MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə24/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   20   21   22   23   24   25   26   27   ...   79

  Əgər Kantın fəlsəfəsini metafizikləĢdirməyə meylli empirizm ilə yaxından müqayisə etsək, görərik ki, sadəlövh 
empirizm, doğrudan da, hissi qavrayıĢdan möhkəm yapıĢır, ancaq bununla yanaĢı, ruhi gerçəkliyə, fövqəlhissi dünyaya 
məzmunundan, qaynağından, fikir, fantaziya və s. asılı olmayaraq yol verir. Forma baxımından fövqəlhissi dünyanın 
məzmunu da empirik biliyin hər bir məzmunu kimi öz təsdiqini dıĢ (xarici) qavrayıĢın avtoritetində, ruhi avtoritetdə 
tapır. Ancaq reflektiv və ardıcıllığı özünün prinsipi etmiĢ empirizm son, ali məzmunun dualizmilə mücadilə edir və 
düĢünən baĢlanğıcın və onda inkiĢaf edən ruhi dünyanın müstəqilliyini inkar edir. Materializm, naturalizm, ardıcıl 
empirizm sistemindən45 ibarətdir. Kant fəlsəfəsi bu empirizmə qarĢı təfəkkür prinsipini və azadlığı qoyur və birinci 
qəbildən olan empirizmin ümumi prinsipindən kənara çıxmayaraq ona yaxınlaĢır. Kantın dualizminin bir tərəfi 
qavrayıĢlar dünyası və bu dünyada refleksiya edən sonlu təfəkkürdən ibarətdir. Bu dünya doğrudan olaylar dünyası kimi 
təqdim edilir. Lakin bu yalnız addır, formal tərifdir, çünki qaynaq, məzmun və baxıĢ üsulu tamamilə empirizmdəki 
kimidir. Kantın dualizminin o biri tərəfi özünü dərk edən təfəkkürün müstəqilliyindən, Kant fəlsəfəsinin keçmiĢ, adi 
metafizika ilə paylaĢdığı və hər cür məzmundan məhrum etdiyi və bir daha vermədiyi azadlıq prinsipindən ibarətdir. 
Burada zəka adlanan bu təfəkkür hər cür tərifdən məhrum edilir, hər hansı avtoritetdən azad olunur. Kant fəlsəfəsinin 
göstərdiyi baĢlıca təsir o olmuĢdur ki, o, zəkanın öz abstraktlığı üzündən özü-özündə inkiĢaf edə, heç bir tərif irəli sürə 
bilməyən, ancaq yenə də özündə dıĢ xarakteri daĢıyan bir Ģeyə yol verilməsindən və qəbul olunmasından imtina edən 
mütləq iç (daxili) xarakteri barədə Ģüuru oyatdı. Zəkanın asılı olmaması, onun özündə mütləq müstəqil olması, bundan 
belə fəlsəfənin ümumi prinsipi kimi və zamanımızın baĢlıca inanclarından biri kimi gözdən keçirilməlidir. 
  1-ci əlavə. Tənqidi fəlsəfənin böyük mənfi xidməti odur ki, o, düĢüncənin təriflərinin sonluluğa məxsus olduğunu və 
bu təriflər çərçivəsində hərəkət edən idrakın həqiqətə nail olmadığını qəbul etmiĢdir. Ancaq bu fəlsəfənin birtərəfliliyi 
ondan ibarətdir ki, o, düĢüncənin bu təriflərinin sonluluğunu onların yalnız bizim subyektiv təfəkkürümüzə, həm də 
özündə Ģeyin nə isə bir mütləq o dünyada qalmalı olduğunu qəbul edən təfəkkürümüzə məxsus olduğunda görür. 
Əslində isə düĢüncənin təriflərinin sonluluğu onların subyektivliyində deyil, özündə sonlu olmasındadır. Kanta görə isə, 
əksinə, bizim düĢündüyümüzün yalanlığı onu bizim düĢünməyimizdədir. Kant fəlsəfəsinin baĢqa bir yetərsizliyi 
təfəkkürü yalnız tarixi təsvir etməsindən və Ģüurun momentlərini abstrakt sadalamasından ibarətdir. Bu sadalama, 
əsasən, düzgün olsa da, orada empirik tapılmıĢ momentlərin zəruriliyindən söz belə açılmır. Kant fəlsəfəsi Ģüurun 
müxtəlif səviyyələri üzərində refleksiya ilə müəyyənləĢdirilmiĢ nəticə olaraq belə bir müddəa irəli sürür ki, bizə bəlli 
olan Ģeyin məzmunu yalnız hadisədir. Bu nəticə ilə ona görə razılaĢmaq olar ki, sonlu təfkkürün iĢi, Ģübhəsiz, 
olaylarladır. Ancaq idrak bu pillə ilə qurtarmır və daha yüksək pillə vardır ki, o pillə Kant fəlsəfəsi üçün əlçatmazdır, o 
dünyalıqdır. 
  2-ci əlavə. Kant fəlsəfəsində təfəkkürün özünü özündən müəyyənləĢdirməsi prinsipi yalnız formal olaraq irəli sürülür. 
Ancaq bu təfəkkürün özünütəyinetməsinin necə baĢ verdiyini, nə qədər uzağa getdiyini Kant göstərməmiĢdir. Fixte isə, 
əksinə, Kant fəlsəfəsinin bu yetərsizliyini anlayaraq kateqoriyaların deduksiyası tələbini irəli sürmüĢ, gerçəkdən buna 
can atmıĢdır. Fixte fəlsəfəsi "mən"i fəlsəfi inkiĢafın çıxıĢ nöqtəsi etmiĢ və kateqoriyaların "mən"in fəaliyyəti nəticəsində 
alınmalı olduğunu təsdiq etmiĢdir. Ancaq "mən" burada həqiqi azad deyil, spontan fəaliyyət kimi çıxıĢ etmir, belə ki, 
onun fəaliyyətinin səbəbi kimi yalnız dıĢ (xarici) təkan götürülür. "Mən" Fixteyə görə dıĢ təkana təpki verir və yalnız bu 
təpki sayəsində o özünü dərkə nail olur. Bu zaman təkanın təbiəti dərk olunmamıĢ dıĢ bir Ģey olaraq qalır və "mən" hər 
zaman bir baĢqasının qarĢı durduğu Ģərtlənmədən ibarət olur. Beləliklə, Fixte də Kant fəlsəfəsinin yalnız sonlunun dərk 
olunduğu, sonsuza isə təfəkkürün gücü çatmadığı barədə gəldiyi nəticədən uzağa getmir. Kantda özündə Ģey adlanan 
Fixtedə dıĢ təkan adlanır; nə isə bir baĢqası "mən"dən çox onun inkarı kimi və ümumiyyətlə "qeyri-mən" kimi 
müəyyənləĢdirilir. "Mən" bu zaman "qeyri-mənə" münasibətdə olan kimi gözdən keçirilir və yalnız bu "qeyri-mənin" 
təkanı sayəsində "mən" özünütəyinetmə fəaliyyətinə təhrik edilir və beləliklə də "mən" bu təkandan azad olmaq üçün 
aramsız fəaliyyətdən ibarətdir. Bu zaman yenə də "mən" həqiqi azadlıq əldə edə bilmir, belə ki, təkanın bitməsilə 
"mən"in də varlığı bitmiĢ olur, çünki "mən"in varlığı onun fəaliyyətindən ibarətdir. Sonra "mən"in fəaliyyətilə yaranan 
məzmun təcrübənin adi məzmunundan baĢqa bir Ģey deyil və yalnız əlavə edək ki, bu məzmun yalnız olaydan 
(hadisədən) ibarətdir. 
  
  C 


  Fikrin obyektivliyə üçüncü münasibəti 
  Bilavasitə bilik 
   
§61 
  Tənqidi fəlsəfədə təfəkkür yalnız subyektiv kimi, onun son, yüksək tərifi isə abstrakt ümumilik, formal eyniyyət kimi 
baĢa düĢülür; beləliklə, təfəkkür konkret özündə – ümumilik kimi həqiqətə qarĢı qoyulur. Bu fəlsəfəyə görə təfəkkürün 
zəkadan, ağıldan ibarət olan yüksək tərifində kateqoriyalara diqqət yetirilmir. Buna əks olan baxıĢ təfəkkürü yalnız 
xüsusini dərk edən fəaliyyət kimi anlayır və bu əsasla onun həqiqəti dərk etməyə qabil olmadığını bildirir.46 
   
§62 
  Xüsusinin dərki kimi təfəkkürün məhsulu və məzmunu kateqoriyalardır; kateqoriyalar düĢüncəni qeydə aldığından, 
məhdud təriflərdir, Ģərtlənənin, asılı olanın, vasitələnin formalarıdır. Kateqoriyalarla məhdudlaĢan təfəkkür üçün sonsuz, 
həqiqət əlçatmazdır, sonsuza (allahın varlığının sübutuna can atmasına baxmayaraq) keçid edə bilməz. Təfəkkürün bu 
təriflərini həmçinin anlayıĢlar adlandırırlar, odur ki, predmeti anlamaq onun Ģərti və vasitələnmiĢ formasını əhatə etmək 
deməkdir. Əgər təfəkkürün predmeti həqiqətdən, sonsuzdan, Ģərtsizdən ibarətdirsə, onda təfəkkür onu Ģərtlənənə, 
vasitələnənə çevirir və beləliklə, biz, düĢünərək həqiqəti dərk etmək yerinə, onu yalana çevirmiĢ oluruq. 
  Qeyd. Allah, həqiqət haqqında yalnız bilavasitə biliyin mövcudluğunu təsdiq edən baxıĢla irəli sürülən bəzi sadə 
etirazlar bax budur. KeçmiĢ vaxtlarda allah anlayıĢından antropopatik adlanan sonlu və ona görə də sonsuza layiq 
olmayan hər cür təsəvvürləri kənarlaĢdırdılar və sonucda allah çox məzmunsuz bir varlıq oldu. Ancaq təfəkkürün 
tərifləri sadəcə hələ antropatizm sayılmırdı; təfəkkür daha çox ona görə qəbul edilirdi ki, mütləq haqqında təsəvvürləri 
sonluluq xassələrindən təmizləyirdi. Bu, bütün zamanların yuxarıda göstərilən belə bir əsas inamına ( 
§ 5) uyğun idi ki, həqiqət yalnız düĢünmək yolu ilə əldə edilə bilər. Ġndi, nəhayət, habelə, ümumiyyətlə, təfəkkürün 
tərifləri antropopatizmlər, təfəkkür isə yalnız sonsuzu sonlu edən fəaliyyət elan edilmiĢdir. "Spinoza haqqında məktub"a 
yeddinci əlavədə Yakobi Spinozanın öz fəlsəfəsindən götürdüyü və sonra onları, ümumiyyətlə, idrakla mübarizə üçün 
iĢlətdiyi etirazlarını daha aydın Ģərh etmiĢdir. Öz etirazlarında Yakobi idrakı yalnız sonlunun dərki kimi, Ģərtlənənlər 
sırasından Ģərtlənənə fikri keçid kimi anlayır, həm də bu sırada Ģərt olan hər bir üzvün özü də öz sırasında ancaq nəisə 
bir Ģərtlənmədir, belə ki, idrak fikrin bir Ģərtlənmədən digərinə doğru hərəkətidir. AydınlaĢdırmaq və anlamaq bu 
yanaĢmaya görə, bir Ģeyin baĢqa bir Ģeylə vasitələndiyini göstərməkdən ibarətdir. Beləliklə hər bir məzmun yalnız 
xüsusi, asılı və sonlu məzmundur; sonsuz, həqiqi, allah idrakı məhdudlaĢdıran belə bağlantılar mexanizmdən 
kənardadır. Önəmli olan odur ki, Kantın fəlsəfəsi kateqoriyaların sonluluğunu, əsasən, yalnız onların subyektivliyinin 
formal təriflərində gördüyü halda, Yakobinin etirazlarında kateqoriyaların müəyyənliyi müzakirə olunur və onlar sonlu 
kimi qəbul olunur. Yakobi elmlərin özəlliklə təbiət haqqında parlaq uğurlarını nəzərdə tuturdu. Bu sonlu zəminində 
qalmaqla, əlbəttə, sonsuzu tapmaq mümkün deyil. Laland47 düzgün qeyd etmiĢdir ki, o bütün göyü araĢdırmıĢ, ancaq 
orada allahı tapmamıĢdır ( 
§ 60, qeyd). Bu zəmində son nəticə dıĢ və sonlunun qeyri-müəyyən qarıĢığı kimi ümumi, materiya alınmıĢ və Yakobi 
haqlı olaraq vasitələnmədə və vasitəli idarəetmədə irəli hərəkətdən baĢqa çıxıĢ yolu görməmiĢdir. 
   
§ 63 
  Bu təlimdə təsdiq edilir ki, ruh həqiqəti dərk edir, ağıl, zəka insanın həqiqi tərifi və allah haqqında bilikdir. Ancaq ağıl 
vasitələnmiĢ bilik kimi yalnız sonlu məzmunla məhdudlaĢdığından bilavasitə bilikdir, inancdır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə