MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 5,01 Kb.

səhifə1/79
tarix17.11.2018
ölçüsü5,01 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   79


MƏNTĠQ ELMĠ, Georq Vilhelm Fredrix Hegel, 
 
LOGIKWISSENSCHAFT, Georg Wilhelm Friedrich Hegel,  
 
FƏLSƏFƏ ELMLƏRĠ ENSĠKLOPEDĠYASI 1-ci cild 
Bakı - 2005 
 
Çevirəni BDU dosenti, fəlsəfə elmləri namizədi ARĠF TAĞIYEV 
ELMĠ REDAKTORU: akademik FUAD QASIMZADƏ 
 
"Məntiq elmi" Hegelin "Fəlsəfə elmləri ensiklopediyası"nın birinci bölümüdür. Bu bölümdə Hegelin fəlsəfi sisteminin 
ümumfəlsəfi məsələləri tədqiq edilir. Müəllif "Məntiq elmi"ndə dialektikanın, məntiqin və idrak nəzəriyyəsinin 
vəhdətini əsaslandırır, dialektik məntiq təlimini irəli sürür və onun formal yaxud ənənəvi məntiqə münasibətini Ģərh 
edir. 
   Kitab varlıq haqqında, mahiyyət haqqında, anlayıĢ haqqında təlim adlanan üç bölümdən ibarətdir. Kitabın bütün 
məzmunu bu üç bölümdə araĢdırılan məsələlərin dialektik əlaqələrinin, məntiqi bağlarının tədqiqindən və onun 
nəticələrindən ibarətdir. Hegelin "Məntiq elmi" onun fəlsəfəyə və bütün bəĢəriyyətə bəxĢ etdiyi təfəkkürün dialektik 
metodunun yetkin nümunəsidir. Kitab mənəvi-mədəni yaradıcılıqla məĢğul olan bütün insanlar üçün masaüstü kitab və 
tələbələr üçün dərslik ola bilər. 
 
 
ĠÇĠNDƏKĠLƏR 
 
- Birinci nəĢrə sözardı 
- GiriĢ 
 
BĠRĠNCĠ BÖLÜM MƏNTĠQ ELMĠ 
- Ġlkin anlayıĢ  
- Fikrin obyektivliyə birinci münasibəti  
- Metafizika  
- Fikrin obyektivliyə ikinci münasibəti  
- I. Emprizm  
- II. Tənqidi fəlsəfə  


- Fikrin obyektivliyə üçüncü münasibəti  
- Bilavasitə bilik  
- Məntiqin və onun bölgüsünün müəyyənləĢdirilməsinin davamı  
- Birinci bölüm 
- Varlıq haqqında təlim  
- A. Keyfiyyət  
- a. Varlıq  
- b. Mövcud varlıq  
- c. Özü-üçün varlıq  
- B. Kəmiyyət  
- a. Xalis kəmiyyət  
- b. Müəyyən kəmiyyət  
- c. Dərəcə  
- C. Ölçü  
 
ĠKĠNCĠ BÖLÜM 
- Mahiyyət haqqında təlim  
- A. Mahiyyət mövcudluğun əsasıdır  
- a. Xalis reflektiv təriflər  
- alfa) Eyniyyət  
- beta) Fərq  
- gamma) Əsas  
- b. Mövcudluq  
- c. ġey  
- B. Hadisə  
- a. Hadisələr dünyası  
- b. Məzmun və forma  
- c. Münasibət  
- C. Gerçəklik  
- a. Substansial münasibət  


- b. Səbəbiyyat bağlantısı  
- c. QarĢılıqlı təsir  
 
ÜÇÜNCÜ BÖLÜM 
- AnlayıĢ haqqında təlim  
- A. Subyektiv anlayıĢ  
- a. AnlayıĢ necə varsa  
- b. Mühakimə  
- alfa) Keyfiyyət mühakiməsi  
- beta) Refleksiya mühakiməsi 
- gamma) Zərurət mühakiməsi  
- delta) AnlayıĢ mühakiməsi  
- c. Əqlinəticə  
- alfa) Keyfiyyət əqlinəticəsi  
- beta)Refleksiya əqlinəticəsi  
- gamma) Zərurət əqlinəticəsi  
- B. Obyekt  
- a. Mexanizm  
- b. Ximizm  
- c. Teleologiya  
- C. Ġdeya  
- a. Həyat  
- b. Ġdrak  
- alfa) Ġdrak  
- beta) Ġradə  
- c. Mütləq ideya  
- Qeydlər və Ģərhlər  
 
* * * 
 


MƏNTĠQ ELMĠ, Georq Vilhelm Fredrix Hegel, 
 
 
BĠRĠNCĠ NƏġRƏ SÖZARDI 
 
   Dinləyicilərimə mənim fəlsəfi mühazirələrimə dair dərslik hazırlamaq tələbatı bu əhatəli fəlsəfi icmalı zamanından 
öncə nəĢr etdirməyimin əsas səbəbi oldu. 
   Xülasənin (Qrudrisses) təbiəti ideyanı məzmun baxımından yetərli Ģərh etməyi nəinki istisna edir, həm də (özəlliklə) 
ideyanın sistematik inkiĢafını məhdudlaĢdırır. Ġdeyanın sistematik inkiĢafı isə digər elmlərdə sübut adı altında düĢünülən 
anlamı əhatə etməlidir, heç elmi fəlsəfə də sübutsuz mümkün deyil. Bu kitabın adı həm onun bütün fəlsəfəni əhatə 
etdiyini. Həm də xırdalıqları Ģifahi icmallarda Ģərh etmək istəyimizi göstərməlidir. 
   Xülasədə məzmunun öncədən müəyyənləĢdirildiyini, bəlli olduğunu və yığcam Ģərh olunmalı olduğunu nəzərə alaraq 
materialın düzülüĢü və yerləĢdirilməsinin zahiri məqsədəuyğunluğuna daha çox qayğı göstəririk. Lakin bu kitabda biz 
Ģərhin bu üsulu ilə hərəkət etmədik və fəlsəfəni onun metodu sarıdan yenidən iĢlədik və mən ümid edirəm ki, bu 
metodun məzmunla eyni olduğu qəbul ediləcək. 
   Hər halda bu xülasədə Ģərhi məzmunun təsəvvürə və elmi məlumatlara yaxınlaĢması yönündən məhdudlaĢdırmağı 
lazım bildim, amma yalnız vasitəli, anlayıĢla Ģərtlənən keçidlərə gəlincə onları yetərincə anlaĢıqlı etmiĢəm ki, bu 
xülasədə iĢlədilən metodun yalnız digər elmlərin istifadə etdiyi zahiri qaydalardan və eləcə də fəlsəfi mühakimələrdə 
adət etdiyimiz materiallardan fərqini göstərə bilim; adət etdiyimiz fəlsəfi mühakimələrdə öncədən qəbul edilmiĢ bir 
sxemdən çıxıĢ edirlər və onun köməyi ilə baxıĢ materialını digər elmlərdə istifadə edilən üsuldan daha artıq dərəcədə 
ixtiyari və zahiri qaydalar üzrə paralel sıralara yerləĢdirirlər və olduqca qəribə anlaĢılmazlıqla anlayıĢın zəruri inkiĢafını 
təsadüfi və ixtiyari bağlantılarla əvəz etməyə çalıĢırlar. 
   Biz bu özbaĢınalığın fəlsəfənin məzmununu necə mənimsədiyinin, ən riskli avantüraların fikirlərə hopduğunun və 
müəyyən bir müddət namuslu və xeyirxah insanları özünə çəkdiyinin Ģahidi olmuĢuq, bu özbaĢınalıqdakı həyasız 
kələkbazlığı görənlər də vardır. Ancaq bu özbaĢınalığın məzmunu nə əzəmət, nə də ağılsızlıq deyildir, orada hamıya 
bəlli bayağı müddəalar görmək olar; eynilə bunun kimi onun forması da yalnız qəribə, əcaib iliĢgilərin 
müəyyənləĢdirilməsində və süni qəribəlikdə (bu formada ciddi maska altında özünü və kütləni aldatma gizlçnir) özünü 
göstərən niyyətli, metodik və ucuz hazırcavablığın dayaz manerasından ibarətdir. O biri tərəfdən, biz gördük ki, 
fikirlərin dayazlığı və yoxsulluğu iddiasız ağlın ağılsız skeptisizmi və tənqidi ilə özü-özünü necə məzəmmət etdi, 
gördük ki, boĢ ideyalarla birlikdə necə lovğalıq və mənasızlıq yarandı. Ruhun bu hər iki istiqaməti uzun zaman alman 
ciddiliyini tənqid etdi, daha dərin fəlsəfi fikri əzdi və bunun sonucu fəlsəfə elminə elə bir etinasızlıqdan və hətta 
nifrətdən ibarət oldu ki, hazırda saxta ciddilik də idrak forması nə zamansa sübut sayılmıĢ dərin fəlsəfi məsələlərin ağıllı 
dərki imkanını rədd edərək onların haqqında rəy söyləməkdə özünü haqlı sayır. Burada sözü gedən lovğalığa yeni 
epoxanın həm elmi, həm də politika sahəsində özünü göstərən gənclik coĢqunluğu kimi baxmaq olar. Bu coĢqunluq 
yeniləĢmiĢ ruhun Ģəfəqlərini alqıĢ və fərəhlə qarĢıladı, dərin araĢdırmalar aparmadan yeni ideyadan məst oldu və bəlli 
bir zaman içində onun vəd etdiyi ümid və görüntülərdən həzz aldı və biz onun ifratçılığı ilə asanca barıĢırıq ona görə ki, 
onun özülündə sağlam özək, nüvə vardır, onun bu özülü bürüyən dumanı isə öz-özünə dağılmalıdır. 
   YaranmıĢ mənasızlıq isə böyük ədavət aĢılayır, çünki o öz gücsüzlüyünü və zəifliyini büruzə verir və bunu Ģübhə və 
təfəkkürlə ört-basdır etməyə çalıĢır, bütün əsrlərin fəlsəfi dühalarına öyüd verərək tənqid edir və həm onları, həm də 
özəlliklə özü-özünü təhrif edilmiĢ halda anlayır. 
   Ancaq görmək və deyilənlərə əlavə etmək xoĢdur ki, ruhun bu yönünün əksinə olaraq yalnız rəylərə və faniliyə 
inanmayan fəlsəfəyə maraq və ali idraka ciddi sevgi yaĢamaqdadır. Əgər bu maraq bəzən bilavasitə bilik və hissi 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə