MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə16/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   12   13   14   15   16   17   18   19   ...   79

yoxsul tərifdir. Belə abstrakt metafizik təfəkkür yetərli olmadığından çıxıĢ yolunu empirik psixologiyada axtarmağa 
baĢladılar. Rasional fizikada da iĢ bu cürdür. Rasional fizika, məsəln, deyəndə ki, məkan sonsuzdur, təbiət sıçrayıĢlar 
etmir və i. a. bunların heç biri təbiətin müxtəlifliyi və həyatı ilə müqayisədə yetərli deyildir. 
   
§ 38 
  Empirizmin bir tərəfdən metafizika ilə ümumi qaynağı vardır və həmçinin təcrübədən qaynaqlanan təsəvvürlər, yəni 
məzmun bu metafizikanın təriflərinin (həm müqəddimə, həm də müəyyən məzmun kimi) təsdiqinə xidmət edir. Digər 
tərəfdən isə, təkcə qavrayıĢ təcrübədən fərqlidir və empirizm qavrayıĢın, hissin və seyrin məzmununu ən ümumi 
təsəvvürlər, müddəalar, qanunlar və i. a. formasına yüksəldir. Lakin bu o anlamda baĢ verir ki, bu ümumi təriflər 
(məsələn, güc) qavrayıĢdan aldığı anlamdan baĢqa heç bir müstəqil anlam daĢımasın və hadisədə sübut edilməsi 
mümkün olan iliĢkidən baĢqa heç bir iliĢgisi bəraət qazana bilməsin. Subyektiv tərəfdən empirik idrakın möhkəm dayağı 
budur ki, Ģüur qavrayıĢda özünün bilavasitə varlığını və doğru-düzgünlüyünü əldə edir. 
  Qeyd. Empirizmdə belə bir böyük prinsip vardır: həqiqi olan gerçək və qavrayıĢ üçün olmalıdır. Bu prinsip 
refleksiyanın guya yalnız subyektiv fikirdə mövcud olan nə isə bir gerçəkliyə, varlığa qarĢı həqarətlə qoyaraq 
qururlandığı zərurətə, labüdlüyə əksdir. Empirizm kimi fəlsəfə də yalnız olanı dərk edir ( 
§ 7); fəlsəfə mövcud olmayan bir Ģeyi qəbul etmir. Empirizmdə insanın öz biliyində düzgün saydığında özünün 
iĢtirakını, onu özünün görməsini nəzərdə tutan azadlıq prinsipinin qəbul edilməsi də subyektiv yöndən önəmlidir. 
Empirizmin ardıcıl yürüdülməsi (sonlu məzmunla məhdudlaĢdığı üçün) fövqəlhissinin və ya onun dərkedilənliyinin və 
müəyyənliyinin, ümumiyyətlə, inkarına gətirib çıxarır və təfəkkürdə yalnız abstraksiyaya, formal ümumiyə və eyniyyətə 
yer saxlayır. Elmi empirizmin baĢlıca yanlıĢlığı odur ki, metafizik kateqoriyalardan – materiya, güc, bir çox ən ümumi, 
sonsuzluq və i. a., istifadə edərək və belə kateqoriyalara söykənərək, əqli nəticə formalarından istifadə edərək və 
müqəddimə kimi onlardan çıxıĢ edərək özündə metafizikanın olduğunu, mtafizika ilə məĢğul olduğunu bilmir, beləliklə, 
empirizm bu kateqoriyalardan və onların birləĢməsindən tamamilə qeyri-tənqidi və qeyri-Ģüuri istifadə edir. 
  Əlavə. Empirizmdən bir çağırıĢ səslənir: quru abstraksiyalar ətrafında dolaĢmayın, açıq gözlə baxın, qarĢınızda insanın 
və təbiətin necə durduğunu dərk edin, əsl momentdən istifadə edin! Bu çağırıĢda önəmli dərəcədə haqlı momentin 
olduğunu inkar etmək olmaz. "Burada" əsl, bu dünyalıq olan quru o dünyalığı, hörümcək torunu, abstrakt düĢüncənin 
dumanlı obrazlarını əvəz etməlidir. Bununla həmçinin əsgi metafizikada yoxluğu hiss edilən möhkəm dayaq, yəni 
sonsuz tərif əldə edilmiĢ olur. Empirik-əqli təfəkkür yalnız sonlu təriflər hasil edir; bunlar davamlı deyillər, laxlayandır 
və onarın üzərində ucaldılan bina uçur. Ağıl hər zaman sonsuz tərifi tapmağa can atır, lakin o zaman təfəkkürdə bu 
sonsuz tərifi tapmaq mümkün deyildi. Odur ki, bu can atım indiki momentə, zamanın indiki anından, "burada"dan, 
"bu"ndan yapıĢdı və indiki moment həqiqi olmasa da, sonsuz formaya malikdir. DıĢ olan özündə həqiqi olandır, çünki 
həqiqi olan gerçəkdir və var olmalıdır. Ağlın axtardığı sonsuz müəyyənlik, beləliklə, öz həqiqətində olmasa da hissi 
təkcə obrazda, dünyada mövcuddur. 
  Sonra, empiriklərin baxıĢına görə, dünyanın dərk edilməsi forması təkcə qavrayıĢdır empirizmin qüsuru da bundadır. 
QavrayıĢ hər zaman təkcədir və ötərgidir; lakin idrak onun üzərində iliĢib qalmır, qavranılan təkcədə idrak ümumini və 
mövcud olanı axtarır ki, bu da bəsit qavrayıĢdan təcrübəyə keçiddən ibarətdir. Təcrübədə empirizm daha çox analiz 
formasından istifadə edir. QavrayıĢda çeĢidli, dəyiĢkən konkret vardır və biz bunları soğanın qatlarını bir-birindən 
ayırdığımız kimi ayırırıq. Deməli, bu ayırmanın anlamı odur ki, bir-birinə qovuĢmuĢ tərifləri onlara bu subyektiv ayırma 
fəaliyyətindən baĢqa heç nə əlavə etmədən ayırıb təkləyirik. Lakin analiz qavrayıĢın bilavasitəliyindən fikrə keçiddir, 
çünki analiz edilən predmetdə birləĢmiĢ təriflərin bir-birindən ayrılması sayəsində onlar ümumilik forması əldə edir. 
Empirizm predmetləri analiz edərkən onları dəyiĢmədən, necə varsa o cür saxladığını düĢünərkən yanılır, çünki analizdə 
o, əslində konkreti abstrakt bir Ģeyə çevirir. Bunun sayəsində canlı öldürülür, çünki yalnız konkret, bütöv canlıdır. Lakin 
bütövü parçalama, təriflərinə ayırma yalnız ona görə edilməlidir ki, biz dərkə nail olaq ruh özündə bölünükdür. Lakin bu 
yalnız bir tərəfdir, baĢlıca olan bölünmüĢün bütövləĢdirilməsidir. Analiz bölmək mərhələsindən irəli getmədiyindən ona 
Ģairin sözünü iĢlətmək olar: 


  Kimyada günah kimi səslənən, 
  Encheiresin naturae – sadəcə gülüĢdür. 
  Hissələri tanıĢdır, tanıĢdırmı predmet? 
  Ruhi bağlar yox, ondakı oyun-oyuncaqdır.33 
  Analiz konkretdən baĢlanır və bu materiala malik olmaq analizə keçmiĢ metafizikanın abstrakt təfəkkürü qarĢısında 
böyük üstünlük verir. Analiz fərqi aĢkara çıxarır və bu çox önəmlidir; ancaq bu fərqlər də öz sırasında yalnız abstrakt 
təriflərdən, yəni fikirlərdən ibarətdir. Belə ki, bu fikirlər predmetin özündə olan təriflər kimi qəbul edildiyindən yenə də 
əski metafizikanın müqəddiməsilə, yəni Ģeylərin həqiqiliyi təfəkkürdədir mühakiməsilə qarĢılaĢır. 
  Sonra, indi əgər biz məzmuna münasibətdə empirizmin baxıĢını keçmiĢ metafizikanın baxıĢı ilə müqayisə etsək, 
deməliyik ki, artıq gördüyümüz kimi, keçmiĢ metafizikanın məzmunu ağlın ümumi predmetləri – allah, ruh (könül 
anlamında – A. T.) və ümumiyyətlə dünya idi. Bu məzmun təsəvvürdən götürülmüĢdü və fəlsəfənin vəzifəsi bu 
məzmuna fikir forması verməkdən ibarət idi. Sxolastik fəlsəfə də belə etmiĢdir; Sxolastik fəlsəfədə öncədən qəbul edilən 
məzmun, müqəddimə xristian kilsəsinin ehkamlarından ibarət idi və onun vəzifəsi bu məzmunun təfəkkür vasitəsilə 
daha dəqiq müəyyənləĢdirilməsi və sistemləĢdirilməsindən ibarət idi. Ancaq empirizm üçün müqəddimə olan məzmun 
tam baĢqa xarakter daĢıyır. Empirizmin məzmunu təbiətin hissi məzmunu və sonlu ruhdur. Burada, deməli, biz sonlu 
materialla qarĢılaĢırıq, keçmiĢ metafizikada isə sonsuz predmetdən söz gedirdi. Bu sonsuz material idrakın, 
mühakimənin sonlu forması vasitəsilə sonlu edilmiĢdi. Empirizmdə biz formanın həmən sonluluğu ilə qarĢılaĢırıq və 
bundan baĢqa məzmun da sonludur. Lakin filosofluğun hər iki üsulunda metod eynidir, çünki onların hər ikisi davamlı, 
möhkəm müqəddimədən çıxıĢ edir. Empirizm üçün, ümumiyyətlə, yalnız dıĢ olan həqiqidir və əgər o, fövqəlhissiliyin 
varlığını qəbul edirsə onda onun dərk edilənliyini mümkünsüz sayır və hesab edir ki, istisnasız olaraq qavrayıĢ 
sahəsində durulmalıdır. Ancaq empirizmin bu əsas müddəası onun sonrakı inkiĢafında sonradan materializm 
adlandırılan düĢüncə tərzinə aparıb çıxardı. Bu materializm materiyanı obyektiv həqiqi sayır. Ancaq materiya qavranıla 
bilməyən bir abstraksiyadır. Odur ki, demək olar ki, ümumiyyətlə materiya mövcud deyil, çünki o hər zaman nə isə bir 
müəyyənlik, konkret kimi mövcud olur. Lakin materiya abstraksiyası bütün hissiliyin əsası olmalıdır, ümumiyyətlə 
hissidir, özündə mütləq parçalanmadır və ona görə də bir-birindən kənarda olan varlıqlardır. Empirizm üçün bu hissi 
olan nə isə bir varlıqdır və o cür də qalır, empirizm qeyri-azadlıq haqqında təlimdir, çünki azadlıq məhz ondan ibarətdir 
ki, heç bir mütləq baĢqası mənə qarĢı durmur, ancaq mən mənim özümdən ibarət olan məzmundan asılıyam. Sonra, 
empirizmə görə ağıl və ağılsızlıq yalnız subyektivdir, yəni biz varlığı olduğu kimi qəbul etməliyik və heç bir 
hüququmuz yoxdur soruĢaq ki, o özündə ağlabatandır ya yox və nə dərəcədə ağla batandır. 
   
§ 39 
  Empirizmin prinsipilə ilgili bizim qeyddə, yəni təcrübədə biz sadə təkcə qavrayıĢdan təkcə faktları frqləndirməliyik 
haqlı qeyddə iki element vardır: biri budur ki, təkcə faktlar ayrı-ayrılıqda sonsuz sayda materialdır, ikincisi isə – forma, 
ən ümuminin və zərurətin tərifidir. Empirik müĢahidə bizə çoxsaylı və hətta saysız-hesabsız yeni qavrayıĢlar verir. 
Lakin ən ümumi çoxdan tamam fərqlidir. Empirik müĢahidə eynilə bu cür bir-birinin ardınca gələn dəyiĢikliklərin və ya 
predmetlərin qavrayıĢını verir, ancaq o, bağlantının zəruriliyini bizə göstərmir. QavrayıĢ həqiqət kimi qəbul olunanın 
əsası olaraq qalmalı olduğundan ən ümumi və zəruri həqiqətə uyğun olmayan bir Ģey, subyektiv təsadüf, sadə vərdiĢ 
kimi görünür ki, bunun da məzmunu bu və ya baĢqa xarakter daĢıya bilər. 
  Qeyd. Bu müddəadan çıxan mühüm sonuc odur ki, hüquqi və əxlaqi təriflər və qanunlar, eləcə də dinin məzmunu nə 
isə bir təsadüfdür və onların obyektivliyindən və iç həqiqiliyindən imtina edilməlidir. 
  Bu mühakimənin doğduğu yum skeptisizmi yunan skeptisizmindən tamamilə fərqlənir. Yumun skeptisizmi həqiqiliyin 
özülündə empirik olanı, hissi seyri qoyur, ümumi tərifləri və qanunları qəbul etmir, onu əsas götürür ki, onları hissi 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə