MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 119    2) Fərq özündə müsbət və mənfi arasında olan mühüm fərqdir; müsbət özü ilə elə eyniyyət münasibətidir ki, o mənfi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə45/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   41   42   43   44   45   46   47   48   ...   79

   
§ 119 
  2) Fərq özündə müsbət və mənfi arasında olan mühüm fərqdir; müsbət özü ilə elə eyniyyət münasibətidir ki, o mənfi 
ola bilməz, mənfi isə özü üçün elə fərqlənmədir ki, o müsbət ola bilməz. Onlardan biri o biri olmadığı üçün hər ikisi 
müstəqil olduğundan biri o birində görüntüsü ilə parlayır və biri o birinin baĢqasıdır. Odur ki, mahiyyətin fərqi 
qarĢıqoymadır, müqayisədir və bu qarĢıqoymaya görə fərqlinin qarĢısındakı ümumiyyətlə baĢqası deyil, onun öz 
baĢqasıdır, yəni fərqləndirilənlərdən hər birinin yalnız öz baĢqasına münasibətdə tərifi vardır, biri o birində əks etdiyi 
dərəcədə özü özündə əks edir. Beləliklə onlardan hər biri öz baĢqasının baĢqasıdır. 
  Qeyd. Özündə fərq aĢağıdakı müddəanı verir: "Hər Ģey zəruri olaraq fərqlidir" və ya baĢqa sözlə: "Ġki bir-birinə əks 
predikatdan yalnız biri müəyyən bir nə isəyə aid edilə bilər və üçüncü istisnadır". Bu ziddiyyət qanunu açıq-aydın 
eyniyyət qanununa ziddir, belə ki, bir Ģey bir qanuna görə yalnız özü ilə münasibətdən ibarət olmalı, baĢqa qanuna görə 
isə o Ģey özünün baĢqası ilə əksliyindən – münasibətdən ibarət olmalıdır. Abstraksiyanın özünəxas mənasızlığı da elə 
ondan ibarətdir ki, o, bir-birinə belə zidd olan iki müddəanı hətta müqayisə etmədən qanunlar kimi yan-yana qoyur. 
Üçüncünü istisna qanunu ziddiyyətdən qaçmaq istərkən ziddiyyətə yuvarlanan düĢüncənin müəyyən etdiyi qanundur. 
Bu qanuna görə A yalnız ya +A, ya da yalnız –A ola bilər; ancaq bununla artıq nə +, nə də – olmayan və eyni zamanda 
da həm +A kimi, həm də –A kimi hesab edilən üçüncü A müəyyənləĢir. Əgər + batı (qərb) istiqamətində 6 mili, -6 mil 
isə doğu (Ģərq) istiqamətində məsafəni göstərirsə, yəni + və – bir-birini məhv edirsə, onda 6 mil yol və ya məsafə bu 
əkslik olmadan və onunla nə idisə o olaraq qalır; + və – ədədlərin yaxud abstrakt istiqamətlərin hətta boĢ əksliyinin də 
üçüncüsü, məhz sıfırı vardır; lakin biz, + və – arasında boĢ fikri əksliyin ədəd, istiqamət və bu qəbildən olan digər 
abstraksiyalarda qanuni yeri olduğunu inkar etməyi düĢünmürük. 
  Kontradiktor70 anlayıĢlar haqqında təlimdə bir anlayıĢ, məsələn, mavi (belə təlimdə hətta rəngin hissi təsəvvürü də 
anlayıĢ adlandırılır), digəri isə qeyri-mavi adlanır, belə çıxır ki, bu baĢqası (qeyri-mavi) nə isə bir təsdiq (məsələn qeyri-
mavi mavinin inkarı tərifində hansısa baĢqa bir rəngin, məsələn, sarı rəngin təsdiqi) deyil, yalnız abstrakt inkar kimi 
qeyd olunur. Mənfinin onun özündə eyni zamanda müsbət olduğu barədə sonrakı paraqrafa bax; bu artıq o tərifdən irəli 
gəlir ki, nə isə bir baĢqasına əks olan onun baĢqasıdır. Kontradiktor adlanan anlayıĢlar arasındakı əksliklərin boĢluğu, 
məzmunsuzluğu özünün tam ifadəsini, necə deyərlər, ən ümumi qanununun nəhəng formulunda tapır; bu formula görə 
hər bir Ģey qarĢılaĢdırılan bütün predikatlarında (hansı predikatları götürürük götürək) bir predikata malik olur, 
digərlərinə malik olmur, belə ki, ruh ya ağdır, ya da ağ deyil, ya sarıdır, ya da sarı deyil və i. a. sonsuzadək. 
  Belə ki, eyniyyət və əksliyin özlərinin bir-birinə əks olduğunu unutduqları üçün əkslik qanununu ziddiyyət qanunu 
biçimində eyniyyət qanunu yerinə qəbul edirlər və bir-birinə zidd olan əlamətlərdən (yuxarıya bax) heç birinə malik 
olmayan və ya məsələn, dördbucaqlı çevrə kimi hər iki əlamətə malik olan anlayıĢı məntiqi yöndən yalan olan anlayıĢ 
elan edirlər. Çoxbucaqlı çevrə və çevrənin düzxətli qovsünün də bu qanuna zidd olmasına baxmayaraq həndəsəçilər 
tərəddüd etmədən çevrəyə tərəfləri düzxətlərdən ibarət çoxbucaqlı kimi baxırlar. Ancaq çevrə kimi bir Ģey (onun sadə 
müəyyənliyi) hələ anlayıĢ deyil; çevrə anlayıĢında isə mərkəz və periferiya eyni dərəcədə önəmlidir, hər iki əlamətə 
malikdir və ancaq periferiya və mərkəz bir-birinə əksdir və bir-birinə ziddir. 
  Fizikada önəmli rol oynayan polyarlıq haqqında təsəvvürdə əksliyin daha düzgün tərifi vardır, ancaq fizika təfəkkür 
qanunları barədə öz anlayıĢında adi məntiqə söykəndiyindən polyarlıq anlayıĢını inkiĢaf etdirmək istəsəydi və bu 
anlayıĢda olan fikirlərə gəlib çıxsaydı, dəhĢətə gələrdi. 
  1-ci əlavə. Müsbət yenə də eyniyyətdir, ancaq yüksək həqiqət məziyyəti daĢıyan, özü özü ilə eyniyyət münasibəti kimi 
eyniyyətdir və eyni zamanda o, mənfilik əlaməti daĢımayan eyniyyətdir. Özü üçün mənfi fərqdən baĢqa bir Ģey deyil. 
Eyniyyətdə olan, hər Ģeydən öncə tərifləri olmayandır; müsbət, əksinə, özü ilə eyniyyətdir, ancaq nə isə bir baĢqasına 
əkslikdə müəyyənləĢmə kimi özü ilə eyniyyətdir, mənfi isə özü ilə eyniyyət olmaması tərifilə fərqdir. Bu onun 
(mənfinin – A. T.) özündə olan fərqin fərqidir. 


  Adətən düĢünürlər ki, müsbət və mənfi arasındakı fərq mütləq fərqdir. Lakin onların hər ikisi özündə eynidir və ona 
görə də müsbəti mənfi və əksinə, mənfini müsbət adlandırmaq olardı. Belə ki, məsələn, əmlak və borc iki ayrıca, 
müstəqil əmlak növləri deyil. Onlardan birində, borcluda mənfi olan borc verəndə müsbətdir. Və bu, həm də batı (qərb) 
yolu olan doğu (Ģərq) yoluna münasibətdə də doğrudur. Deməli, müsbət və mənfi önəmli dərəcədə bir-birilə Ģərtlənir və 
yalnız bir-birinə münasibətdə mövcud olurlar. Maqnitin quzey (Ģimal) qütbü güney (cənub) qütbsüz, güney qütbü isə 
qüzey qütbsüz mövcud deyil. Əgər maqniti iki yerə kəssək, birində quzey, birində isə geney qütblər ala bilmərik. 
Elektrikdə də bunun kimi, müsbət və mənfi yüklər bir-birindən ayrı mövcud flüidlər71 deyil. Ümumiyyətlə, əkslikdə 
olan tərəflər arasında münasibət belədir ki, bu tərəflər biri o biri üçün yalnız nə isə bir özgəsi olmayıb onun özünün 
özgəsidir. Adi Ģüur fərqlənənlərə bir-birinə biganə tərəflər kimi baxır. Deyirlər ki, məsələn, mən – insanam, ətrafımda 
isə – hava, su, heyvanlar və baĢqa Ģeylər vardır. Burada hər Ģey ayrı-ayrılıqdadır. Ancaq fəlsəfənin məqsədi Ģeylərə bir-
birinə biganə halda baxan Ģüuru aradan qaldırmaq və onların zərurətini elə dərk etməkdən ibarətdir ki, bu idrakda onlar 
bir-birinə özünün özgəsinə münasibəti kimi götürülsün. Belə ki, məsələn, cansız təbiət canlı təbiətdən yalnız ayrı bir Ģey 
kimi deyil, həm də canlının zəruri baĢqası kimi gözdən keçirilməlidir. Cansız və canlı bir-biri ilə zəruri münasibətdədir 
və biri yalnız özündən o birini qovmaqla, itələməklə və bununla da onunla bağlantıda mövcud olur. Eləcə də təbiət 
ruhsuz, ruh isə təbiətsiz mövcud deyil. Biz, təfəkkür sahəsində baĢqası da mümkündür deməkdən vaz keçdikdə 
ümumiyyətlə irəliyə önəmli bir addım atmıĢ oluruq. Çünki baĢqası da mümkündür deməklə təfəkkür təsadüflə məĢğul 
olmalı olur, həqiqi təfəkkür isə, yuxarıda qeyd edildiyi kimi, zərurət haqqında təfəkkürdür. Ən yeni təbiətĢünaslığın 
əsasən polyarlıq kimi maqnetizmdə qavranılan və bütün təbiətdən qırmızı xətlə keçən əkslik təbiətin ən ümumi 
qanunudur və bunun qəbul edilməsini biz, Ģübhəsiz, elmdə irəliyə mühüm addım saymalıyıq; ancaq bu zaman əksliklə 
yanaĢı boĢ müxtəliflik anlayıĢınınn da lüzumsuz yerə iĢlədilməsindən imtina edilməlidir. Belə ki, məsələn, rənglərə gah 
haqlı olaraq bir-birinə münasibətdə olan polyar əksliklər (əlavə rənglər deyilən rənglər) kimi baxırlar, gah da onları 
yenidən bir-birinə biganə olan və qırmızının, sarının, yaĢılın və i. a. xalis kəmiyyət fərqlilikləri kimi götürürlər. 
  2-ci əlavə. Üçüncünü istisna qanunu (abstrakt idrak qanunu) üzrə danıĢmaq yerinə, biz, deməliyik: hər Ģey əkslikdir. 
Və doğrudan da heç yerdə: nə göydə, nə yerdə, nə ruhi aləmdə, nə də təbiət aləmində – idrakın təsdiq etdiyi abstrakt "və 
ya-və ya" yoxdur. Harada mövcud olmasından asılı olmayaraq hər bir Ģey nə isə bir konkretdir və deməli, bu Ģey 
özlüyündə fərqlidir və əkslikdən ibarətdir. ġeylərin sonluluğu da onların bilavasitə mövcud varlıqlarının özündə nədən 
ibarətdirsə, ona uyğun gəlməməsindən ibarətdir. Belə ki, məsələn, cansız təbiətdə turĢu özlüyündə həmçinin əsasdır, 
yəni onun varlığı yalnız baĢqası ilə onun münasibətindədir. Bu isə onu göstərir ki, turĢu əkslikdə hərəkətsiz olmayıb 
özünü olduğu kimi təsdiq etməyə can atır. Ziddiyyət – əslində dünyanı hərəkətə gətirən bax budur və buna görə də 
ziddiyyəti düĢünmək olmaz demək gülüncdür. Bu fikirdə doğru olan yalnız budur ki, ziddiyyətlə iĢ bitə bilməz və o 
özünü özünün vasitəsilə aradan qaldırır. Lakin ziddiyyətin aradan qalxması absrakt eyniyyət demək deyil, çünki abstrakt 
eyniyyətin özü əksliyin yalnız bir tərəfidir. Əksliyin ziddiyyət kimi müəyyənləĢmiĢ nəticəsi əsasdır və bu əsas eyniyyəti 
və fərqi yalnız aradan qaldırılmıĢ və ideal momentlər səviyyəsinə gətirilmiĢ halda özündə saxlayır. 
 
§ 120 
  Müsbət ayrılmıĢ o fərqlilikdir ki, o özü üçün olmalıdır və bununla birlikdə özünün özgəsi ilə münasibətinə laqeyd 
qalmamalıdır. Mənfi sərbəst, özü ilə münasibətinə mənfi olmalıdır, özü üçün olmalıdır, amma bununla birlikdə bir 
mənfi kimi özünün özünə münasibətinə, öz müsbətinə yalnız özgəsində malik olmalıdır. Deməli, hər ikisi 
müəyyənləĢmiĢ ziddiyyətdir, hər ikisi özündə eyni bir Ģeydir. Onların hər ikisi habelə özü üçün eynidirlər, belə ki, 
onlardan hər biri baĢqasını və özü özünü aradan qaldırmasından ibarətdir. Odur ki, onların ikisi də əsasda olurlar (qehen 
zu Grunde)72 yaxud baĢqa sözlə, özündə və özü üçün zəruri fərq yalnız bilavasitə özünün özündən fərqidir və deməli, 
özündə eyniyyətdir; deməli, belə özündə və özü üçün tam zəruri fərqə onun özü və eyniyyəti məxsusdur. Özü ilə 
münasibət kimi fərq eyni zamanda özü ilə eyniyyət kimi açıqlanmıĢ olur və ümumiyyətlə əkslik odur ki, özündə birini 
və onun özgəsini, özünü və özünə əks olanı daĢıyır. Bu qayda ilə müəyyənləĢdirilən mahiyyətin özündə-varlığı əsas 
adlanır. 
  



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə