Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

Onlar getmir, sənin üzünə baxıb gülümsünürlər. 

Səhəngini doldur, evə get. 

 

* * * 


 

– Yaxın gəl, ey gənc, söylə, gözlərindəki o coşqun həyəcan nədəndir? 

–  Bilmirəm  o  yabanı  xaşxaş  şərabı  necə  şərabdı,  –  mən  ondan  içdim,  gözlərimdəki  coşqun 

həyəcan ondandır. 

– Ah, ar olsun! 

–  Nə  olar  ki,  adamların  kimisi  müdrik,  kimisi  divanə,  kimisi  ehtiyatlı,  kimisi  qayğısız  olur! 

Gözlər var ki, gülür, gözlər var ki, ağlayır, mənim gözlərimdə də coşqunluq var. 

– Ağac altında, kölgədə niyə hərəkətsiz durubsan, ey gənc? 

– Qəlbimin ağırlığına ayaqlarım tab gətirmir, odur ki kölgədə hərəkətsiz durmuşam. 

– Ah, ar olsun! 

– Nə olar ki, adamlardan kimisi öz yolu ilə qıvraq-qıvraq addımlayır, kimisi ağır-ağır gedir, kimi 

azaddır, kimi buxovlanmış... Mənim ayaqlarım isə qəlbimin ağırlığına tab gətirmir. 

 

* * * 


 

– Mən yalnız sənin lütf edib verdiklərini qəbul edirəm. Artıq heç nə istəmirəm. 

– Bəli, bəli, mən sizin kimi müti dilənçiləri yaxşı tanıyıram; üz verəndə, astar da istəyirsiniz. 

– Mənə bircə çiçək də verə bilsəydiniz, onu köksüm üstdə gəzdirərdim. 

– Bəlkə, o çiçək tikanlı oldu? 

– Mən tikandan qorxmuram. 

– Bəli, bəli, mən sizin kimi müti dilənçiləri yaxşı tanıyıram; üz verəndə, astar da istəyirsiniz. 

–  Sən,  ey  xanım,  mənə  bircə  dəfə  nazla  baxsaydın,  ömrümü,  hətta  öləndən  sonra  da  bəxtiyar 

edərdin. 

– Bəlkə, o baxış sərt oldu? 

– Onu mən öz yaralı qəlbimdə bəslərəm. 

– Bəli, bəli, mən sizin kimi müti dilənçiləri yaxşı tanıyıram, üz verəndə, astar da istəyirsiniz. 

 

* * * 


 


– Məhəbbət qəm-qüssə də gətirsə, ona inan. Qəlbini ondan gizlətmə. 

– Yox, ey dostum, yox, sözlərin dumanlıdır; başa düşə bilmirəm. 

– Ey sevgilim, qəlb elə ona görə yaranmışdır ki, göz yaşları və nəğmələrə həsr edəsən. 

– Ah, ey dostum, yox, sözlərin dumanlıdır, başa düşə bilmirəm. 

–  Sevinc  şeh  damcısı  kimi  bir  anlıqdır,  gülümsünən  kimi  tələf  olur.  Qəm-qüssə  möhkəm  və 

davamlıdır. Qoy sənin gözlərində kədərlə dolu məhəbbət yaşasın. 

– Ah, dostum, yox, sözlərin dumanlıdır, başa düşə bilmirəm. 

–  Lotos  gün  işığında  çiçəklənir  və  hər  şeyi  itirir.  Məgər  o,  qışın  əbədi  dumanları  içərisində, 

açmadan yaşamaq istəməzdimi? 

– Ah, dostum, yox, sözlərin dumanlıdır, başa düşə bilmirəm. 



 

* * * 

 

Sual  dolu  gözlərin  qəmgindir. Ay  dənizin  dərinliklərini  ölçmək  istədiyi  kimi,  sənin  gözlərin  də 



qəlbimin dərinliklərinə dalmaq istəyir. 

Mən heç bir şey gizlətmədən, bütün həyatımı sənə açdım. Bax buna görə də sən məni tanımırsan. 

Əgər  qəlbim  cəvahir  olsaydı,  mən  onu  yüz  parça  edib,  sənə  boyunbağı  qayırardım  ki,  sinəni 

bəzəsin. 

Əgər qəlbim xırdaca zərif bir çiçək olsaydı, onu dərib sənin saçlarına taxardım. 

Axı bu ürəkdir, ey sevgilim. Onun nə dibi var, nə sahili. 

Sən bu səltənətin 

məlikəsi


 olsan da, onun həddini, hüdudunu bilmirsən. 

Əgər o, bircə anlıq səfa olsaydı, sakit bir təbəssümlə qarşında çiçək açardı və sən onu görə bilər, 

bircə anda dərk edərdin. 

Əgər o, yalnız cəfa olsaydı, dumduru göz yaşı damcısına dönərdi. Ən gizlin sirrini sözsüz-sovsuz 

sənə açardı. 

Axı bu məhəbbətdir, sevgilim. 

Səfa və cəfa hədsiz-hüdudsuzdur, onun yoxsulluğu da, sərvəti də gəldi gedərdi. 

O sənə öz həyatı qədər yaxındır, amma onu heç bir zaman tam mənası ilə dərk edə bilməzsən. 

 

 

* * * 

 

Danış, ey sevgilim! Oxuduğun nəğməni sözlərlə anlat. 




Gecə qaranlıq. Ulduzlar buludların altında yox olmuş. Külək yarpaqlarda inləyir. 

Mən  hörüklərimi  açıb  tökəcəyəm.  Göy  plaş  məni  gecə  kimi  bürüyəcək.  Sənin  başını  bağrıma 

basacağam, qoy bu xoş tənhalıqda qəlbin pıçıldasın. Mən gözlərimi yumub dinləyəcəyəm. Mən sənin 

üzünə baxmayacağam. 

Sənin  sözlərin  qurtardıqda,  biz  dinməz-söyləməz  oturacağıq.  Qaranlıqda  yalnız  ağaclar 

pıçıldaşacaq. 

Gecənin  rəngi  solacaq.  Səhər  açılacaq.  Biz  bir-birimizin  gözlərinin  içinə  baxıb,  ayrı-ayrı 

cığırlarla çıxıb gedəcəyik. 

Danış, ey sevgilim! Oxuduğun nəğməni sözlərlə anlat. 

 

* * * 

 

Sən arzularımın səmasında süzən bir axşam buludusan. 



Mən eşqimin cilvələri ilə səni rəngdən-rəngə boyayır, şəkildən-şəklə salıram. 

Narahat xəyallarım aləmində yaşayan sən, bütün varlığınla yalnız mənimsən. 

Ayaqların  arzularımın  alovları  içində  qızılgül  kimidir,  –  sən  mənim  axşam  nəğmələrimin 

sünbüllərini biçirsən. 

Dodaqların çəkdiyim iztirabların şərabından acı ehtirasdadır. Mənim tənha xəyallarımda yaşayan 

sən, mənimsən, bütün varlığınla mənimsən. 

Ah,  ey  baxışlarımın  dərinliyində  yaşayan  gözəl,  ehtirasımın  kölgələri  hüzn  kimi  gözlərinə 

qonmuşdur! 

Mən səni nəğmələrinin toruna salıb tutmuşam, ey sevgilim. 

Ey mənim ölməz xəyallarımda yaşayan gözəl, sən mənimsən, bütün varlığınla mənimsən! 



 

* * * 

 

Bir çöl quşu olan qəlbim öz səmasını sənin gözlərində tapmışdır. 



Bu gözlər səhərin beşiyi, bu gözlər ulduzlar səltənətidir. 

Nəğmələrim onların qəlbində itib batır. 

İcazə ver, mən o səmada, onun tənha ənginliklərində süzüm. 

İcazə ver, yalnız onun buludlarını yarıb, qanadlarımı açaraq onun günəşinin parıltısında süzüm. 



 

* * * 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə