MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə52/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   48   49   50   51   52   53   54   55   ...   79

  Amma, ikincisi, münasibətin iç və dıĢ tərəfləri habelə formanın tərifləridir və bir-birinə tam əksdirlər, belə ki, onlardan 
birincisi özü ilə eyniyyət abstraksiyası, ikincisi isə boĢ müxtəliflik və ya reallıq abstraksiyasıdır. Ancaq onlar eyni bir 
formanın ayrı-ayrı momentləri kimi önəmli dərəcədə eyni olduqlarına görə yalnız bir abstraksiyada müəyyənləĢən 
məzmun bilavasitə o birində də vardır. Odur ki, yalnız iç olan habelə bir dıĢ olandır; dıĢ olan isə həmçinin iç olandır. 
  Qeyd. Refleksiyanın adəti yanlıĢlığı mahiyyəti ancaq iç tərəf saymasından ibarətdir. Əgər mahiyyət ancaq bu yöndən 
götürülərsə, onda ona yanaĢmanın bu üsulu da tamamilə dıĢ yanaĢmadır və bu yanaĢmada mahiyyət boĢ dıĢarı bir 
abstraksiyadır. Bir Ģair deyir: 
Təbiətin əsl içini 
Ġnsan ağlı dərk etməkdə acizdir; 
O xoĢbəxtdir görürsə yolu, 
DıĢ qını ilə onun tanıĢ olmağa*78 
  ġair daha doğrusu deməliydi ki, təbiətin mahiyyəti onun üçün iç tərəf kimi müəyyənləĢdiriləndə o bunu yalnız dıĢ qın 
kimi bilir. Ümumiyyətlə varlıqda, eləcə də ancaq hissi qavrayıĢda anlayıĢ hələ yalnız iç tərəfdir. Bu anlayıĢ varlığa və 
hissi qavrayıĢa dıĢ bir Ģeydir, subyektivdir, həqiqətdən məhrum varlıq və təfəkkürdür. Çünki anlayıĢ, məqsəd, qanun 
hələ ki, yalnız iç (daxili) əlamətdir, xalis imkandır, onlar təbiətdə və eləcə də ruhda öncə yalnız dıĢ (xarici) qeyri-üzvi 
təbiətdir, hansısa bir üçüncü elmdir, yad hökmranlıqdır və i. a. 
   
----------------------------- 
* Hötenin "Zur Naturwissenschaft" (Zur Morpholoqie), 1-ci cild, 3-cü dəftərdəki qəzəbli nidası: 
 
 
Ömrüm boyu bunu mənə təsdiqlədilər əbəs,  
 
 
Mənsə hiddətlənirəm səssiz-səmirsiz; 
 
 
Qına və nüvəyə faydasız yerə 
 
 
Təbiəti bölməyə: hər Ģey onda bölünməz.  
----------------------------- 
 
  Ġnsan zahirən, yəni öz hərəkətlərində (əlbəttə, söhbət bədənin dıĢ görkəmindən getmir) nədirsə, onun içi də odur və 
insan ancaq iç varlıqdırsa, yəni əgər o ancaq niyyətlər, ovqatlar sahəsində ləyaqətli, əxlaqlı, onun dıĢ varlığı isə iç varlığı 
ilə eyni deyilsə, onda onun həmin iç varlığı, həm də dıĢ varlığı məzmunsuz və boĢdur. 
  Əlavə. Əvəəlki hər bir münasibətin vəhdəti iç və dıĢ münasibətlərin vəhdəti kimi həm də boĢ nisbiliyin və 
ümumiyyətlə hadisənin aradan qaldırılmasıdır. Ancaq idrak iç və dıĢ tərəfləri ayrı-ayrılıqda qeyd etdiyindən bu boĢ 
formaların hər ikisi eyni dərəcədə əhəmiyyətsizdir. Həm təbiəti, həm də ruh aləmini gözdən keçirərkən iç və dıĢ 
tərəflərin münasibətinin xarakterini lazımi səviyyədə anlamaq və guya yalnız birincinin mühüm olduğu, ancaq onun 
əhəmiyyətli olduğu, ikincinin isə qeyri-mühüm və əhəmiyyətsiz olduğu təsəvvürünə yol verməmək olduqca önəmlidir. 
Bu yanlıĢlığı biz, çox vaxt təbiət və ruh arasındakı fərqin dıĢ və iç arasındakı abstrakt fərqə müncər edilməsində 
görürük. Təbiəti anlamağa gəlincə, o nəinki ruh üçün dıĢarıdır, həm də ümumiyyətlə özündə dıĢarıdır. Lakin bu 
"ümumiyyətlə"ni abstrakt dıĢarılıq anlamında Ģərh etmək lazım deyil, çünki belə bir Ģey yoxdur, o belə baĢa 
düĢülməlidir ki, təbiətin və ruhun ümumi məzmununa malik olan ideya təbiətdə ancaq dıĢarı halda mövcuddur, amma 
məhz ona görə də o təbiətdə ancaq iç (daxili) kimi mövcuddur. Təbiətin bu anlamına qarĢı abstrakt idrak və ya-və yası 


ilə necə üsyan qaldırsa da, yenə də onun bizim adi Ģüurumuzda və habelə (daha müəyyən) dini Ģüurumuzda da yeri 
vardır. Dini Ģüura görə təbiət ruhi aləmdən az olmayaraq allahın xəbəri, vəhyidir və onlar bir-birindən yalnız onunla 
fərqlənir ki, təbiət özünün ilahi mahiyyətini dərk etmək səviyyəsinə ucalmır, ancaq bu səviyyəyə ucalmaq ruhun (ilk 
öncə sonlu ruhun) vəzifəsidir. Təbiətin mahiyyətinə yalnız iç və ona görə də bizim üçün əlçatmaz bir Ģey kimi baxanlar 
bununla allahı xudpəsənd sayan əski insanların mövqeyində durmuĢ olurlar; belə mövqeyə qarĢı artıq Platon və Aristotel 
çıxıĢ etmiĢlər. Allah bizə açıb bildirir ki, o nədir və o bunu əsasən təbiətin vasitəsilə və təbiətdə açıb göstərir. Ancaq 
bundan baĢqa predmetin yetərsizliyi və qeyri-mükəmməlliyi ümumiyyətlə ondan ibarətdir ki, o yalnız dıĢ bir Ģeydir və 
deməli, həm də yalnız iç bir Ģeydir. Belə ki, məsələn, uĢaq ümumiyyətlə insan kimi, doğrudur, Ģüurlu varlıqdır, ancaq 
uĢağın Ģüuru öncə onun iç aləmidir, yəni uĢaqda qabiliyyət kimi mövcuddur. Həmin bu yalnız iç aləm uĢaq üçün nə isə 
bir dıĢ forma olub valideynlərinin iradəsi, müəlliminin biliyi kimi, ümumiyyətlə onu əhatə edən Ģüurlu aləm kimi onun 
qarĢısında durur. UĢağın tərbiyəsi və təhsili ondan ibarətdir ki, öncə ancaq özündə, deməli, baĢqaları (böyüklər) üçün 
mövcud olan uĢaq həm də özü üçün olur. UĢaqda öncə yalnız iç imkan kimi olan Ģüur, tərbiyə vasitəsilə gerçəkləĢir və 
əksinə, uĢağın öncə dıĢ avtoritet kimi baxdığı din, mənəviyyat və elm indi onun tərəfindən özününkü və iç aləmi kimi 
dərk edilir. YaĢlı adam üçün də bunu demək olar, çünki böyüklər öz təriflərinin (böyüklüklərinin) əksinə olaraq 
özlərinin təbii biliklərinin və iradələrinin əsri olurlar; belə ki, məsələn, cinayətkar üçün ona verilən cəzanın dıĢ zorakılıq 
forması vardır, əslində isə cəza onun yalnız öz cinayətkar iradəsinin təzahürüdür. Bu izahdan biz iĢlərinin az uğurlu 
olmasına və hətta əməllərinin Ģərəfləndirilməsinə baxmayaraq, öz xarakterinin dıĢ təzahürlərindən fərqləndirilməli olan 
iç tərəfinə, özünün üstün niyyətlərinə və əqidəsinə istinad edən insana necə yanaĢmalı olduğumuzu görə bilərik. Elə 
hallar ola bilər ki, əlveriĢsiz dıĢ Ģərait üzündən yaxĢı niyyətləri və məqsədyönlü planları gerçəkləndirərkən uğur əldə 
olunmasın. Amma ümumiyyətlə desək, burada da iç və dıĢ tərəflərin önəmli əhəmiyyəti var. Odur ki, biz deməliyik: 
insanın əməli nədirsə, özü də odur və özünün iç aləminin üstünlüyü Ģüuru ilə əylənən yalançı Ģöhrət düĢkünlərinə qarĢı 
incilin bu deyimini irəli sürməliyik: "Onları onların bəhrəsilə tanıyın". Bu deyim hər Ģeydən öncə dinə və mənəviyyata 
münasibətdə ədalətlidir, amma o, elmi və bədii uğurlara da aid edilə bilər. Elmi və bədii uğurlarla ilgili onu da demək 
lazımdır ki, məsələn, bacarıqlı müəllim uĢaqda böyük istedad müĢahidə etdikdə deyə bilər ki, bu uĢaqda Rafael və ya 
Moçart istedadı gizlənir və bu rəyin nə qədər əsaslı olduğunu nəticə göstərəcək. Ancaq əgər bacarıqsız təsviri sənətçi və 
ya pis Ģair öz ruhlarının böyük ideallarla dolu olduğu ilə təskinlik tapsalar, onda bu pis təskinlik olar və onlar əgər tələb 
etsələr ki, onları yaratdıqları məhsula görə deyil, niyyətlərinə, arzularına görə mühakimə etsinlər, onda belə iddianın 
rədd edilməsi ədalətli və əsaslı olardı. Çox vaxt əksinə olur, yəni yaxĢı və ədalətli bir Ģey ortaya qoyan insanlar barədə 
fikir söylərkən bunu yalnız onların xarici əlaməti olduğuna və içdən isə onların nə isə baĢqa Ģeyə öz Ģöhrətpərəstliyini və 
ya digər ləyaqətsiz ehtiraslarını ödəməyə can atdıqlarını təsdiq etmək üçün iç aləmlə dıĢ görüntünü yalançı 
fərqləndirmədən istifadə edirlər. Bu, xəbis düĢüncə obrazıdır ki, özü böyük Ģeylər yarada bilməyən kəs böyüklüyü öz 
səviyyəsinə endirməklə onu kiçiltməyə can atır. Bu cür baxıĢlara qarĢı Hötenin belə bir gözəl aforizmini xatırlatmaq 
lazımdır ki, özgələrin böyüklüyü qarĢısında onları sevməkdən baĢqa qurtuluĢ yolu yoxdur. Sonra, əgər baĢqalarının 
alqıĢlanmalı iĢini görərək onun önəmini sıfıra endirmək üçün ikiüzlülükdən danıĢırlarsa, onda biz bilməliyik ki, insan 
bəzi hallarda riyakarlıq edə, çox Ģeyləri gizlədə bilər, lakin o, ümumiyyətlə özünün iç təbiətini gizlədə bilməz, çünki bu 
hər an decursuz vitac79-də özünü göstərir, belə ki, bununla bağlı da demək olar ki, insan öz hərəkətlərindən baĢqa bir 
Ģey deyil. Özəlliklə ən yeni zamanda, necə deyərlər, praqmatik istorioqrafiya80 iç aləmlə dıĢ görüntünü həqiqətə zidd 
olaraq, ayıraraq böyük tarixi Ģəxsiyyətlərin həqiqi simalarını təhrif etməklə onların qarĢısında günah iĢləmiĢdir. 
Ümumdünya tarixi qəhrəmanların gördüyü böyük iĢlərdən sadəcə danıĢmaqla kifayətlənmək və onların iĢlərinin 
məzmununa iç xarakterlərinin uyğun olduğunu qəbul etmək yerinə tarixçi-praqmatistlər bildikləri açıq faktlar arxasında 
zahiri, uydurma motivlər axtarmağı özlərinin hüququ və borcu sayırlar. Onlar hesab edirlər ki, bu vaxtadək sayılan və 
Ģöhrətləndirilən qəhrəmanı Ģan-Ģbhrətdən məhrum etməyə, onu mənĢəyi və hazırkı dəyəri baxımından istedadsızlar 
səviyyəsinə endirməyə nə qədər müvəffəq olurlarsa, tarix araĢdırmaları da bir o qədər dərinləĢir. Odur ki, onlar 
psixologiyanın bu cür tarixi-praqmatist araĢdırmanın yardımçı fənn kimi öyrənilməsini məsləhət görürdülər, çünki 
insanın öz hərəkətlərində hansı əsl niyyətlərdən çıxıĢ etdiyini biz psixologiyadan bilirik. Lakin bu psixologiya elə bir 
əhəmiyyətsiz bilikdir ki, insan təbiətinin ən ümumi və mühüm əlamətlərini araĢdırmaq yerinə, əsasən yalnız ayrıca və 
təsadüfi istək, ehtiras və sairəni özünün predmetinə çevirmiĢdir. Lakin böyük tarixi iĢlərin özülündə duran motivlərlə 
bağlı olaraq bu psixoloji-praqmatik araĢdırma üsulunu tətbiq edən tarixçi hər halda Vətənin substansial maraqları, 
ədalət, dini həqiqət və i. a. və subyektiv və formal Ģöhrətpərəstlik, hakimiyyətə hərislik, tamahkarlıq maraqları arasında 
seçim etməlidir. Ancaq tarixçi-praqmatistlər ikincini seçirlər və ona görə bu ikincidə əsl hərəkətverici səbəbi görürlər ki, 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə