Mənsur şEİRLƏR (Tərc. Mikayıl Rzaquluzadə) Bağban bağban



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə9/10
tarix19.07.2018
ölçüsü1 Mb.
#57340
1   2   3   4   5   6   7   8   9   10

 

Ey  qadın,  sən  yalnız Allahın  yaratdığı  deyilsən,  həm  də  kişinin  yaratdığısan;  o  daim  səni  öz 

qəlbinin gözəllikləri ilə bəzəyir. 

Şairlər  xəyallarının  qızıl  tellərindən  sənə  paltar  toxuyur;  rəssamlar  sənin  şəklinə  yeni,  ölməz 

gözəlliklər əlavə edirlər. 

Səni  bəzəmək,  geyindirmək,  daha  da  gözəlləşdirmək  üçün  dəniz  incisini,  mədənlər  qızılını, 

bağlar yayda çiçəklərini verir. 

Kişilərin qəlblərinin arzusu sənin gəncliyinə parlaq boyalar vurmuşdur. 

Sən həm xəyalsan, həm qadın. 

 

* * * 

 

Ey  daşdan  yonulmuş  Gözəllik,  sən  həyatın  çaxnaşma  və  səs-küyü  içində  hər  şeyə  yad,  hər 



şeydən uzaq, dinməz və hərəkətsiz durubsan. 

Sənə məftun olan böyük Zaman ayaqların altında oturub pıçıldayır:  «Danış, ey sevgilim, danış, 

ey əbədi gəlinim, danış mənə!» Amma, ey hərəkətsiz gözəl, sənin səsin daşın içində gizlənmişdir. 

 

* * * 

 

Sakit ol, ey könül, qoy vidalaşma şirin olsun. 



Qoy bu ölüm deyil, yalnız nəhayət olsun. 

Qoy məhəbbət xatirata, cəfa nəğməyə çevrilsin. 

Qoy göylərə uçuş yuvaya qayıtmaqla nəhayətlənsin. 

Qoy sənin əllərinin son təması gecə çiçəyinin təması kimi zərif olsun. 

Tələsmə, ey Gözəl, Nəhayət və Son sözlərini sükutla ifadə et. 

Mən qarşında təzim edib yolunu işıqlandırmaq üçün çırağımı qaldıraram. 



 

* * * 

 

Keçmiş həyatımda duyub tanıdığım məhəbbəti axtarmaq üçün qaranlıq röya yoluna çıxdım. 



Sevgilimin evi tənha küçənin axırında idi. 

Onun  sevimli  tovuzu  yüngül  axşam  mehinin  nəvazişləri  ilə  mürgüləyir,  göyərçinlər  öz 

yuvalarında quruldamırdılar. 



Sevgilim çırağını qapının ağzına qoyub qarşımda durmuşdu. 

İri gözlərini qaldırıb mənə baxa-baxa, tutqun bir səslə soruşdu: «Necəsən, dostum?» 

Cavab vermək istədim, amma dilimizi yadırğamış, unutmuşdum. 

Mən hey düşünür, düşünürdüm; adlarımız yadıma düşmürdü. 

Onun gözlərində yaşlar parıldadı. Sağ əlini mənə uzatdı. Mən onu əlimə alıb, dinməz-söyləməz 

durdum. 


Çırağımız axşam mehinin nəfəsindən alışıb alovlandı və söndü. 

 

* * * 

 

Getməlisənmi, ey yolçu? 



Hələ gecənin ən qaranlıq vaxtıdır, meşənin üstünü zülmət almışdır. 

Bizim eyvanda işıqlar yanır, çiçəklər təzədir və gənc baxışlar parıldaşır. 

Məgər ayrılıq dəmi çatmışmı? Ey yolçu, getməlisənmi? 

Biz yalvarışla, uzanmış əllərimizlə sənin ayaqlarından tutmayırıq. 

Qarşında qapılar açıqdır. Yəhərlənmiş atın qapıda gözləyir. 

Biz sənin yolunu kəsmək istəsək, yalnız nəğmələrlə kəsərik. 

Biz səni saxlamaq istəsək, yalnız baxışlarımızla saxlamaq istərik, 

Ey yolçu, biz səni saxlamaqda acizik. Gücümüz yalnız göz yaşlarımıza çatar. 

Sənin baxışlarında necə sönməz bir alov yanır? 

Sənin qanında necə coşqun bir hərarət var? 

Səni qaranlıqdan çağırıb tələsdirən hansı səsdir? 

Sən  səmada  ulduzlardan  necə  dəhşətli  bir  sehr  oxuyubsan  ki,  dilsiz  və  füsunkar  gecə  qəlbinə 

fərman kimi hökm edən bir xəbər vermişdir? 

Əgər bu şən yığıncaq səni sevindirmirsə, ey iztirablı könül, əgər sən sakitlik istəyirsənsə, əmr et 

işıqlar sönsün, rübablar sussun. 

Biz  gecənin  qaranlığında,  yarpaqların  xışıltısı  altında  oturarıq  və  yorğun  ay  sənin  pəncərənə 

solğun işıq saçar. 

Gecənin dərinliklərindən səni hansı coşqun bir qəlb çağırır, ey yolçu? 



 

* * * 

 

Mən bütün günü boğucu, bürkülü yolun tozları içində keçirdim. 




İndi,  budur,  axşam  sərinliyində  karvansaranın  qapısını  döyürəm.  Bura  tərk  edilmiş  və  xaraba 

qalmışdır. 

Dəhşətli aşat

5

 ağacı ac, əyri-üyrü rişələrini sökük divarların yarıqlarına yaymışdır. 



Bir zaman vardı ki, yolçular bura gəlib öz yorğun ayaqlarını yuyardılar. 

Onlar  yenicə  doğmuş  ayın  solğun  işığında  həsirlərini  yerə  sərib,  uzaq-uzaq  ölkələrdən  söhbət 

edərdilər. 

Onlar  səhər  dincəlmiş,  rahatlanmış  halda  qalxardılar,  quşlar  onları  sevindirərdi,  yol  kənarında 

açılmış çiçəklər xırdaca başlarını əyib, onları dost kimi salamlayardı. 

Amma mən qapıdan girdikdə, yanan bir çıraq görmədim. 

Bir zamanlar burada yanmış axşam tonqallarının qara, hisli ləkələri kor gözlər kimi divarlardan 

mənə baxırdı. 

Qurumuş  gölün  kənarındakı  kolların  içində  işıldaquşlar  uçuşur,  bambukların  kölgəsi  ot  basmış 

cığırın üstünə düşmüşdü. 

Mən keçirdiyim günün sonunda heç kəs tərəfindən qarşılanmayan bir qonaq idim. 

Qarşımda uzun bir gecə, özüm yorğun. 



 

* * * 

 

Yenə də çağırırsan? 



Artıq gecədir. Yorğunluq yalvaran bir məhəbbətin qolları kimi məni qucaqlayır. 

Sən məni çağırırsan? 

Mən günümü sənə verirəm, ey insafsız, amma sən gecəmi də əlimdən almaq istəyirsən? 

Axı hər şeyin bir sonu olar, hamının gecə dincəlməyə haqqı var. 

Gərək sənin səsin dincliyimi alıb qəlbimə sancılsın? 

Məgər gecə sənin qapın ağzında öz yuxu musiqisini çalmırmı? 

Məgər sənin amansız qüllən üzərində yüngül qanadlı ulduzlar doğmayırmı? 

Məgər sənin bağçanda çiçəklər yerə sərilməyir, sakit-sakit ölüb getməyirmi? 

Heç sakitlik bilməyən sən, məni hey çağırmalısanmı? 

Eləsə, qoy məhəbbətin qəmgin gözləri boş-boşuna gözləsin və ağlasın. 

Qoy bomboş evdə çıraq yana-yana qalsın. 

Qoy bərə yorğun fəhlələri aparıb getsin. 

                                                 

5

   Ашат (ошот) – мцгяддяс янъир аьаъы 




Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə