MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə34/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   30   31   32   33   34   35   36   37   ...   79

yaranıĢdır. Vəhdəti, ruhu ifadə edən momentlər boĢ, məzmunsuz abstraksiyalar, varlıq və yoxluq olmayıb məntiqi ideya 
və təbiət sistemidir. 
  b. Mövcud varlıq 
   
§ 89 
  YaranıĢda yoxluqla eyniyyət kimi varlıq və varlıqla eyniyyət kimi yoxluq yalnız yox olan momentlərdir; özünün iç 
ziddiyyəti sayəsində yaranıĢ hər iki momentin (varlığın və yoxluğun) aradan qalxdığı vəhdətə axır. Deməli, yaranıĢın 
sonucu mövcud varlıqdır. 
  Qeyd. Bu ilk misal üzərində dayanaraq biz  
§ 82-də və ona qeyddə göstərdiyimizi həmiĢəlik xatırladırıq ki, elmin hərəkətini və inkiĢafını təmin edəcək ancaq bir 
üsul var – bu, alınan sonucların həqiqətini möhkəmləndirməkdən ibarətdir. Hansısa bir predmetdə və ya anlayıĢda 
ziddiyyət tapdıqda (heç elə bir hal yoxdur ki, biz orada ziddiyyət, yəni bir-birinə əks təriflər görə bilməyək) onu aĢkar 
etməyə məcbur oluruq. Onu dərk etdikdə adətən belə nəticə çıxarırlar: " Deməli, bu ziddiyyət heç nədir". Belə ki, 
məsələn, Zenon hərəkətlə bağlı öncə göstərdi ki, hərəkət özü özünə ziddir, sonra da bundan həqiqətin mövcüd olmadığı 
nəticəsini çıxartdı. Yaxud baĢqa misal: əski filosoflar olumu və ölümü – yaranıĢın bu iki növünü – həqiqi olmayan 
təriflər saymıĢlar və öz baxıĢlıranı belə söyləmiĢlər: tək, yəni mütləq nə yaranmır, nə də məhv olmur. Bu dialektika 
beləliklə, nəticənin yalnız mənfi tərəfində dayanır və bununla birlikdə gerçək mövcud olandan, müəyyən nəticədən (yəni 
xalis yoxluqdan, amma özü-özündə varlığa malik yoxluqdan və yoxluğa malik varlıqdan) sərfnəzər edir. Beləliklə: 1) 
mövcud varlıq varlıq və yoxluğun vəhdətidir və bu vəhdətdə – mövcud varlıqda o təriflərin bilavasitəliliyi aradan 
qalxmıĢdır və deməli, onların (varlığın və yoxluğun – A. T.) münasibətində aralarında olan ziddiyyət yox olmuĢdur – bu 
vəhdətdə varlıq və yoxluq hələ yalnız iki momentdir; 2) sonuc ziddiyyətin aradan qaldırılmasından ibarət olduğundan bu 
sonuc özü ilə sadə vəhdət forması, baĢqa sözlə, bir varlıqdır, ancaq inkara və ya müəyyənliyə malik bir varlıqdır; o, 
yaranıĢdır, öz momentlərinin birinin formasında, varlıq formasında müəyyənləĢmiĢ yaranıĢdır. 
  Əlavə. YaranıĢ haqqında bizim hətta adi təsəvvürümüz onu nəzərdə tutur ki, yaranıĢ olan yerdə nə isə bir Ģey alınır və 
deməli, yaranıĢın sonucu vardır. Amma burada sual doğur: necə olur ki, yaranıĢ yalnız yaranıĢ olaraq qalmır, həm də nə 
isə bir sonuca gətirib çıxarır? Bu sualın cavabı yaranıĢın yuxarıda qarĢımıza çıxan təbiətindən doğur. YaranıĢda varlıq 
və yoxluq vardır və onlar burada biri digərinə tam keçə və bir-birini aradan qaldıra bilir. YaranıĢ, beləliklə, 
qarĢısıalınmaz bir hərəkətdən ibarət olur, ancaq yaranıĢ bu abstrakt hərəkətdə iliĢib qala bilməz, çünki varlıq və yoxluq 
yaranıĢda yox olduğundan və yaranıĢ anlayıĢı da elə bu yox olmadan ibarət olduğundan yaranıĢın özü nə isə bir yox 
olandan, məsələn, öz materialını yeyərək özündə sönən oddan ibarətdir. 
  Ancaq bu prosesin sonucu boĢ heçlik olmayıb inkarla eyni olan varlıqdır və biz bu varlığı mövcud varlıq adlandırırıq 
və onun mənası əsasən müəyyənləĢməsində aĢkarlanır. 
   
§ 90 
  a) Mövcud varlıq bilavasitə müyyyənliyi və ya həqiqi müəyyənliyi olan varlıqdır, yəni keyfiyyətdir. Özünün bu 
müəyyənliyində özü özünə dərinləĢən mövcud varlıq mövcud həqiqi bir Ģeydir. Mövcud varlıqda inkiĢaf edən 
kateqoriyaları biz yalnız ümumi halda qeyd edirik. 
  Əlavə. Keyfiyyət ümumiyyətlə varlıqla eynidir, ondan sonra gözdən keçiriləcək və varlığın müəyyənliyi olan, ancaq 
onunla bilavasitə eyni olmayıb ona dıĢarı olan müəyyənlikdən (kəmiyyətdən) fərqli olaraq blilavasitə müəyyənlikdir. 
Hər bir Ģey öz keyfiyyəti sayəsində özü olur, onu itirdikdə daha özü olmur. Sonra, keyfiyyət əslində yalnız sonlu 
kateqoriyadır və ona görə də özünün əsl yerini ruh dünyasında deyil, təbiət səltənətində tapır. Məsələn, təbiətdə sadə 


maddələr deyilən maddələr (oksigen, karbon və s.) mövcud keyfiyyətlər kimi gözdən keçirilməlidir. Ruh səltənətində isə 
əksinə, keyfiyyət yalnız nəyəsə tabe halda qarĢıya çıxır və ruhun müəyyən bir obrazı onunla tükənmir. Məsələn, 
psixologiyanın predmeti olan subyektiv ruhu gözdən keçirərkən, doğrudur, biz deyə bilərik ki, xarakter deyilən özəllik 
özünün məntiqi anlamına görə keyfiyyətdir, lakin bunu belə anlamaq lazım deyil ki, xarakter ruha tam nüfuz edərək 
təbiətin bəsit maddələrində olduğu kimi onunla bilavasitə eyniyyətdə olan bilavasitə müəyyənlikdir, baĢqa sözlə, 
xarakter subyektiv ruhun bilavasitə müəyyənliyi deyildir. Ruh qeyri-sərbəst, xəstə durumda olduqda keyfiyyət bir qədər 
daha aĢkar özünü göstərir. Bu, ehtiras halında, özəlliklə də bu hal dəlilik səviyyəsinə çatdıqda baĢ verir. ġüur qısqanclıq, 
qorxu və s. ilə tam dolduqda dəlilik barəsində demək olar ki, bu Ģüuru keyfiyyət kimi müəyyən etmək olar. 
   
§ 91 
  Həqqiqi müəyyənlik kimi keyfiyyət onda olan və ondan fərqlənən inkarla müqayisədə reallıqdır. Ġnkar artıq abstrakt 
yoxluq, heçlik olmayıb nə isə bir mövcud varlıq olub bu varlıqda yalnız formadır, özgəvarlıqdır. Bu özgəvarlıq 
keyfiyyətin özəl tərifi olub ondan əsasən fərqlənsə də keyfiyyət baĢqası-üçün-varlıqdır; mövcud varlığın geniĢliyi, bir nə 
isədir. Keyfiyyətin varlığı baĢqa keyfiyyətlə bu münasibətə əks olaraq özündə-varlıqdır. 
  Əlavə. Hər bir müəyyənliyin özülü, Spinoza demiĢkən, inkardır. Fikirdən məhrum olan rəy müəyyən Ģeylərə yalnız 
müsbət Ģeylər kimi baxır və onları varlıq forması halında qeyd edir. Lakin boĢ varlıqla iĢ bitmir, çünki o, artıq əmin 
olduğumuz kimi, tamamilə boĢ və davamsızdır. Mövcud varlığın müəyyən varlıq kimi abstrakt varlıqla burada 
göstərilən qarıĢığında nə isə bir həqiqət vardır, çünki mövcud varlıqda inkar momenti gerçəkdən yalnız gizlindir və bu 
inkar momenti yalnız özü-üçün-varlıqda sərbəst olur və öz haqqını əldə edir. Sonra, əgər biz mövcud varlığı həqiqi 
müəyyənlik kimi gözdən keçiririksə, onda biz bu mövcud varlıqda reallıq sözunun ifadə etdiyi Ģeyi tapırıq. Belə ki, 
məsələn, müəyyən bir planın yaxud niyyətin reallığından danıĢırlar və bu söz altında o planın və ya niyyətin artıq yalnız 
iç bir Ģey, subyektivlik olmyıb mövcud varlıq olduğu baĢa düĢülür. Bu anlamda, həmçinin, ruhu bədənin reallığı, 
hüququ – azadlığın reallığı və ya ümumiyyətlə bütün Kainatı allah anlayıĢının reallığı adlandırmaq olar. Lakin reallıq 
haqqında tez-tez baĢqa anlamda da danıĢırlar, yəni reallıq dedikdə bir Ģeyin özünü özünün mühüm tərifinə yaxud öz 
anlayıĢına uyğun aparması baĢa düĢülür. Məsələn, deyirlər: bu – real məĢğulluqdur, yaxud bu –real insandır. Burada 
bilavasitə dıĢarı mövcud varlıqdan deyil, mövcud olan nə isə bir Ģeyin öz anlayıĢına uyğunluğundan söz gedir. Ancaq bu 
cür baĢa düĢülən reallıq artıq əsasən özü-üçün-varlıq kimi tanıĢ olacağımız ideallıqdan fərqlənmir. 
   
§ 92 
  b) Müəyyənlikdən fərqli kimi, özündə-varlıq kimi qeyd olunan varlıq yalnız boĢ varlıq abstraksiyası olardı. Mövcud 
varlıqda müəyyənlik və varlıq eynidir və bununla birlikdə inkar kimi müəyyənləĢmiĢ müəyyənlik sərhəddir, hüduddur. 
Odur ki, özgəvarlıq mövcud varlıqdan kənarda əhəmiyyətsiz bir Ģey olmayıb onun özünün bir momentidir. Müəyyən bir 
Ģey öz keyfiyyəti sayəsində birincisi, sonludur, ikincisi, dəyiĢkəndir, belə ki, sonluluq və dəyiĢkənlik onun varlığına 
məxsusdur. 
  Əlavə. Ġnkar mövcud varlıqda onun varlığı ilə hələ bilavasitə eynidir və bu inkarı biz sərhəd adlandırırıq. Hər hansı bir 
Ģey öz sərhəddində və onun sayəsində nədirsə odur. Deməli, sərhədə, hüduda mövcud varlığa yalnız dıĢarı bir Ģey kimi 
baxmaq olmaz; əksinə, sərhəd mövcud varlığı bütövlüklə əhatə edir. Sərhədin mövcud varlığın yalnız bir tərifi kimi 
anlaĢılması keyfiyyət hüdudu ilə kəmiyyət hüdudunun qarıĢdırılmasından irəli gəlir. Burada hələ yalnız keyfiyyət 
hüdudundan söz gedir. Əgər biz, məsələn, üç morgen (9000 m2) torpaq sahəsini gözdən keçiririksə, bu onun kəmiyyət 
hüdududur. Ancaq bu torpaq sahəsi həm də meĢə və ya göl deyil, çəmənlik ola bilər və bu torpaq sahəsinin keyfiyyət 
hüdududur. Əgər insan həqiqi insan kimi mövcud olmaq istəyirsə, onda o özünü məhdudlaĢdırmalıdır. Sonludan 
həddindən artıq iyrənən kəs heç bir gerçəklik əldə edə bilməyib abstrakt aləmdə qalar və izsiz-tozsuz özünü çürüdər. 
  Hüduda yaxından baxaraq biz onda ziddiyyət tapırıq, deməli, o, dialektikdir, yəni: hüdud, sərhəd bir tərəfdən mövcud 
varlığın reallığıdır, digər tərəfdən də onun inkarıdır. Ancaq sərhəd müəyyən bir Ģeyin inkarı kimi ümumiyyətlə abstrakt 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə