MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 57    Mühakimənin refleksiyaedici gücü, prinsipi təbiətin canlı varlıqlarına münasibətdə məqsəd, fəal anlayıĢ kimi, özündə



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə23/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   19   20   21   22   23   24   25   26   ...   79

§ 57 
  Mühakimənin refleksiyaedici gücü, prinsipi təbiətin canlı varlıqlarına münasibətdə məqsəd, fəal anlayıĢ kimi, özündə 
müəyyənləĢən və müəyyənedici ümumi kimi müəyyənləĢdirilir. Bununla birlikdə dıĢarı və ya sonlu, məqsədin 
reallaĢması vasitəsinə və onun reallaĢdığı materiala münasibətdə yalnız dıĢ forma olduğu məqsədyönlülük haqqında 
təsəvvür aradan qaldırılır. Əksinə, canlı varlıqlarda məqsəd materiyanın immanent tərifi və fəaliyyətidir və bütün üzvlər 
bir-biri üçün eyni zamanda vasitə və məqsəddir. 
   
§ 58 
  Belə bir ideyada məqsəd və vasitə, subyektivlik və obyektivlik arasında abstrakt münasibət aradan qaldırılsa da, Kant 
buna zidd olaraq yenə də yalnız təsəvvür kimi, yəni subyektivlik kimi mövcud və fəal olan məqsədin səbəb olduğunu 
söyləyir; beləliklə, Kant məqsədin tərifini yalnız bizim düĢüncəmizə məxsus olan qiymətləndirmə prinsipi kimi 
açıqlayır. 
  Qeyd. Tənqidi fəlsəfə zəkanın, ağlın yalnız hadisələri dərk etməyə qabil olduğu sonuca gəldikdən sonra biz gözləyə 
bilərdik ki, heç olmasa, canlı təbiətə münasibətdə iki eyni dərəcədə subyektiv olan təfəkkür üsulu arasında seçim imkanı 
veriləcək və Kantın özü hətta təbiətin törəmələrinin, habelə keyfiyyət, səbəb və fəaliyyət, mürəkkəb, tərkib hissələri və 
s. kateqoriyalar üzrə dərki öhdəliyini irəli sürəcək. Əgər elmi araĢdırmada iç (daxili) məqsədəyönlülük prinsipi 
saxlansaydı və inkiĢaf etdirilsəydi, onda bu, tamamilə baĢqa, mükəmməl yanaĢma üsulunun yaranmasına səbəb olardı. 
   
§ 59 
  Ġç məqsədyönlülük prinsipi üzrə inkiĢaf edən ideya özünün bütün qeyri-məhdud tamlığında zəkanın, ağlın müəyyən 
etdiyi ümumiliyin – mütləq son məqsədin – xeyrin dünyada gerçəkləĢməsindən, nə isə bir üçüncü, bu son məqsədi 
müəyyən edən və reallaĢdıran güclə, ümumilik və təkcəlik arasında, subyektivlik və obyektivlik arasında əksliyin öz 
həllini tapdığı və qeyri-müstəqil və qeyri-həqiqiliyinin bildirildiyi mütləq həqiqət kimi allahda gerçəkləĢməsindən ibarət 
olardı. 
   
§ 60 
  Ancaq dünyanın son məqsədi kimi qəbul edilən xeyir Kant təlimində ilk baĢlanğıcdan bizim xeyir kimi, bizim praktiki 
zəkamızın əxlaq qanunu kimi müəyyənləĢdirilir, belə ki, vəhdət dünyanın durumu, dünyada baĢ verən olaylar və bizim 
əxlaqiliyimiz arasında bir uyğunluqdan o tərəfə getmir.* 
 
------------------------------------------ 
* Kantın "Mühakimə qabiliyyətinin tənqidi" əsərindəki (§ 88) öz sözlərini gətiririk: "Son məqsəd yalnız bizim praktiki 
zəkamızın anlayıĢıdır və təbiət haqqında nəzəri mühakimə üçün hər hansı təcrübi məlumatlardan irəli gələ və təbiətin 
dərkinə bağlılığı ola bilməz. Son məqsəd anlayıĢının praktiki zəka üçün əxlaq qanunu üzrə iĢlədilməsindən baĢqa heç bir 
tətbiqi ola bilməz və xilqətin son məqsədi dünyanın yalnız qanunla göstərə biləcəyimiz, yəni bizim praktiki zəkamızın 
son məqsədinə uyğun gələn və yalnız praktik olan durumuna uyğun halıdır".  
------------------------------------------ 
 


  Ondan baĢqa, hətta özünün bu məhdudluğu ilə son məqsəd (xeyir) qeyri-müəyyən abstraksiyadır və borc da buna 
uyğun olaraq qeyri-müəyyən abstraksiya kimi qalmalıdır. Sonra, Kant yenidən bu harmoniyaya qarĢı subyektivlik və 
obyektivlik arasında bu harmoniyanın məzmununda artıq qeyri-həqiqi elan edilmiĢ ziddiyyət olduğunu irəli sürür, belə 
ki, zərurət və gerçəklik arasındakı harmoniyanı Kant yalnız olmalı olan, yəni reallığı olmayan subyektiv harmoniya 
kimi, varlığına inanılan, yalnız subyektiv həqiqiliyə malik harmoniya kimi, baĢqa sözlə, ideyaya uyğun gəlməyən 
obyektivliyə məxsus harmoniya kimi müəyyən edir. 
  Əgər bu ziddiyyətin ideyanın gerçəkləĢməsinin zamana, gələcəyə, (ideyanın yenə də mövcud olacağı gələcəyə) 
ötürülməsiylə gözə çarpmadığı, önəmini itirdiyi görünürsə, biz buna qarĢı deməliyik ki, zaman kimi bir hissi Ģərt 
ziddiyyətin həll olunmasına əksdir və düĢüncənin uyğun təsəvvürü (sonsuz proqres) bilavasitə bu ziddiyyətin özünün 
əbədi təkrarından baĢqa bir Ģey deyil. 
  Qeyd. Tənqidi fəlsəfədən alınan və bir mövhumata, yəni bizim zamanın təfəkkürünün ümumi Ģərhinə, müqəddiməsinə 
çevrilən idrakın təbiətinə dair nəticə haqqında bir ümumi qeydi də etmək olar. 
  Hər bir dualist sistem üçün, özəlliklə də Kantın sistemi üçün əsas qüsur onun ardıcıl olmamasıdır: o, bir dəqiqə bundan 
öncə müstəqil elan etdiyi, deməli, idrakda birləĢməyən Ģeyi idrakda birləĢdirir. Ġdrakda birləĢəni indicə həqiqət elan edir 
və sonra bir anda bunun əksini, müstəqil mövcudluğunu sistemin qəbul etmədiyi o iki momenti təsdiq edir, belə ki, onun 
sistemi yalnız ayrı-ayrılıqda həqiqi və gerçək olan momentlərin birliyini onların həqiqəti kimi qəbul edir. Belə 
fəlsəfəçilik belə bir sadə həqiqəti anlamır ki, iki əks təriflər arasında daim tərəddüd etməklə onların hər ikisini yetərsiz 
elan etmiĢ olur və yetərsizlik sadəcə iki fikri (yalnız formaca iki olan fikri) bir araya gətirməyi bacarmamaqdan 
ibarətdir. Ona görə də Kant bir tərəfdən empirik-əqli düĢüncənin yalnız olayları dərk etdiyini qəbul etməklə, o biri 
tərəfdən bu idrakın mütləq (idrakın olaydan, hadisədən o tərəfə gedə bilmədiyi, bunun insan biliyinin təbii, mütləq) 
hüdud olması anlamında mütləq olduğunu təsdiq etməkdə son dərəcə qeyri-ardıcıl olmuĢdur. Təbii predmetlər 
məhduddur və onlar özlərinin ümumi hüdudu haqqında heç nə bilmədikləri üçün, onların müəyyənliyinin onlar üçün 
deyil, yalnız bizim üçün müəyyənlik olduğunu düĢünə bilmədikləri üçün təbii predmetlərdir. Hüdudu bilmək və hətta 
hiss etmək, eyni zamanda ondan kənara çıxmaq yetərsizlik imiĢ. Ağrı hissinə malik olmaq canlı varlıqların cansızlardan 
üstünlüyüdür, onlar üçün təkcə müəyyənlik inkar kimi duyulur, çünki canlı kimi onlar təkcəlik hüdudundan kənara 
çıxan həyat ümumiliyinə malikdirlər, çünki onlar özlərini inkarda saxlayırlar və özlərində bu ziddiyyətin (təkcəliyin 
sonluluğu ilə ümuminin sonsuzluğu arasında olan ziddiyyətin – A.T.) varlığını hiss edirlər. Onlarda bu ziddiyyət, bu iki 
moment (onların həyat hissinin ümumiliyi və bu hissin təkcəliyinin inkarı) eyni bir subyektdə olur. Ġdrakın hüdudu, 
yetərsizliyi yalnız ümumi ideyasının varlığı ilə bütöv və tamamlanma ideyasının müqayisəsi sayəsində yetərsizlik kimi 
müəyyənləĢdirilir. Ona görə də düĢüncəsizlik bir Ģeyin sonlu və ya məhdud olduğunun göstərilməsinin yalnız sonsuzun 
gerçək varlığının sübutu olduğunu anlamamaqdan, hüdud haqqında biliyin qeyri-məhdudun Ģüurda yalnız bu dünya üzrə 
mövcud olması sayəsində mümkün olmasını baĢa düĢməməkdən ibarətdir. 
  Ġdrakın bu sonucu barəsində bir qeydi də etmək olar ki, Kant fəlsəfəsi elmin metoduna heç bir təsir göstərə 
bilməmiĢdir. O, kateqoriyalara və adi idrak metoduna qətiyyən toxunmamıĢdır. Əgər o zamanın elmi əsərləri bəzən Kant 
fəlsəfəsinin müddəaları ilə baĢlayırdısa, bu əsərlərin fikri inkiĢafında aĢkar edilirdi ki, Kant fəlsəfəsinin müddəaları 
artıqdır və ilk bir neçə səhifə buraxılsaydı belə, yenə də həmin empirik məzmun Ģərh olunardı.* 
 
----------------------------------------------- 
* Hətta Hermannın "Handbuçh der Metrik" əsəri Kant fəlsəfəsinin paraqrafları ilə baĢlanır. 8-ci paraqrafda hətta nəticə 
çıxarılır ki, ritm qanunu: 1) obyektiv, 2) formal, 3) apriori müəyyənləĢən qanun olmalıdır. Bu tələblər və sonra gələn 
səbəbiyyət və qarĢılıqlı təsir prinsipləri ilə Ģerin ölçülərinin Ģərhini müqayisə etmək maraqlıdır. Bu Ģərhə formal 
prinsiplərin heç bir təsiri olmamıĢdır. 
----------------------------------------------- 
 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə