə vaxt itirmə. 

Çələngin hörülməyibsə, kimə nə dəxli var? Bilərziyin zənciri bənd edilməyibsə, fərqi nədir? 

Göyü buludlar bürümüş, artıq gecdir. 

Əynində nə varsa, onunla da gəl, geyinməyə vaxt itirmə. 



 

                                                 

3

   Гырмызы хошбяхтлик нишаны – ярли гадынларын тахдыьы нишан 




* * * 

 

Mən heç bir şey diləmədim, kimsəsiz talada ağacın dalında durdum. 



Hələ şəfəqin gözlərində xumar, havada şeh vardı. 

Şehli otların məstedici qoxusu yer üzərində incə bir duman kimi asılıb qalmışdı. 

Sən banan ağacı dibində yağ kimi yumşaq, təravətli əllərinlə inək sağırdın. 

Mən bircə kəlmə də dinmədim. Meşədə ötən, gözə görünməyən bir quş idim. 

Manqo ağacının çiçəkləri kənd yoluna səpələnir, arılar vızıldaya-vızıldaya dalbadal uçub keçirdi. 

Gölün sahilində Şiva ibadətgahının darvazaları açıldı və xadim nəğməyə başladı. 

Sən qabı dizlərinin üstünə qoyub inək sağırdın. 

Mən, əlimdə boş fincan, durmuşdum. 

Sənə yaxınlaşmadım. 

İbadətgahdakı sinc səsindən səma yuxudan ayıldı. 

Yolda qaçışan sürünün ayaqları altından toz qalxdı. 

Qadınlar quruldayan sənəkləri böyürlərində tutub çaydan qayıdırdılar. 

Sənin xalxalların cingildəyir və köpük bardağın ağzından aşıb daşırdı. 

Səhər ötüb keçirdi, mən sənə yaxınlaşmadım. 

 

* * * 


 

Artıq günortadan keçmiş, bambuk budaqları küləkdən xışıldayanda, mən yol ilə gedirdim, özüm 

də bilmirdim nə üçün. 

Mail kölgələr çəkilib gedən işığın ayaqları altında ağuşlarını açmışdılar. 

Koellər nəğmə oxumaqdan yorulmuşdular. 

Mən yol ilə gedirdim, özüm də bilmirdim nə üçün. 

Suyun sahilindəki daxmanın üzərinə qol-budaqlı ağacın kölgəsi düşmüşdür. 

Orada bir qadın işləyir və ayaqlarındakı xalxalların səsi bu guşəni musiqi ilə doldurmuşdu. 

Mən daxmanın qarşısında durdum, özüm də bilmirdim nə üçün. 

Əyri-üyrü dar cığır bir çox xardal tarlaları və manqo meşələri içindən keçib gedir. 

Bu cığır çay körpüsünün yanındakı bazarın və kənddəki ibadətgahın yaxınlığından keçir. 

Mən həmin daxmanın qarşısında durdum, özüm də bilmirdim nə üçün. 

Çox-çox  illər  bundan  əvvəl  coşqun  bir  mart  günü  baharın  pıçıltısı  belə  yorucu  idi  və  manqo 

ağacının çiçəkləri tozlu yola səpilirdi. 




Axışan dalğalar körpünün pillələrinə qoyulmuş mis bir qabı yalayırdı. 

Mən bu coşqun mart günü barəsində düşünürəm, özüm də bilmirəm nə üçün. 

Kölgələr qatılaşır və mal-qara öz ağıllarına qayıdır.  

İşıq bomboş çəmənlərdə bozarmağa başlayır və kəndlilər çay qırağında bərə gözləyirlər. 

Mən yenə ağır-ağır gedirəm, özüm də bilmirəm nə üçün. 

 

* * * 

 

Mən, öz ətrindən divanə olub, meşənin toranlığında qalan bir maral kimi qaçıram. 



Bu gecə – mayın çiçəklənmə gecəsi, meh – cənubun nəfəsidir. 

Mən yolumu azıram, sərgərdan gəzirəm. Tapa bilməyəcəyimi axtarıram, axtarmadığımı tapıram. 

Arzumun surəti qəlbimdən çıxıb, rəqs edə-edə qarşımda cilvələnir. 

Parlaq xəyal sürətlə uzaqlaşır. 

Mən onu tutmaq istəyirəm, o, məndən qaçır və məni yolumdan azdırır. 

Mən tapa bilməyəcəyimi axtarıram, axtarmadığımı tapıram. 

 

* * * 


 

Əllər əllərə sarmaşır, gözlər gözlərin içində qərq olur, – qəlblərimizin hekayəti belə başlanır. 

Aylı bir mart gecəsi; havada xına kollarının şirin qoxusu; mənim neyim yerdə, sənin hördüyün 

çiçək çələngi natamam qalmış. 

Məhəbbətimiz nəğmə kimi sadədir. 

Sənin zəfəran rəngli örtüyün gözlərimi məst edir. 

Mənim üçün hördüyün yasəmən çələngi qəlbimi qürurla doldurur. 

Bu  bir  oyundur,  –  bir-birimizə  bir  şeyi  veririk,  sonra  alırıq,  göstəririk,  yenə  gizlədirik. 

Gülümsəmələr də, yüngül çəkingənlik də, faydasız mübarizənin gözəlliyi də... 

Eşqimiz nəğmə kimi sadədir. 

Nə indidən kənar sirlərimiz var, nə əlçatmaz arzularımız, nə məftunluğa meylimiz, nə zülmətin 

dərinliklərində sərgərdanlığımız. 

Məhəbbətimiz nəğmə kimi sadədir. 

Biz sözdən əbədi sükuta keçmirik; əllərimizi ümiddən kənar boşluğa uzatmırıq. 

Bir-birimizə verib-aldığımız bizə kifayətdir. 

Biz sevincimizin axırına çıxmamışıq ki, şərabdan iztirab çəkək. 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə