formadan daha çox yapıĢırsa da hər halda o, ağıllı anlayıĢa dərin iç tələbatını büruzə verir, çünki yalnız təfəkkürlə
anlama insana öz ləyaqətini, bu maraq üçün bilavasitə bilik və hisslər nöqteyi-nəzərinin yalnız fəlsəfi biliyin sonucu
kimi yaranmasında və deməli, onun görüntüdə rədd etdiyini (heç olmazsa Ģərt kimi) qəbul etməsində ifadə olunan
tələbatı göstərir.
Bu kitabı giriĢ və vəsait kimi həqiqətin dərkinə olan marağı ödəməyə həsr edirəm; qoy bu məqsəd bizim xülasəmizə
xeyirli yol olsun.
Heydelberq, may 1817-ci il.
GĠRĠġ
§ 1
Fəlsəfə baĢqa elmlərin malik olduğu üstünlükdən məhrumdur. O öz predmetlərinin təsəvvürlə bilavasitə təsdiqlənməsi
və öz idrak metodunun idrakın çıxıĢ nöqtəsinə və sonrakı inkiĢafına münasibətdə öncədən müəyyən olunduğu
müddəasından çıxıĢ edə bilməz. Doğrudur, o da dinin öyrəndiyi predmeti öyrənir. Fəlsəfənin və dinin predmeti
həqiqətdir və bu sözün uca anlamında – yalnız allahın tək, Ģəriksiz həqiqət olması anlamında – həqiqətdir. Onların hər
ikisi sonlu ilə,
təbiət və insan ruhu, bunların bir-birinə və özlərinin həqiqəti kimi allaha münasibətləri ilə məĢğul olur.
Deməli, fəlsəfə dinin predmeti ilə tanıĢlığı nəzərdə tuta bilər və hətta onunla maraqlana bilər; heç olmazsa, ona görə ki,
Ģüur predmetlər barəsindəki təsəvvürləri onların barəsində anlayıĢlardan öncə hasil edir və yalnız təsəvvürdən keçərək
və öz fəaliyyətini onlara yönəldərək düĢünən ruh düĢüncəli idraka və anlayıĢlı dərkə yüksələ bilir.
Amma predmetləri düĢüncə ilə gözdən keçirməyə baĢlarkən aydın olur ki, bu iĢ öz məzmununun zəruriliyinin
göstərilməsini və predmetin həm varlığının, həm də tərifinin sübutunu tələb edir. Beləliklə aydın olur ki, təsəvvürlərlə
verilən predmetlər barəsində ilkin tanıĢlıq yetərli deyil və sübut olunmamıĢ mülahizə və müddəalar yolverilməzdir.
Lakin bununla yanaĢı, belə bir çətinlik də üzə çıxır ki, fəlsəfə hər halda nədənsə baĢlamalıdır; həm də hər bir baĢlanğıc
bilavasitəlik kimi özünün ilkin Ģərtidir, daha doğrusu, özü ilkin Ģərtdir.
§ 2
Fəlsəfəni öncədən, ümumiyyətlə, predmetlərin düĢüncə ilə gözdən keçirilməsi kimi tərifləndirmək olar. Ancaq
doğrudursa – əlbəttə doğrudur – ki, insan heyvandan düĢüncəsinə görə fərqlənir, onda bütün bəĢəriyyət ona görə
bəĢəridir ki, təfəkkürlə yaradılmıĢdır. Lakin fəlsəfə özünəməxsus təfəkkür üsulu, təfəkkürü dərk edən, həm də onu
anlayıĢlarda idraka çevirən üsul olduğundan fəlsəfi təfəkkür bütünlüklə insanda fəal olan və insana insanilik verən və
eyni zamanda onunla eyniyyətdə olan təfəkkürdən fərqlənir, belə ki, özündə yalnız bir təfəkkür mövcuddur. Bu fərq
onunla bağlıdır ki, fəlsəfi təfəkkür özülü təfəkkürdən ibarət olan insan Ģüurundan məzmunu öncə fikir formasında deyil,
hiss, seyr, təsəvvür formasında – təfəkkür formasından fərqli formalarda çıxıĢ edir.
Qeyd. Çoxdan kök atıb çeynənmiĢ bir müddəaya görə insan heyvandan təfəkkürü ilə fərqlənir; bu müddəa bayağı və
eyni zamanda çox əsgi bir inamı yada salmaq təccüblü görünə bilər. Bununla belə hissi və təfəkkürü bir-birindən son