Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

 

Söylə görüm: bütün bunlar doğrudurmu, sevgilim, bütün bunlar doğrudurmu? 

Bu gözlər şimşək çaxanda sinəmdəki qara buludlar fırtına kimi səslənir. 

Doğrudanmı, mənim dodaqlarım ilk məhəbbətin açılmış çiçəyi kimi şirindir? 

Doğrudanmı, əl-ayağımda keçmiş may aylarının izləri qalmışdır? 

Doğrudanmı, ayaqlarım toxunanda, yer arfa kimi səslənir? Doğrudanmı, məni görəndə, gecənin 

gözlərindən şeh damcılayır, doğrudanmı, səhərin işığı bədənimi bürüyəndə, sevincindən cilvələnir? 

Bu  doğrudurmu,  doğrudurmu  ki,  sənin  eşqin  məni  axtara-axtara,  tək-tənha  əsrlərdən  və 

dünyalardan keçib gəlmişdir? 

Doğrudanmı,  nəhayət,  sən  məni  tapdıqda  arzuların  mənim  incə  sözlərimdən,  gözlərimdən, 

dodaqlarımdan, saçlarımın dalğalarından kam alıb dincəlmişdir? 

Deməli, doğrudur ki, mənim alnımda faniliyin sirri nəqş olunmuşdur? 

Söylə görüm, bütün bunlar doğrudurmu, sevgilim? 

 

* * * 



 

Ey məşuqum, mən səni sevirəm. Bu eşqimi mənə bağışla. 

Mən yol azmış bir quş kimi tutulmuşam. 

Qəlbim çırpınanda, üstündəki örtük düşdü, o, çılpaq qaldı. Ey məşuqum, onu qayğıkeşlik örtüyü 

ilə ört və mənim eşqimi bağışla. 

Məni sevə bilməzsənsə, çəkdiyim iztirabı bağışla, ey sevgilim. 

Mənə əyri-əyri baxma. 

Mən öz guşəmə çəkilib qaranlıqda oturaram. 

Çılpaq qalmış həyamı iki əlimlə örtərəm. 

Üzünü məndən kənara çevir, ey sevgilim, çəkdiyim əzabı mənə bağışla. 

Məni sevirsənsə, sevincimi mənə bağışla. 

Qəlbimi səadət seli alıb apararsa, mənim bu fəlakətli tənhalığıma gülmə. 

Mən sənin taxtına çıxıb, eşqimin zülmkarlığı ilə səni hökmüm altına aldıqda, bir ilahə kimi sənə 

lütf etdikdə, mənim qürurumun qarşısında itaətkar ol, ey sevgilim və sevincimi mənə bağışla! 

 

* * * 


 

Ürəyini mənə açmadan getmə, ey sevgilim. 




Mən bütün gecəni yatmamışam, indi budur, gözlərim yuxusuzluqdan yumulur. 

Qorxuram ki, yuxuya gedib səni itirərəm. 

Ürəyini mənə açmadan getmə, ey sevgilim. 

Mən  yerimdən  sıçrayıb  əllərimi  uzadıram  ki,  sənə  toxunsun.  Öz-özümdən  soruşuram:  «Bu 

yuxudurmu?» 

Ah, sənin ayaqlarını məhəbbətimin toruna salıb, qəlbimin yaxınlığında saxlaya bilsəydim! 

Ürəyini mənə açmadan getmə, ey sevgilim. 

 

* * * 



 

Səni çox tez tanımayım deyə, mənimlə oynayırsan, ey xanım.  

Göz yaşlarını gizlətmək üçün qəhqəhələrinlə gözlərimi qamaşdırırsan. 

Bilirəm, sənin hiylələrini bilirəm, –  

Sən ürəyindəkini heç vaxt deməzsən. 

Sənin  qiymətini  bilməyim  deyə,  min  yolla  məndən  qaçırsan.  Səni  çamaatın  içində  itirməyim 

deyə bir kənarda durursan. Bilirəm, sənin hiylələrini bilirəm, – 

Heç vaxt istədiyin cığırla getməzsən. 

Sən başqalarına görə çox şey istəyirsən, ona görə də dinmirsən. 

Hədiyyələrimi şıltaq bir qayğısızlıqla rədd edirsən! Bilirəm, sənin hiylələrini bilirəm, – heç vaxt 

istədiyin şeyi almazsan. 

 

* * * 

 

Oğlan pıçıldadı: «Sevgilim, gözlərini qaldır!» 



Acıqlanıb dedim: «Çıx get!» Amma getmədi. 

O durub əllərimdən tutdu. Mən dedim: «Əl çək məndən!» Amma əl çəkmədi. 

Qulağıma sarı əyildi, ona baxıb dedim: «Axı ayıbdır!» Yerindən tərpənmədi. 

Dodaqları yanağıma toxundu. Diksinib dedim: «Həddini aşırsan ha!» Amma utanmadı. 

Saçlarıma bir çiçək taxdı. Dedim: «Nahaq yerə!» Hərəkətsiz durdu. 

Boynumdan  həmailimi  çıxarıb  getdi.  İndi  ağlayıb  öz  qəlbimdən  soruşuram:  «Bəs  niyə  qayıdıb 

gəlmir?» 

 

* * * 



 

«Ey gözəl qız, təzə çiçəklərdən hördüyün çələnglə mənim boynumu bəzərsənmi?» 

«Bəli,  ancaq  bil  ki,  mənim  hördüyüm  çələng  çoxları  üçündür.  Bu  onu  yalnız  bircə  anlığa 

görənlər, hələ naməlum ölkələrdə və şairin nəğmələrində yaşayanlar üçündür. 

Məndən qəlb əvəzinə qəlb istəmək artıq gecdir! 

Bir zaman vardı ki, həyatım açılmamış çiçəyə bənzərdi,— bütün ətri dərinliklərində idi. 

İndi bu ətir geniş yayılıb uzaqlara səpələnmişdir. 

Onları yenidən bir yerə toplayıb gizlədəcək sehri kim bilir? 

Mənim  qəlbim  o  dərəcədə  mənim  deyildir  ki,  onu  bir  adama  verə  bilim,  –  o  çoxlarına 

verilmişdir». 



 

* * * 

 

Sevgilim, bir gün vardı ki, sənin şairin böyük bir dastan gəmisini suya salmağa hazırlaşırdı. 



Əfsus, mən ehtiyatsız oldum və həmin gəmi sənin ayaqlarındakı xalxallara toxunub tələf oldu. 

O parçalanıb min nəğməyə çevrildi və sənin ayaqların altına səpələndi. 

Onun  keçmiş  savaş  dastanlarından  ibarət  olan  bütün  yükü  dalğaların  arasına  səpələndi,  göz 

yaşlarında islanıb tələf oldu. 

Sən bu itkimin əvəzini verməlisən, sevgilim. 

Əgər mənim öləndən sonra əbədi şöhrət qazanmaq haqqım itibsə, – mənə sağ ikən ölümsüzlük 

bəxş elə. 

Mən nə itkimə yas saxlayaram, nə də səni təqsirkar bilərəm! 



 

* * * 

 

Bütün günü çələng hörməyə çalışıram, amma çiçəklər əlimdən sürüşüb düşür. 



Sən oturub sınayıcı nəzərlərlə oğrun-oğrun məni izləyirsən. 

Gizlin hiyləgərlik edən o gözlərdən soruş, təqsir kimdədir? 

Nəğmə oxumaq istəyirəm, bir şey çıxmır! 

Sənin  dodaqlarında  gizlin  bir  təbəssüm  oynayır,  mənim  müvəffəqiyyətsizliyimin  səbəblərini  o 

təbəssümdən soruş. 

Qoy sənin gülən dodaqların söyləsin ki, mənim səsim lotos çiçəyinin piyaləsində sərməst olmuş 

arı kimi necə susdu? 



Artıq axşamdır, çiçəklərin öz ləçəkciklərini yuman vaxtıdır. 

İcazə ver, yanında oturum və dodaqlarıma əmr et ki, ulduzların tutqun işığında, sükut içində nə 

etmək olarsa, onu etsin. 

 

* * * 

 

Mən yanına vidalaşmağa gələndə, gözlərində inanmazlıq təbəssümü yaranır. 



Mən bunu elə tez-tez etmişəm ki, güman edirsən, tez qayıdıb gələcəyəm. 

Sözün düzü, mənim özümə də elə gəlir. 

Çünki  yaz  günləri  təkrar-təkrar  qayıdır;  ay  batıb  yenə  də  çıxır;  çiçəklər  hər  il  budaqlarda  öz 

vaxtında açılır, solur. Deməli, bəlkə, mən də yalnız qayıtmaq üçün vidalaşıram. 

Amma bu yanlışlığın qabağını bir qədər al; onu amansız tələsikliklə qovma. 

Mən deyəndə ki, səni həmişəlik tərk edirəm, bunu bir həqiqət kimi qəbul et və qoy göz yaşı bir 

anlığa gözlərinin tünd fəzasını dumanlandırsın. 

Sonra mən qayıdası olsam, istədiyin kimi, hiyləgərcəsinə gül. 



 

* * * 

 

Mən qəlbimdə sənin üçün bəslədiyim ən qiymətli sözü söyləmək həsrətilə yanıram, amma cürət 



eləmirəm, qorxuram ki, gülərsən. 

Buna görədir ki, öz-özümə gülürəm və sirrimi zarafat kimi israf edirəm. 

Mən ürək dərdlərimi nəzərə almıram, qorxuram, sən də belə edərsən. 

Mən  qəlbimdə  sənin  üçün  bəslədiyim  ən  səmimi  sözləri  söyləmək  həsrəti  ilə  yanıram,  amma 

cürət eləmirəm, qorxuram ki, inanmazsan. 

Bax buna görə də onları yalan şəklinə salıb, olmayan şeyləri sənə söyləyirəm. 

Mən öz dərdlərimi gülünc edirəm, qorxuram, sən də belə edərsən. 

Mən  ürəyimdə  sənin  üçün  bəslədiyim  ən  qiymətli  sözləri  söyləmək  həsrəti  ilə  yanıram,  amma 

cürət eləmirəm. Qorxuram ki, onlara layiqi qiymət verilməz. 

Bax buna görə də sənə layiq olmayan adlar qoyub, öz kobud qüvvəmlə öyünürəm. 

Mən səni təhqir edirəm, çünki qorxuram sən heç bir zaman iztirabın nə olduğunu bilməzsən. 

Mən  sənin  yanında  dinməz-söyləməz  olmaq  istəyirəm,  amma  cürət  eləmirəm,  qorxuram  ki, 

dodaqlarım ürək sirrimi açar. 

Bax buna görə də mən çərənləyirəm və boş sözlərlə qəlbimin sirrini gizlədirəm. 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə