MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə22/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   18   19   20   21   22   23   24   25   ...   79

anlayıĢındadır. Allah anlayıĢı da anlayıĢın və varlığın bu vəhdətindən ibarətdir. Əlbəttə, bu, allahın hələ yalnız anlayıĢın 
özünün tərifini özündə saxlayan formal tərifidir. Ancaq asanlıqla görmək olar ki, bu anlayıĢ artıq özünün tamamilə 
abstrakt olmasında varlığı özünə alır, çünki sonradan necə tərifləndirəcəyimizdən asılı olmayaraq anlayıĢ ən azı onun 
vasitələnmənin aradan qaldırılması sayəsində alınan özünün özü ilə bilvasitə münasibətidir; varlıq isə yalnız bu 
münasibətin özündən baĢqa bir Ģey deyildir. Gerçəkdən ruhun bu iç təbiətinin, anlayıĢın, əgər "mən"in, xüsusən də 
konkret totallıq – allahın özündə gerçəkdən ən yoxsul, ən abstrakt bir tərif olan varlıq kimi yoxsul bir tərifə malik 
olmaması qəribəlik olardı. Fikir üçün öz məzmununa görə varlıq qədər özəl əhəmiyyətli baĢqa bir Ģey ola bilməz. 
Bundan daha əhəmiyyətli yalnız o ola bilər ki, varlıq deyəndə hər Ģeydən öncə, adətən dıĢarı, hissi varlıq, məsələn, 
mənim qarĢımda olan kağızların varlığı nəzərdə tutulsun; məhdud, keçici Ģeyin hissi varlığı barədə kimsə danıĢmaq 
istəməz. Lakin fikrin və varlığın fərqli olması ilə ilgili bayağı tənqidi qeyd insan ruhunun allah haqqında fikirdən onun 
varlığına əminliyə hərəkətini daha çox əyləyə bilər, ancaq bu hərəkəti məhv edə biməz. Bu keçid, allah haqqında fikrin 
onun varlığından ayrılmazlığı da o deməkdir ki, bilavasitə bilik və ya inanc nöqteyi-nəzərinin hüququ bərpa olunur. 
Bunun barəsində sonra. 
   
§ 52 
  Beləliklə, təfəkkürün yüksək zirvəsində müəyyənlik onun üçün nə isə dıĢarı bir Ģey olur; təfəkkür bütövlükdə burada 
yenə də ağıl, zəka adlandırılan abstrakt təfəkür olaraq qalır. Beləliklə, son nəticə göstərir ki, ağıl bizə təcrübəni 
sadələĢdirmək və sistemləĢdirmək üçün yalnız formal vəhdət verir, o, həqiqətin orqanonu deyil, kanonudur, o bizə 
sonsuzun doktrinini deyil, yalnız idrakın tənqidini verə bilər. Bu tənqid özünün analizinin sonunda ona inandırmaqdan 
ibarətdir ki, təfəkkür özündə yalnız qeyri-müəyyən vəhdətdən və bu qeyri-müəyyən vəhdətin fəaliyyətindən ibarətdir. 
  Əlavə. Doğrudur, Kant ağlı, zəkanı Ģərtsizin qabiliyyəti kimi anlamıĢdır, ancaq əgər ağıl yalnız abstrakt eyniyyətə 
müncər edilirsə, onda bu ağlın, zəkanın Ģərtsizliyindən imtina edildiyini göstərir və onda ağıl iĢdə boĢ düĢüncədən baĢqa 
bir Ģey olmur. Ağıl yalnız ona görə Ģərtsizdir ki, özünə yad olan kənar məzmunla müəyyənləĢməyib, özü özünü 
müəyyənləĢdirir və deməli, öz məzmununda özü özündə olur. Ancaq Kanta görə, ağlın fəaliyyəti istisnasız olaraq 
qavrayıĢın verdiyi materialı kateqoriyalar vasitəsilə sistemləĢdirməkdən, yəni bu materialı dıĢarı olaraq nizamlamaqdan 
ibarətdir və ağlın prinsipi – bu fəaliyyətdə – yalnız onun ziddiyyətsizliyidir. 
   
§ 53 
  b) Kant praktiki zəkanı özü-özünü və həm də ümumi halda, yəni düĢünən iradə kimi müəyyən edən ağıl kimi anlayır. 
Praktiki zəka azadlığın imperativ, obyektiv qanunlarını, yəni nə edilməli olduğunu göstərən qanunlar verir. O, 
təfəkkürün, burada obyektiv müəyyənedici fəaliyyət (yəni əslində zəka) kimi qəbul edildiyinin bəraət qazandığını onda 
görür ki, praktiki azadlıq təcrübə ilə sübut oluna bilər, yəni mənlik Ģüuru olaylarında aĢkar edilə bilər. Bu təcrübəyə 
qarĢı Ģüurda habelə təcrübədən hasil edilən determinizm etirazları irəli sürülür; bu etirazlardan ən baĢlıcası insanların 
hüquq və borc kimi qəbul etdiyini, yəni azadlığın obyektiv qanunları olmalı olan sonsuz müxtəliflikdən hasil edən 
(habelə Yuma məxsus olan) skeptik induksiyadır. 
   
§ 54 
  Praktik təfəkkürün qanunları, bu təfəkkürün özündə müəyyənləĢməsinin kriterisi, Kanta görə, yenə də düĢüncənin 
abstrakt eyniyyətindən, bu müyyənlikdə ziddiyyətə yer olmaması tələbindən baĢqa bir Ģey deyil. Deməli, praktik zəka 
formalizm çərçivəsindən kənara çıxmır və bu formalizm isə nəzəri zəkanın son nəticəsi olmalıdır. Ancan praktik zəka 
nəinki yalnız özündə ən ümumi tərifi (xeyri) nəzərdə tutur: o yalnız o zaman praktik zəka olur ki, xeyrin dünyada 
gerçəkləĢməsi tələbini irəli sürsün, dıĢarı obyektivlik əldə etsin, yəni fikir təkcə subyektiv olmasın, həm də obyektiv 
olsun. Praktiki zəkanın, ağlın bu postulatı barədə mən sonra danıĢacağam. 


  Əlavə. Kant nəzəri zəkaya aid etdiyini (sərbəst özünütəyin etməni) qəti olaraq praktiki zəkaya aid edir. Bu, Kant 
fəlsəfəsinin özünə çoxlu tərəfdarlar tapan tərəfidir və buna layiqdir. Bu münasibətlə Kanta məxsus olan xidməti 
qiymətləndirmək üçün biz, öncə Kantın hökmran tutduğu praktiki formanı, özəlliklə əxlaq fəlsəfəsini xatırlamalıyıq. 
Əxlaq fəlsəfəsi, ümumiyyətlə, insanın təyinatı haqqında suala cavab verən evdomonizm sistemidir ki, bu sistemə görə 
insan xoĢbəxtliyə nail olmağı özünün məqsədi etməlidir. XoĢbəxtlik adı altında bu sistem insanın özəl yönəliĢlərinə, 
istəklərinə, tələbatlarına və s. münasibətdə təmin olunmasını baĢa düĢdüyündən təsadüfi və partikulyar44 olanı iradənin 
və onun fəaliyyətinin prinsipi etmiĢdi. Özündə hər cür möhkəm əsasdan məhrum olan və hər cür özbaĢınalığa və kaprizə 
geniĢ qapı açan bu evdomonizmə qarĢı Kant praktiki zəkanı qoymuĢ və beləliklə də iradənin ümumi və hamıya eyni 
dərəcədə aid olan tərifinin verilməsi tələbini irəli sürmüĢdür. Əvvəlki paraqrafda söylədiyimiz kimi, Kant nəzəri zəkaya 
yalnız sonsuzun müsbət məzmundan məhrum mənfi qabiliyyəti kimi baxdığı, yalnız sonlu təcrübi idrakı gözdən 
keçirməklə yetindiyi halda, iradəyə özü-özünü ümumi qaydada, yəni fikirlə mıəyyən etmək qabiliyyəti aid etmək 
anlamında praktiki zəkanın müsbət sonsuzluğunu qəbul etdi. Ġradədə, Ģübhəsiz, bu qabiliyyət var və bilmək olduqca 
önəmlidir ki, insan yalnız bu qabiliyyətə malik olduğu və öz hərəkətlərində ondan istifadə etdiyi üçün azaddır. Lakin 
bunu etiraf etməklə biz hələ iradənin və ya praktiki zəkanın məzmunu haqqında suala cavab vermirik. Əgər söyləsək ki, 
insan xeyri öz iradəsinin məzmunu etməlidir, onda bu məzmunun məzmunu barədə, yəni onun müəyyənliyi barədə 
yenidən sual yaranır; yalnız təkcə iradənin özünün özü ilə razılaĢması prinsipi ilə, eləcə də təkcə borcun borc naminə 
yerinə yetirilməsi tələbilə biz durduğumuz yerdən hərəkət edə bilmərik. 
   
§ 55 
  c) Mühakimənin refleksiyaedici gücünə Kant seyrçi idrak, yəni ümumi (abstrakt eyniyyət) üçün təsadüfi olan və 
ümumidən irəli gəlməyən xüsusinin bu ümumi ilə müəyyənləĢdirildiyi abstrakt idrak (рассудок) prinsipini aid edir. 
Təcrübə bizə onu incəsənət əsərində və üzvi təbiətdə verir. 
  Qeyd. Mühakimənin gücünün tənqidi o yöndən çox yaxĢıdır ki, bu tənqiddə Kant ideya haqqında təsəvvür və hətta 
fikir söyləmiĢdir. Ġntuitiv əqli düĢüncə, iç məqsədəuyğunluq və s. haqqında təsəvvür ümumidir, həm də özündə konkret 
kimi düĢünüləndir. Yalnız bu təsəvvürlərdə Kant fəlsfəsi özünü spekulyativ fəlsəfə kimi aĢkar edir. Ġncəsənətdə gözəllik 
– fikir və hissi təsəvvürün konkret vəhdəti – ideyasında çoxları, özəlliklə ġiller, fərqləndirici düĢüncənin 
abstraksiyalarından çıxıĢ yolu tapdılar; baĢqaları bu çıxıĢ yolunu seyrdə və təbii və ya intellektual olmasından asılı 
olmayaraq, ümumiyyətlə, zərurilik, aktuallıq Ģüurunda tapdılar. Doğrudur, incəsənət əsəri canlı fərdilik kimi 
məzmununa görə məhduddur. Lakin Kant dünyanın son məqsədi kimi düĢündüyü azadlıq məqsədilə təbiətin (və ya 
zərurətin) harmoniyasını əsas götürməklə, həmçinin məzmunca önəmli olan ideya irəli sürmüĢdür. Ancaq fikir bu 
yüksək ideyaya çatdıqda, necə deyərlər, tənbəlliyi üzündən zərurətdə əl yeri tapır və son məqsədin gerçəkləĢməsi yerinə 
anlayıĢın və reallığın bir-birindən ayrılığından möhkəm yapıĢır. Əksinə, canlı təbiətdə orqanizmlərin varlığı və 
incəsənətdəki gözəllik artıq idealın gerçəkliyini hətta hissə və seyrə də göstərir. Bu predmetlər haqqında Kant 
düĢüncələri Ģüura konkret ideyanı düĢünməyi və dərk etməyi öyrədən gözəl bir giriĢ ola bilərdi. 
   
§ 56 
  Burada Kant düĢüncənin ümumiliyi ilə seyrin xüsusiliyi arasında nəzəri və praktiki zəka haqqında təlimin özülündə 
duran münasibətdən fərqlənən baĢqa bir münasibət barəsində fikir irəli sürür. Ancaq yenə də bu fikirlə bu münasibətin 
həqiqiliyinin və hətta həqiqət olduğunun baĢa düĢülməsi birləĢmir. Burada vəhdət, əksinə, elə götürülür ki, o, sonlu 
hadisələrdə gerçəkləĢir və təcrübədə aĢkar olunur. Bu təcrübə hər Ģeydən öncə subyektdə: birincisi, dühada, estetik 
ideyalar, yəni təxəyyülün azad gücünün ideyaya xidmət edən və təfəkkürə qida verən təsəvvürlər (onların məzmunu 
anlayıĢda ifadə olunmasa və ya oluna bilməsə də) yaratmaq qabiliyyətində; ikincisi, zövqün mühakiməsində, azad 
Ģeylərin və ya təsəvvürlərin düĢüncənin qanunauyğunluqları ilə harmoniyası hissində aĢkar edilir. 
   


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə