MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə26/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   22   23   24   25   26   27   28   29   ...   79

həqiqət olduqca qəliz, yüksək dərəcədə vasitələnmiĢ düĢüncələrin sonucudur və onlara vərdiĢ etmiĢ Ģüur üçün 
bilavasitədirlər. Riyaziyyatçının və eləcə də hər bir təcrübəli alimin ağlında olduqca qəliz analizin sonucu olan qərarlar 
bilavasitə vardır; hər bir savadlı insanın ağlında bir çox ümumi baxıĢlar və uzun sürən fikirlərlə və həyat təcrübəsi ilə 
yaradılan prinsiplər bilavasitə olur. Biliyin müəyyən bir sahəsində, incəsənətdə, texnikada əldə etdiyimiz səriĢtə ondan 
ibarətdir ki, bu cür biliklər və fəaliyyət növləri bizim Ģüurumuzda, eləcə də dıĢ fəaliyyətimizdə və hətta öz əzalarımızda 
bilavasitə vardır. Bütün bu hallarda biliyin bilavasitəliliyi onun vasitəliliyini nəinki rədd etmir, hətta əksinə, onlar bir-
birinə elə bağlıdır ki, bilavasitə bilik vasitəli biliyin məhsulu və sonucu olur. 
  Qeyd. Bilavasitəliyin varlığının onun vasitələnməsilə bağlı olması da yetərincə hamıya bəllidir: rüĢeymlər, valideynlər 
onların törətdiyi uĢaqlara münasibətdə bilavasitə, ilkin varlıqlardır. Ancaq ümumiyyətlə ailə, valideynlər bilavasitə 
mövcud olmaqla yanaĢı, həm də doğulmuĢlar (vasitələnmiĢlər), uĢaqların varlıqları isə vasitələnmələrinə baxmayaraq, 
həm də bilavasitədirlər, çünki onlar vardırlar. Mənim Berlində olmağım, mənim burada bilavasitə olmağım mənim bura 
gəliĢimlə vasitələnmiĢdir və s. 
 
§ 67 
  Allah, hüquq, mənəviyyat haqqında bilavasitə biliyə (burada əlbəttə, həmçinin instinktlər, anadangəlmə ideyalar, 
sağlam düĢüncə, təbii ağıl və i. a. da bilavasitə bilik adlandırılır) gəlincə, biliyin bu baĢlanğıcını Ģüur səviyyəsinə 
çatdırmq üçün ona hər hansı forma verilməsindən asılı olmayaraq ümumi təcrübə göstərir ki, hökmən tərbiyə, inkiĢaf 
tələb olunur (Platonun fəlsəfəsində xatirə anlayıĢı); xristianlığa qəbuletmə mərasimi sirrdir, orda xristianlıq tərbiyəsinin 
tələbi də vardır. Deməli, din, mənəviyyat, inanc, bilavasitə bilik olsalar da, yenə də bütövlükdə inkiĢaf, tərbiyə, təhsil 
adlanan vasitələnmə ilə Ģərtlənir. 
  Qeyd. Həm anadangəlmə ideyaların tərəfdarları, həm də onların əleyhdarları bilavasitə biliyin müdafiəçiləri kimi eyni 
bir əksliyin, yəni təbii ruhla bilavasitə və önəmli surətdə bağlı olan ümumi təriflər və bu təriflərlə dıĢarı və predmetlərin 
və təsəvvürlərin verdiyi vasitələnmiĢ bağlantıda olan təriflər arasında əksliyin olduğunu müdafiə edirlər. Anadangəlmə 
ideyalar təliminə qarĢı empirik etiraz irəli sürülürdü ki, əgər bu ideyalar mövcud olsaydı, onda bütün insanlar onları 
anadngəlmə əldə etmiĢ olardılar, məsələn: Ģüurlarında ziddiyyət qanunu olardı, digər buna oxĢar qanunlarla birlikdə 
anadangəlmə ideyalara aid edilən bu qanunu bilərdilər. Bu etirazı anlaĢılmazlığın bəhrəsi saymaq olar, çünki 
anadangəlmə sayılan təriflər eyni zamanda artıq dərk edilmiĢ ideyalar və təsəvvürlər formasında olmaya da bilər. Ancaq 
bilavasitə bilik baxıĢına qarĢı irəli sürülən bu etiraz tamamilə haqlıdır, çünki bilavasitə bilik haqqında təlim öz tərifləri 
barədə qətiyyətlə bildirir ki, onlar Ģüurda olur. Əgər, məsələn, bilavasitə bilik təlimi dini inanc üçün xristian və ya dini 
tərbiyənin də inkiĢafının zəruri olduğu ilə razılaĢırsa, onda bu onun tərəfindən ya zorakılıqdır (özünün inanc haqqında 
çıxıĢlarında bu durumu rədd etməkdir), ya da anlamazlıqdır (tərbiyənin zəruri olduğunun qəbul edilməsinin 
vasitələnmənin önəmliyinin təsdiq edilməsi demək olduğunu anlamamaqdır). 
  Əlavə. Platon fəlsəfəsində biz ideyaları xatırlayırıq deyilməsi, ideyaların öz-özünə insanlarda olması, onlara yad bir 
Ģey kimi kənardan gəlmədiyi deməkdir (Sofistlər isə tamam bunun əksini iddia edirdilər). Ancaq idrakın bu cür 
xatırlama kimi qavranılması insanda özündə olan bir Ģeyin inkiĢafını istisna etmir və bu inkiĢaf vasitələnmədən baĢqa 
bir Ģey deyil. Dekartın və Ģotland filosoflarının irəli sürdükləri anadangəlmə ideyalarla da iĢ bu cürdür. Anadangəlmə 
ideyalar da insanda yalnız özündə qabiliyyət kimi mövcuddur. 
   
§ 68 
  Təcrübəyə aid olan məsələdə ona söykənirlər ki, təcrübi bilik bilavasitə biliklə bağlı olur. Bu bağlılıq öncə yalnız 
dıĢarı, empirik bağlılıq kimi götürülsə də yenə empirik araĢdırma üçün önəmli və ondan ayrılmaz olaraq qalır, belə ki, 
bu bağlılıq daimidir. Amma əgər biz bu bilavasitə biliyi özlüyündə allah və ilahilik haqqında bilik kimi gözdən keçirsək, 
onda belə bilik, ümumiyyətlə, hissi, sonlu olan üzərində, habelə insan könlünün bilavasitə istəkləri, təbii meylləri 
üzərində ucalan bir Ģey kimi, allaha və ilahiyə inanca yüksəlmə, çevrilmə və bu inancla bitən bir proses kimi xarakterizə 


olunacaq, belə ki, bu sonuncu bilavasitə bilik və əqidədir, ancaq bu bilik və əqidə, müqəddiməsiz, ilkin Ģərti olmayan bu 
proses vasitələnmədən ibarətdir. 
  Qeyd. Artıq qeyd edildiyi kimi, allahın varlığının sonlu varlıqdan çıxıĢ edilərək guya sübutu bu inanca yüksəlməni 
ifadə edir və süni refleksiyanın quraması olmayıb ruhun zəruri vasitələnməsidir. Bununla belə, inanca yüksəlmədə ruhun 
bu vasitəliliyi bu adi sübut formasında özünün tam və düzgün ifadəsini tapmır. 
   
§ 69 
  Subyektiv ideyadan varlığa göstərdiyimiz ( 
§ 64) keçid bilavasitə bilik təlimi üçün baĢlıca maraq daĢıyır və önəmli dərəcədə əzəli və bilavasitə bağlılıq kimi 
subyektiv ideya ilə təsdiq olunur. Amma özlüyündə götürülən bu mərkəz nöqtə zahiri, empirik bağlantılara baxmayaraq, 
özü-özündə vasitələnmiĢdir, həm də bu vasitələnmə hansısa bir dıĢarı ilə olan vastələnmə olmayıb özü-özündə qapalı bir 
vasitələnmədir. 
   
§ 70 
  Bilavasitə bilik baxıĢı təsdiq edir ki, nə yalnız subyektiv fikir kimi ideya, nə varlıq özündə həqiqət deyil: ideyanın 
varlığı kimi deyil, yalnız özü üçün götürülən varlıq dünyanın hissi, sonlu varlığıdır. Deməli, burada birbaĢa təsdiq edilir 
ki, yalnız varlıqla vasitələnən ideya həqiqidir və əksinə, varlıq ancaq ideyanın vasitəsilə həqiqidir. Bilavasitə bilik baxıĢı 
haqlı olaraq nə müəyyənləĢməmiĢ, boĢ bilavasitəliyi, nə də abstrakt varlığı və ya özlüyündə xalis vəhdəti istəməyib, 
ideyanın varlıqla vəhdətini istəyir; lakin bu, düĢüncəsizlikdir – görə bilməməkdir ki, dəyiĢik (müxtəlif) təriflərin vəhdəti 
yalnız xalis bilavasitəlik deyil, yəni tamamilə qeyri-müəyyən, boĢ vəhdətdir, bu təriflərdən hər biri yalnız baĢqa təriflə 
vasitələndikdə həqiqi olur, yaxıd əgər lazımdırsa, belə deyək: bu təriflərdən hər biri yalnız digər tərif sayəsində 
həqiqətlə vasitələnmiĢ olur. Beləliklə, fakt budur ki, vasitələnmənin tərifi bu bilavasitəliyin özündədir və buna qarĢı 
düĢüncə bilavasitə bilik müddəalarına uyğun olaraq heç bir etiraz edə bilməz. Yalnız bəsit, abstrakt empirik-əqli 
düĢüncə bilavasitə və vasitəli tərifləri müstəqil, mütləq təriflər kimi götürür və ona elə gəlir ki, o bu təriflərdə davamlı 
fərqlərə malik olur; beləliklə, abstrakt düĢüncə bu tərifləri yenidən birləĢdirmək istədikdə özünə dəfedilməz çətinliklər, 
artıq göstərdiyimiz kimi, faktın özündə olmayan və spekulyativ anlayıĢlar yaradan çətinliklər yaradır. 
   
§ 71 
  Biz bu baxıĢın birtərəfliliyindən irəli gələn tərifləri və sonucları əsas prinsipi aydınaĢdırdıqdan sonra qeyd etməliyik. 
Birincisi, məzmunun təbiəti deyil, Ģüur faktı həqiqətin kriterisi kimi irəli sürüldüyündən həqiqət kimi irəli sürülən bilik 
subfektiv bilikdən və mənim öz Ģüurumda öncədən tapdığım məzmuna əminliyimdən ibarət olur. Mənim öz Ģüurumda 
öncədən tapmağım hər Ģeyin Ģüurda öncədən olması kimi qəbul edilir və Ģüurun təbiəti kimi qələmə verirlər. 
  Qeyd. Allahın varlığının sübutları deyilən fikirlər arasında artıq Siseronun istinad etdiyi consensus gentium52 da var 
idi. Consensus gentium önəmli avtoritetə malik idi və nə isə bir məzmunun hamının Ģüurunda olması təsəvvüründən bu 
məzmunun Ģüurun öz təbiəti ilə bağlılığı və labüdən ona məxsus olması təsəvvürünə keçmək asandır. Bu ümumi 
razılaĢma kateqoriyasında ən savadsız insanın belə sağlam düĢüncəsindən yayınmayan bir baxıĢ vardır ki, təkcə insanın 
Ģüuru eyni zamanda bir xüsusidir, təsadüfdür. Əgər bu Ģüurun təbiəti araĢdırılmazsa, əgər bu Ģüurun xüsusiliyi, 
təsadüfiliyi ayrılmırsa, əgər-özündə-və-özü-üçün-ümuminin axtarıĢına və ayrılmasına yönələn çətin əməliyyat 
aparılmazsa, onda hansısa bir məzmuna münasibətdə yalnız hamının razılığı bu məzmunun Ģüurun öz təbiətinə məxsus 
olması barədə layiqli inam üçün əsas ola bilər. təfəkkürün tələbatını ödəmək üçün consensus gentium faktının hamılıqla 
qəbul olunması, habelə zəruriliyi, əlbəttə, yetərli deyil. Hətta faktın bu ümumiliyini yetərli sübut sayanlar da ondan 



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə