MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə37/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   33   34   35   36   37   38   39   40   ...   79

metafizikadan, yəni təbiətin fikirlərə çevrilməsindən qaçmaq olmaz, belə ki, iĢdə atomun özü fikirdir və deməli, 
materiyanın atomlardan oluĢmuĢ bir Ģey kimi anlaĢılması onun metafizik anlaĢılmasıdır. Doğrudur, Nyuton fizikanı 
metafizikaya yuvarlanmaqdan qorunmağı tövsiyə edirdi; lakin ona ehtiramla demək lazımdır ki, onun özü bu 
xəbərdarlığa əməl edə bilməmiĢdi. Əslində yalnız heyvanlar xalis fizikdirlər, çünki onlar düĢünmürlər; insan isə əksinə, 
düĢünən varlıq kimi anadangəlmə metafizikdir. Önəmlisi yalnız odur ki, indi istifadə edilən metafizika əsl metafizikadır 
ya yox, konkret, məntiqi ideyanın yerinə idrakın qeydə aldığı birtərəfli fəlsəfi fikri təriflərəmi söykənilir, bizim nəzəri 
və praktiki fəaliyyətimizin özülü bu təriflərdənmi qoyulur. Atomist fəlsəfə məhz bu irada layiqdir. Əski atomistlər 
(bizim zamanda da tez-tez qarĢıya çıxdığı kimi) hər Ģeyə çox kimi baxırdılar və təsadüf, onların baxıĢına görə boĢluqda 
gəziĢən atomları bir araya gətirir. Lakin çoxların bir-birinə münasibəti heç də təsadüfi olmayıb onların özündə əsasa 
malikdir (bunu yuxarıda qeyd etmiĢik). Materiya anlayıĢının tamamlanmasında Kantın xidməti budur ki, o, materiyaya 
itələmə və cazibənin vəhdəti kimi baxır. Bu baxıĢda düzgün olan odur ki, cazibə, Ģübhəsiz, özü üçün varlıq anlayıĢında 
olan baĢqa bir moment kimi qəbul olunmalıdır və deməli, cazibə də itələmə kimi materiyaya məxsusdur. Ancaq 
materiyanın dinamik konstruksiyası deyilən baxıĢın yetərsizliyi ondadır ki, itələmə və cazibə qeyd-Ģərtsiz postulat kimi 
götürülür, deduksiya edilmir, halbuki deduksiya itələmə və cazibənin dinamik konstruksiyada sübutsuz müddəa kimi yer 
tutan vəhdətinin niyə və necə baĢ verdiyini göstərə bilərdi. Amma əgər Kant materiyaya özü üçün mövcud olan və 
yalnız bundan sonra itələmə və cazibə qüvvələri ilə təchiz olunduğu baxıĢının düz olmadığını və ona bu iki gücün 
vəhdətindən ibarət mövcudluq kimi yanaĢmağı qəti israr edirdisə və əgər alman fizikləri bir müddət davamlı olaraq bu 
dinamikaya yol verirdilərsə, ən yeni dövrdə bu fikirlərin çoxu onların həmkarı, mərhum Kerstnerin materiyaya atomlar 
adlanan və onlarla birləĢən itələmə və cazibənin və ya hansısa baĢqa güclərin oyunları vasitəsilə bir-biri ilə bağlanan 
sonsuz kiçik zərrəciklərdən ibarət bir Ģey kimi baxmaqdan çəkindirməsinə baxmayaraq əvvəlki atomist baxıĢa qayıtmağı 
daha münasib saydılar. Bu da metafizikadır və ondan çəkinmək üçün yetərincə əsasımız vardır, çünki o, cəfəngiyyatdır. 
  2-ci əlavə. Keyfiyyətin kəmiyyətə öncəki paraqrafda göstərdiyimiz keçidi ilə biz adi Ģüurumuzda qarĢılaĢmırıq. Adi 
Ģüur keyfiyyətə və kəmiyyətə iki müstəqil, bir-birilə yanaĢı təriflər kimi baxır və deyir: Ģeylər təkcə keyfiyyətcə deyil, 
həm də kəmiyyətcə müəyyənləĢmiĢdir. Bu təriflərin haradan götürüldüyü və bir-birilə necə bağlandığı sualı adi Ģüurda 
yoxdur. Ancaq kəmiyyət aradan qaldırılmıĢ keyfiyyətdən baĢqa bir Ģey deyil və bu aradanqalxma burada gözdən 
keçirilən keyfiyyətin dialektikası vasitəsilə baĢ verir. Öncə bizim varlığımız var idi və onun həqiqəti yaranıĢ və ya 
qərarlaĢma oldu; yaranıĢ mövcud varlığa, həqiqiliyi dəyiĢiklikdən ibarət varlığa keçid yaratdı. Ancaq dəyiĢiklik özünü 
baĢqası ilə iliĢgidən və baĢqa özü-üçün-varlığa keçiddən azad olmayan öz nəticəsində aĢkar etdi və nəhayət, bu özü-
üçün-varlıq öz prosesinin hər iki tərəfində – itələmədə və cazibədə – özü-özünü aradan qaldırmaqdan, deməli, bütün 
momentlərinin totallığında keyfiyyətin aradan qalxmasından ibarət oldu. Amma keyfiyyətin aradan qalxması abstrakt 
heçlik, abstrakt və təriflərdən məhrum varlıq olmayıb yalnız təriflərə biganə varlıqdır və varlığın elə bu forması bizim 
adi Ģüurumuzda kəmiyyət kimi çıxıĢ edir. Buna uyğun olaraq biz öncə Ģeyləri keyfiyyətləri baxımından gözdən keçiririk 
və keyfiyyəti Ģeyin varlığı ilə eyni olan müəyyənlik sayırıq. Bundan sonra kəmiyyəti gözdən keçirməyə keçəndə o bir 
anda bizdə özü barəsində dıĢ əhəmiyyətsiz müəyyənlik təsəvvürü yaradır, belə ki, Ģey kəmiyyəti dəyiĢsə də, böyüyüb 
kiçilsə də özü olaraq qalır. 
  B 
  KƏMĠYYƏT 
  a. Xalis kəmiyyət 
   
§ 99 
  Kəmiyyət (Quantitat) xalis varlıqdır, ancaq bu varlığın müəyyənliyi onun özü ilə eyni olmayıb aradan qaldırılmıĢ və ya 
əhəmiyyətsiz müəyyənlikdir. 
  Qeyd. 1) "Ədəd" sözü kəmiyyəti göstərmək üçün uyğun deyil, çünki o əsasən müəyyən kəmiyyəti bildirir. 2) 
Riyaziyyat adətən artan və ya azalan kəmiyyətləri müəyyənləĢdirir; bu tərif yenidən tərif verilməli olanı özündə 


saxladığı üçün yetərli olmasa da, hər halda göstərir ki, kəmiyyətin müəyyən edilməsi dəyiĢkən və əhəmiyyətsiz 
kəmiyyətin müəyyən edilməsidir, belə ki, onun dəyiĢilməsinə, məsafənin yaxud gərginliyin böyüməsinə baxmayaraq 
Ģey (məsələn, ev, qırmızı boya) ev olmaqdan, qırmızı boya olmaqdan çıxmır. 3) mütləq xalis kəmiyyətdir – mütləqin bu 
anlayıĢı ona materiya tərifi verilməsilə üst-üstə düĢür, ancaq materiyanın forması olsa da onun tərifi əhəmiyyətsiz 
tərifdir. Kəmiyyət həmçinin mütləqin əsas tərifidir, lakin bu tərif o zaman mütləqə aid olur ki, indifferent kimi mütləqdə 
hər cür fərq yalnız kəmiyyətcə fərq kimi baĢa düĢülsün. Kəmiyyətə misal olaraq xalis məkanı, zamanı və i. a. da 
götürmək olar, çünki real olan əhəmiyyətsiz məkan-zamanla dolma kimi baĢa düĢülür. 
  Əlavə. Riyaziyyatda kəmiyyətin artan və ya azalan olması anlamındakı adi tərifi ilk baxıĢda öncəki paraqrafda 
kəmiyyət anlayıĢına verilən tərifdən daha aydın və əlveriĢli görünür. Lakin daha diqqətlə baxdıqda əminlik yaranır ki, 
riyazi tərif və kəmiyyət anlayıĢı eyni bir Ģeyi ifadə edir, lakin fərq təkcə ondadır ki, riyazi tərif bizdə məntiqi inkiĢaf 
yolu ilə alınana və alınmalı olana ilkin Ģərt və təsəvvür formasında malik olur. Əgər kəmiyyət haqqında deyirlər ki, onun 
anlayıĢı artan və ya azalan ola bilməsindədir, bununla o da deyilmiĢ olur ki, kəmiyyət keyfiyyətdən fərqli olaraq elə 
tərifdir ki, onun dəyiĢilməsi müəyyən bir Ģey üçün heç fərq etməz. Kəmiyyətin adi tərifinin yetərsizliyi barədə 
yuxarıdakı qeydimizə gəlincə, bu yetərsizlik ondan ibarətdir ki, artma və ya azalma, yaxud böyümə və ya kiçilmə 
kəmiyyətin yalnız baĢqa tərifini göstərir. Ancaq bu halda kəmiyyət ilk öncə yalnız ümumiyyətlə dəyiĢkən bir Ģey olardı. 
Lakin, axı keyfiyyət də dəyiĢkəndir və kəmiyyət və keyfiyyət arasında bizim öncə göstərdiyimiz fərq yalnız onunla izah 
olunur ki, kəmiyyət böyümə və ya kiçilmə ilə müəyyən olunur və bu da göstərir ki, kəymiyyətin tərifi hansı tərəfə 
dəyiĢilir dəyiĢilsin, Ģey özü olaraq qalır. Biz onu da qeyd etməliyik ki, fəlsəfə ümumiyyətlə heç də yalnız düzgün, 
həqiqətəbənzər təriflərlə, yəni düzgünlüyü təsəvvürlərlə əməliyyat aparan Ģüur üçün bilavasitə aydın olan təriflərlə 
məhdudlaĢmır; fəlsəfə sübut olunmuĢ təriflər, yəni məzmunu kənardan qəbul edilməyib, azad təfəkkürdə, deməli özü 
özündə özülə malik olan təriflər kimi dərk edilən təriflər axtarır. Bu müddəa burada öz yerini onda tapır ki, adətən 
riyaziyyatda kəmiyyətə verilən tərif nə qədər düzgün və bilavasitə aydın olsa da, yenə də o, bu xüsusi fikrin ən ümumi 
təfəkkürdə nə dərəcədə əsaslandırıldığı və deməli, zəruri olduğunu bilmək tələbini ödəmir, buna o da əlavə olunmalıdır 
ki, əgər kəmiyyət bilavasitə təsəvvürdə götürülürsə, təfəkkürlə vasitələnmirsə, onda onun tətbiq hüdudunun 
qiymətləndirilməsi ĢiĢirdilmiĢ olacaq, hətta mütləq kateqoriya səviyyəsinə qaldırılacaq. Bu hal yalnız predmeti üzərində 
riyazi hesablama aparılan elmlər dəqiq elm sayıldıqda gerçəkdən baĢ verir. Burada yenidən konkret ideyanı idrakın 
birtərəfli və abstrakt tərifləriylə əvəz edən artıq gözdən keçirdiyimiz ( 
§ 98) axmaq metafizika özünü göstərir. Azadlıq, hüquq, əxlaq və hətta allah kimi predmetlər riyazi formada ölçülə və 
hesablana, hətta ifadə oluna bilmədiyi üçün bu predmetlərin dəqiq dərkindən imtina edərək ümumiyyətlə qeyri-müəyyən 
təsəvvürlərlə kifayətlənsəydik və o predmetlərin xüsusi təriflərinə aid olan hər Ģeyi hər bir insanın ixtiyarına versəydik 
və onlar da ağlına gələni yaratsaydı, gerçəkdən bizim idrakımız üçün pis olardı. Belə anlamadan hansı ziyanlı nəticələrn 
alınacağı heç bir izahsız da aydındır. Lakin daha diqqətlə baxdıqda aydın olur ki, burada sözü gedən və cəmiyyəti, 
məntiqi ideyanın bu müyyən pilləsini ideyanın özü ilə eyniləĢdirən riyazi yanaĢma materializmdən baĢqa bir Ģey deyil 
və bu elm elmi Ģüurun tarixində və özəlliklə də ötən əsrin (XVIII əsrin – A. T. ) ortalarından baĢlayaraq Fransada 
özünün tam təsdiqini tapmıĢdır. Abstrakt götürülən materiya məhz əhəmiyyətsiz və dıĢarı tərif kimi formaya malik bir 
Ģeydir. 
  Lakin əgər irəli sürdüyümüz mühakimə burada riyaziyyatın ləyaqətinin bizim tərəfdən alçaldılması anlamında Ģərh 
olunarsa, yaxud təbiət tərifini xalis dıĢ və əhəmiyətsiz tərif kimi qəbul etməklə ağlın tənbəlliyinə və dayazlığına haqq 
qazandırdığımız və kəmiyyət müəyyənliyinə toxunmamağı yaxud heç olmasa, onu həddən çox araĢdırmamağı təklif 
etməyimiz kimi qəbul edilsə, onda bizim mühakiməmiz yanlıĢ anlaĢılmıĢ olar. Kəmiyyət hər halda ideyanın bir pilləsidir 
və hər Ģeydən öncə bir məntiqi kateqoriya kimi, sonra isə habelə predmet dünyasında – təbiət aləmində, həm də ruh 
aləmində lazımi haqq verilməlidir. Ancaq burada bu iki aləm arasındakı fərq tez gözə çarpır: kəmiyyətin təriflərinin 
təbiət aləminin predmetləri üçün və ruhi aləmin predmetləri üçün önəmi fərqlidir. Ġdeya kimi kəmiyyətin özgəvarlıq və 
habelə özündən-kənar-varlıq biçimində ruh dünyasında – azad iç həyat dünyasında oynadığı rol təbiətdə oynadığı roldan 
kiçikdir. Doğrudur, biz, ruhi məzmunu da kəmiyyət baxımından gözdən keçiririk, ancaq birdən aydın olur ki, biz, allahı 
üçyönlü varlıq kimi gözdən keçirdikdə, üç rəqəmi burada, məsələn, biz məkanın ölçülərini yaxud əsas tərifi üçxətlə 
məhdudlaĢan müstəvidən ibarət üçbucağın üç tərəfini gözdən keçirərkən daĢıdığı anlamdan daha tabeli anlam daĢıyır. 
Təbiətin özündə də biz, göstərilən fərqi, kəmiyyətin tərifinin önəminin çoxluğunu və azlığını tapırıq (qeyri-üzvi təbiətdə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə