MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə13/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   9   10   11   12   13   14   15   16   ...   79

  Əlavə. Əski metafizikanın müqəddiməsi, çıxıĢ nöqtəsi, ümumiyyətlə, belə bir sadəlövh inam idi ki, təfəkkür Ģeyləri 
özlüyündə necədirlərsə, o cür dərk edir və Ģeylər yalnız fikir qismində həqiqidir. Ġnsanın könlü (ruhu) və təbiət əbədi 
dəyiĢən Proteemdir və asanlıqla ağla gəlir ki, Ģeylər bizim onların barəsindəki təsəvvürlərimizdə olduğu kimi deyil. Əski 
metafizikanın burada gətirdiyimiz baxıĢı tənqidi fəlsəfənin gəldiyi baxıĢa əksdir. Ancaq demək mümkündür ki, tənqidi 
fəlsəfənin gəldiyi nəticəyə görə insan yalnız cecələrlə və çürük beyinlərlə qidalanmalıdır. 
  Bu əski metafizikanın mühakimə metodu ilə ilgili daha ətraflı deməliyik ki, o, yalnız düĢünən təfəkkür çərçivəsindən 
kənara çıxmamıĢ (abstrakt-əqli) təfəkkürün bilavasitə abstrakt təriflərini götürmüĢ və hesab etmiĢdir ki, onlar həqiqi 
olanın predikatları ola bilərlər. Təfəkkürdən söz açdıqda, biz, sonlu, yalnız dərk edən təfəkkürü və düĢünən, sonsuz 
təfəkkürü bir-birindən fərqləndirməliyik. Bilavasitə öncədən tapılan təcrid olunmuĢ təfəkkür tərifləri sonlu təriflərdir. 
Əgər yeni dövrün təfəkkürü hər zaman məhduddur fikrinə söykənsək, sonsuz təfəkkür ifadəsi qəribə görünə bilər. Lakin 
əslində təfəkkür mahiyyətcə özündə sonsuzdur. Formal deyilərsə, sonlu o Ģeydir ki, sonu vardır, var olandır ancaq bu 
var olan özünün özgəsilə qarĢılaĢan yerdə daha var olmur və deməli, onunla məhdudlaĢdırılır. Beləliklə, sonlu onun 
inkarı və varlıq hüdudu olan özünün özgəsinə münasibətindən ibarətdir. Ancaq təfəkkür özündə olub özü özü ilə 
bağlıdır və özü özünün predmetidir. Fikri öz predmetim etməklə mən özüm özümdə oluram. Buna uyğun olaraq "mən", 
təfəkkür sonsuzdur ona görə ki, mən təfəkkürdə bu təfəkkürün özündən ibarət olan predmetlə bağlıdır. Predmet, 
ümumiyyətlə, mənə münasibətdə inkarı bir Ģeydir. Ancaq əgər təfəkkür özü-özünə düĢünürsə, onda onun elə bir 
predmeti var ki, o eyni zamanda predmet deyil, yəni o aradan qaldırılmıĢ, ideal (ideller) predmetdir; deməli, təfəkkür 
özünün bu xalis halında heç bir hüduda malik deyil. Təfəkkür ona görə sonludur ki, sonuncu kimi qəbul etdiyi məhdud 
təriflər üzərində dayanır. Təfəkkür sonsuzu və ya spekulyativ olanı da bu cür təyin edir, lakin təyin etməklə, 
məhdudlaĢdırmaqla o yenidən bu yetərsizliyi aradan qaldırır. Adi təsəvvürün etdiyi kimi sonsuzu hər bir yeni yaranan 
hüduddan abstrakt çıxıĢ kimi baĢa düĢmək lazım deyil, onu yuxarıda aydınlaĢdırdığımız üsulla anlamaq lazımdır. 
  Əvvəlki metafizikanın təfəkkürü sonlu təfəkkür idi, çünki o, hüdudlarını möhkəm və dəyiĢməz sandığı, inkar edilməz 
təfəkkür təriflərində hərəkət edirdi. Belə ki, məsələn, sual verirdilər: allahın mövcud varlığı vardırmı? Və mövcud 
varlığa bu zaman xalis müsbət, sonuncu və ən yaxĢı bir Ģey kimi baxırdılar. Ancaq biz sonradan deyəcəyik ki, mövcud 
varlıq quru boĢ müsbət bir Ģey olmayıb ideya üçün olduqca aĢağı və allaha layiq olmayan tərifdir. Sonra, əski metafizika 
dünyanın sonluluğu yaxud sonsuzluğu sualları üzərində baĢ sındırırdı. Burada sonsuzluq qəti olaraq sonluluğa qarĢı 
qoyulurdu. Lakin görmək asandır ki, əgər bu iki tərif bir-birinə qarĢı qoyulursa, onda bütövü təmsil etməli olan 
sonsuzluq, yalnız bir tərəf kimi çıxıĢ edir və sonlu ilə məhdudlaĢır, məhdudlaĢmıĢ sonsuzluq isə yalnız sonludur. Elə bu 
anlamda əski metafizika ruhun (könül anlamında – A. T.) sadə və ya mürəkkəb olması sualına da baĢ vururdu. Deməli, 
sadəlik də həqiqəti dərk etmək üçün son tərif kimi qəbul edilirdi. Ancaq sadəlik elə mövcud varlıq kimi yoxsul, abstrakt 
və sonradan görəcəyimiz kimi, elə bir birtərəfli tərifdir ki, özü həqiqi olmadığı kimi həqiqəti də ifadə edə bilməz. Əgər 
ruh (könül) yalnız sadəliyində gözdən keçirilirsə, onda belə abstaksiya sayəsində o, birtərəfli və sonlu kimi 
müəyyənləĢdirilmiĢ olur. 
  Əski metafizika, beləliklə, bu cür predikatların onun predmetinə aid olduğunu bilmək istəyirdi. Ancaq bu predikatlar 
məhdud idrak tərifləridir və həqiqi olmayan bir hüdudu ifadə edir. Burada özəlliklə qeyd olunmalıdır ki, əski 
metafizikanın fəaliyyət üsulu predmetə predikat aid etməkdən ibarət idi və bu üsulla, məsələn, allahı dərk etməli idi. 
Lakin bu, predmet haqqında xarici refleksiyadır, çünki təriflər (predikatlar) mənim təsəvvürümdə hazır haldadır və 
predmetə yalnız dıĢarı olaraq sırınır. Predmetin həqiqi dərki, məsələn, elə olmalıdır ki, o özü özündən özünü müəyyən 
edib öz predikatlarını dıĢarıdan almasın. PredikatlaĢdırma üsulundan istifadə etsək, onda ruh hiss edir ki, belə 
predikatlar predmeti tükətmir. Odur ki, doğu xalqları tamamilə düzgün olaraq allahı çoxadlı, sonsuz sayda adı olan 
varlıq adlandırırlar. Fərdi ruh bu sonlu təriflərin heç birində təmin olunmur və doğu (Ģərq) düĢüncəsi belə predikatların 
aramsız axtarıĢından ibarətdir. Sonlu Ģeylərlə, əlbəttə ki, sonlu təriflər vasitəsilə müəyyənləĢdirilə bilər və burada 
düĢüncə və onun fəaliyyəti öz yerindədir. O özü sonlu olub yalnız sonlunun təbiətini dərk edir. Əgər mən, məsələn, 
hərəkəti oğurluq adlandırıramsa, onda bu hərəkətin məzmununun mühüm tərəfini müəyyən etmiĢ oluram və bu bilik 
hakimlər üçün yetərlidir. Sonlu Ģeylər də bir-birinə səbəb və onun təsiri, güc və onun aĢkarlığı kimi münasibətdədirlər 
və biz, onları bu təriflərə görə anladıqda onların sonluluğunu dərk etmiĢ oluruq. Ancaq düĢüncə predmetləri belə sonlu 
predikatlar vasitəsilə müəyyənləĢdirilə bilməz və onları bu cür müəyyənləĢdirməyə can atmaq əski metafizikanın qüsuru 
idi. 


   
§ 29 
  Bu cür predikatların məzmunu özlüyündə məhduddur və predmetlər – allah, təbiət, ruh və i. a. – haqqında tam 
təsəvvürə uyğun gəlmir və onlar haqqında tam təsəvvür verə bilməz. Sonra, bir subyektin predikatları kimi bu 
predikatlar bir-biri ilə bağlıdır, amma məzmunca fərqli olduqlarından dıĢarı yöndən bir-birindən fərqli predikatlar kimi 
görünürlər. 
  Qeyd. Birinci qüsuru doğu xalqları, məsələn, allaha aid edilən çoxsaylı adlar vasitəsilə onu tərif edərkən aradan 
qaldırmağa can atıblar. Lakin bununla belə bu adlar sayca məhduddur və sonsuz olmalıdır. 
   
§ 30 
  2) Bu metafizikanın predmetləri, doğrudur, zəkaya məxsus özündə və özü üçün totallıqlar, təfəkkürə məxsus özündə 
konkret ən ümumi – ruh (könül – A. T.), dünya, allahdır; lakin metafizika mövcud, hazır subyektlər kimi təsəvvürdən 
götürmüĢ təfəkkür təriflərini bu predmetlərin özülünə qoymuĢ və predikatların yararlılığının miqyasını və yetərliliyini 
ancaq təsəvvürdə görmüĢdür. 
   
§ 31 
  Ġlk baxıĢda görünür ki, ruh, dünya, allah haqqında təsəvvürlər təfəkkürə möhkəm özül verir. Amma təsəvvürlərdə özəl 
subyektivlik qatıĢığı olmaqla və buna görə də olduqca dəyiĢik anlamlar daĢımaqla yanaĢı yalnız təfəkkürün vasitəsilə 
davamlı müəyyənlik ala bilərlər. Bu, hər bir cümlədə ifadə olunmuĢdur, çünki cümlədə yalnız predikat (fəlsəfədə – 
təfəkkür tərifi) subyektin nə olduğunu, yəni ilkin təsəvvürü göstərməlidir. 
  Qeyd. "allah əbədidir və i. a." cümləsində biz "allah" təsəvvüründən baĢlayırıq, amma hələ biz bilmirik o nədir; onun 
nə olduğunu yalnız predikat bildirir; odur ki, məzmunun yalnız fikir formasında müəyyənləĢdirildiyi məntiqdə bu 
tərifləri subyekti allah və ya daha gizli mütləq olan cümlənin predikatları etmək nəinki artıqdır, hətta ziyanlıdır, belə ki, 
bu, fikrin öz təbiətindən çox baĢqa bir miqyası xatırladırdı. Lakin bununla yanaĢı cümlənin forması və ya daha müəyyən 
deyilərsə, mühakimənin forması konkreti (həqiqət isə konkretdir) və spekulyativ predmeti göstərmək üçün uyğun deyil; 
mühakimə öz forması sayəsində birtərəflidir, çünki yalandır. 
  Əlavə. Bu metafizika azad və obyektiv təfəkkür deyildir, belə ki, o, obyektə özünü özündən müəyyən etmək azadlığı 
verməmiĢdir, onu hazır saymıĢdır. Azad təfəkkürə gəlincə deyilməlidir ki, yunan fəlsəfəsi azad düĢünmüĢdür, sxolastika 
isə azad düĢünməmiĢdir, çünki o öz məzmununu hazır, yəni kilsə tərəfindən verilmiĢ halda götürürdü. Yeni zamanın biz 
insanları özümüzün təhsilimiz sayəsində üzərindən keçilməsi çox çətin olan təsəvvürlərə həsr olunmuĢuq, belə ki, 
təsəvvürlər dərin məzmun daĢıyırlar. Antik filosofların Ģəxsində biz bütünlüklə hissi seyr zəminində duran və baĢımızın 
üstündəki göydən və onları əhatə edən torpaqdan baĢqa heç bir ayrı müqəddiməsi olmayan insanları təsəvvür etməliyik, 
çünki mifoloji təsəvvürləri onlar kənara qoymuĢdular. Bu cismani (sachlichen) aləmdə fikir azaddır və özünə 
yüklənmiĢdir, hər cür materialdan azaddır və özündə xalis haldadır. Bu xalis özündə varlıq (fikir – A. T.) sanki 
ayağımızın altında, baĢımızın üstündə heç nəyin olmadığı və özümüzlə təklikdə qaldığımız yerdə sərbəst üzməyə 
yollanan azad təfəkkürün fərqləndirici özəlliyidir. 
   
§ 32 
  3) Bu metafizika ehkamlı oldu, belə ki, o, sonlu təriflərin təbiətinə uyğun olaraq qəbul edilməlidir ki, biri o birinə əks 
olan iki fikirdən biri həqiqi o biri yaldandır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə