MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə56/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   52   53   54   55   56   57   58   59   ...   79

itirmirsə, onda onun baĢına gələn xoĢagəlməz iĢlər onun ruhi aləmini və onun harmoniyasını məhv edə bilmir. Beləliklə, 
insanların razılığı və narazılığı və deməli, onların taleyi, zərurətin təbiətinə baxıĢlarının xarakteri ilə müəyyən olunur. 
   
§ 148 
  Zərurət prosesinin üç momenti bunlardır: Ģəraitin zəruriliyi, predmetin (der Sache) zəruriliyi, fəaliyyətin zəruriliyi.  
  ġərait ) öncədən ehtimal edilən (das Voraus qesetzte) bir Ģeydir; Ģərait yalnız nəzərdə tutulan Ģərait kimi ancaq 
predmetə münasibətdə mövcud olur, amma öncədən nəzərdə tutulduğuna görə Ģərait özü üçün təsadüfi predmetdən asılı 
olmadan mövcud olan dıĢ Ģəraitdir. Lakin totallıq olan predmetə münasibətdə təsadüf olan ehtimal Ģərait habelə bütöv 
Ģərtlər çevrəsidir. .) ġərait passivdir, predmet üçün material kimi istifadə olunur və deməli, predmetin məzmununa girir; 
Ģərait və ya Ģərtlər də bu məzmuna uyğun gəlir və artıq özündə onun bütün təriflərinə malik olur. 
  b. Predmet də həmçinin ) öncədən nəzərdə tutulan bir Ģeydir; nəzərdə tutulan olduğu üçün predmet ancaq iç və 
mümkün olan bir Ģeydir, öncədən nəzərdə tutulan Ģey kimi isə, predmet özü üçün nə isə müstəqil məzmundur. .) 
ġəraitdən istifadə etməklə predmet dıĢarı mövcudluğuna qovuĢur, özünün Ģəraitə uyğun gələn məzmunlu təriflərini 
reallaĢdırır, belə çıxır ki, predmeti Ģərait yaratmıĢ və öz təriflərinə görə Ģəraitə borcludur. 
  c. Fəaliyyət də yenə ) özü üçün fəaliyyətdir (bir sıra insanlar, bir sıra xarakterlər), müstəqildir və habelə Ģərait və 
predmet olduqda mümkündür. .) Fəaliyyət Ģəraiti predmetə və predmeti Ģəraitə keçirən yaxud daha doğrusu, predmeti 
Ģəraitdən hasil edən hərəkətdir. 
  Bu üç zərurət momenti bir-birinə münasibətdə müstəqil mövcudluq formasına malik olduqlarından zərurət prosesi dıĢ 
zərurət kimi çıxıĢ edir. Bu zərurətin predmeti məhdud bir məzmun daĢıyır, çünki predmet sadə müəyyənlikdəki tamdır; 
amma bu tam öz formasına görə özünə dıĢarı olduğundan özündə də özünə məzmunca dıĢarıdır və predmetdəki bu 
dıĢarılıq onun məzmununun hüdududur. 
   
§ 149 
  Ona görə də zərurət özündə təkdir, özü özünün eynidir, ancaq məzmunla dolu mahiyyətdir və bu mahiyyət özü özündə 
öz görünüĢü ilə elə parlayır ki, onun öz görüntüsündəki fərqləri müstəqil fəaliyyətlər forması alır və bu eynilik habelə 
(mütləq forma kimi) vasitələnmiĢ varlıqda [bilavasitəliyin] aradan qaldırılmasından ibarət olan fəaliyyətdir və 
bilavasitəlikdə vasitələnmədir. Zəruri olan vasitələndirici əsasa (predmet və fəaliyyətə) və nə isə bir bilavasitə 
gerçəkliyə, həmçinin Ģəraitdən ibarət olan təsadüfə bölünən bir baĢqası vasitəsilə mövcud olur. Bir baĢqası vasitəsilə 
mövcud olan zərurət özündə özü üçün zərurət olmayıb yalnız ehtimali zərurətdir. Ancaq bu vasitələnmə eyni zamanda 
bilavasitə özünü aradan qaldırmadır. Əsas və təsadüfi Ģərait bilavasitəliyə keçirilir ki, bunun da sayəsində ehtimallıq 
gerçəklikdə aradan qaldırılmıĢ olur və predmet özünə qayıdır. Özünə bu qayıdıĢdakı zərurət sadəcə Ģərtsiz gerçəklik 
kimi mövcuddur. Beləliklə, zərurət Ģəraitlər çevrəsilə vasitələnmiĢ bir Ģeydir; ona görə bu belədir ki, Ģərait elədir və eyni 
zamanda Ģərait bilavasitə belədir, var olduğu üçün belədir. 
  a. Substansial münasibət 
   
§ 150 
  Zərurət özlüyündə mütləq münasibətdir, yəni bizim aydınaĢdırdığımız (ötən paraqrafda) o prosesdir ki, orada 
münasibət də həmçinin özünü aradan qaldırır və mütləq eyniyyətə keçir. 


  Bu münasibət özünün bilavasitə formasında substansial və aksidental88 münasibətdir. Bu münasibətin özünün özü ilə 
mütləq eyniyyəti substansiyadır, zərurət kimi iç mövcudluğun bu formasının inkarlığıdır, deməli, özünü gerçəklik kimi 
tələb edir. lakin bu münasibət eynilə həm də bilavasitə gerçəklik kimi gerçəkliyin yalnız baĢqa bir gerçəkliyə keçmək 
imkanından ibarət dıĢ mövcudluğun inkarlığıdır. Bu keçid formanın fəaliyyəti ( 
§ 148, 149) kimi substansial eyniyyətdir. 
   
§ 151 
  Beləliklə, substansiya aksidensiyanın totallığıdır və bu totallıqda o onların mütləq inkarlığı kimi, daha doğrusu, mütləq 
gücü kimi, və habelə hər cür məzmunun zənginliyi kimi açılır. Amma bu məzmun bu manifestasiyanın özündən özgə bir 
Ģey deyil, çünki özü özünə refleks etmiĢ, məzmuna keçmiĢ müəyyənlik substansiyanın gücünə çevrilmiĢ formanın yalnız 
momentidir. Substansiallıq formanın mütləq fəaliyyəti və zərurətin gücüdür və hər bir məzmun ancaq bu prosesə 
məxsus olan momentdir, forma və məzmunun bir-birinə mütləq çevrilməsidir. 
  Əlavə. Fəlsəfə tarixində substansiya ilə spinoza fəlsəfəsinin prinsipi kimi qarĢılaĢırıq. Tərifləndiyi qədər də rədd edilən 
bu fəlsəfənin önəmi və dəyəri ilə bağlı Spinozanın çıxıĢından bəri çox böyük anlaĢılmazlıqlar yaranmıĢ və onun 
barəsində çox yanaki sözlər deyilib. Spinozanın sistemini əsasən ateizmdə, sonrakı dövrdə isə panteizmdə 
suçlandırdılar; ona panteizmi ona görə irad tutdular ki, Spinoza allahı yalnız substansiya kimi anlamıĢdır. Bu iradlara nə 
kimi əhəmiyyət verəcəyimizi biz, məntiqi ideya sistemində substansiyanın yerini gözdən keçirdikdə biləcəyik. 
Substansiya ideyanın inkiĢafı prosesində mühüm bir pillədir; lakin o, mütləq ideya olmayıb, zərurətin hələ məhdud 
formasındakı ideyadır. Doğrudur, allah zərurətdir və ya mütləq predmetdir, amma allah habelə mütləq Ģəxsiyyətdir və 
bu, Spinozanın çatmadığı məqamdır və elə bu məqama görə etiraf olunmalıdır ki, spinoza fəlsəfəsi allahın həqiqi 
anlayıĢından – xristian dini Ģüurunun məzmununu oluĢduran anlayıĢdan arxada qalmıĢdır. Spinoza soy kökünə görə 
yəhudi olmuĢdur və onun fəlsəfəsində fikri formada bütün sonluların yalnız keçici, yox olması barədə doğu (Ģərq) 
düĢüncəsi ifadə olunmuĢdur. Bu doğu baxıĢı, substansial vəhdət haqqında təlim bütün sonrakı həqiqi inkiĢafın əsasını 
oluĢdursa da onun üzərində dayanmaq olmaz; o baxıĢda spinozaizm ilə eyni vaxtda ilk dəfə Leybnis monodologiyasında 
fəlsəfi formada çıxıĢ etmiĢ batı (qərb) fərdilik prinsipi çatıĢmır. 
  Əgər biz yenə də Spinozanın fəlsəfəsinə qarĢı irəli sürülən ateizm barədə irada qayıtsaq, etiraf etməli olaraq ki, bu irad 
əsaslandırılmadığı üçün rədd edilməlidir, belə ki, onun fəlsəfi təlimi nəinki allahın varlığını inkar etmir, əksinə, onu tək 
həqiqi varlıq kimi qəbul edir. Ancaq Spinoza allah haqqında tək həqiqi varlıq kimi söz açsa da Spinoza allahı həqiqi 
allah deyildir və odur ki, heç allah deyildir. Axı elə bu haqla biz öz fəlsəfəsində ideyanın bu və ya digər aĢağı pilləsində 
duran bütün baĢqa filosofları da ateizmdə təqsirləndirə bilərik, bu minvalla biz, habelə nəinki allahı yalnız hökm edən, 
ağa kimi baĢa düĢən yəhudiləri və məhəmmədiləri, eləcə də allahı dərk olunmaz, uca və özündə Ģey kimi baxan bütün 
xristianları ateizmdə suçlamalı olardıq spinoza fəlsəfəsinə ateizmlə bağlı edilən irad əsasən ondan ibarətdir ki, onun 
fəlsəfəsində fərq və ya sonluluq özünün lazımi yerini tutmur və bu fəlsəfi sistem ateizmdən çox akosmizm89 
adlandırılmalı idi, belə ki, Spinozaya görə dünya müsbət varlıq anlamında mövcud deyil. Buradan asanlıqla görmək olar 
ki, ona panteizmlə bağlı tutulan irada necə münasibətdə olmalıyıq. Əgər çox vaxt olduğu kimi panteizm adı altında 
sonlu Ģeylərə və onların kompleksinə allah kimi baxan təlim anlasaq, onda Spinozanın fəlsəfəsini panteizmdə suçdan 
azad etməliyik, belə ki, o fəlĢsəfəyə görə sonlu Ģeylərin, yaxud ümumiyyətlə dünyanın sadəcə həqiqəti yoxdur; bu 
fəlsəfə isə əksinə, əlbəttə, akosmizmə inanır. 
  Spinoza fəlsəfəsinin öz məzmununa münasibətdə axsaqlığı onun formasına da aiddir, yəni: Spinoza substansiyanı öz 
sisteminin baĢına qoyur, onu təfəkkürün və cazibənin vəhdəti kimi müəyyənləĢdirir, ancaq onların bu fərqinə və 
substansial vəhdətinə necə gəldiyini göstərmir. Sonradan Spinoza məzmunu riyazi metod deyilən metodla araĢdırır və 
bu üsulla öncə təriflər və aksiomlar verir, sonra isə sübutu təkcə bu sübut olunmamıĢ ilkin müddəalarla 
eyniləĢdirməkdən ibarət olan teoremlər irəli sürür. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə