MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə4/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   2   3   4   5   6   7   8   9   ...   79

bir nəzəriyyə yaratdı ki, bu, beynəlxalq dövlət hüququ adını aldı. Ġngilislərdə fəlsəfənin bu adı indiyə qədər öz anlamını 
saxlamıĢdır və orada Nyutonu böyük filosof kimi tərənnüm edirlər. Hətta maqnetik alətləri, yaxud termometri, barometri 
və i. a. fəlsəfi alətlər adlandırırlar. Biz, əlbəttə, bununla ilgili qeyd etməliyik ki, ağacın, dəmirin və s. birləĢməsi deyil, 
yalnız təfəkkür fəlsəfənin aləti sayılmalıdır.* Özəlliklə siyasi iqtisadın yaranmasında yeni dövrə borclu olan elmi fəlsəfə 
adlandırırlar. Biz onu sadəcə rasional dövlət təsərrüfatı haqqında elm** adlandırırıq. 
 
------------------------------- 
* Tomsonun nəĢr etdirdiyi jurnal da "Fəlsəfənin kanalları, yaxud kimya, mineralogiya, mexanika, təbiət tarixi, kənd 
təsərrüfatı və incəsənət jurnalı adlanır. Burada adları çəkilən bilik sahələrindən oxucu nəyin fəlsəfə adlandırıldığını özü 
də təsəvvür edə bilər. Yeni çıxan kitablar haqqında elanlar arasında bu yaxınlarda mənim bir ingilis qəzetində belə bir 
baĢlıq gözümə dəydi: "Fəlsəfi prinsiplər əsasında saçların tökülməsinin qarĢısının alınması". Bu ad altında, görünür, 
kimyəvi, fizioloji və i. a. prinsiplər nəzərdə tutulur. 
 
** Ġngilis dövlət xadimləri hətta kütləvi çıxıĢlarında ümumi politekonomik prinsipləri göstərmək üçün "fəlsəfi 
baĢlanğıc" ifadəsindən istifadə edirlər.Parlamentin iclasında (1825-ci il, 2 fevral) Bruqem öz çıxıĢında belə bildirmiĢdi: 
"dövlət adamlarına layiq və azad ticarətin fəlsəfi baĢlanğıclarını – belə ki, bunun fəlsəfi baĢlanğıc olduğu Ģübhə 
doğurmur – qəbul etməklə əlahəzrətləri parlamenti təbrik etdi" və s. Lakin müxalifətin təkcə bu nümayəndəsi belə 
danıĢmadı. Hər il həmin ayda dəniz ticarəti cəmiyyətinin birinci naziri qraf Liverpulun sədrliyi və onun yanında əyləĢən 
dövlət katibi Kanninqin və ordu general-xəzinədarı ser Çarlz Lonqun iĢtirakı ilə keçirilən banketdə öz ünvanına deyilən 
tosta cavab olaraq dövlət katibi Kanninq demiĢdi: "Ġndi elə bir yeni dövr baĢlanmıĢdır ki, artıq nazirlər dərin fəlsəfənin 
müdrik qaydalarını bu ölkənin idarə olunmasına tətbiq edə bilərlər". Ġngilis fəlsəfəsinin alman fəlsəfəsindən necə 
fərqlənməsindən asılı olmayaraq, bu söz (fəlsəfə – A. T.) bəzən gülməli, yaxud təhqiramiz ifadə kimi iĢlədilsə də, hər 
halda Ġngiltərənin dövlət xadimlərinin ona hörmət bəslədiyini görmək sevindiricidir.  
--------------------------------------------------------------- 
 
§ 8 
  Birincisi, bu idrak öz sahəsində yetərli olmasa da, hər halda bəlli olur ki, ona daxil olmayan digər predmetlər dairəsi – 
azadlıq, ruh, allah da vardır. Bunları o idrak zəminində tapmaq ona görə mümkün deyil ki, onlar təcrübə sahəsinə 
məxsus deyillər (doğrudur, onlar – azadlıq, ruh, allah – hissi təcrübə ilə qavranılmırlar, ancaq tavtoloji deyim olsa da, 
ümumiyyətlə, Ģüurda olan hər Ģey təcrübədə qavranılır), ona görə ki, bu predmetlər öz məzmununa görə sonsuz 
predmetlər kimi çıxıĢ edir. 
  Qeyd. Aristotelə aid edilən belə bir əski müddəa var və yanlıĢ olaraq hesab edilir ki, guya o, Aristotelin fəlsəfi baxıĢını 
ifadə edir. Bu müddəa belə səslənir: "Nihil est in intellektu, quod non fuerit in sensu" – "Hisslərdə, təcrübədə olmayan 
heç bir Ģey təfəkkürdə yoxdur". Əgər spekulyativ fəlsəfə bununla razılaĢmaq istəməsə, bu, anlaĢılmazlıq kimi qəbul 
edilməlidir. Ancaq o bu müddəaya əks müddəa da əlavə etmiĢdir: "Ġntellektdə olmayan heç bir Ģey duyğuda yoxdur" – 
belə bir dərin anlamda ki, vobs (ağıl), daha dərin tərifdə ruh dünyanın səbəbidir və sonra (bax  
§ 2) hüquqi, mənəvi, dini hissdir və deməli, kökü və varlığı yalnız təfəkkürdə olan məzmunun təcrübi yaĢantısıdır. 
 
§ 9 


  Ġkincisi, subyektiv ağıl biliyin formasına münasibətdə də razı salınmasını tələb edir; bu forma, ümumiyyətlə, zərurətdir 
(bax  
§1). Lakin bir tərəfdən təcrübi idrakda olan ümumi, cins və s. özlüyündə qeyri-müəyyən, xüsusidən asılı olmayan 
xarakter daĢıyır, ümumi və xüsusi bir-birinə münasibətdə dıĢarı və təsadüfidirlər; eləcə də bir-birilə bağlı olan xüsusi 
predmetlər, özlüyündə götürüldükdə bir-birinə münasibətdə dıĢ və təsadüfi predmetlər kimi çıxıĢ edirlər. Digər tərəfdən, 
bu idrak bilavasitədən, öncədən tapılmıĢdan, müqəddimədən baĢlanır. Burada hər iki münasibətdə zərurətin forması 
təmin olunmur. DüĢüncə bu tələbatı təmin etməyə yönəldiyindən, sözün əsl mənasında fəlsəfi təfəkkür, spekulyativ 
təfəkkürdür.18 Spekulyativ təfəkkür birinci qəbildən (hissi – A. T.) olan idrakla ümumiliyə malik olub, həm də ondan 
ayrılsa da, onların hamısına aid ümumi forma ilə yanaĢı yalnız özünə xas olan formalara da malikdir və onların hamısı 
anlayıĢ formasına aiddir. 
  Qeyd. Spekulyativ elmin digər elmlərə münasibəti buradan görünür. Spekulyativ elm (fəlsəfə – A. T.) digər elmlərin 
empirik məzmununu kənara atmayıb, qəbul və istifadə edib özünün xüsusi məzmununa çevirir:19 o bu elmlərdəki 
həmçinin ümumini, qanunları, cinsləri və i. a. qəbul edir, ancaq o bu kateqoriyalara baĢqa kateqoriyalar daxil edir və 
onları özündə saxlayır. Beləliklə, fərq yalnız kateqoriyaların bu dəyiĢikliyindən ibarət olur. Spekulyativ (fəlsəfi – A. T.) 
məntiq əvvəlki məntiqi və metafizikanı özündə saxlayır, fikrin həmin formalarını, qanunları və predmetləri qoruyub 
saxlayır, ancaq eyni zamanda onları inkiĢaf etdirir və onları yeni kateqoriyalar vasitəsilə dəyiĢdirir. 
  Spekulyativ anlamlı və adi anlayıĢ adlanan anlayıĢlar arasında fərq qoyulmalıdır. Min dəfələrlə təkrar olunan və 
zehniyyata, mövhumata çevrilən "sonsuz anlayıĢlar vasitəsilə dərkedilməz" müddəası onu nəzərdə tutur ki, sonsuz 
predmetlər (azadlıq, ruh, allah və s. – A. T.) adi, birtərəfli anlayıĢlarla dərk edilə bilməz. 
 
§ 10 
  Bu fəlsəfi təfəkkür özünün zəruriliyinin baĢa düĢülməsinə və mütləq predmetləri dərk edə bilməsinə haqq 
qazandırılmasına ehtiyac fəlsəfi idrakdır və buna görə də yalnız fəlsəfənin daxilində yer ala bilər. Deməli, ilkin izah 
fəlsəfi izahdan və bir sıra müqəddimələrdən, inandırmadan və mühakimələrdən, baĢqa sözlə, özlərinə əks olan 
müddəalarla qarĢı-qarĢıya qoyula bilən təsadüfi təsdiqlərdən ayrı bir Ģey ola bilməz. 
  Qeyd. Tənqidi fəlsəfənin əsas müddəalarından biri budur ki, allahın, Ģeylərin mahiyyətinin və i. a. dərkinə baĢlamazdan 
öncə idrak qabiliyyətinin özü araĢdırılmalıdır ki, bu predmetlərin dərkinə təminat verilib verilməyəcəyinə yəqinlik hasil 
olsun, iĢə baĢlamazdan öncə bu iĢin görülməsi üçün gərəkən alətlə tanıĢ olmaq lazımdır; əgər bu alət təminatlı deyilsə, 
çəkilən zəhmət hədərdir. Bu fikir o qədər inandırıcı oldu, sayğı və razılıqla qarĢılandı ki, idrak öz predmetinə maraqdan 
və onunla məĢğul olmaqdan yan keçərək özünün formal tərəfinə müraciət etməyə baĢladı. Lakin əgər özümüzü sözlə 
aldatmasaq, asanca görə bilərik ki, nəzərdə tutulan iĢi görmək üçün lazımi alətlər tamam baĢqa üsullar ilə araĢdırıla və 
dəyərləndirilə bilər, idrakın araĢdırılması, tədqiqi yalnız idrak prosesində mümkündür və biliyin əldə edilməsi alətinin 
gözdən keçirilməsi onun dərkindən baĢqa bir Ģey deyil. Ancaq idraka baĢlamazdan öncə dərk etmək istəyi suya 
girmədən üzməyi öyrənmək kimi müdrik sxolastik istək kimi mənasızdır. 
  Reynqold20 belə fəlsəfi baĢlanğıca ziyan vuran bu yanlıĢlığı baĢa düĢərək hipotetik və problematik fəlsəfəçilikdən 
baĢlamağı və necə gediləcəyi bəlli olmayan bu yolla ilkin həqiqəti (Urwahren) tapanadək getməyi təklif etmiĢdir. 
Yaxından baxdıqda bu yol adi bir metod, yəni empirik təməlin analizindən, yaxıd definisiya (tərif) forması verilmiĢ ilkin 
ehtimaldır. Müqəddimələrə və ilkin ehtimallara söykənən adi tədqiqatın hipotetik və problemli olduğunun 
düzgünlüyünü qəbul etməmək olmaz, amma düzgün baĢa düĢülməsi bu metodun təbiətini dəyiĢdirmir, onun yetərli 
olmadığını dərhal üzə çıxarır. 
   
§ 11 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə