MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə35/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   31   32   33   34   35   36   37   38   ...   79

yoxluq olmayıb həqiqi yoxluq və ya bizim "baĢqası" adlandırdığımız yoxluqdur. Hansısa bir Ģey haqqında fikir baĢqa 
bir Ģey haqqında fikir doğurur və biz bilirik ki, yalnız həmin Ģey deyil, baĢqası da vardır. Lakin baĢqası ancaq bizim 
tapdığımızdan ibarət deyil, belə ki, bir Ģeyi onun özü olmadan da düĢünə bilərik, deməli, Ģey özündə özünün baĢqasıdır 
və onun üçün bu baĢqasında onun öz sərhəddi obyektivləĢir. Əgər biz indi sual qoysaq ki, bir Ģeylə onun öz baĢqasının 
fərqi nədədir, onda onlar eyni bir Ģey olacaq; bu eyniyyət latın dilində aliud-aliud, yəni bir Ģey o birinə (bir Ģeyə) 
bərabərdir ifadəsilə göstərilir. Bir Ģeyə əks olan baĢqasının özü də nə isə bir Ģeydir, odur ki, biz deyirik: nə isə 
baĢqasıdır. Digər tərəfdən də yenə nə isə kimi müyyənləĢdirilmiĢ baĢqasına əks olan birinci nə isə də bir baĢqasıdır. Biz 
deyəndə ki, nə isə baĢqasıdır, öncə təsəvvür edirik ki, özlüyündə götürülən nə isə yalnız nə isədir və "baĢqası" tərifi ona 
yalnız xalis dıĢarı yöndən aid edilir. DüĢünürük ki, məsələn, GünəĢdən baĢqa bir Ģey olan Ay GünəĢ olmasaydı da ola 
bilərdi. Ancaq əslində Ayın (nə isə kimi) öz baĢqası onun özündədir və bu da onun sonlu olmasıdır. Platon deyir: "Allah 
birinin və baĢqasının təbiətindən dünya qurmuĢdur; allah onları birləĢdirmiĢ və onların təbiətlərini özündə birləĢdirən 
üçüncünü yaratmıĢdır".59 Bu sözlərdə ümumiyyətlə sonlunun, nə isə bir Ģey kimi baĢqasına biganəliklə qarĢı durmayan, 
özündə özünün baĢqası olan, deməli, dəyiĢkən sonlunun təbiəti ifadə olunmuĢdur. DəyiĢilmədə mövcud varlığın 
baĢlanğıcdan əziyyət çəkdiyi və onu öz hüdudundan kənara çıxmağa məcbur edən iç ziddiyyəti aĢkar olur. Təsəvvür 
üçün mövcud varlıq öncə sadə müsbət, həm də öz sərhəddi içində sakit bir Ģey kimi görünür. Doğrudur, biz onu da 
bilirik ki, bütün sonlu Ģeylər (mövcud varlıqlar) dəyiĢilirlər. Lakin mövcud varlığın bu dəyiĢkənliyi təsəvvür üçün yalnız 
reallaĢması onun özündə olmayan imkan kimi görünür. Əslində isə dəyiĢkənlik mövcud varlıq anlayıĢındadır və 
dəyiĢkənlik yalnız mövcud varlığın özündə varlığının aĢkar edilməsidir. Canlı ölür və özündə bu ölümün rüĢeymini 
daĢıdığı üçün ölür. 
   
§ 93 
  Nə isə bir Ģey bir baĢqa Ģey olur, ancaq baĢqasının özü də bir baĢqası olur; deməli, o da öz sırasında bir baĢqası olur və 
bu, sonsuz davam edir. 
   
§ 94 
  Bu sonsuzluq axmaq və ya mənfi sonsuzluqdur, belə ki, o sonlunun, amma yenidən yaranan, deməli, aradn 
qaldırılmayan sonlunun inkarıdır; yaxud baĢqa sözlə, bu sonsuzluq yalnız sonlunun aradan qaldırılması zərurətini ifadə 
edir. Sonsuza doğru proqres sonluda olan ziddiyyəti ifadə etməkdən o yana getmir, sonlu isə nə isə bir Ģey və həm də 
onun baĢqasıdır; bu proqres biri digəri ilə sonuclanan bu təriflərin əbədi və durmadan birinin digərini əvəzləməsidir. 
  Əlavə. Mövcud varlığın momentlərini – nə isəni və baĢqasını – ayrı-ayrılıqda gözdən keçirərək biz aĢağıdakı sonucu 
alırıq: nə isə, bir Ģey baĢqası olur, bu baĢqası isə öz sırasında dəyiĢilən bir Ģeydir və bu, sonsuz davam edir. Refleksiya 
hesab edir ki, o burada nə isə yüksək və hətta ən yüksək bir Ģeyə çatmıĢdır. Ancaq bu sonsuz proqres həqiqi sonsuzluq 
olmayıb, əksinə, özünün baĢqasında özündə olan sonsuzluq və ya (proses kimi) özünün baĢqasında özünə dönən 
sonsuzluqdur. Sonsuz proqresin axmaq sonsuzluğunda dayanmamaq üçün həqiqi sonsuzluq anlayıĢını lazım olan kimi 
anlamaq çox önəmlidir. Məkan və zamanın sonsuzluğundan danıĢanda, adətən sonsuz tərəqqini nəzərdə tuturlar. 
Məsələn, "bu zaman", "indi" deyirlər, sonra da tez-tez bu sərhəddən irəli və geriyə qaçırlar. Sonsuzluğu tövsiyə etməyi 
sevən astronomlara çoxlu boĢ deklamasiyalar üçün material verən məkanda da məsələ eynilə bu cürdür. Bu barədə hələ 
də təsdiq edirlər ki, məkanın sonsuz proqresini gözdən keçirməyə baĢlayan təfəkkür mütləq məğlub olmalıdır. Hər halda 
doğrudur ki, biz, nəhayət, təfəkkürün bu yolda daha da irəliləməsinə nöqtə qoyuruq, ancaq biz bu nəticəyə yüksək 
səviyyədə məĢğul olmağımız sayəsində gəlməmiĢik, bu məĢğuliyyət darıxdırıcı olduğu üçün onu dayandırmıĢıq. Bu 
sonsuz proqreslə çox uzun məĢğul olmaq ona görə darıxdırıcıdır ki, burada eyni bir Ģey durmadan təkrar edilir. Öncə 
sərhəd qoyurlar, sonra da ondan kənara çıxırlar və bu, sonsuz davam edir. Deməli, biz burada sonlu sahəsindən heç vaxt 
kənara çıxmayan dayaz əvəzolunmadan baĢqa heç nəyə nail olmuruq. Əgər düĢünürlər ki, biz bu sonsuza çıxıĢ vasitəsilə 
sonludan azad oluruq, onda demək lazımdır ki, doğrudan da bu azadlıq məsələdən qaçmağın verdiyi azadlıqdır. Ancaq 
qaçan hələ azad olmur, ona görə ki, onun bu qaçıĢı qaçdığı amillə səsləĢir. Sonra, əgər deyirlər ki, sonsuzluq 


əlçatmazdır, onda bu tamamilə doğrudur, amma ona görə doğrudur ki, sonsuz abstrakt mənfi kimi müəyyənləĢdirilir. 
Fəlsəfə belə boĢ və yalnız o dünyalıq Ģeylə məĢğul olmur. Fəlsəfə hər zaman konkret və bütünlüklə mövcud Ģeylə 
məĢğul olur. Fəlsəfənin vəzifəsini həm də sonsuzun öz hüdudundan necə kənara çıxması sualına cavab verməkdə 
görüblər. Özlüyündə sonlu ilə sonsuz arasında kəskin əksliyin olduğu müddəasının durduğu bu suala yalnız belə cavab 
vermək olar ki, bu əksliyin özü həqiqi əkslik deyildir və sonlu əslində daim öz hüdudunda qalır və ondan çıxır. Lakin 
sonsuz sonlu deyil deyərkən biz, bununla artıq həqiqəti söyləmiĢ oluruq, çünki sonlunun özü birinci inkardır, qeyri sonlu 
isə inkarın inkarıdır, özü ilə eyniyyətdə olan inkardır və deməli, həm də həqiqi təsdiqdir. 
  Burada gözdən keçirilən refleksiyanın sonsuzluğu yalnız həqiqi sonsuzluq, uğursuz məhdudluq əldə etməyə 
canatımdır. Bu həmin fəlsəfi baxıĢdır ki, ən yeni dövrdə Almaniyada irəli sürülmüĢdür. Bu baxıĢa görə sonlu aradan 
qaldırılmalı, sonsuz isə təkcə mənfi kimi deyil, həm də müsbət bir Ģey kimi qəbul edilməlidir. Bu labüdlükdə hər zaman 
bir acizlik özünü göstərir və bu acizlik ondan ibarətdir ki, bir Ģey qanunauyğun sayılır və yenə də bu qanunauyğun, 
düzgün olan Ģey özünə yol aça bilmir. Kantın və Fixtenin fəlsəfəsi etik təlim sahəsində bu labüdlük baxıĢından uzağa 
gedə bilməmiĢdir. Zəkanın qanununa aramsız yaxınlaĢması bu yolda əldə olunan ən böyük uğurdur. Bundan baĢqa, bu 
postulatla ruhun ölməzliyini də əsaslandırırlar. 
   
§ 95 
   ) Əslində burada bir Ģeyin baĢqası olması və baĢqasının da öz növbəsində bir baĢqası olması nəzərdə tutulur. Bir Ģey 
baĢqası ilə münasibətdə olduqda o, münasibətdə olduğu Ģeyə münasibətdə artıq baĢqasıdır. Belə ki, bir Ģey nəyə keçirsə, 
o Ģeyin özü olur (məhz baĢqası olmaq onların hər ikisinin eyni bir tərifidir), baĢqasına özünün keçidində bir Ģey yalnız 
özü özü ilə qovuĢmuĢ olur və Ģeyin baĢqasına keçdikdə də özünün özü ilə bu münasibəti həqiqi sonsuzluqdur. Yaxud 
inkarı yöndən dəyiĢən elə baĢqasıdır, o, baĢqasının baĢqası olur. Beləliklə, varlıq yenidən bərpa olundu, ancaq bu varlıq 
inkarın inkarı kimi özü-üçün-varlıqdır. 
  Qeyd. Sonlu və sonsuz arasında əksliyi aradan qaldırılmaz elan edən dualizm belə bir sadə halı diqqətindən qaçırır ki, 
bu cür yanaĢıldıqda sonsuz dərhal bir-birinə əks olan bu iki tərəfdən yalnız biri olur və deməli, onu yalnız xüsusiyə 
çevirmiĢ olurlar, həm də nəzərə almaq lazımdır ki, bu zaman xüsusinin baĢqası sonlu olur. Belə sonsuzun (bu 
yanaĢmada o yalnız xüsusidir və sonlu ilə yanaĢıdır) hüdudu sonludadır və o nə olmalıdırsa, o (yəni sonsuz) olmayıb 
yalnız sonludur. Sonlunun burada bu tərəfə, sonsuzluğun isə orada o tərəfə yerləĢdirildiyi bu yanaĢmada sonluya 
sonsuzla bərabər sərbəstlik məziyyəti və mövcudluğu aid edirlər; bu baxıĢda sonlunun varlığı mütləq varlığa çevrilmiĢ 
olur; bu dualizmdə sonlu möhkəm dayanmıĢ olur. Əgər sonlu, necə deyərlər, bu sonsuzla təmasda olsaydı, onda o məhv 
olardı, ancaq sonlu bu baxıĢa görə sonsuz ilə üz-üzə gələ, təmasda ola bilməz, onların arasında dibi görünməyən, 
keçilməz dərin uçurum vardır; sonsuz bu uçurumun bir tərəfində, sonlu isə o biri tərəfindədir. Sonlunun sonsuzdan o 
tərəfdə, ayrıca möhkəm dayandığını təsdiq edən və özünü hər cür metafizikadan uca sayan fikir bütünlükdə mühakiməli 
metafizika zəminində durur. Burada da bizim sonsuz proqres məsələsinin müzakirəsində üzə çıxardığımız hal vardır: bir 
yandan razılaĢırlar ki, sonlu özündə və özü üçün deyil, onun müstəqil gerçəkliyi, mütləq varlığı yoxdur və yalnız keçici 
bir Ģeydir; o biri tərəfdən də dərhal bunu unudaraq sonlunu yalnız sonsuza qarĢı duran, bütünlüklə ondan ayrı və məhv 
edilməz, müstəqil və özü üçün bir varlıq kimi təsəvvür edirlər. Təfəkkür hesab edir ki, bununla sonsuza yüksəlir, əslində 
isə bunun əksi baĢ verir: təfəkkür yalnız sonludan ibarət olan sonsuza gəlib çatır və hesab edir ki, sonlunu tərk etmiĢdir, 
halbuki təfəkkür sonlunu tutub və onu mütləqə çevirmiĢdir. 
  Sonlu və sonsuz arasında əksliyin düĢüncə tərəfindən bu izahının əsassız olduğunu aydınlaĢdırdıqdan sonra (burada 
verdiyimiz anlatmanı Platonun "Fileb" dialoqu ilə müqayisə etmək faydalı olardı) asanlıqla fikrə gələ bilərik ki, sonlu və 
sonsuz birdirlər, həqiqət, həqiqi sonsuzluq sonlu və sonsuzun vəhdəti kimi müəyyənləĢdirilməli və ifadə olunmalıdır. Bu 
ifadə müəyyən dərəcədə doğrudur, ancaq o bu dərəcədə də qeyri-dəqiq və yanlıĢdır və ona yuxarıda bizim varlıq və 
yoxluğun vəhdəti barədə qeyd etdiyimiz fikir tətbiq edilə bilər. Bu ifadə sonsuzu sonlulaĢdırmaqda, sonlu bir Ģeyi 
sonsuz kimi irəli çəkməkdə özünə qarĢı haqlı irad doğurur, çünki bu ifadə sonlunun saxlandığını düĢünməyə əsas verir, 
sonsuzda sonlunun aradan qaldırıldığı barədə açıq bir söz deyilmir. Yaxud əgər düĢüncə qəbül etsəydi ki, sonsuzla 
vəhdətdə müəyyənləĢmiĢ sonlu hər halda bu vəhdətdən kənarda nə idisə o ola bilməz və onun tərifi sonsuzla vəhdətdə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə