MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə20/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   16   17   18   19   20   21   22   23   ...   79

o, eyni zamanda fəaldır və özünü özündə fərqləndirir; yalnız sadə, yəni abstrakt sadə isə əksinə, həm də ölüdür. Kantın 
keçmiĢ metafizika ilə polemikasında ruh (təbii, təkcə – A. T.) və ruh ideyası həqqında anlayıĢdan bu predikatları 
kənarlaĢdırması böyük uğur sayılmalıdır, ancaq bunun üçün onun gətirdiyi əsas tamamilə yanlıĢdır. 
  
   
§ 48 
  2) Ağıl Ģərtsiz ikinci predmeti ( 
§ 35), dünyanı dərk etməyə can atdıqda antinomiyaya yuvarlanır, baĢqa sözlə, eyni bir predmet haqqında hər birinin 
eyni dərəcədə zəruri olduğunu təsdiq etməli olduğu iki bir-birinə əks olan müddəanı təsdiq etməli olur. Buradan o çıxır 
ki, tərifləri bu cür antinomik, ziddiyyətli olan dünyanın məzmunu özündə ola bilməz, yalnız hadisədən ibarətdir. 
Ziddiyyətin həlli ondan ibarətdir ki, bu ziddiyyət özünə və özü üçün predmetin özündə deyil, yalnız dərk edən 
düĢüncədədir. 
  Qeyd. Bununla burada deyilir ki, məzmunun özü, yəni özlüyündə götürülən kateqoriyalar ziddiyyətə aparır. 
DüĢüncənin təriflərinin idrakdakı ziddiyyəti fikri önəmli və zəruridir və yeni dövr fəlsəfəsinin ən önəmli uğuru kimi 
baxılmalıdır. Bu baxıĢ nə qədər dərindirsə, ziddiyyətin həlli də bir o qədər köhnəlmiĢdir; bu ziddiyyət yalnız dünya 
Ģeyləri ilə incə rəftar edilməsindən ibarətdir. Dünyanın mahiyyətində ziddiyyət yarası yoxdur, bu yalnız düĢünən ağılda, 
ruhun mahiyyətindədir. Bu fikirlə razılaĢmaq çətin deyil ki, hadisələr dünyası düĢünən ruh qarĢısında ziddiyyətli 
görünür; hadisələr dünyası subyektiv ruh üçün, hissilik və idrak üçün dünyadır. Ancaq dünyanın mahiyyətini ruhun 
mahiyyəti ilə müqayisə etsək, təəccüblənməmək olmaz ki, filosoflar çox baĢ sındırmaqla belə bir sadə mühakimə irəli 
sürmüĢ və baĢqaları da təkrar etmiĢlər ki, ziddiyyətli olan dünyanın mahiyyəti deyil, təfəkkürün, mahiyyəti-ağıl, dərrakə 
özlüyündə ziddiyyətlidir. Nitqin bu ifadəsi də yardım etmir ki, ağıl kateqoriyalardan istifadə etdiyi üçün ziddiyyətə 
düĢür, çünki bu zaman təsdiq edirlər ki, kateqoriyalardan istifadə etmək zəruridir və idrakın istifadə etməsi üçün 
kateqoriyalardan baĢqa heç bir tərifləri yoxdur. Ġdrak əslində müəyyən edən və müəyyən edilən təfəkkürdür; əgər 
düĢüncə, ağıl yalnız boĢ, qeyri-müəyyən təfəkkürdən ibarətdirsə, onda o heç bir Ģey düĢünmür. Nəhayət, ağıl boĢ 
eyniyyətə (sonrakı paraqrafa bax) müncər edilirsə, onda o, özünün bütün məzmunu və məzmunluğunu ağılsızcasına 
qurban verməklə ziddiyyətdən azad olmuĢ olur. 
  Sonra, qeyd etmək olar ki, antinomiyaların daha dərindən araĢdırılması Knta antinomiyalardan yalnız dördünü 
göstərməyə imkan vermiĢdi. O, bu antinomiyalarda ona görə iliĢib qalmıĢdı ki, paralogizmdə olduğu kimi, burada da 
kateqoriyalar çərçivəsindən çıxıĢ etmiĢdi və həm də çox sevdiyi üsulu – predmetin təriflərini onun anlayıĢından hasil 
etmək yerinə predmeti sadəcə hazır sxemə yerləĢdirmək üsulundan istifadə etmiĢdir. Antinomiyaların Kant tərəfindən 
araĢıdırlmasındakı digər qüsurları mən özümün "Məntiq elmi" əsərimdə göstərmiĢəm. Burada biz baĢlıca olaraq 
göstərməliyik ki, antinomiyalar kosmologiyadan götürülmüĢ təkcə bu dörd predmetdə deyil, bütün digər predmetlərdə, 
bütün təsəvvürlərdə, anlayıĢlarda və ideyalarda vardır. Bunu bilmək və predmetləri onların bu xassələrində dərk etmək 
fəlsəfi araĢdırmanın önəmli tərəfidir; bu xassə isə aĢağıda məntiqinin dialektik momenti kimi tərifləndirilir. 
  Əlavə. Əski metafizikanın nəzərində hesab edilirdi ki, əgər idrak ziddiyyətə baxırsa, bu yalnız əqli nəticədə və 
mühakimədə subyektiv yanılmadan yaranan təsadüfi dolaĢıqlıqdır. Kanta görə isə, əksinə, təfəkkürün ziddiyyətə 
(antinomiyaya) uğraması onun öz təbiətindən irəli gəlir və bu hal sonsuzu dərk etmək istədikdə yaranır. Antinomiyanın 
aĢkar edilməsinə biz əvvəlki paraqrafın qeydində fəlsəfi idrakın çox böyük uğuru kimi baxılmasını qeyd etsək də (çünki 
bununla quru mühakiməli metafizikanın donuq ehkamı aradan qaldırılmıĢ və təfəkkürün dialekt hərəkətinə diqqət 
yönəldilmiĢdir), hər halda biz qeyd etməliyik ki, Kant burada da yalnız mənfi nəticə özündə Ģeyin dərk olunmaz olduğu 
nəticəsi üzərində dayanmıĢ və antinomiyaların həqiqi və müsbət anlamının dərkinə giriĢməmiĢdir. Antinomiyaların 
həqiqi və müsbət anlamı, ümumiyyətlə, ondan ibarətdir ki, gerçək olan hər Ģeyin özündə əks təriflər vardır, deməli, 
idrak, daha dəqiq, predmetin anlayıĢda dərki də onun əks təriflərin konkret vəhdətində dərki deməkdir. Əski metafizika 
öncə göstərdiyimiz kimi, metafizikcəsinə dərk etmək istədiyi predmetləri gözdən keçirərkən idrakın abstrakt 


təriflərindən istifadə etdiyi və onlara əks olan tərifləri atdığı halda, Kant əksinə, sübut etməyə çalıĢırdı ki, bu üsulla 
alınan müddəaları hər zaman eyni halda və eyni dərəcədə onlara əks olan məzmunun zəruri müddəalarına qarĢı qoymaq 
olar. Antinomiyaları aĢkar edərkən Kant əski metafizikanın kosmologiyası ilə məhdudlaĢmıĢ onunla polemikada sxemin 
özülündə kateqoriyaları yerləĢdirməklə dörd antinomiya hasil etmiĢdir. Birinci antinomiya bu suala aiddir ki, biz 
dünyanı məhdud yaxud qeyri-məhdud məkan və zamanda düĢünməliyik. Ġkinci antinomiyada dilemma haqqında söz 
gedir: biz materiyanı sonsuz bölünən kimi, yoxsa atomlardan ibarət olan predmet kimi gözdən keçirməliyik? Üçüncü 
antinomiya azadlıq və zərurət arasındakı əksliyə aiddir, yəni: dünyada baĢ verənlərə səbəbiyyət bağlantısı ilə Ģərtlənən 
olaylar kimi baxmalıyıq, yoxsa dünyadakı mövcudluğu həm də azad varlıqlar, baĢqa sözlə, fəaliyyətin əzəli qaynaqları 
kimi qəbul etməliyik. Buna, nəhayət, dördüncü antinomiya kimi, ümumiyyətlə, dünyanın səbəbi var, yoxsa yoxdur 
dilemmasi da qoĢulur. Bu antinomiyaların müzakirəsində Kantın iĢlətdiyi üsul baĢlıca olaraq ondan ibarətdir ki, onlarda 
olan əks tərifləri tezis və antitezis kimi bir-birinə qarĢı qoyur və onların hər ikisini sübut etməyə, yəni onların hər 
ikisinin bu məsələ barəsində düĢüncənin zəruri nəticəsi olduğunu göstərməyə çalıĢır; bu zaman o, qəti olaraq bu fikrə 
qarĢı çıxır ki, guya o yalnız foks göstərmək, vəkil kimi çıxıĢ etmək istəyir. Ancaq öz tezislərinin və antitezislərinin 
xeyrinə gətirdiyi dəlillər əslində ötəri dəlillər sayılmalıdır, belə ki, sübutu tələb olunan Ģey hər zaman artıq onun çıxıĢ 
etdiyi müqəddimədə olur və yalnız geniĢ, apoqoqik40 sübut üsulu ilə vasitələndirmə görüntüsü əldə edilir. Lakin yenə 
də bu antinomiyaların müəyyən edilməsi olduqca önəmlidir və tənqidi fəlsəfənin nəticələri minnətdarlığa layiqdir, çünki 
antinomiyalar sayəsində (ilk vaxtlar yalnız subyektiv və bilavasitə) düĢüncə ilə bir-birindən ayrı halda tutulan təriflərin 
faktiki vəhdəti ifadə olunur. Belə ki, məsələn, yuxarıda göstərilən kosmoloji antinomiyaların birincisində o fikir var ki, 
məkan və zamana təkcə fasiləsizlik kimi deyil, həmçinin fasiləlilik kimi baxılmalıdır, bununla belə əski metafizikada 
olduğu kimi yalnız bir kontinitet üzərində dayanılmıĢdır, yəni dünya məkan və zamanca qeyri-məhdud varlıq kimi 
gözdən keçirilmiĢdir. Tamamilə doğrudur ki, hər bir müəyyən məkanın və hər bir müəyyən zamanın hüdudundan kənara 
çıxmaq olar, ancaq bu da doğrudur ki, məkan və zaman yalnız öz müəyyənlikləri (yəni burada və indi) sayəsində 
gerçəkdirlər və bu müəyyənlik onların anlayıĢındadır. Bunu digər antonomiyalara da aid etmək olar. Belə ki, məsələn, 
bu deyilən fikir azadlıq və zərurət arasındakı antinomiyaya münasibətdə də doğrudur və bu antinomiya, əsasən, belədir 
ki, düĢüncənin azadlıq və zərurət altında anladığı əslində həqiqi azadlığın və həqiqi zərurətin yalnız ideal momentləridir 
və onların bir-birindən ayrılıqda həqiqəti yüxdur. 
   
§ 49 
  3) Ağlın üçüncü predmeti dərk edilməli, baĢqa sözlə, təfəkkürün müəyyən etməli olduğu allahdır ( 
§ 36). Ġdrak üçün sadə eyniyyətə əks olan hər bir tərif yalnız məhdudluqdur, inkardır. Beləliklə, bütün reallığı biz, yalnız 
hüdudsuzluq kimi, yəni qeyri-müəyyənlik kimi götürməliyik və bu halda allah bütün reallığın məcmusu kimi və ya ən 
real varlıq kimi sadə abstraksiyaya çevrilir; bu varlığı müəyyənləĢdirmək üçün bir də onun tamamilə abstrakt 
müəyyənliyi, varlığı qalır. Burada həmçinin, anlayıĢ adlandırılan abstrakt eyniyyət və varlıq ağlın axtardığı birliyin iki 
momentidir; bu birləĢmə ağlın idealıdır. 
 
   
§ 50 
  Bu birlik iki yolu və ya iki formanı mümkün edir: varlıqdan baĢlayıb təfəkkürün abstraksiyalarına keçmək və əksinə, 
abstraksiyadan baĢlayıb varlığa keçmək olar. 
  Əgər varlıqdan baĢlansa, onda o, bilavasitəlik kimi öz təriflərinə görə son dərəcə müxtəlifliyə malik varlığı, dolu bir 
dünyanı xatırladacaq. Bu sonuncunu daha dəqiq olaraq, ümumiyyətlə, təsadüflərin sonsuz çoxluğu kimi (kosmoloji 
sübutda) və ya məqsədləri və məqsədəuyğun münasibətlərin sonsuz çoxluğunun birliyi kimi (fiziki-teoloji sübutda) 
müəyyən etmək olar. Bu dolmuĢ varlığı düĢünmək onu təkcəlik və təsadüflik formasından azad etmək və onu ən ümumi 
kimi, özündə-və-özü-üçün-zərurət kimi, özünü müəyyən edən və ən ümumi məqsəd üzrə hərəkət edən varlıq kimi, 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə