Məntiq və imtahan kitabı



Yüklə 5,55 Kb.
tarix17.09.2017
ölçüsü5,55 Kb.
növüYazı

Məntiq və imtahan kitabı

Düşüncə mədəniyyətinin, dərketmə prosesinin əsasında məntiq dayanır. Məntiqlə danışan adam tez və düzgün başa düşülür. İxtisas və sənətindən asılı olmadan hamı - riyaziyyatçı, təbiətşünas, şair, yazıçı, həkim, mühəndis, müəllim və ya kim olur-olsun - ümumi və özünəməxsus məntiq olmadan öz gündəlik işini və yaradıcılığını qura bilməz. Sözün məntiqi və ya məntiqli söz həm şifahi, həm yazılı fəaliyyətimizi idarə edir. Əlbəttə ki, məntiqin özü “adi məntiq”dən, sadə silloqizmdən ibarət deyil. Şahmatın əsasında plan və çox gedişli hesablamalar dayandığı kimi, məntiqin də öz plan və gedişləri mövcuddur.

Məntiq bir zəka fəaliyyətidir, mühakimə üsuluduir, söhbətin və işin alqoritmləşdirilməsidir. Söz təfəkkürü və canl dil məntiqin qeyri-formal tərəfidir. Məntiq elminin əsasında riyazi düşüncə dayanır. Bu istiqamətdə qurulan məntiqə riyazi məntiq və ya daha geniş mənada, formal məntiq deyilir.Ümumidən xüsusiyə və xüsusi sınaqlardan ümumiyə doğru – deduksiya və induksiya həm elmi, həm gündəlik iş mədəniyyətinin, məntiqi düşüncənin vacib ünsürləridir. Elmi və fəlsəfi təfəkkür müəyyən postulatlar üzərində qurulan səbəb-nəticə kateqoriyasına bağlıdır. Fəlsəfəyə bəzən məntiqin poeziyası deyilir.

İbrahim Abbasov Xəzər Universiteti İqtisadiyyat və Menecment fakültəsində oxuyub, maliyyə ixtisasına yiyələnib. Onun məntiqə aid hazırladığı maraqlı və faydalı çalışma və imtahan testləri kitabı məni sevindirdi. Hal-hazırda Magistraturaya və Dövlət qulluğuna qəbulda məntiqdən də imtahan vermək lazım gəlir. Sözlü məntiq təfəkkürü ilə yanaşı fəza təfəkkürü və mühəndis təfəkkürünün yoxlanılması və inkişafına aid çalışma və testlər diqqətə layiqdir. Üstəlik praktik riyazi çalışmaların məntiqi əsaslarının daxil edilməsi kitabın gücünü daha da artırır.



Tənqidi düşüncə, sistemli düşüncə tərzini sevənlər və imtahanlara hazırlaşanlar üçün İbrahim Abbasovun hazırladığı kitabın faydalı olacağına ümid edirəm.

Professor Hamlet İsaxanlı


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə