MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 88    Bilavasitə özünə bərabər olan heçlik də varlıq kimidir. Varlığın və yoxluğun həqiqəti onların ikisinin vəhdətindədir, bu



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə33/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

§ 88 
  Bilavasitə özünə bərabər olan heçlik də varlıq kimidir. Varlığın və yoxluğun həqiqəti onların ikisinin vəhdətindədir, bu 
vəhdət yaranıĢdır (təĢəkkül tapmadır). 
  Qeyd. 1) "Varlıq və yoxluq eyni bir Ģeydir" müddəası təsəvvür və ya düĢüncəyə o qədər paradoksal görünür ki, onlar 
bunu ciddi qəbul etmirlər. Gerçəkdən bu deyimdə təfəkkür öz üzərinə ən çətin iĢ götürür, çünki varlıq və yoxluq bir-
birinin əksidir və bu əkslik bilavasitə, xalis əkslikdir, yəni burada biz elə əksliklərlə qarĢılaĢırıq ki, bu əksliklərin heç 
birində onların münasibətini bildirən tərif hələ yoxdur. Lakin öncəki paraqrafda göstərdiyimiz kimi, onlarda bu tərif 
vardır və bu tərif onların hər ikisində eynidir. Varlıq və yoxluğun vəhdətinin deduksiyasi analitik olduğundan həm də 
ümumiyyətlə fəlsəfənin bütün hərəkəti metodik, yəni zəruri hərəkət kimi artıq anlayıĢda olanın fərz edilməsidir. Ancaq 
varlıq və yoxluğun eyni olması nə qədər doğrudursa, onların fərqli olması, birinin o biri demək olmaması da bir o qədər 
doğrudur. Lakin buradakı fərq hələ müəyyənləĢmədiyindən, varlıq və yoxluq bilavasitəliklər olduğundan onların fərqi, 
burada dillə ifadə edilməzdir, yalnız bir rəydir. 
  2) Varlığın və yoxluğun eyni olduğu fikrini gülməli etmək yaxud cürbəcür cəfəng fikirlər gətirib onları bu müddəadan 
irəli gələn nəticələr kimi qələmə vermək elə böyük ağıl tələb etmir. Demək olar ki, məsələn, bu müddəaya görə mənim 
evim, əmlakım, tənəffüs üçün hava, bu Ģəhər, günəĢ, hüquq, ruh, allah vardır və yoxdur, bunun heç bir fərqi yoxdur. Bu 
cür misallarda bir tərəfdən, özəl məqsədlər, Ģeylərin mənim üçün faydalılığı gizlədilir və sual edilir ki, bu faydalı Ģeyin 
varlığının və ya yoxluğunun mənə dəxli yoxdurmu. Doğrudan da fəlsəfə insanı sonsuz sayda sonlu məqsəd və 
istəklərdən qurtarıb onlara biganə edən elə bir təlim olmalıdır ki, insan o cür Ģeylərin varlığına və ya yoxluğuna önəm 
verməsin. Lakin ümumi bir məzmundan söz getdikdə – onun anlam daĢıdığı və öncədən ehtimal edildiyi baĢqa 
varlıqlarla, məqsədlərlə və s. bağlantısı müəyyənləĢdirilir. Müəyyən bir məzmunun varlığının yaxud yoxluğunun eyni 
bir Ģey olub olmaması məsələsi o cür ilkin Ģərtlərdən yaxud müqəddimələrdən asılı olaraq qoyulur. Varlıq və yoxluq 
arasında boĢ, məzmunsuz fərq yerinə, beləliklə, məzmunlu bir fərq soxuĢdurulur. Digər tərəfdən də özlərinə mühüm 
məqsədlər, mütləq varlıqlar və ideyalar götürüb onları varlığın yaxud qeyri-varlığın tərifinə daxil edirlər. Ancaq belə 
konkret predmetlər, həm də mühüm və qeyri-mühüm olandan tamamilə fərqli bir Ģeylərdir; varlıq və yoxluq kimi kasıb 
abstraksiyalar (onlar yalnız baĢlanğıcın tərifləri olduqları üçün daha yoxsul təriflərdir) o predmetlərin təbiətinə qətiyyən 
adekvat deyillər; həqiqi məzmun həm bu abstraksiyaların, həm də onların(varlığın və yoxluğun)əksliyi çərçivəsindən 
çoxdan çıxmıĢdır. Ümumiyyətlə nə vaxt ki, varlıq və yoxluq abstraksiyaları yerinə gizlicə hansısa bir konkret qoyulur, 
onun üçün adi olan bir tale ilə qarĢılaĢır: onun aldığı təsəvvür və söylədiyi fikir sözü gedən predmetə aid olmur; burada 
isə yalnız abstrakt varlıqdan və abstrakt yoxluqdan söz gedir. 
  3) Deyə bilərlər ki, varlığın və yoxluğun vəhdətini anlayıĢda dərk etmək olmaz. Ancaq biz bu vəhdəti öncəki 
paraqrafda göstərmiĢik və bu vəhdət orada göstəriləndən baĢqa bir Ģey deyil; onun baĢa düĢülməsi də orada söylənilənin 
mənimsənilməsindən ibarətdir. Ancaq baĢa düĢməyi, adətən həqiqi anlayıĢdan artıq bir Ģey hesab edirlər: elə dəyiĢik, 
zəngin Ģüur, təsəvvür tələb edirlər ki, orada anlayıĢ daha konkret bir halında, təfəkkürün öz adəti praktikasında daha çox 
tanıĢ olduğu halında verilmiĢ olsun. Madam ki, baĢa düĢməyin mümkünsüzlüyü bu halda yalnız abstrakt fikirləri heç bir 
hissi qatıĢıq olmadan cəmləmək və spekulyativ fikri tutmaq vərdiĢinin olmamasıdırsa, onda bizə fəlsəfi bilik öz 
xarakterinə görə adi həyatda vərdiĢ etdiyimiz və eləcə də baĢqa elmlərdə hökmran olan biliklərdən, Ģübhəsiz, fərqlənir 
deməkdən baĢqa bir Ģey qalmır. Ancaq anlamamaq varlığın və yoxluğun vəhdətini təsəvvür etməyin mümkünsüzlüyünü 
təsdiqdən ibarətdirsə, onda doğrudan da bu çox mənasızdır və hər bir kəsdə bu vəhdət barəsində sonsuz sayda təsəvvür 
vardır; belə təsəvvürlərə malik olmayan bir kimsənin olduğunu təsdiq etmək yalnız o demək olardı ki, o insan bu 
təsəvvürlərin hər hansı birində vəhdət anlayıĢını dərk edə bilmir və orada bu anlayıĢın nümunəsini görmür. Belə 
nümunəyə misal əsasən yaranıĢ, qərarlaĢmadır. Hər bir adamda yaranıĢ haqqında təsəvvür var və bunu bir təsəvvür 
sayır; sonra, hər kəs qəbul edir ki, əgər bu təsəvvürü analiz etsək, əmin olarıq ki, onda varlığın tərifi, eləcə də ona tam 
əks olan yoxluğun tərifi vardır; sonra, bu iki tərif (varlıq və yoxluq – A. T.) eyni bir təsəvvürdə ayrılmazdır, belə ki 
yaranıĢ, qərarlaĢma varlığın və yoxluğun vəhdətidir. BaĢqa bir misal baĢlanğıc ola bilər. ġey baĢlananda yaxud 
baĢlanğıcda hələ mövcud deyil, ancaq bu baĢlanğıcda onun həm yoxluğu, həm də varlığı mövcuddur. BaĢlanğıc artıq 
yaranıĢdır. Lakin baĢlanğıc deyəndə biz, yaranıĢdan baĢqa sonrakı hərəkəti nəzərdə tuturuq. Əgər elmin adi gediĢi ilə 
uyğunlaĢmaq istəsək, məntiqi xalis fikri baĢlanğıc haqqında təsəvvürdən, deməli,  baĢlanğıc kimi baĢlanğıc haqqında 


təsəvvürdən baĢlamaq və bu təsəvvürü təhlil etmək olardı; bu təhlilin nəticəsi varlıq və yoxluğu onların qırılmaz 
vəhdətində aĢkar etməkdən ibarət olardı.       
  4) Ancaq hələ o da qeyd edilməlidir ki, "varlıq və yoxluq eyni bir Ģeydir" ifadəsi yaxud "varlıq və yoxluğun vəhdəti" 
də bu qəbildən olan digər vəhdətlər (subyektin və obyektin vəhdəti və i. a.) kimi haqlı etirazlar doğurur, ona görə ki, 
burada vəhdət düzgün olmayaraq ön plana çəkilir, fərq isə nəzərdə tutulsa da (məsələn, bu ifadədə iki fərqli Ģeyin – 
varlığın və yoxluğun vəhdəti nəzərdə tutulur) açıq-aydın deyilmir; belə görüntü yaradılır ki, bu ifadələrdə fərqdən 
qanunsuz sərfnəzər edilir ki, o nəzərə alınmır. Doğrudan da spekulyativ tərif bu cür fikir biçimində düzgün ifadə oluna 
bilməz; vəhdət mövcud və nəzərdə tutulan fərqdə eyni vaxtda dərk edilməlidir. YaranıĢ – varlığın və yoxluğun 
yaranıĢının həqiqi ifadəsi bax budur, belə ki, yaranıĢ onların vəhdətidir; yaranıĢ təkcə varlığın və yoxluğun vəhdətindən 
ibarət olmayıb, həm də özündə rahatsız bir vəhdətdir, özü ilə münasibət kimi yalnız hərəkətsiz olmayıb, bu vəhdətin 
özündəki varlığın və yoxluğun fərqliliyi sayəsində özündə özünə qarĢı olan vəhdətdir. Mövcud varlıq isə əksinə, bu 
vəhdətdən yaxud bu vəhdət biçimində yaranıĢdan ibarətdir; odur ki, mövcud varlıq birtərəfli və sonludur. Əkslik burada 
sanki yox olmuĢdur, o bu vəhdətdə yalnız özündə mövcuddur, ancaq müəyyənləĢməmiĢdir. 
  5) Varlıq yoxluğa çevrilməkdən, yoxluq isə varlığa çevrilməkdən ibarətdir müddəasına, yaranıĢ haqqındakı müddəaya 
qarĢı "Heç nədən heç nə yaranmır" yaxud "Nə isə bir Ģey hansısa baĢqa bir Ģeydən yaranır" müddəası – materiyanın 
əbədiliyi haqqında müddəa, panteist müddəa irəli sürülür. Antik filosoflar "Nə isə bir Ģey hansısa baĢqa bir Ģeydən 
yaranır" yaxud "Heç nədən heç nə yaranmır" müddəasının əslində yaranıĢı aradan qaldırdığını aydın görmüĢlər, çünki 
yaranan və onu yaradan eynidir; burada yalnız eyniyyətin abstrakt əqli deyimi vardır. Amma "Heç nədən heç nə 
yaranmır" və ya "Nə isə bir Ģey hansısa baĢqa bir Ģeydən yaranır" müddəalarının bizim zamanımızda da heç bir Ģərh 
verilmədən iĢlədilməsi qəribə görünməlidir, həm də çoxları baĢa düĢmürlər ki, həmin müddəalar panteizmin özülündə 
durur və bilmirlər ki, antik müdriklər o müddəalardan ətraflı nəticə çıxarmıĢlar. 
  Əlavə. YaranıĢ, qərarlaĢma birinci konkret fikirdir və deməli, birinci anlayıĢdır, varlıq və yoxluq isə əksinə, boĢ 
abstraksiyalardır. Əgər biz varlıq anlayıĢı haqqında danıĢırıqsa, onda bu yalnız yaranıĢdan ibarət ola bilər, çünki yaranıĢ 
varlıq kimi boĢ yoxluqdan, boĢ yoxluq kimi isə boĢ varlıqdan ibarətdir. Deməli, varlıqda biz yoxluğa, yoxluqda isə 
varlığa malik oluruq. Lakin yoxluqda özündə olan bu varlıq yaranıĢdır. YaranıĢın bu vəhdətində biz fərqlilikləri gözdən 
qaçırmamalıyıq, çünki fərqliliklərsiz biz yenə də abstrakt varlığa qayıtmıĢ olarıq. YaranıĢ yalnız varlığın öz həqiqətinə 
uyğunluğudur. 
  Təfəkkürün varlığa əks olması fikri tez-tez səsləndirilir. Lakin ilk öncə soruĢulmalıdır ki, varlıq dedikdə burada nəyi 
nəzərdə tuturlar. Əgər biz varlığı refleksiyanın müəyyən etdiyi kimi götürürüksə, onda onun haqqında yalnız deyə 
bilərik ki, o, bütünlüklə özü ilə eyniyyətdən və təsdiqdən ibarətdir. Əgər sonra təfəkkürü gözdən keçirsək, onda onun 
bütövlükdə özü ilə eyniyyətdən ibarət olduğu gözümüzdən qaça bilməz. Eyni bir tərif onların ikisinə də – varlığa və 
təfəkkürə məxsusdur. Ancaq varlığın və təfəkkürün bu eyniyyətini konkret götürə bilmərik, deməli biz deməməliyik ki, 
bir varlıq kimi daĢ düĢünən insanın eynidir. Konkret Ģey abstrakt tərifdən tamam baĢqadır. Varlıqda isə hər hansı 
konkretliyin olmasından söz gedə bilməz, çünki varlıq tamamilə abstraktdır. Bu baxımdan özü özündə sonsuz konkret 
olan allahın varlığı haqqında məsələ də maraqsızdır. 
  Birinci konkret tərif kimi yaranıĢ eyni zamanda fikrin birinci həqiqi tərifidir. Fəlsəfə tarixində məntiqi ideyanın bu 
pilləsinə Heraklit sistemi uyğun gəlir. Hər Ģey axır deyərkən Heraklit bununla yaranıĢı bütün varlığın əsas tərifi elan 
edir, eleatlar isə əksinə, yuxarıda qeyd etdiyimiz kimi, tək varlığı, hərəkətsiz, dəyiĢməz varlığı həqiqət kimi qəbul 
etmiĢlər. Eleatların prinsipini nəzərdə tutaraq Heraklit davam edir: "Varlıq yoxluqdan baĢqa bir Ģey deyil". Bununla da 
o, abstrakt varlığın mənfiliyini və onun yaranıĢdakı öncədən müəyyənləĢmiĢ eyniyyətinin abstrakt yoxluq qədər əsassız 
olduğunu söyləyir. Bununla yanaĢı biz burada bir fəlsəfi sistemin baĢqa sistemlə təkzib olunmasının əsl nümunəsini 
görürük; bu təkzib təkzib olunan fəlsəfi prinsipin dialektikasının və onun ideyanın daha yüksək konkret formasının ideal 
momenti səviyyəsinə endirilməsini göstərir. Ancaq özündə və özü üçün götürülən yaranıĢ da hələ yenə də son dərəcə 
yoxsul bir tərifdir və o özündə dərinləĢməli və məzmunla dolmalıdır. YaranıĢın özündə belə dərinləĢməsi məsələn 
həyatdır. Həyat yaranıĢ, qərarlaĢmadır, ancaq onun anlayıĢı bununla tükənmir. YaranıĢ özünün daha yüksək formasında 
qarĢımızda ruh qismində çıxıĢ edir. Ruh da yaranıĢdır, ancaq boĢ məntiqi yaranıĢdan daha intensiv, daha zəngin 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə