MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə29/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   25   26   27   28   29   30   31   32   ...   79

məhvedici sonuclara aparıb çıxarır. Bu iradlar məzmun etibari ilə haqlı olduğundan onları irəli sürənlərə hər Ģeydən 
öncə cavab verilməlidir ki, onların irəli sürdüyü iradlar, ümumiyyətlə, təfəkkürə, daha dəqiq deyilərsə, düĢünən 
təfəkkürə deyil, yalnız abstrakt təfəkkürə toxunur. Bu da əlavə edilməlidir ki, biz, ilk öncə xalis abstrakt təfəkkürün 
hüququnu və xidmətini etiraf etməliyik; bu hüquq və xidmət ondan ibarətdir ki, həm nəzəri sahədə, həm də praktiki 
sahədə düĢüncənin yardımı olmadan heç bir davamlılıq və müəyyənlik mümkün deyil. Ġdrak prosesində isə mövcud 
predmetlərin bir-birindən fərqləri dərk edilir; belə ki, məsələn, təbiəti öyrənərkən maddələr, güclər, növlər və i. a. 
fərqləndirilir və ayrı-ayrılıqda qeyd olunur. Təfəkkür bu zaman dərrakə kimi hərəkət edir və onun fəaliyyət prinsipi 
burada eyniyyətdən, özü də sadə münasibətdən ibarətdir. Bu eyniyyət idrak prosesində əsas etibari ilə bir tərifdən 
digərinə keçidi Ģərtləndirir. Belə ki, riyaziyyatda kəmiyyət fikrin sonrakı hərəkətini Ģərtləndirən tərifdir. Həndəsədə bu 
təriflə fiqurlar bir-biri ilə müqayisə edilir və onların oxĢar cəhətləri ayırd edilir. Eləcə də idrakın baĢqa sahələrində, 
məsələn yurisprudensiyada fikrin hərəkəti hər Ģeydən öncə eyniyyətlə müəyyənləĢir. Burada bir tərifdən daĢqa tərif 
çıxarılır, belə ki, əqlinəticə fikrin eyniyyət prinsipi üzrə hərəkətindən baĢqa bir Ģey deyil. 
  Təkcə nəzəri sahədə deyil, praktiki sahədə də idraksız keçinmək olmaz. Hərəkət etmək üçün baĢlıca olaraq xarakter 
tələb olunur, xarakterli insan isə mühakiməli, dərrakəli insandır, müəyyən məqsədi vardır və onu qətiyyətlə izləyir. 
Böyük Ģey əldə etmək istəyən Ģəxs Hötenin söylədiyi kimi, özünü məhdudlaĢdırmağı bacarmalıdır. Əksinə, hər Ģey 
istəyən kəs əslində heç nə istəmir və heç nəyə nail ola bilməz. Dünyada maraqlı Ģeylər çoxdur: ispan poeziyası, kimya, 
politika, musiqi; bütün bunlar olduqca maraqlıdır və bunlarla maraqlanan insana qarĢı heç nə demək olmaz, lakin 
müəyyən bir Ģey yaratmaq üçün bu fərd hazırkı Ģəraitdə bir Ģeydən yapıĢmalı və gücünü dəyiĢik yönlərə 
səpələməməlidir. Eləcə də hər bir peĢə tələb edir ki, onunla ağıllı, düĢüncəli məĢğul olunsun; belə ki, məsələn, hakim 
qanuna söykənməli və qanundan çıxıĢ edərək qərar qəbul etməlidir – qərəzsiz mühakimə yürütməlidir. 
  Sonra, empirik-əqli dərrakə təhsilin önəmli momentidir. Savadlı insan dumanlı, qeyri-müəyyənliklə yetinmir, 
predmetləri dəqiq müəyyənliklərində tutur; savadsız insan isə, əksinə, inamsızlıqla ora-bura çabalayır və belə insanla 
nədən söz getdiyini aydınlaĢdırmaq üçün və onu müəyyən bir məqam üstündə durmağa məcbur etmək üçün çox əmək 
sərf etmək lazım gəlir. 
  Sonra, bundan öncə aydınlaĢdırdığımıza görə, ümumiyyətlə, məntiqini təkcə subyektiv fəaliyyət anlamında deyil, 
bütövlükdə ümumi kimi, deməli, həm də obyektiv kimi baĢa düĢmək lazımdır və bu, düĢüncəyə – məntiqinin bu birinci 
formasına da aiddir. Odur ki, abstrakt-əqli düĢüncəyə, ağıla, dərrakəyə ilahi nemət kimi baxmaq lazımdır, çünki ilahi 
nemət adı altında sonlu Ģeylərin mövcudluğu və onların davamlı varlığa malik olması baĢa düĢülür. Belə ki, məsələn, 
təbiətdəki ilahi nemət, bərəkət kimi o dərk edilir ki, çoxsaylı heyvan sinifləri və növləri öz varlıqlarını saxlayıb inkiĢaf 
etmək üçün lazım olan hər Ģeylə təmin edilmiĢlər. Ġnsanın, fərdlərin və bütöv xalqların həyatı da bu cürdür, yəni onların 
varlığı və inkiĢafı üçün lazım olan hər Ģeyi qismən bilavasitə (məsələn, iqlimi, torpağın xassələri və məhsulları və s.) 
tapırlar, qismən də qabiliyyət, istedad və s. halında malik olurlar. Bu cür baĢa düĢülən düĢüncə, ağıl da maddi dünyanın 
bütün sahələrində iĢtirak edir və maddi predmetin mükəmməlliyi düĢüncənin, ağılın prinsipinin predmetdə öz qanuni 
yerini tutmasını nəzərdə tutur. Məsələn, dövlət əgər zümrələrin, onarın məĢğuliyyətlərinin fərqini bilmirsə, əgər öz 
anlayıĢına görə bir-birindən fərqlənən politik və inzibati funksiyalar inkiĢaf etmiĢ heyvan orqanizmində müxtəlif duyğu, 
hərəkət, həzm və s. funksiyaların inkiĢafına oxĢar olaraq ayrıca orqanlar kimi hələ inkiĢaf etməyibsə, onda o dövlət 
mükəmməl deyildir. Bundan öncəki anlatmamızdan sonra o çıxır ki, fəaliyyətin adi təsəvvürə görə, guya düĢüncədən, 
idrakdan çox uzaq olan bu sahələrində və sferalarında da düĢüncə iĢtirak etməlidir və onun iĢtirak etməməsi nöqsan 
sayılmalıdır. Bu, özəlliklə incəsənətə, dinə və fəlsəfəyə münasibətdə doğrudur. Belə ki, məsələn, incəsənətdə düĢüncə 
özünü onda göstərir ki, gözəlliyin öz anlayıĢına görə dəyiĢik formaları bu dəyiĢikliyi, fərqləri ilə qeyd və təsvir 
olunurlar. Bu, ayrı-ayrı incəsənət əsərlərinə də aiddir. Dram əsərinin gözəl və bitmiĢ olması üçün zəruridir ki, ayrı-ayrı 
personajlar, Ģəxslər saflıqda və öz müəyyənliyində inkiĢaf etdirilsin, yəni ətrafında hərəkətlərin cərəyan etdiyi dəyiĢik 
məqsədlər və maraqlar aydın və dəqiq təsvir edilsin. Din sahəsinə gəlincə məzmunda və anlamada fərqlərin olmasından 
asılı olmayaraq, yunan mifologiyasının quzey (Ģimal) mifologiyasından üstünlüyü həm də ondadır ki, yunan 
mifologiyasında tanrıların ayrı-ayrı obrazları tam plastik müəyyənliyində iĢlənmiĢdir, halbuki quzey mifologiyasında bu 
obrazlar bulanıqdır və qeyri-müəyənlik dumanına bürünmüĢdür. Nəhayət, fəlsəfənin də düĢüncəsiz, idraksız keçinə 
bilməməsi yuxarıda bu deyilənlərdən sonra ayrıca anlatma tələb etmir. Filosoflardan ilk öncə tələb olunur ki, hər bir 
fikir bütün ciddiliyi ilə düĢünülsün və biz onu bulanıq və qeyri-müəyyən saxlamayaq. 


  Amma, adətən, belə də deyirlər ki, idrak, düĢüncə çox uzağa getməməldir və bu doğrudur, çünki fikri təriflər, əlbəttə, 
son nəticələr deyillər, sonludurlar, daha dəqiq deyilərsə, o təriflərin xarakteri elədir ki, son həddə çatdırıldıqda öz 
əksliyinə çevrilirlər; gənclik abstraksiyalarda yanıla və dolaĢa bilər, ancaq həyat təcrübəsilə biĢmiĢ insan abstrakt və ya-
və ya halına uymur və konkretdən yapıĢır. 
   
§ 81 
  3) Dialektik moment belə sonlu təriflərlə bərtərəfləĢmə və onların öz əksliklərinə keçməsidir. 
  Qeyd. 1) Özü üçün götürülən dialektika düĢüncədən, dərrakədən ayrılıqda, özəlliklə elmi anlayıĢlarda skeptisizm kimi 
çıxıĢ edir və skeptisizmdə dilektikanın nəticəsi boĢ inkardan ibarət olur. 2) dialektikaya adətən müəyyən anlayıĢlara 
zorakılıqla dolaĢıqlıq salan və onlarda yalnız ziddiyyət görüntüsü yaradan dıĢarı məharət kimi baxılır. Bunun sayəsində 
bu təriflər deyil, göstərilən görüntü önəmsiz sayılır və dərrakəli, əqli sayılan həqiqi olur. Çox vaxt dialektika da əslində 
iti mülahizələr arxasında gizlənən məzmunsuz və boĢ sübutlar, təkziblər – mühakimələr irəli sürən subyektiv oyundan 
baĢqa bir Ģey olmur. Lakin özünün əsl müəyyənliyində isə dialektika düĢüncənin, Ģeylərin və ümumiyyətlə sonlunun 
təriflərinin həqiqi təbiətidir. Refleksiya hər Ģeydən öncə fikrin təcrid olunmuĢ müəyyənlik çərçivəsindən kənara çıxan və 
onu baĢqa müəyyənliklərlə münasibətə gətirərək bir-biri ilə bağlayan hərəkətidir, həm də bu hərəkətdə müəyyənliklər 
arasında bağlılıq yaransa da onlar özlərinin əvvəlki anlamlarını saxlayırlar. Dialektika isə əksinə, bir tərifin baĢqa tərifə 
immanent keçididir. Bu keçiddə aydın olur ki, düĢüncənin tərifləri birtərəfli və məhduddurlar, baĢqa sözlə, özlərində 
özlərinin inkarı vardır. Sonlunun bütün mahiyyəti özünün özünü aradan qaldırmasındadır. Deməli, dialektika fikrin hər 
cür elmi inkiĢafının hərəkətli, canlı ruhudur və elmin məzmununa sonlu üzərində zahiri deyil, həqiqi yüksəliĢdən ibarət 
immanent bağlılıq və zərurət daxil edən tək prinsipdir. 
  1-ci əlavə. Biz özümüzə yüksək səviyyədə aydınlaĢdırmalıyıq ki, dialektikanı necə dərk etmək və anlamaq lazımdır. O, 
ümumiyyətlə, hər bir hərəkətin, hər cür həyatın və gerçəklikdəki hər bir fəaliyyətin prinsipidir. Dialektika, habelə hər bir 
həqiqi elmi idrakın canıdır, ruhudur. Bizim adi Ģüurumuz düĢüncənin, idrakın abstrakt tərifləri üzərində dayanmamalıdır 
deyimi (özün yaĢa, baĢqalarına da yaĢamaq imkanı ver – el misalı kimi) ədalətlidir və biz onların hər ikisini qəbul 
edirik. Lakin daha ciddi baxıĢ göstərir ki, sonlu təkcə kənardan məhdudlaĢdırılmayıb, həm də öz təbiəti sayəsində 
aradan qaldırılır və öz əksliyinə keçir. Məsələn, deyirlər: "insan öləndir" və ölümün səbəbinə dıĢarı Ģəraitdə olan bir Ģey 
kimi baxırlar; bu baxıĢ üsuluna görə insanın bir-birindən ayrı iki özəlliyi var: canlılıq və ölümlülük. Amma həqiqət 
ondan ibarətdir ki, həyatın özündə ölümün rüĢeymi vardır və ümumiyyətlə sonlu ziddiyyətlidir və bu səbəbdən özü 
özünü aradan qaldırır. Sonra, dialektikanı sofistika ilə qarıĢdırmaq olmaz, çünki sofistikanın mahiyyəti birtərəfli və ayrı-
ayrılıqda götürdüyü abstrakt təriflərdən istifadə etməkdən ibarətdir və o, belə təriflərdən istifadə edərkən hər bir anda 
fərdin marağına uyğun gələnlərini seçir və sofizmin indi düĢdüyü durum bununla izah olunur. Belə ki, məsələn, praktik 
yöndən mühüm olan mənim varlığım və bunun üçün vasitələrə malik olmağımdır. Amma mən əgər iĢin bu tərəfini, 
mənim rifahımın bu prinsipini önə çəkirəmsə və nəticə çıxarıram ki, mənim oğurlamağa, Vətənə xəyanət etməyə, hər 
cür rəzilliyə haqqım vardır, onda bu, sofizmdir. Bunun kimi mənim subyektiv azadlığım o anlamda mənim 
hərəkətlərimin önəmli prinsipidir ki, mən öz ağlıma və əminliyimə uyğun hərəkət etməliyəm. Lakin əgər mən yalnız bu 
prinsiplərə söykənirəmsə, bu da sofistikadır və bununla mən bütün mənəvi prinsipləri kənara atmıĢ oluram. Dialektika 
belə fəaliyyət tərzindən önəmli dərəcədə fərqlənir, çünki dialektikanın məqsədi Ģeylərin özündə və özü üçün, yəni 
onların öz təbiətini gözdən keçirmək və bu zaman düĢüncənin birtərəfli təriflərinin sonluluğunu açmaqdan ibarətdir. 
Ancaq dialektika fəlsəfədə yeni bir Ģey deyil. KeçmiĢ müdriklər arasında dialektikanın özülçüsü kimi Platonun adı 
çəkilir və bu tamamilə doğrudur, çünki Platonun fəlsəfəsində dialektika ilk dəfə sərbəst elm, deməli, obyektiv formada 
qarĢıya çıxır. Sokratda onun fəlsəfəçiliyinin ümumi xarakterinə uyğun olaraq dialektika hələ əsasən subyektiv formada, 
yəni ironiya formasındadır. Sokrat öz dialektikasını, birincisi, ümumiyyətlə adi Ģüura qarĢı, ikincisi daha çox sofistlərə 
qarĢı yönəltmiĢdir. Öz söhbətlərində Sokrat görüntü yaratmaq istəyir ki, o, sözü gedən predmet barəsində dəqiq 
bilgilənmək istəyir; bu məqsədlə o, cürbəcür suallar qoyur və bu yolla öz müsahiblərini öncə düzgün saydıqları 
müddəalara əks olan müddəalara aparıb çıxarır. Məsələn, əgər sofistlər özlərini müəllimlər adlandırırdılarsa, Sokrat bir 
sıra sualların yardımı ilə sofist Protaqoru hər bir təlimin yalnız xatırlatma olduğunu etiraf etməyə məcbur edir. Platon 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə