MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə36/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   32   33   34   35   36   37   38   39   ...   79

müəyyən qədər zərər çəkəcək (məsələn, kalium turĢu ilə birləĢdikdə öz xassələrini itirdiyi kimi), onda bu ifadə 
düĢünməyə əsas vermiĢ olardı ki, belə bir tale sonsuza da qismət olmalıdır və o da inkar kimi öz sırasında sonlu ilə 
zəifləĢdirilməlidir. Bu hal doğrudan da abstrakt, bir tərəfli idrakı sonsuzluğun baĢına gəlir. Ancaq həqiqi sonsuzluq 
birtərəfli turĢu halında qalmayıb özünü saxlayır. Ġnkarın inkarı neytrallaĢdırma deyildir; sonsuz müsbətdir və yalnız 
sonlu aradan qaldırılandır. 
  Özü-üçün-varlıqda ideallığın tərifi vardır. Əsasən yalnız varlıq yönündən və ya təsdiq kimi götürülən mövcud varlıq 
reallığa malikdir ( 
§ 91), deməli, sonluluq da reallığın tərifində əsasən vardır. Ancaq sonlunun həqiqəti onun ideallılğındadır. Eynilə bunun 
kimi idrakın sonlu ilə bir sırada qoyulan sonsuzluğu da iki sonludan biridir, qeyri-həqiqi idealdır.60 
  Sonlunun bu ideallığı fəlsəfənin əsas müddəasıdır və odur ki, hər bir həqiqi fəlsəfi təlim idealizmdir. Ancaq mühüm 
olan odur ki, tərifinə görə bir anda xüsusiyə və sonluya çevrilən Ģey sonsuz yerinə qəbul edilməsin. Buna görə də burada 
biz sonsuzun sonludan fərqləndirilməsinə özəl diqqət yetirdik və ona geniĢ yer ayırdıq: fəlsəfənin əsas anlayıĢı – həqiqi 
sonsuzluq elə bu fərqləndirmədən asılıdır. Sonsuzun sonludan bu cür fərqləndirilməsi çox asan baĢa düĢülən və ona görə 
də bu paraqrafda olan gözə çarpmaz, ancaq təkzib olunmaz mülahizələrlə bağlıdır. 
  c. Özü-üçün-varlıq 
   
§ 96 
  a) Özünün özü ilə münasibəti kimi özü-üçün-varlıq bilavasitəlikdir, özünün özünə inkar münasibəti kimi isə o özü-
üçün-varlıqdır, təkdir, birdir, deməli, özü özündə fərqlənməyən Ģey, özündən baĢqasını rədd edir. 
  Əlavə. Özü-üçün varlıq tamamlanmıĢ keyfiyyətdir və varlığı və mövcud varlığı özündə özünün ideal momentləri kimi 
saxlayır. Varlıq kimi özü-üçün-varlıq özü ilə sadə münasibətdir, mövcud varlıq kimi isə o, müəyyəndir, ancaq indi o 
müəyyənlik artıq daha baĢqasından fərqlənən sonlu müəyyənlik deyil, özündə fərqi bərtərəfləĢmiĢ halda saxlayan sonsuz 
müəyyənlikdir. 
  Özü-üçün-varlığa əsas misal kimi "mən"in özü-üçün-varlığını götürmək olar. Biz özümüzü hər Ģeydən öncə mövcud 
varlıq, baĢqa mövcud varlıqlardan fərqli və onlarla iliĢgili varlıq kimi bilirik. Amma sonra mövcud varlığı biz sadə özü-
üçün-varlıq formasında görürük. Bizim söylədiyimiz "mən" sonsuzun ifadəsi, həm də özü ilə inkar münasibətidir. 
Demək olar ki, insan heyvandan, deməli, təbiətdən baĢlıca olaraq onunla fərqlənir ki, o özünü "mən" kimi bilir. Bununla 
biz eyni zamanda onu da demiĢ oluruq ki, təbiət səltənətinə məxsus olan Ģeylər azad özü-üçün-varlığa ucala bilmirlər, 
ancaq məhdud mövcud varlıqlar kimi hər zaman yalnız baĢqası üçün varlıq olurlar. Sonra, biz ideallıq kimi özü üçün 
varlığı ümumiyyətlə yuxarıda reallıq kimi göstərdiyimiz mövcud varlığa əks olan bir Ģey kimi anlamalıyıq. Reallığa və 
ideallığa adətən eyni dərəcədə müstəqil və bir-birinə qarĢı olan iki tərif kimi baxır və buradan çıxıĢ edib deyirlər ki, 
reallıqdan baĢqa ideallıq da var. Lakin ideallıq reallıqdan kənarda və onunla yanaĢı olan bir Ģey deyil, ideallıq, ideal 
anlayıĢı, Ģübhəsiz, reallığın həqiqətidir, yəni özündə olan bir Ģey kimi müəyyənləĢdirilmiĢ reallıq elə ideallığın özüdür. 
Odur ki, düĢünmək lazım deyil ki, hər Ģeyin reallıqla bitmədiyini və ondan kənarda eyni zamanda ideallığın da mövcud 
olduğunu qəbul etməklə ona layiq Ģərəf veririk. Reallıqla yanaĢı olan və hətta ondan ucada duran ideallıq əslində boĢ 
sözdən ibarətdir. Ġdeallıq yalnız nəinsə ideallığı olmaqla məzmun əldə edir; ancaq bu, nə isə qeyri-müəyyən "bu" və ya 
"o" olmayıb, reallıq kimi müəyyənləĢmiĢ və "özü-üçün" halında həqiqətə malik olmayan mövcud varlıqdır. Odur ki, 
təbiət və ruh arasındakı fərqin ideallığın əsas tərifi reallıq, reallığın əsas tərifi isə ideallıq kimi baĢa düĢülməsi əsassız 
deyil. Təbiət də heç durğun və tamamlanmıĢ "özü-üçün" varlıq deyildir və deməli, o da ruhsuz mövcud ola bilən "özü-
üçün" varlıq olmayıb yalnız ruhda öz məqsədinə və həqiqətinə qovuĢur, eləcə də ruh yalnız abstrakt, təbiətdən kənarda 
olmayıb həqiqi ruhdur və özünü ona görə ruh kimi təsdiq edir ki, təbiəti özündə bərtərəfləĢdirmiĢ (ideal – A. T.) halda 
saxlayır. Burada bizim alman dilindəki aufheben (aradan qaldırmaq) ifadəsindəki iki mənalılığı xatırlatmaq lazımdır. 
Aufheben – birincisi, aradan qaldırmaq, inkar etmək deməkdir və bu mənada biz deyirik ki, qanun, təsisat və s. aradan 
qaldırıldı – sein aufqehoben. Lakin aufheben həm də saxlamağı bildirir və bu mənada biz deyirik ki, nə isə saxlanıldı 


(aufqehoben sei). Ġfadədəki bu ikililiyə, eyni bir sözün inkar və təsdiq, mənfi və müsbət anlamlar daĢımasına təsadüf 
kimi baxılmamalıdır və biz dili dolaĢıqlıqda suçlamalı deyil, alman dilinin idrakın boĢ "yaxud-yaxud" hüdudunu yaran 
spekulyativ ruhunu görməliyik. 
   
§ 97 
  ) Özü ilə mənfi münasibət inkar münasibətidir, deməli, təkin özünü özündən fərqləndirməsidir, birinin varlığının 
itələnməsi yaxud çoxsaylı təklərin tələb olunmasıdır. Özü-üçün-varlığın bilavasitəliyi yönündən bu çox təkcələr 
varlıqlardır və birinin varlığının itələnməsi onların bir-birini itələməsindən ibarət olur, baĢqa sözlə, onların birinin digəri 
tərəfindən qarĢılıqlı itələnməsi olur. 
  Əlavə. Tək haqqında söz getdikdə o anda çox ağıla gəlir. Burada sual doğur: çox haradan götürülür? Təsəvvürdə bu 
suala biz cavab tapmırıq, belə ki, təsəvvür çoxa bilavasitə var olan kimi, təkə isə çoxdan biri kimi baxır. AnlayıĢa görə 
isə tək, əksinə, çoxun ilkin Ģərtidir və tək haqqında fikirdə artıq tək özünü çox sayır. Özü-üçün-əsl tək varlıq kimi 
müstəqil olmayıb mövcud varlıq kimi münasibətdir; ancaq bir yaxud tək nə isə bir Ģey kimi baĢqası ilə münasibətdə 
deyil; nə isə və baĢqasının vəhdəti kimi tək özünün özü ilə münasibətindən ibarətdir və bu münasibət məhz inkar 
münasibətidir. Beləliklə, bir və ya tək özü ilə qətiyyən bir araya sığmır, özünü özündən itələyir və özünü nə hesab 
edirsə, odur, yəni çoxdur. Özü-üçün-varlıq prosesində bu tərəfi aĢağıdakı obrazlı ifadə ilə göstərmək olar: itələmə 
(Repulsion). Ġtələmə barədə əsasən materiyadan söz açdıqda danıĢırlar və bu ad altında materiyanın çox kimi birlərin hər 
birində bütün baĢqa birləri istisna etməsi baĢa düĢülür. Lakin itələmə birin itələməsindən, çoxun isə itələnməsindən 
ibarət proses kimi baĢa düĢülməməlidir; bu proses yuxarıda qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, tək özünü özündən 
itələyir və özünü çox kimi tələb edir, ancaq bu çoxdan hər biri də təkdir, birdir və o özünü belə apardığından bu 
çoxtərəfli itələmə öz əksliyinə – cazibəyə çevrilir. 
   
§ 98 
  ) Lakin hər bir çox baĢqa çoxların eyni olduğundan, hər bir çox tək yaxud da çoxda tək olduğundan onlar eynidirlər. 
Yaxud itələməni onun özündə gözdən keçirsək, onda itələmə bir çox təklərin bir-birinə inkar münasibəti kimi həm də 
önəmli dərəcədə onların bir-birinə münasibətidir; tək itələmədə təklərlə münasibətdə olduğundan onun baĢqa təklərə 
münasibəti özünün özü ilə münasibəti kimidir. Odur ki, itələmə də cazibə qədər zəruridir və itələyən tək və ya özü-üçün-
varlıq özünü aradan qaldırır. Beləliklə, təkdə özünün özündə və özü üçün müəyyən varlığına nail olmuĢ keyfiyyət 
müəyyənliyi aradan qaldırılmıĢ müəyyənliyə, yəni kəmiyyət kimi varlığa keçir. 
  Qeyd. Atomist fəlsəfə mütləqin özünü özü-üçün-varlıq kimi, bir kimi və birlərin çoxluğu kimi müəyyən etdiyi baxıĢ 
çərçivəsidir. O fəlsəfə birlərin əsas gücünü yalnız itələmə anayıĢında aĢkar edir; ancaq atomist fəlsəfəyə görə birləri 
cazibə deyil, təsadüf, yəni fikirdən məhrum olan Ģey birləĢdirir. Belə ki, tək bir kimi qeyd olunduğundan onun baĢqası 
ilə birləĢməsi, əlbəttə, tamamilə dıĢarı bir Ģey kimi görünməlidir. Atomist fəlsəfənin digər prinsipi olan boĢluq atomlar 
arasında əsl heçlik kimi təsəvvür etdikləri itələmədir. Yeni atomistika (fizika isə yenə də həmin prinsipə söykənir) 
atomlardan imtina edərək kiçik zərrəciklərə, molekullara söykənir; bununla da o, fikri tərifləri qurban verərək hissi 
təsəvvürlərə yaxınlaĢır. Sonra yeni atomistika itələmə gücünü cazibə gücü ilə yan-yana qoyaraq doğrudur, əksliyi 
tamamladı və təbiətin, necə deyərlər, bu gücünün kəĢfi böyük qürur predmeti oldu. Lakin cazibə və itələmənin qarĢılıqlı 
bağlantısını, konkretliyi və həqiqəti oluĢduran bu reallığı Kantın da özünün "TəbiətĢünaslığın metafizik baĢlanğıcı" 
əsərində saxladığı dumandan və yanlıĢlıqdan ayırmaq lazım idi. Atomist baxıĢ fizikadan daha çox yeni dövrün politik 
təlimlərindən faydalanmıĢdır. Bu təlimlərə görə təkcə Ģəxslərin iradəsi dövlətin prinsipidir; cazibə qüvvəsi ayrı-ayrı 
Ģəxslərin özəl tələbatları, meylləridir, ümumi – dövlətin özü – isə dıĢ müqavilə münasibətidir. 
  1-ci əlavə. Atomist fəlsəfə ideyanın tarixi inkiĢafında önəmli pillədir və bu fəlsfənin prinsipi çox formasında olan 
ümumiyyətlə özü-üçün-varlıqdır. Əgər bizim zamanımızda atomistika metafizika haqqında heç nə bilmək istəməyən 
təbiətĢünasların böyük Ģöhrətindən istifadə edirsə, onda xatırlatmaq lazımdır ki, atomistikanın ağuĢuna atılmaqla 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə