MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə40/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   36   37   38   39   40   41   42   43   ...   79

Sənin, fəqət, zərrən olar. 
  
  Deməli, burada qarĢımızda hər Ģeydən öncə kəmiyyətin, özəlliklə də ədədin özünün öz hüdudundan daim kənara 
çıxması ilə qarĢılaĢırıq ki, bunu Kant dəhĢət adlandırır və burada dəhĢət dedikdə çox güman ki, davamlı olaraq yalnız 
sərhəddin yaranması və aradan qalxmasının növbələĢməsilə və nəhayət olduğun yerdə qalmaqla, hərəkətsizliklə 
yaradılan sıxıntı nəzərdə tutulur. Ancaq Ģer parçasının müəllifi axmaq sonsuzluğun bu təsvirinə sonda düzgün bir əlavə 
edir: "Onları ataraq, mən sənə baxıram". 
  Burada o fikir bildirilir ki, əgər biz bu həqiqi sonsuzluq Ģüuruna çatmaq istəyiriksə, sonsuz tərəqqidən imtina 
etməliyik, həqiqi sonsuzluğa sonludan yalnız o tərəfdə olan bir Ģey kimi baxmamalıyıq. 
  3-cü əlavə. Pifoqor, bəlli olduğu kimi, öz fəlsəfəsini rəqəmlər üzərində qurmuĢ və ədədi Ģeylərin əsas tərifi saymıĢdır. 
Bu anlama adi Ģüura ilk baxıĢda tamamilə paradoksal və hətta ağılsız görünə bilər; odur ki, biz ona necə yanaĢmalıyıq 
sualı doğur. Bu suala cavab vermək üçün ilk öncə yada salınmalıdır ki, fəlsəfənin vəzifəsi ümumiyyətlə Ģeyləri fikirlərə 
və məhz müəyyən fikirlərə çevirməkdən ibarətdir. Ancaq ədəd, Ģübhəsiz ki, fikirdir, baĢqa sözlə, hissi olana daha 
yaxındır yaxud hissi olanın fikridir; hissi adı altında ümumiyyətlə özündən kənarlığı və çoxluğu baĢa düĢürük. Deməli, 
biz Kainatı ədəd kimi anlamaq canatımında metafizikaya ilk addım görürük. Pifoqor, bəlli olduğu kimi, fəlsəfə tarixində 
ioniya fəlsəfəsi ilə eleatar fəlsəfəsi arasında durur. Ġoniyalılar Aristotelin qeyd etdiyi kimi – Ģeylərin mahiyyətinə maddi 
bir Ģey kimi baxmaqdan uzağa gedə bilmədikləri kimi, eleatlar da Parmenidin Ģəxsində irəli gedərək varlıq formasında 
xalis təfəkkürə gedib çıxdılar, pifoqor fəlsəfəsi, onun prinsipi isə hissi və fölqəlhissi arasında sanki bir körpüdür.62 
Buradan aydın olur ki, Ģeylərin mahiyyətini yalnız rəqəmlər kimi anlamaqla Pifoqorun çox uzağa getdiyini hesab edə və 
deyə bilərlər ki, Ģeyləri saymaq olar və buna qarĢı etiraz etmək olmaz, ancaq bununla belə, Ģeylər təkcə rəqəm olmaqdan 
artıq bir Ģeydir qeydini əlavə edənlərə bizim münasibətimiz necə ola bilər. ġeylərə aid edilən bu artıqlığa gəlincə, biz 
həvəslə razılaĢırıq ki, Ģeylər rəqəm olmaqdan artıqdır, ancaq əlbəttə, bu artıqlıq altında nəyin nəzərdə tutulduğunu 
bilmək önəmlidir. Adi hissi Ģüur burada qoyulan suala Ģeylərin hissi qavranıldığını göstərməklə öz baxıĢına uyğun 
cavab verməyə tərəddüd etməyəcək və deyəcək ki, Ģeylər hisslərlə qavranıldığı üçün nəinki hesablana biləndir, həm də 
görünəndir, toxunula biləndir və s. Beləliklə, Pifaqor fəlsəfəsinə ünvanlanmıĢ irad ondan ibarət olacaq ki, o, cağdaĢ 
deyim üslübünda həddən çox idealist fəlsəfə olmuĢdur. Ancaq göründüyü kimi əslində iĢ artıq pifaqor fəlsəfəsinin tarixi 
yeri barədə bir qədər öncə söylədiyimizdən baĢqa cürdür. Əgər Ģeylərin sadə rəqəmlərdən artıq bir Ģey olması fikri ilə 
razılaĢmaq lazım gəlirsə, onda bunu belə baĢa düĢmək lazımdır ki, rəqəm haqqında fikir onun vasitəsilə müəyyən bir 
mahiyyəti yaxud Ģeylərin anlayıĢını ifadə etmək üçün yetərsizdir. Deməli, Pifaqor özünün rəqəmlər fəlsəfəsilə olduqca 
uzağa getmiĢdir demək yerinə bunun əksini demək daha düzgün olardı ki, o yetərincə uzağa gedə bilməmiĢdir və xalis 
təfəkkürə doğru növbəti addımı artıq eleatlar atmıĢlar. Sonra, əgər Ģeylər mövcud deyilsə, onda müəyyənliyi önəmli 
dərəcədə müəyyən rəqəmlərə və ədədi münasibətlərə əsaslanan Ģeylərin halları və ümumiyyətlə, təbiət olayları 
mövcuddur. Bunu biz səslərin fərqlənməsində və harmonik səslənməsində görə bilərik; bununla bağlı bir hekayət var ki, 
bu hekayət olayları, Ģeylərin mahiyyətini rəqəmlər kimi anlamağa Pifaqoru sövq etmiĢdir. Əsasında müəyyən 
rəqəmlərin durduğu olayların rəqəmlərə müncər edilməsi böyük elmi maraq daĢısa da yenə fikrin müəyyənliyinə yalnız 
ədədi müəyyənlik kimi baxılmasına qəti yol vermək olmaz. Doğrudur, fikrin daha ümumi təriflərini ədədlərlə bağlamaq 
və bundan çıxıĢ edib birin sadə və bilavasitə, ikinin – fərqli və vasitəli, üçün – onların hər ikisinin vəhdəti olduğunu 
söyləmək ilk baxıĢda çəkici görünə bilər. lakin bu bağlılıq tamamilə dıĢarı bağlılıqdır və adları çəkilən bir, iki, üç 
rəqəmlərində onları müəyyən fikirlərin ifadəsi edən heç nə yoxdur. Amma biz bu yolla irəli getdikcə müəyyən 
rəqəmlərin müəyyən fikirlərlə birləĢdirilmsinin tamamilə ixtiyari olduğu daha da üzə çıxır. Belə ki, məsələn, 4-ə 1 və 3-
ün vəhdəti kimi, və deməli, onlarla bağlı olan fikirlərin vəhdəti kimi baxmaq olar. Ancaq 4 2-nin özünə vurulmasıdır; 
eynilə də 9 təkcə 3-ün kvadratı olmayıb, həm də 8 və 1-in, 7 və 2-nin və s. toplamıdır. Əgər bizim zamanımızda da bəlli 
gizli cəmiyyətlər hər cür rəqəm və fiqurlara böyük önəm verirlərsə, buna bir tərəfdən təqsirsiz oyunlar kimi, o biri 
tərəfdən təfəkürün acizliyi kimi baxmaq lazımdır. Rəqəmlər və fiqurlarla aparılan bu oyunların müdafiəsi üçün deyirlər 
ki, bu oyunlarda dərin məna gizlənir və onlar bizdə çoxlu önəmli fikirlər yarada bilərlər. Lakin fəlsəfədə düĢünməyin 
mümkünlüyü deyil, gerçək düĢünmək önəmlidir və əsl fikir ünsürünü (stixiya) ixtiyari seçilmiĢ simvollarda deyil, yalnız 
təfəkkürün özündə axtarmaq lazımdır. 


   
§ 105 
  Müəyyən kəmiyyətin özünün özü-üçün-mövcud müəyyənliyində dıĢarı olması xassəsi onun keyfiyyətini təĢkil edir. Bu 
dıĢarılıqda o məhz özüdür və özü özü ilə münasibətdə olur. Onda (müəyyən kəmiyyətdə – A. T.) dıĢarılıq, yəni 
kəmiyyət və özü- üçün-varlıq – keyfiyyət birləĢmiĢdir. Özündə öncədən belə müəyyənləĢmiĢ müəyyən kəmiyyət 
münasibəti müəyyənliyi bilavasitə müəyyən kəmiyyətdən, münasibətin göstəricisindən (der Exponent) ibarət olduğu 
qədər də vasitələnmədən, yəni hansısa bir müəyyən kəmiyyətin baĢqa bir müəyyən kəmiyyətə münasibətindən ibarət 
olan kəmiyyət münasibətidir. Bu iki müəyyən kəmiyyət münasibətin iki tərəfini oluĢdurur. Ancaq münasibətin bu iki 
tərəfi bilavasitə, ayrı-ayrılıqda məna daĢımır və yalnız bu münasibətə borcludurlar. 
  Əlavə. Sonsuz kəmiyyət tərəqqisi öncə ədədin öz hüdudundan aramsız çıxması kimi görünür. Lakin daha yaxından 
baxdıqda bəlli olur ki, bu tərəqqidə kəmiyyət özü özünə qayıdır, çünki fikir tərəfindən götürülən bu irəliləmə 
hərəkətində yalnız aĢağıdakı hal vardır: ədəd ədədlə müəyyən edilir və bu, kəmiyət münasibəti yaradır. Əgər biz, 
məsələn, 2:4 nisbəti deyiriksə, burada bilavasitə deyil, bir-birinə qarĢılıqlı münasibətdə olan iki ədədlə yaxud 
kəmiyyətlə qarĢılaĢırıq. Amma bu münasibət (münasibətin göstəricisi) də öz sırasında bir-biri ilə münasibətdə olan 
kəmiyyətlərdən onunla fərqlənən kəmiyyətdir ki, onun dəyiĢməsilə münasibətin özü də dəyiĢilir, bununla belə 
münasibətdə olan tərəflərin dəyiĢilməsi münasibətə təsir etmir və bu münasibət göstəricisi dəyiĢilənə qədər dəyiĢməz 
qalır. Odur ki, biz, 2:4 yerinə 3:6 qoya bilərik və bu zaman münasibət dəyiĢməyəcək, çünki hər iki münasibətdə 
göstərici sabitdir – 2-dir. 
   
§ 106 
  Münasibətin tərəfləri hələ bilavasitə müəyyən kəmiyyətlərdir və keyfiyyət və kəmiyyət tərifləri hələ bir-birinə 
dıĢarıdırlar. Lakin kəmiyyət tərəfinin özü öz dıĢarılığında özü ilə münasibətdən ibarət olduğuna və ya baĢqa sözlə, 
keyfiyyət özü-üçün varlığı və müyyənliyə biganəliyi birləĢdirdiyinə görə ölçüdür. 
  Əlavə. Kəmiyyət gözdən keçirilən dialektik hərəkətdə öz momentlərindən keçərək keyfiyyətə qayıdıĢdan ibarət olur. 
Öncə kəmiyyət anlayıĢı altında aradan qaldırılmıĢ keyfiyyəti, yəni varlığın eyni olmayan yalnız dıĢarı müəyyənliyi 
nəzərdə tuturduq. Bu anlayıĢ (öncə göstərdiyimiz kimi) riyaziyyatda adi kəmiyyət tərifinin əsasında durur və bu tərifə 
görə kəmiyyət, ədəd artan və azalandan ibarətdir. Əgər ilk baxıĢda bu tərif kəmiyyətin dəyiĢilə bilən olduğu (çünki 
artma və azalma ümumiyyətlə yalnız kəmiyyətin baĢqa cür müəyyənləĢdirilməsini göstərir) və beləliklə həm də öz 
anlayıĢına görə dəyiĢkən olan mövcud varlıqdan (keyfiyyətin ikinci dərəcəsi) fərqlənmədiyi təəssüratı yaradarsa, onda 
bu tərifin məzmunu o anlamda tamamlanmalıdır ki, kəmiyyətdə dəyiĢilməsi müqabilində özü olaraq qalan, yəni 
dəyiĢilən bir dəyiĢməz vardır. Beləliklə, kəmiyyət anlayıĢının ziddiyyətli olduğu üzə çıxır və bu ziddiyyət kəmiyyətin 
dialektikasıdır. Bu dialektikanın sonucu keyfiyyətə sadə qayıdıĢdan (keyfiyyətin həqiqi, kəmiyyətin isə qeyri-həqiqi 
olmasından) ibarət olmayıb, onların hər ikisinin vəhdəti və həqiqətidir, keyfiyyətin kəmiyyəti və ya ölçüsüdür. Onu da 
əlavə etmək olar ki, əgər biz predmetlər dünyasını gözdən keçirərkən kəmiyyət tərifləri ilə məĢğul oluruqsa, əslində hər 
zaman ölçünü araĢdırmanın məqsədi sayırıq və bunu bizə kəmiyyət təriflərinin və münasibətlərinin tədqiqini ölçü 
(Messen) adlandıran dilimiz göstərir. Biz, məsələn, titrəyiĢli hərəkətə gətirilmiĢ fərqli simlərin uzunluğunu bu titrəyiĢlə 
yaradılan səslərin keyfiyyət fərqlərinin uzunluğunun simlərin uzunluq fərqlərinə uyğunluğu baxımından ölçürük. 
Kimyada da biz eynilə bu cür, bir-biri ilə birləĢən maddələrin kəmiyyətini öyrənirik ki, bu birləĢməni Ģərtləndirən 
ölçünü, yəni müəyyən keyfiyyətlərin əsasında duran kəmiyyətləri dərk edək. Statistikada da ədədlər yalnız onların 
Ģərtləndirdiyi keyfiyyət sonucları baxımından maraqlıdır. Burada göstərilən rəhbər baxıĢın iĢtirak etmədiyi boĢ rəqəmlər 
axtarıĢını haqlı olaraq nə nəzəri, nə də praktiki marağı təmin edə bilməyən boĢ həvəsin predmeti adlandırırlar. 
  C. Ölçü 
   



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə