MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 103    Müəyyən kəmiyyət özünün bütövlə eyniyyətinin sərhəddidir; o özündə müxtəliflik kimi ekstensiv kəmiyyətdir, ancaq



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə39/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   35   36   37   38   39   40   41   42   ...   79

§ 103 
  Müəyyən kəmiyyət özünün bütövlə eyniyyətinin sərhəddidir; o özündə müxtəliflik kimi ekstensiv kəmiyyətdir, ancaq 
özündə sadə müəyyənlik kimi intensiv kəmiyyət və ya dərəcədir. 
  Qeyd. Aramsız və diskret kəmiyyətlərin ekstensiv və intensiv kəmiyyətlərdən fərqi ondadır ki, birincilər ümumiyyətlə 
kəmiyyətə, ikincilər isə sərhəddə və ya kəmiyyətin müəyyənliyinə aiddir. Ekstensiv və intensiv kəmiyyətlər hər biri 
baĢqasında olmayan müəyyənliyə malik iki ayrıca kəmiyyət növləri deyillər. Ekstensiv olan kəmiyyət intensiv 
kəmiyyət, intensiv olan kəmiyyət isə ekstensiv kəmiyyətdir. 
  Əlavə. Ġntensiv kəmiyyət yaxud dərəcə öz anlayıĢına görə ekstensiv kəmiyyətdən və ya müəyyən kəmiyyətdən 
fərqlidir, odur ki, tez-tez yol verildiyi kimi bu fərqi qəbul etməmək və kəmiyyətin bu iki formasını bir-birindən 
fərqləndirmədən onları eyniləĢdirmək olmaz. Buna fizikada yol verilir, məsələn, deyirlər ki, xüsusi çəkisi baĢqa cismin 
xüsusi çəkisindən iki dəfə böyük olan cismin maddi zərrəcikləri (atomları) o biri cismin atomlarının sayından iki dəfə 
çoxdur. Bu dolaĢıqlıq habelə istilik və ya iĢıq haqqında təlimdə də baĢ verir; dolaĢıqlıq istiliyin yaxud parlaqlığın fərqli 
dərəcələrini istilik və ya iĢıq zərrəciklərinin (molekullarının) kəmiyyətlərinin böyüklüyü yaxud kiçikliyi ilə izah 
edildikdə baĢ verir. Bu anlatma üsulundan istifadə edən fiziklərə bunun əsassız olduğunu göstərəndə, doğrudur, onlar 
bəhanə edirlər ki, bu üsulla onlar heç də (bəlli olduğu kimi dərkolunmaz) bu cür olayların özündə – varlığı haqqında 
məsələni həll etməyi düĢünmüĢlər və onlar bu ifadələri münasib olduqları üçün iĢlədirlər. Münasibliyə gəlincə o, daha 
asan hesablamadan ibarət olmalıdır. Ancaq aydın deyil, nə üçün özünün müəyyən ifadəsini ədəddə tapan intensiv 
kəmiyyətlər də ekstensiv kəmiyyətlər kimi asan üsulla hesablanmasın. Axı hesablamadan, eləcə də təfəkkürün özündən 
tam azad olmaq daha asan olardı. Gətirilən bəhanəyə qarĢı o da qeyd edilməlidir ki, bu cür anlama üsulu ilə fiziklər hər 
halda qavrayıĢ və təcrübə sahəsindən kənara çıxırlar və metafizikaya və (baĢqa hallarda faydasız və hətta ziyanlı 
saydıqları) spekulyasiya sahəsinə girmiĢ olurlar. Təcrübədə, əlbəttə, biz tapırıq ki, əgər içində taler61 olan iki pul 
kisəsindən biri o birindən iki dəfə ağırdırsa, bu ondan irəli gəlir ki, bu kisələrin birində iki yüz taler, o birində isə ancaq 
yüz taler var. Bu pulları hiss üzvləri ilə görmək, qavramaq olar; atomlar, molekullar və i. a. hissi qavrayıĢ sahəsindən 
kənardadır və onların münasibliyini və əhəmiyyətliliyini həll etmək təfəkkürün iĢidir. Ancaq (yuxarıda  
§ 98-ə əlavədə göstərdiyimiz kimi) abstrakt, empirik-əqli idrak özü-üçün-varlıq anlayıĢında olan çox momentini atomlar 
formasında qeyd edir və onları sonuncu bir Ģey kimi qəbul edir və həmin o abstrakt idrak həm sadəlövh seyrlə, həm də 
əsl konkret təfəkkürlə ziddiyyətə girərək ekstensiv kəmiyyətləri kəmiyyətin yeganə forması kimi gözdən keçirir və 
intensiv kəmiyyətləri onların göz qabağında olduqları yerdə özlərinə məxsus bütün müəyyənlikləri ilə qəbul etməyərək 
özlüyündə əsassız olan hipotezə söykənərək onları zorla ekstensiv kəmiyyətlərə bərabər tutur. Əgər ən yeni fəlsəfəyə 
edilən iradlar arasında hər Ģeyi eyniyyətə gətirdiyi ilə bağlı irad daha tez-tez eĢidilirsə və onu ələ salaraq eyniyyət 
fəlsəfəsi adlandırırlarsa, onda burada verdiyimiz izah göstərir ki, məhz fəlsəfə həm anlayıĢına görə, həm də təcrübəyə 
görə bir-birindən fərqlənən Ģeylərin fərqləndirilməsində israrlı olduğu halda, professional empiriklər əksinə, abstrakt 
eyniyyəti idrakın ali prisipi səviyyəsinə ucaldırlar; onların fəlsəfəsini haqlı olaraq eyniyyət fəlsəfəsi adlandırmaq olar. 
Lakin tamamilə doğrudur ki, yalnız aramsız yaxud kəsilməz, eləcə də yalnız diskret, yaxud kəsilən kəmiyyətlər olmadığı 
kimi yalnız intensiv kəmiyyətlər və yalnız ekstensiv olan kəmiyyətlər yoxdur və deməli, kəmiyyətin bu iki tərifi 
kəmiyyətin müstəqil növləri kimi bir-birinə qarĢı deyil. Hər bir intensiv kəmiyyət həm də ekstensivdir və əksinə, hər bir 
ekstensiv kəmiyyət həm də intensivdir. Belə ki, məsələn, məlum istilik dərəcəsi həm də tamamilə sadə duyğuya 
uyğundur; əgər termometrə müraciət etsək, onda taparıq ki, bu istilik dərəcəsi civə sütununun müəyyən geniĢlənməsinə 
uyğun gəlir və bu ekstensiv kəmiyyət istiliklə birlikdə intensiv kəmiyyət kimi dəyiĢilir; ruh sahəsində də eynilə bu 
cürdür – daha intensiv xarakter az intensiv xarakterə nisbətən öz hərəkətini uzadır. 
   
§ 104 
  Dərəcədə müəyyən ədəd anlayıĢı öncədən müəyyənləĢmiĢdir. Dərəcə özü üçün fərqsiz və sadə kəmiyyətdir, belə ki, 
onu müəyyən kəmiyyət edən müəyyənliyi bütünlüklə özündən kənarda, baĢqa kəmiyyətlərdə tapır. Bu kəmiyyətdə, özü-
üçün-mövcud sərhəddin mütləq dıĢarı olmasında sonsuz kəmiyyət proqresi öncədən verilmiĢdir, öz əksliyinə, 


vasitəliliyə indicə müəyyənləĢmiĢ müəyyən kəmiyyətdən kənara çıxmaya bilavasitə keçən nə isə bir bilavasitəlik 
öncədən müəyyənləĢmiĢdir və əksinə. 
  Qeyd. Ədəd fikirdir, ancaq o, tamamilə özü-özünə dıĢarı olan bir varlıq kimi fikirdir. O, seyr sahəsinə məxsus deyildir, 
belə ki, o, fikir olsa da dıĢarı seyr tərifinə malik olan fikirdir. Odur ki, müəyyən kəmiyyət nəinki sonsuz böyüyə yaxud 
kiçilə bilər, həm də öz anlayıĢına görə öz hüdudundan daima kənara çıxmadır. Sonsuz kəmiyyət tərəqqisi, habelə, 
ümumiyyətlə müəyyən kəmiyyəti təmsil edən eyni bir ziddiyyətin fikirdən məhrum təkrarından ibarətdir və o öz 
müəyyənliyində öncədən verilən dərəcədir. Bu ziddiyyəti sonsuz proqres formasında ifadə etmək tamamilə artıqdır; bu 
münasibətlə Zenon Aristotelin dili ilə haqlı olaraq deyir: "Bir Ģeyi bir dəfə demək və ya onu dönə-dönə təkrar etmək 
eynidir". 
  1-ci əlavə. Əgər yuxarıda gətirilmiĢ ( 
§ 99) adi riyazi tərifə, definisiyaya görə kəmiyyət artıb və ya azala biləndirsə və əgər bu tərifin özülündə duran Ģeyin 
düzgün olmasına qarĢı heç bir etirazın olmadığını qəbul etsək, onda belə böyümə və ya kiçilmə qabiliyyətini hansı əsasa 
görə kəmiyyət kimi qəbul edirik sualı hələ həll edilməmiĢ qalır. Əgər bu sualı cavablandırarkən sadəcə təcrübəyə istinad 
edirlərsə, onda bu cavab yetərsizdir, çünki bu tərifdə hətta kəmiyyət haqqında fikir deyil, yalnız təsəvvür almağımızdan 
asılı olmayaraq bu kəmiyyət yalnız imkandan (artma və azalma) ibarət olur və belə artma və azalmanın zəruriliyi biliyi 
bizə çatmır. Bizim məntiqin inkiĢafı yolunda isə əksinə, kəmiyyət yalnız özü özünü müəyyən edən təfəkkürün pilləsi 
olmayıb habelə aĢkar olundu ki, kəmiyyət anlayıĢında onun öz hüdudundan mütləq çıxması vardır və deməli, biz burada 
yalnız nə isə bir imkana deyil, gerçəkliyə də malik oluruq. 
  2-ci əlavə. Reflektiv empirik-əqli idrak ümumiyyətlə sonsuzluq barəsində düĢünərkən əsasən kəmiyyətin sonsuz 
tərəqqisinə söykənir. Ancaq sonsuz tərəqqinin bu forması ilə bağlı hər Ģeydən öncə düzgün olan keyfiyyətin sonsuz 
tərəqqisi barəsində öncə söylədiyimiz, yəni bu forma həqiqi sonsuzluğun ifadəsi olmayıb, axmaq sonsuzluqdur fikridir. 
BaĢqa sözlə, axmaq sonsuzluq kimi dəyərləndirilmə həm keyfiyyətin, həm də kəmiyyətin sonsuz tərəqqisinə aiddir, 
çünki axmaq sonsuzluq zərurilik hüdudundan kənara çıxmayan və bununla da sonlu olan sonsuzluqdur. Sonra, 
Spinozanın haqlı olaraq yalnız xəyali sonsuzluq adlandırdığı bu sonsuz proqresin kəmiyyət formasına gəlincə, demək 
lazımdır ki, Ģairlər də (Qaller və KlopĢtok) bu təsəvvürdən tez-tez çıxıĢ ediblər ki, onun yardımçılığı ilə tkcə təbiətin 
sonsuzluğunu deyil, allahın da sonsuzluğunu əyaniləĢdirsinlər. 
  Biz, məsələn, Qallerdə allahın sonsuzluğunun bəlli təsvirini görürük. O deyir: 
Qalaq-qalaq zülmətlərdən, zamanlardan, 
Saysız əngin dünyalardan 
milyonlardan milyonlardan 
Ucaltdığın ağlasığmaz bir zirvədən 
Nəzər yetirsəm sənə mən, 
bil onda sən 
Ucaltdığın ülvilikdən, 
daha uca görünərsən. 
Ġntəhasız, sonsuz saylar, 
Həddi-sərhəddi görünməyən 
 
 
o meyarlar 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə