MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə18/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   14   15   16   17   18   19   20   21   ...   79

  Qeyd. Bəlli olduğu kimi, Kant fəlsəfəsi kateqoriyaların axtarılıb tapılması məsələsini özü üçün olduqca 
yüngülləĢdirmiĢdi. "Mən", mənlik Ģüuru tamamilə abstrakt və bütünlüklə qeyri-müəyyəndir; "mən"in tərifinə, 
kateqoriyaya biz necə gedib çata bilərik? XoĢbəxtlikdən biz adi məntiqdə artıq mühakimələrin dəyiĢik növlərinin 
empirik mövcudluğunu tapırıq. Ancaq mühakimə yürütmək müəyyən predmeti düĢünmək deməkdir. Artıq bizə hazır 
halda verilən dəyiĢik mühakimə növlərinin sadalanması bizə təfəkkürün dəyiĢik təriflərini verir. Fixte fəlsəfəsinin böyük 
xidməti ondadır ki, o, təfəkkürün təriflərinin zəruriliyinin göstərilməsinin, onların deduksiya yolu ilə sübut edilməsinin 
lazım olduğunu göstərmiĢdir. Bu fəlsəfə ən azı bir münasibətdə məntiqin metoduna təsir etməli idi: təfəkkürün tərifləri 
və ya məntiqin adi materialı,anlayıĢın növləri, mühakimələr, əqli nəticələr artıq yalnız müĢahidələrdən götürülməməli 
idi, xalis empirik olaraq gözdən keçirilməməli idi və təfəkkürün özündən hasil edilməli idi. Əgər təfəkkür, ümumiyyətlə, 
nəyi isə sübut etməyə qabildirsə, əgər məntiq sübut tələb etməlidirsə və o bizə sübut etməyi öyrətmək istəyirsə, onda ilk 
öncə özünün özəl, yalnız ona məxsus olan məzmunu sübut etməyi bacarmalıdır, bu məzmunun zəruriliyini görməyi 
bacarmalıdır. 
  1-ci əlavə. Deməli, Kantın təsdiq etdiyi ondan ibarətdir ki, təfəkkürün təriflərinin qaynağı "mən"dədir və odur ki, 
"mən" ümumi və zəruri təriflər verir. Öncə qarĢımızda ümumən bir müxtəliflik durur, kateqoriyalar isə bu müxtəlifliyin 
bağlantıda olduğu sadə təriflərdən ibarətdir. Hissi olan isə, əksinə, özündən kənarlıq, özündən-kənar-mövcudluqdur; 
hissi olanın əsl həqiqi tərifi belədir. Belə ki, məsələn, "indi" yalnız hansısa bir "keçmiĢə" və müəyyən bir "gələcəyə" 
münasibətdə varlığa malikdir. Bu qırmızının varlığının sarı və mavi rəngin ona əks olmasından asılı olmasına bənzəyir. 
Lakin bu baĢqası hissilikdən kənarda və yalnız ona görə mövcuddur ki, o, baĢqası deyildir. 
  Təfəkkürlə və ya "mən"lə isə iĢ əksinədir. Hissiliyin əksinə olaraq təfəkkür və ya "mən" özü ilə əzəli eyniyyətdir, 
bütövlükdə özündə varlıqdır. Əgər mən "mən" deyirəmsə, bu özümün özümlə abstrakt münasibətimdir və bu vəhdətə 
girən onunla yüklənir və ona çevrilir. Beləliklə, "mən" bir-birilə bağlantısız müxtəlifliyi həzm edən, alovlanan soba, od 
kimi onları vəhdətə gətirir. Bu müxtəlifliyi özünə alan adi appersepsiyadan38 fərqli olaraq Kantın xalis appersepsiya 
adlandırdığı olaydır; xalis appersepsiyaya isə əksinə, materialın "mən"ə çevrilməsindən ibarət olan fəaliyyət kimi 
baxılmalıdır. Bununla, hər halda, hər cür Ģüurun təbiəti düzgün ifadə edilmiĢ olur. Ġnsan, ümumiyyətlə, dünyanı dərk 
etməyə, onu mənimsəməyə və özünə tabe etməyə can atır və bu məqsəd üçün o, dünyanı sanki uçurtmalı, yəni dünyanın 
reallığını ideallaĢdırmalıdır. Lakin biz onu da qeyd etməliyik ki, müxtəlifliyə mütləq vəhdəti mənlik Ģüurunun subyektiv 
fəaliyyəti gətirmir. Əksinə, bu eyniyyətin özü mütləqdir, həqiqidir. Mütləq sanki özünün xeyirxahlığı ilə təkcələri 
özündən kənarlaĢdırır ki, onlar öz varlıqları ilə həzz alsınlar və bu həzz sonradan onları mütləq vəhdətə qovur. 
  2-ci əlavə. Mənlik Ģüurunun transendental vəhdəti kimi deyimlər çox çətin həzm olunan görünür, guya, onların 
arxasında dəhĢətli bir Ģey gizlənir, əslində isə iĢ sadədir. Kantın transendental deyimində nəyi anladığı onunla 
transendental arasındakı fərqdən bəllidir. Transendental, ümumiyyətlə, odur ki, düĢüncənin müəyyənliyindən kənara 
çıxır və bu anlamda o ilk olaraq riyaziyyatda qarĢıya çıxır. Belə ki, məsələn, həndəsədə deyirik ki, çevrə sonsuz kiçik 
xətlərin sonsuz çoxluğu kimi təsəvvür edilməlidir. Burada, beləliklə, düĢüncənin tamamilə fərqli saydığı (düz və əyri 
xətlər) təriflər açıq-aydın eyniyyətdədir. Özü ilə eyniyyətdə və özündə sonsuz olan mənlik Ģüuru həmçinin sonlu 
materialla müəyyən olunan adi Ģüurdan fərqli olan transendentdən ibarətdir. Lakin Kant mənlik Ģüurunun bu vəhdətini 
yalnız ona görə transendental adlandırmıĢdır ki, bu vəhdəti o, yalnız subyektiv saymıĢ və onu özlüyündə mövcud olan 
predmetlərə məxsus olan bir Ģey saymamıĢdır. 
  3-cü əlavə. Təbii Ģüura kateqoriyaların yalnız bizə məxsus olduğunun (subyektivlik kimi) gözdən keçirilməsi çox 
qəribə görünə bilər və burada, Ģübhəsiz, münasib olmayan bir cəhət də vardır. Bu doğrudur ki, kateqoriyalar bilavasitə 
duyğuda yoxdur. Məsələn, Ģəkər parçasını gözdən keçirək: o, bərkdir, ağdır, Ģirindir və i. a. Biz deyirik ki, bütün bu 
xassələr bir predmetdə birləĢmiĢdir, ancaq bu vəhdət duyğuda verilməmiĢdir. Biz bunu səbəb və təsir münasibətində 
olan iki olay barəsində də deyirik. Burada zamanca bir-birindən sonra gələn iki ayrı-ayrı olayı qavrayırıq. Lakin bir 
olayın səbəb, o birinin isə təsir (bu iki olay arasında səbəbiyyət bağlantısında) olması qavranılmayıb, yalnız bizim 
təfəkkürümüz üçün mövcuddur. Kateqoriyalar (məsələn, vəhdət, səbəb, təsir və s.) təfəkkürə məxsus olsa da, bundan 
heç də o nəticə çıxmır ki, onlar yalnız bizim təriflərimiz olub predmetlərin özlərinə məxsus deyillər. Kantın fəlsəfəsi 
məhz bunda təkid edir və onun fəlsəfəsi subyektiv idealizmdir, çünki "mən" (dərk edən subyekt) Ģüura həm forma, həm 
də material verir: düĢünən forma, hiss edən material. Bu subyektiv idealizmin məzmunu iĢdə heç bir rahatsızlıq 


doğurmamalıdır. Predmetlərin vəhdətinin subyektə keçirilməsi sayəsində onların reallıqdan məhrum edildiyini 
düĢünmək olardı. Ancaq predmetlərin varlığından nə onların özü, nə də biz heç nə qazanmırıq. Önəmli olan məzmundur 
və bu məzmunun həqiqi olub olmamasıdır. Predmetlərin varlığı hələ onları xilas etmir: zamanı gələndə var olan da yox 
olacaq. Onu da söyləmək olar ki, subyektiv idealizm təliminə görə insan özü ilə fəxr edə bilər. Ancaq əgər onun dünyası 
hissi seyr kütləsindən ibarətdirsə, onda onun belə dünya ilə qürurlanmaq üçün əsası yoxdur. Deməli, subyektivliklə 
obyektivlik arasında olan bu fərqin, ümumiyyətlə, heç bir önəmi yoxdur: önəmli olan yalnız məzmundur və o eyni 
dərəcədə həm subyektiv, həm də obyektivdir. Özünün aĢkar varlığında, həmçinin cinayəti də obyektivdir, ancaq o 
özlüyündə gerçək varlıq deyildir və bu da cəzada aĢkarlanır. 
   
§ 43 
  Bir tərəfdən yalnız kateqoriyalar vasitəsilə sadə qavrayıĢ obyektivlik, təcrübə səviyyəsinə qaldırılır, ancaq digər 
tərəfdən bu anlayıĢlar yalnız subyektiv Ģüurun vəhdəti kimi verilmiĢ materialla Ģərtlənir, özlüyündə onlar boĢdurlar və 
yalnız təcrübədə tətbiq olunur, bu təcrübənin digər komponenti – hissin, seyrin tərifi də həmçinin, yalnız subyektivdir. 
  Əlavə. Kateqoriyaların içi boĢ olduğunu sübut etmək əsassız olardı, çünki tərif verildiyi üçün artıq onların məzmunu 
vardır. Kateqoriyaların məzmunu, doğrudur, hisslərlə qavranılan, məkan-zaman məzmun deyildir, lakin bu, 
kateqoriyaların qüsurundan çox onların ləyaqətidir. Bu hal artıq adi Ģüurda etiraf edilmiĢ olur: məsələn, biz kitabda, 
nitqdə fikir, ümumi nəticələr tapdıqda deyirik ki, onlar məzmunludur. Və əksinə, biz demirik ki, kitab, roman ona görə 
məzmunludur ki, o bir-birindən ayrı olaylar, hallarla və i. a. zəngindir. Bununla adi Ģüur da qəbul etmiĢ olur ki, məzmun 
olmaq üçün təkcə hissi material olmaqdan daha artıq bir Ģey tələb olunur bu isə fikirdən baĢqa, bu halda hər Ģeydən öncə 
kateqoriyadan baĢqa bir Ģey deyil. Burada o da qeyd olunmalıdır ki, özlüyündə kateqoriyaların boĢ olmasını təsdiq 
etmək, Ģübhəsiz, o anlamda doğrudur ki, biz onların üzərində, onların totallığı (məntiqi ideya) üzərində dayanmamalı, 
irəli, təbiətin və ruhun reallığı sahəsinə hərəkət etməliyik. Lakin irəliyə doğru bu hərəkəti biz belə baĢa düĢməməliyik 
ki, guya bu hərəkət sayəsində məntiqi ideyaya kənardan ona yad olan məzmun əlavə olunur, irəliyə bu hərəkəti belə 
baĢa düĢməliyik ki, məntiqi ideyanın özünün fəaliyyəti özünü sonrakı hərəkət üçün müəyyənləĢdirir və təbiətə və ruha 
inkiĢaf edir. 
   
§ 44 
  Kateqoriyalar mütləqin tərifləri ola bilməzlər, belə ki, mütləq qavrayıĢda verilməmiĢdir, odur ki, düĢüncə və ya 
kateqoriyalar vasitəsilə idrak özündə Ģeyi dərk edə bilməz. 
  Qeyd. Özündə Ģey (Ģey dedikdə isə Kant həm də ruh, allah baĢa düĢür) onun Ģüur üçün təĢkil etdiyi hər Ģeydən, hissin 
bütün təriflərindən, eləcə də onun haqqında bütün bəlli fikirlərdən abstraksiyalaĢdırılmıĢ predmeti göstərir. Aydındır ki, 
bütün bu təriflərdən, fikirlərdən sonra qalan Ģey boĢ abstraksiyadır, tamamilə boĢ bir Ģeydir (o dünyaya məxsus bir 
Ģeydir) – təsəvvürün, hissin, müəyyən təfəkkürün və i. a. inkarlığıdır. Həmçinin onu da görmək asandır ki, bu caput 
mortuum39 yalnız təfəkkürün, yəni xalis abstraksiyaya doğru hərəkət edən təfəkkürün məhsuludur, özünün özü ilə bu 
boĢ eyniyyətini özünün predmeti edən boĢ "mən"in məhsuludur. Bu abstrakt eyniyyətin predmet kimi aldığı mənfi tərif 
də Kantın kateqoriyaları arasındadır və o da bizə qeyd edilən boĢ eyniyyət kimi yaxĢı məlumdur. Bütün bunlardan sonra 
biz özündə Ģeyin nə olduğunu dərk edə bilmərik sözlərini oxuyarkən yalnız təəccüblənmək qalır, əslində onu bilmək çox 
asandır. 
   
§ 45 
  Ağıl, Ģərtsiz qabiliyyət bu təcrübi idrakın Ģərtləndiyini görür. Burada ağılın predmeti adlandırılan, Ģərtsiz və ya sonsuz 
özü-özünə bərabər olan yaxud, baĢqa sözlə, yuxarıda ( 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə