MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 121    Əsas73 eyniyyət və fərqin vəhdətidir, eyniyyət və fərqin həqiqətidir, özündə-özünə və əksinə, baĢqasında reflesiyadır



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə46/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   42   43   44   45   46   47   48   49   ...   79

  gamma) Əsas 
   
§ 121 
  Əsas73 eyniyyət və fərqin vəhdətidir, eyniyyət və fərqin həqiqətidir, özündə-özünə və əksinə, baĢqasında reflesiyadır. 
Əsas totallıq kimi müəyyənləĢmiĢ mahiyyətdir. 
  Qeyd. Əsas qanunu belə səslənir: "Hər Ģeyin kafi əsası vardır", yəni bir Ģeyin həqiqi əsası nə onun özü ilə eyniyyət 
kimi tərifindən, nə onun yalnız müsbət kimi, nə də mənfi kimi tərifindən ibarət deyil, ondan ibarətdir ki, Ģeyin varlığı 
onun özü ilə eyni olan və onun mahiyyətini təĢkil edən baĢqa bir Ģeydədir. Mahiyyət isə özü özünə abstrakt refleksiya 
olmayıb baĢqasına refleksiyadır. Əsas özü özündə əsl mahiyyətdir, mahiyyət zəruri əsasdır və yalnız ona görə əsasdır ki, 
o, nəyinsə əsasıdır, nə isə baĢqasının əsasıdır. 
  Əlavə. Əgər biz əsas haqqında eyniyyətin və fərqin vəhdəti kimi danıĢırıqsa, onda bu vəhdəti abstrakt eyniyyət kimi 
anlamaq lazım deyil, çünki bu zaman bizdə yalnız baĢqa ad, yəni yenidən yalnız yanlıĢ olduğunu artıq dərk etdiyimiz 
fikri eyniyyət alınardı. Odur ki, bu anlaĢılmazlığı aradan qaldırmaq üçün əlavə olaraq demək olar ki, əsas təkcə vəhdət 
olmayıb, eləcə də eyniyyətin və fərqin fərqidir. Öncə qarĢımızda ziddiyyətin aradan qalxması kimi aĢkar edilən əsas, 
yeni ziddiyyət kimi çıxıĢ edir. Lakin bu halda o özü özündə hərəkətsiz olmayıb özü özünü özündən itələyir. Əsas ona 
görə əsasdır ki, o əsaslandırır; ancaq əsasdan irəli gələn əsasın özüdür və əsasın formal olması da bundadır. 
Əsaslandırılan və əsas eyni məzmunludur və onların fərqi yalnız özü ilə sadə münasibətlə vasitələnmənin və ya öncədən 
müəyyənləĢmənin fərqindən ibarətdir. Biz Ģeylərin əsası haqqında soruĢduqda artıq əvvəl ( 
§ 112, əlavə) xatırlatdığımız refleksiya baxıĢı üzərində dayanırıq. Biz istəyirik ki, Ģeyi ikiləĢmiĢ kimi: birincisi onun 
bilavasitəliyində, ikincisi, onu artıq bilavasitəliyini itirdiyi öz əsasında görək. ġeylərin yalnız vasitələnmiĢ halında 
gözdən keçirilməsinin zəruriliyini irəli sürən kafi əsas qanunu deyilən qanunun sadə anlamı da bundan ibarətdir. 
Təfəkkürün bu qanununu müəyyənləĢdirməklə formal məntiq baĢqa elmlərə pis nümunə verir, çünki formal məntiq tələb 
edir ki, bu elmlər öz məzmununu bilavasitə qəbul etməsinlər, halbuki formal məntiq bu qanunu onun vasitələnməsindən 
hasil etməyərək və bu vasitələnməni göstərmədən müəyyənləĢdirir. Məntiqçi hansı haqla təsdiq edir ki, bizim təfəkkür 
qabiliyyətimiz elə qurulub ki, bütün Ģeylərlə bağlı söz açdıqda onların əsası barədə soruĢmalıyıq elə həmin haqla da 
təbib suya düĢən insan nə üçün boğulur sualına cavab verə bilər ki, insan elə yaranmıĢdır ki, o, suyun altında yaĢaya 
bilməz; eləcə də cani nə üçün cəzalanır sualına yurist cavab verə bilər ki, vətəndaĢ toplumu elə qurulmuĢdur ki, cinayət 
cəzasız qala bilməz. Ancaq məntiqçiyə haqlı olaraq irəli sürdüyümüz bu tələbi – əsas qanununu əsaslandırmaq tələbini 
nəzərə almasaq belə, yenə də o, əsas adı altında nə baĢa düĢməliyik sualına cavab verməlidir. Adi izah: əsas odur ki, 
nəticəsi vardır (ilk baxıĢda bu tərif anlayıĢın yuxarıda verdiyimiz tərifindən daha aydın və anlaĢıqlı görünür). Lakin 
sonra soruĢsaq ki, nəticə nədir, cavab alacağıq ki, nəticə odur ki, əsası vardır – onda aydınlaĢacaq ki, bu izahın aydınlığı 
yalnız ondadır ki, bizdə fikrin əvvəlki hərəkətinin nəticəsi kimi alınan fikir bəlli sayılır. Ancaq məntiqin iĢi məhz odur 
ki, yalnız təsəvvür olunan, anlayıĢda dərk olunmamıĢ və sübut olunmamıĢ fikirlərin özünü müəyyən edən təfəkkürün 
mərhələləri olduğunu göstərsin; fikirlər bu yolla dərk və sübut olunur. 
  Gündəlik həyatda, habelə sonlu elmlərdə refleksiyanın bu formasından çox tez-tez istifadə edilməsində məqsəd gözdən 
keçirilən predmetlə iĢin necə olduğunu anlamaqdan ibarətdir. Bu araĢdırma üsuluna qarĢı heç bir etiraz etmək mümkün 
olmasa da söz idrakın yalnız ən zəruri məiĢət tələbatlarının ödənilməsindən getdiyindən biz hər halda qeyd etməliyik ki, 
o üsul bizim nə nəzəri, nə də praktiki tələbatlarımızı tam ödəyə bilməz ona görə ki, hələ əsasın özündə və özü üçün 
müəyyən məzmunu yoxdur və deməli, bir Ģeyi əsaslandırılmıĢ gözdən keçirərkən bilavasitəlilik və vasitəlilik arasında 
yalnız formal fərq alırıq. Biz, məsələn, elektrik hadisəsini götürür və onun əsası barəsində sual veririk. Əgər cavab 
verirlər ki, bu hadisənin əsası elektrikdir, onda bu elə gözümüzün qarĢısında olan bilavasitə məzmundur və bütün fərq 
ondadır ki, məzmun indi daxili formaya keçirilmiĢdir. 
  Ancaq o da qeyd edilməlidir ki, əsas nəinki özünün eynidir, habelə özündən fərqlidir, odur ki, eyni bir məzmun üçün 
müxtəlif əsaslar göstərmək olar; əsasların bu müxtəlifliyi fərq anlayıĢı üzrə irəli hərəkəti davam etdirir və eyni bir 


məzmunun lehinə və əleyhinə əsaslar formasında əksliyə çevrilir. Əgər biz, məsələn, hansısa bir hərəkəti, deyək ki, 
oğurluğu gözdən keçiririksə, onda o hərəkət bir çox yöndən fərqləndirilə bilən məzmundur. Bu hərəkət mülkiyyət 
hüququnun pozulmasıdır; lakin ehtiyacı olan oğru bu hərəkət sayəsində öz tələbatlarını ödəmək üçün vasitə əldə edir və 
ola bilər ki, oğurluğa məruz qalan Ģəxs öz mülkiyyətindən yaxĢı istifadə etməmiĢdir. Bu doğrudur ki, burada 
mülkiyyətin pozulması həlledici baxıĢdır və onun qarĢısında digər baxıĢlar geri götürülməlidir, lakin əsas qanunu iĢin 
məhz bu tərəfinin həlledici olduğunu bizə göstərmir. Doğrudur, qanunun adi formasına görə bu qanunda ümumiyyətlə 
əsasdan deyil, kafi əsasdan söz gedir və ona görə də düĢünmək olardı ki, misal gətirilmiĢ hərəkətdə (oğurluqda) irəli 
sürülən bütün baxıĢların – mülkiyyət hüququnun pozulması nöqteyi-nəzərindən baĢqa – hamısı əsaslardır, ancaq qeyri-
kafi əsaslardır. Lakin buna əlavə etməliyik ki, kafi əsasdan danıĢdıqda "kafi" predikatı ya artıqdır, ya da o bizi əsas 
kateqoriyası hüdudundan kənara çıxarır. Göstərilən predikat ("kafi"), əgər ümumiyyətlə yalnız əsaslandırma 
qabiliyyətini ifadə etməlidirsə, onda artıqdır və tavtolojidir, belə ki, əsas yalnız bu qabiliyyətinə görə əsasdır. Əgər əsgər 
döyüĢ meydanından öz həyatını qurtarmaq üçün qaçırsa, bu qanuna ziddir, ancaq demək olmaz ki, onu bu hərəkətə 
təhrik edən əsas kafi olmamıĢdır, belə ki, digər halda o öz postunu tərk etməzdi. Amma o da qeyd edilməlidir ki, əgər 
bir tərəfdən bütün əsaslar kafidirlərsə, digər tərəfdən də əsaslardan heç biri kafi deyil, ona görə ki, artıq yuxarıda qeyd 
etdiyimiz kimi, əsasın hələ özündə və özü üçün müəyyən məzmunu yoxdur və deməli, fəaliyyətli deyil, heç bir Ģey icra 
edə bilməz. Sonradan görəcəyik ki, ancaq anlayıĢ özündə və özü üçün müəyyəndir və deməli, yaradıcı məzmun daĢıyır 
və Leybnis kafi əsas haqqında danıĢarkən və Ģeylərin kafi əsas mövqeyindən gözdən keçirilməsini israr edərkən məhz 
anlayıĢı nəzərdə tutur. Leybnis hər Ģeydən öncə indi də bir çoxlarının sevdiyi xalis mexaniki anlamanı nəzərdə tuturdu 
və haqlı olaraq onu qeyri-kafi sayırdı. Belə ki, məsələn, üzvi qan dövranı prosesinin yalnız ürəyin yığılıb açılmasına 
müncər edilməsi xalis mexaniki anlamadır, eləcə də cinayətkarın cəzalandırılması və zərərsizləĢdirilməsində məqsədin 
qorxutmaqdan və ya buna bənzər digər xarici əsaslardan ibarət olduğunu hesab edən cinayət hüququ nəzəriyyəsi xalis 
mexaniki nəzəriyyədir. Əslində Leybnisin əsas haqqında formal qanun kimi yoxsul bir qanunla kifayətləndiyini 
düĢünənlər haqlı deyillər. Onun irəli sürdüyü baxıĢ üsulu anlayıĢlarda dərk edən idrak tələb olunduğu yerdə təkcə əsas 
üzərində dayanan formalizmə birbaĢa əksdir. Bu baxımdan Leybnis causas finales-i74 bir-birinə qarĢı qoymuĢ və tələb 
etmiĢdir ki, onlardan birincinin üzərində dayanmayıb irəliyə gedilsin və sonuncunun (causas finales) mahiyyəti dərk 
edilsin. Buna uyğun olaraq iĢığın, istiliyin, rütubətin fərqi bitkinin böyüməsinə causas finales kimi deyil, causae 
efficientes kimi gözdən keçirilməlidir, bu isə bitkinin anlayıĢından baĢqa bir Ģey deyil. 
  Burada onu da qeyd etmək olar ki, təkcə əsaslar üzərində (baĢlıca olaraq hüquq və mənəviyyat sahəsində) dayanmaq, 
ümumiyyətlə sofistlərin yanaĢma prinsipinə məxsusdur. Sofistika deyəndə adətən onu hüququ və həqiqəti yalnız təhrif 
etmək məqsədi güdən və ümumiyyətlə Ģeyləri yalnız təsəvvür edən baxıĢ üsulu kimi anlayırlar. Lakin bu meyl, baxıĢ 
nöqtəsi mühakimə yürütmək bacarığından özgə bir Ģey olmayan sofistikaya bilavasitə aid deyil. Sofistlər Yunanıstanda 
elə bir epoxada irəli çıxmıĢdılar ki, din və mənəviyyat sahəsində yunanlar təkcə avtoritet və ənənələri yetərli saymırdılar 
və özləri üçün önəmli olanı vasitəli təfəkkürlə dərk etmək tələbatı hiss edirdilər. Sofistlər Ģeyləri gözdən keçirmək 
imkanı verən bir-birindən fərqli baxıĢlar axtarıĢlarını təlim etməklə bu tələbatı qarĢıladılar; fərqli baxıĢlar isə hər Ģeydən 
öncə əsaslardan baĢqa bir Ģey deyil. Amma az öncə qeyd etdiyimiz kimi, əsasın hələ özündə və özü üçün müəyyən 
məzmunu olmadığından və bir halda ki, mənəviyyatsız, hüquqa və mənəviyyata zidd olan hərəkətlər üçün asanlıqla 
əsaslar tapmaq mümkündür, deməli, hansı əsasların əhəmiyyətli olduğunu qəbul etmək qərarı subyektə verilmiĢ olur. 
Hansı əsasa üstünlük verəcəyi subyektin fərdi ovqatından və niyyətindən asılı hala salınmıĢ olur. Bununla da özlüyündə 
əhəmiyyətli olanın, hamının qəbul etdiyi baxıĢın obyektiv zəmini itirilmiĢ olur və sofistikanın bu mənfi tərəfi hesabına 
sofistlər az öncə qeyd etdiyimiz pis rəyə haqlı olaraq layiq görüldülər. Bəlli olduğu kimi, Sokrat sofistlərlə mübarizə 
aparırdı, ancaq bu mübarizəni avtoritet və ənənəni sadəcə onların mühakimələrinə qarĢı qoymaqla aparmırdı, yalnız 
əsasların əsassızlığını dialektikcəsinə üzə çıxarır və onlara qarĢı ədalət və xeyri, ümumiyyətlə ən ümumini və ya iradə 
anlayıĢını irəli sürürdü. Əgər indi, bizim zamanda da dünya iĢlərini gözdən keçirərkən, habelə tələbatda əsasın yalnız 
rəy yaradır və məsələn, allaha zikr etmək üçün də hər cür əsaslar gətirilirsə, onda Sokrat və eləcə də Platon tərəddüd 
etmədən bu cür mühakimə tərzini sofistika elan edərdilər, çünki dediyimiz kimi, sofistika üçün məzmun (bu məzmun 
doğru da ola bilər) deyil, hər Ģeyi müdafiə etməyə və hər Ģeyə hücum etməyə imkan verən əsasın forması xarakterikdir. 
Bizim düĢüncə ilə zəngin və rezonans yaradan zamanımızda hər bir Ģey üçün, hətta ən pis və pozğun Ģeylər üçün yaxĢı 
əsas gətirməyi bacarmayan insan heç də çox uzaq deyil. Dünyada korlanmıĢ hər bir yeni yaxĢı əsaslar üzərində korlanır. 
Əsaslara, dəlillərə olan Ģikayət öncə bizi üzərində durduğumuz mövqedən imtina etməyə məcbur edir; ancaq biz 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə