MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə55/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   51   52   53   54   55   56   57   58   ...   79

ibarət olan xalis imkan kimi iç tərəfdir. Aradan qaldırılmıĢ imkan kimi o, ilkin bilavasitə gerçəklik əsasında yeni 
gerçəkliyin yaranmasıdır. Bu özündə Ģərait anlayıĢına malik olan dəyiĢkənlikdir. Biz bir Ģeyin Ģəraitini gözdən 
keçirərkən o, gözümüzə tamamilə günahsız görünür. Əslində isə bu cür bilavasitə gerçəklikdə tamamilə baĢqa bir Ģeyin 
rüĢeymi vardır. Öncə bu baĢqa Ģey yalnız imkandır, ancaq bu forma sonradan özünü aradan qaldırır və gerçəkliyə 
çevrilir. Bu qayda ilə doğulan yeni gerçəklik bilavasitə gerçəkliyin əsl iç varlığı olub onu udur. Beləliklə, Ģeylərin 
tamamilə baĢqa forması (Gestalt) yaranır və bununla birlikdə baĢqa heç nə yaranmır, çünki birinci gerçəklik yalnız onun 
mahiyyətinə uyğun sayılır. Özünü qurban verən Ģərait əsasa çevrilir və baĢqa gerçəklikdə yalnız özü özündə kimi udulur 
və birləĢir. Gerçəklik üumiyyətlə, yalnız bilavasitə varlıq kimi deyil, mühüm varlıq kimi öz bilavasitəliyinin aradan 
qaldırılmasıdır və bunun sayəsində o özü öünü vasitələndirir. Gerçəklik prosesi ümumiyyətlə budur. 
   
§ 147 
   ) Gerçəkliyin imkan və bilavasitə gerçəklik tərifləri çevrəsi kimi, onların bir-birini vasitələndirməsi kimi inkiĢaf edən 
bu dıĢarılığı ümumiyyətlə real imkandır. Ġmkan və bilavasitə gerçəklik çevrəsi kimi bu real imkan totallıqdır, 
məzmundur, özündə və özü üçün müəyyənləĢmiĢ predmetdir (Sache); bu vəhdətdə həmin təriflərin fərqi baxımından 
gözdən keçirilən real imkan da həmçinin formanın özlüyündə konkret totallığıdır, iç tərəfin özünü dıĢ görüntüyə və dıĢ 
görüntünün iç varlığa bilavasitə keçilməsidir. Formanın bu özhərəkəti, bir tərəfdən fəaliyyətdir, gerçəklikdə özünü 
aradan qaldıran real əsas kimi predmeti hərəkətə gətirməkdir, digər tərəfdən təsadüfi gerçəkliyi, Ģəraiti hərəkətə gətirmə, 
yəni Ģəraitin özü-özünə refleksiyası və onun özü özünü baĢqa gerçəklikdə, predmetin (Sache) özünün gerçəkliyində 
aradan qaldırmasıdır. Bütün Ģərait olduqda predmetin gerçək olması zəruridir və predmetin özü Ģərtlərdən biridir, çünki 
öncə yalnız iç varlıq olmuĢ predmet ancaq bir ehtimallıqdır. ĠnkiĢaf etmiĢ gerçəklik iç varlığın və dıĢ görüntünün bir-
birini əvəzləməsidir. 
  Qeyd. Zərurətə imkan və gerçəkliyin vəhdəti kimi tərif verilməsi bəlkə də doğrudur. Amma belə ifadə olunmuĢ tərif 
dayazdır və ona görə də aydın deyil. Zərurət anlayıĢı çox qəliz anlayıĢdır; qəlizdir ona görə ki, o özündə ayrı-ayrı və 
keçici formalardan ibarət gerçəkliklər kimi baĢa düĢülməli momentləri olan anlayıĢdır. Ona görə də biz sonrakı iki 
paraqrafda zərurəti oluĢduran momentlərin ətraflı izahını veririk. 
  Əlavə. Deyəndə ki, bu Ģey zəruridir, ilk öncə biz soruĢuruq: niyə? Deməli, zərurət müəyyənləĢmiĢ, vasitələnmiĢ 
olmalıdır. Amma, əgər biz, vasitələnmədə dayansaq, yenə də zərurətin nə olduğunu anlaya bilməyəcəyik. Quru boĢ 
vasitələnmə özü vasitəsilə deyil, baĢqası vasitəsilə vasitələnmədir, deməli, o da yenə ancaq təsadüfdür. Zərurətdən isə 
əksinə, biz tələb edirik ki, o özü vasitəsilə özü olsun, deməli, o vasitələnmiĢ olmaqla yanaĢı bu vasitələnmə aradan 
qaldırılmıĢ vasitələnmə olsun. Buna uyğun olaraq biz zərurət haqqında deyirik: o vardır və bununla biz onu baĢqası ilə 
Ģərtlənmənin olmadığı özünün özü ilə sadə münasibəti sayırıq. 
  Tez-tez səslənir ki, zərurət kordur və haqlı səslənir, çünki zərurət prosesində məqsəd hələ özü üçün deyildir. Zərurət 
prosesi bir-biri ilə heç bir bağlılığı olmayan, müstəqil Ģəraitlərin varlığından baĢlayır. Bu Ģəraitlər öz özü ilə üst-üstə 
düĢən bilavasitə gerçəklikdir və bu inkardan yeni gerçəklik yaranır. Burada biz özü özündə ikiləĢmiĢ olan formaya 
malik məzmunla qarĢılaĢırıq: bu məzmun, birincisi, sözü gedən predmetin məzmunudur, ikincisi, nə isə müsbət olan və 
öncə bu anlama malik müxtəlif Ģəraitlərin məzmunudur. Öz aləmində cüzi olan bu məzmun özünün bu xarakteri 
üzündən özünün mənfiliyinə çevrilir və beləliklə, predmetin məzmunu olur. Bilavasitə Ģərait Ģərt kimi dibə hopur (qehen 
zu Qrund), amma eyni zamanda da predmetin məzmunu kimi saxlanılır. Onda bizə deyirlər ki, bu Ģəraitdən və Ģərtdən 
tamamilə baĢqa Ģey yaranır və onu zərurət, həm də kor zərurət adlandırırlar. Əgər biz məqsədyönlü fəaliyyəti nəzərdən 
keçirsək, burada məqsəd qismində artıq öncədən bəlli olan məzmuna malik olarıq; odur ki, bu fəaliyyət kor fəaliyyət 
yox, iĢıqlı fəaliyyətdir. Əgər dünyanın qəzavü-qədər tərəfindən idarə olunduğunu deyiriksə, bu zaman nəzərdə tutulur 
ki, məqsəd ümumiyyətlə özündə və özü üçün müəyyənləĢmiĢ kimi, nəticəsi olan müəyyənlik kimi fəaliyyət göstərir, 
belə ki, nəticə öncədən bəlli olana və istəyə uyğun gəlir. Lakin dünyanı zərurətin müəyyənləĢdirdiyi anlayıĢı və ilahi 
qədərə inamı bir-birinə qarĢı qoymaq olmaz. Tezliklə görəcəyik ki, ilahi qədərin, taleyin əsasında anlayıĢ durur. AnlayıĢ 
zərurətin həqiqətidir və onu özündə aradan qalxmıĢ halda saxlayır və əksinə, özündə zərurət anlayıĢdır. Zərurət 
anlayıĢda dərk olunmadığı, anlayıĢlarda ifadə oluna bilmədiyi dərəcədə kordur və ona görə də insanlıq tarixində baĢ 


verən zərurəti dərk etməyi öz vəzifəsi sayan fəlsəfə tarixinə kor fatalizmi irad tutmaq çox böyük yanlıĢlıqdır. Öz 
vəzifəsini tarixi zərurəti dərk etməkdə görən fəlsəfə tarixi teodiseya85 əhəmiyyəti qazanır və ilahi qədərdə (taledə) 
zərurətin olmadığını düĢünənlər, əslində bu abstraksiya vasitəsilə ilahi qədəri kor, ağılsız zorakılıq səviyyəsinə 
endirirlər. Yalnız mülahizələrə inanmayan dini Ģüur əbədi və dəyiĢilməz ilahi göstəriĢlərdən danıĢır və bunda zərurətin 
allahın mahiyyətinə məxsusluğu açıq etiraf olunur. Allahdan fərqli olaraq insan öz rəyi və iradəsilə öz kaprizinə uyğun 
və ixtiyari hərəkət edir və ona görə də çox vaxt onun hərəkətlərindən gözlədiyi və istədiyindən tamamilə baĢqa bir Ģey 
alınır; allah isə əksinə, nə istədiyini bilir, özünün əbədi iradəsində iç və dıĢ təsadüflərlə müəyyənləĢməyib 
qarĢısıalınmazlıqla düĢündüyünü edir. 
  Zərurət anlayıĢının bizim ovqatımız və davranıĢımız üçün önəmi böyükdür. BaĢ verənləri zərurət kimi anlamaq ilk 
baxıĢda tamamilə məhkum mövqe kimi görünə bilər. Əskidən insanlar, bəlli olduğu kimi, zərurəti tale kimi anlayırdılar, 
çağdaĢ baxıĢ isə daha çox təsəlli baxıĢıdır. Bu baxıĢ ondan ibarətdir ki, fədakarlığımızın əvəzini alacağımız ümidi ilə biz 
məqsədlərimizdən və maraqlarımızdan imtina edirik. Tale isə əksinə, təsəlliyə yer qoymur. Əski insanların tale 
haqqındakı təsəvvürünə yaxından göz yetirərək əmin oluruq ki, bu təsəvvür bizə məhkumluğun mənzərəsindən daha çox 
azadlığın mənzərəsini göstərir. Ona görə belə alınır ki, məhkumluq əksliklərin tutulmasına əsaslanır, belə ki, biz o Ģeyi 
qəbul edirik ki, baĢ vermiĢdir və bu gözlədiyimizə, baĢ vermiĢ olana ziddir. Əski insanlar isə bunun əksini düĢünürdülər: 
bir Ģeyin varlığı necə olmalı idisə, o cürdür. Deməli, burada antoqonizm olmadığı üçün məhkumluq, kədər və üzüntü də 
yoxdur. Taleyə bu cür münasibət, öncə qeyd etdiyimiz kimi, təsəlliyə yer saxlamır; amma belə ovqatın təsəlliyə heç 
ehtiyacı da yoxdur, ona görə ki, burada subyektivlik hələ özünün sonsuzluğu anlamına çatmamıĢdır. Bu baxıĢ antik 
ovqatla çağdaĢ xristian ovqatının müqayisə edilməsində həlledici baxıĢ olmalıdır. Əgər biz subyektivliyi yalnız sonlu, 
təsadüfi və ixtiyari məzmunlu özəl meyl və maraqları olan bilavasitə subyektivlik kimi anlasaq, ümumiyyətlə 
subyektivliyi sözün emfatik86 anlamında (yəni önəmli olan Ģəxs deyil, predmetdir haqlı deyimindəki anlamda) 
predmetdən fərqli Ģəxs (Person) kimi anlamıĢ olarıq, onda əski insanların taleyə sadəcə boyun əyməsinə heyran olmaya 
bilmərik, bu ovqatın öz subyektiv məqsədlərini inadla izləyən və onların əldə olunmasından imtina etməyə məcbur 
olduğunu görəndə bunun əvəzini baĢqa formada alacağı ümidilə təsəlli tapan müasir ovqatdan uca və ləyaqətli olduğunu 
etiraf etməmək olmaz. Sonra demək lazımdır ki, subyektivlik ancaq predmetə qarĢı duran pis və sonlu subyektivlikdən 
ibarət olmayıb öz həqiqətinə uyğun olaraq predmetə immanentdir87 və deməli, sonsuz subyektivlik kimi predmetin 
həqiqətidir. Belə baĢa düĢülən təsəlli baxıĢı tamamilə baĢqa və daha yüksək anlam alır və elə bu anlamda xristian dininə 
təsəlli dini, mütləq təsəlli dini kimi baxılmalıdır. Xristianlıqda, bəlli olduğu kimi, belə bir təlim vardır ki, allah bütün 
insanların qurtuluĢunu istəyir və bununla təsdiq edir ki, subyektivliyin sonsuz dəyəri vardır. Sonra, xristian dininin 
təsəlli dini olması ondan ibarətdir ki, burada allahın özü mütləq subyektivlik kimi dərk edilir, subyektivlikdə isə 
xüsusilik momenti vardır, ona görə də bizim xüsusiliyimiz yalnız abstrakt inkar olunmalı yox, eyni zamanda 
saxlanılmalı xüsusilik kimi etiraf olunur. Doğrudur, əski insanlar da öz allahlarına Ģəxs-allah kimi baxırdılar, lakin 
hansısa Zevsin, Apollonun və i. a. gerçək Ģəxsiyyətlər olmayıb təsəvvür edilmiĢ Ģəxsiyyətlər idi, baĢqa sözlə, bu allahlar 
(daha doğrusu, tanrılar – A. T.) yalnız özləri özlərini bilməyən və ancaq kənardan dərk edilən ĢəxsiyyətləĢdirilmiĢ 
allahlar idi. Antik tanrıların bu qüsurları və gücsüzlüyü ilə biz artıq dini Ģüurda da qarĢılaĢırıq, çünki burada təkcə 
insanların deyil, allahların özlərinin də taleyə tabe olduğu təsəvvürü vardır; bu taleyi biz açılmamıĢ, deməli, bütünlüklə 
Ģəxsiyyətsiz, özlüyü, mənliyi olmayan və kor zərurət kimi təsəvvür etməliyik. Xristian allahı isə əksinə, nəinki hər Ģeyi 
biləndir, və həm də özünü mütləq anlayan allahdır, təkcə təsəvvür olunan Ģəxsiyyət yox, daha çox mütləq gerçək 
Ģəxsiyyətdir. 
  Burada toxunulan məqamların ətraflı gözdən keçirilməsi və inkiĢaf etdirilməsi din fəlsəfəsinin iĢidir; burada isə biz 
ancaq qeyd etməliyik ki, insanın onun baĢına gələnləri "hər kəs öz xoĢbəxtliyini özü qazanır" misalında səsləndiyi 
anlamda baĢa düĢməsi çox önəmlidir. Bu o deməkdir ki, insan yalnız öz meyvələrindən bəhrələnir. Buna əks olan baxıĢ 
ondan ibarətdir ki, biz baĢımıza gələnlərə görə günahı baĢqalarının üzərinə, əlveriĢsiz Ģəraitin və i. a. üzərinə atırıq. Bu, 
məhkumluq baxıĢıdır və eyni zamanda da narazılıq mənbəyidir. Əksinə, insan öz baĢına gələnləri özünün təkamülü 
kimi, yalnız öz günahı kimi qəbul etdikdə, hər Ģeyə azad insan kimi yanaĢır və hər bir Ģəraitdə ədalətsizliyə məruz 
qalmayacağına inamını itirmir. Özü və öz taleyi ilə çəkiĢən insan məhz baĢqalarının ona qarĢı ədalətsiz olduğu barədə 
yalan təsəvvür sayəsində bir çox yöndəmsiz və layiqsiz hərəkətlərə yol verir. Doğrudur, baĢımıza gələnlər arasında 
təsadüflər də çoxdur. Ancaq bu təsadüflərin əsasında insanın təbiiliyi durur. Lakin insan, hər halda öz azadlığı Ģüurunu 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə