MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə57/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   53   54   55   56   57   58   59   60   ...   79

  Spinoza fəlsəfəsi metodlarının, hətta onun məzmununu və nəticələrini bütünlüklə rədd edən metodlarının ciddi 
ardıcıllığına görə təriflənsə də, əslində onun formasının da Ģübhəsiz qəbul olunması nə qədər əsassızdırsa, onun 
məzmununun tərəddüd edilmədən atılması da bir o qədər əsassızdır. Spinosizmin məzmununun yetərsizliyi ondan 
ibarətdir ki, orada forma məzmuna immanent olaraq baĢa düĢülmür və ona görə də məzmuna dıĢ, subyektiv forma kimi 
birləĢir. Substansiya Spinozada dialektik vasitələnmə mərhələsini keçmir, bilavasitə qəbul edilir; odur ki, substansiya 
burada ən ümumi inkarı, mənfi güc kimi yalnız özlüyündə çox kiçik və müsbət davamlılığa malik heç bir Ģey 
yaratmayan, hər cür müəyyən məzmunu udan qaranlıq bir dərinliyə bənzəyir. 
   
§ 152 
  Substansiya mütləq güc kimi, özünə yalnız iç imkan kimi yanaĢan və deməli, özünü təsadüf (aksidental) kimi müəyyən 
edən, ehtimalı dıĢarılıqdan fərqlənən güc olması sayəsində özəl bağlantıdır (əlaqədir) (zərurətin birinci formasında 
olduğu kimi o, substansiyadır). O, səbəbiyyət bağlantısıdır. 
   
 
b. Səbəbiyyət bağlantısı 
   
§ 153 
  Substansiya səbəbdir, çünki bir tərəfdən o özünün aksidentallığa keçməsinə əks olaraq özü özünə refleksləĢdiyindən 
əzəli bir Ģeydir (ursprünqliche Sache), digər tərəfdən substansiya, habelə özü-özünə-refleksiyasını, yaxud özünün xalis 
imkan halını aradan qaldırır, özünü özünün inkarı kimi müəyyən edir və beləliklə nə isə hərəkət, hansısa bir qərarlaĢmıĢ 
gerçəklik, amma təsir etməsi prosesi sayəsində habelə zəruri gerçəklik doğurur. 
  Qeyd. Əzəli bir Ģey kimi səbəb təsirə münasibətdə mütləq müstəqillik və davamlılıq təriflərinə malikdir, ancaq 
yuxarıda göstərdiyimiz kimi səbəbin əzəliliyi eyniyyətdən ibarət olan zərurətdə hərəkətə və ancaq hərəkətə keçir. 
Hərəkətdə səbəbdə olan məzmundan baĢqa məzmun yoxdur (çünki burada yenə də müəyyən məzmun barədə söz gedə 
bilər); yuxarıda göstərilən eyniyyətin özü mütləq məzmundur. Ancaq bu eyniyyət də formanın tərifidir, səbəbin əzəliliyi 
hərəkət və ya təsirlə aradan qalxır və bu hərəkətdə səbəb özünü müəyyənliyə çevirir. Bu zaman səbəb yox olmur və təsir 
tək gerçəklikdən ibarət olmur, çünki bu müəyyənlik də bilavasitə aradan qalxır və o daha çox səbəbin özünün özünə 
refleksiyası, onun əzəliliyidir; səbəb yalnız təsirdə gerçək və səbəb kimi mövcuddur. 
  Vasitələnməyə dair birtərəfli təsəvvürə bağlanıb qalan Yakobi ("Briefe über Spinoza", 2-ci nəĢr, səh. 416-da) cauza sui 
(və ya effectus sui) yəni səbəbin bu mütləq həqiqətini yalnız formalizm hesab etmiĢdir. O da hesab etmiĢdir ki, allah 
əsas kimi deyil, əslində Ģeylərin səbəbi kimi müəyyən edilməlidir. Səbəbin təbiəti haqqında daha əsaslı düĢüncə onu 
göstərə bilər ki, o, istədiyini əldə edə bilməmiĢdir. Hətta sonu səbəbdə və onun haqqında təsəvvürdə məzmuna 
münasibətdə bü eyniyyət göz önündədir; yağıĢ (səbəb) və təmizlik (təsir) eynidir, sudur. Formaya gəlincə isə təsirdə 
(təmizlikdə) səbəb (yağıĢ) öz anlamını itirir, amma bununla birlikdə səbəbsiz heç nə olan təsir tərifində ancaq mənasız 
nəmiĢlik tərifi qalır. 
  Səbəb səbəbiyyət bağlantısının adi anlamında sonludur, çünki onun məzmunu sonludur (məsələn, sonlu 
substansiyalarda olduğu kimi) və biz səbəb və təsiri iki müstəqil mövcudluqlar kimi təsəvvür edirik, ancaq biz onları 
araĢdırarkən səbəbiyyət bağlantısından sərfnəzər etdikdə o cür təsəvvür edirik. Belə ki, sonlu sferasında biz heç vaxt bir-
birilə bağlı olan formaların təriflərinin fərqindən kənara çıxmadığımız üçün səbəb həm də bir Ģərtilik və ya təsir kimi 
müəyyənləĢmiĢ olur: o zaman səbəbin də öz sırasında səbəbi olur. Burada da təsirdən səbəbə doğru sonsuz proqres belə 


yaranır. Və səbəblə eyniyyəti baxımından araĢdırılan təsiri biz səbəb kimi və məhz öz sırasında baĢqa təsirlər doğuran 
baĢqa bir səbəb kimi və s. və i. a. müəyyənləĢdirdikdə enən proqres alınır. 
  Əlavə. DüĢüncə substansiallığı qəbul etməkdə nə qədər inad edirsə, səbəbiyyət, yəni səbəb və təsirin bağlılığı onun 
üçün bir o qədər vərdiĢ halını alır. Məzmunu zərurət kimi anlamaqdan söz getdikdə empirik-əqli refleksiya öz vəzifəsini 
bu məzmunu baĢlıca olaraq səbəb bağlantısına müncər etməkdə görür. Amma bu bağlantı Ģübhəsiz və zərurətə məxsus 
olsa da, özünün özü ilə sadə bağlantısı ilə özünü aĢkarlama olduğu kimi də səbəbiyyətdə olan vasitələnmənin aradan 
qaldırılmasından ibarət zərurət prosesinin ancaq bir tərəfidir. Əgər biz səbəbiyyətdən irəli getmiriksə, onda həqiqi səbəb 
deyil, sonlu səbəb əldə etmiĢ oluruq və o zaman bu münasibətin sonluluğu səbəb və təsirin bir-birindən fərqli halda 
götürülməsindən ibarət olur. Ancaq səbəb və təsir nəinki bir-birindən fərqlidir, həm də bir-birinin eynidir və bu 
eyniyyəti hətta gündəlik Ģüurumuzda da tapmaq olar: biz, səbəbə təsir yaratdığı üçün səbəb deyirik, eyni zamanda təsir 
ona görə təsir adlanır ki, səbəbi var. Deməli, səbəb və təsir məzmunca eynidir və onların arasındakı fərq əsasən yalnız 
ehtimalla qərarlaĢma arasındakı fərqdir və formanın bu fərqi yenidən özünü aradan qaldırır, belə ki, səbəb nəinki nə isə 
bir baĢqasının, həm də özü özünün səbəbidir və təsir nəinki nə isə bir baĢqasının, eləcə də özü özünün təsiridir. Bu 
baxıĢa görə Ģeyin sonluluğu ondan ibarətdir ki, səbəb və təsir öz anlayıĢlarına görə eyni olsalar da bu iki forma yenə də 
ayrı-ayrılıqda çıxıĢ edirlər, belə ki, gerçəkdən səbəb həm də təsir, təsir isə həm də səbəb olsa da, səbəbin təsir, təsirin isə 
səbəb olması onların birinin səbəb o birinin isə təsir olması yönündən deyildir. Bu yenə də özünü, habelə sonsuz təsirlər 
sırası kimi göstərən səbəblərin sonsuz sırası halında sonsuz proqresə gətirib çıxarır. 
   
§ 154 
  Təsir səbəbdən fərqlənir; təsir qərarlaĢmalıdır, ancaq qərarlaĢma eyni zamanda da özü-özünə-refleksiya, bilavasitəlik 
və səbəbin hərəkətidir, bununla birlikdə onun qərarlaĢması öncədən qərarlaĢmadır, çünki biz təsirin səbəbdən 
fərqlənməsindən çıxıĢ edirik. Deməli, bununla təsirin yönəldiyi baĢqa substansiya verilir. Bilavasitə substansiya kimi bu 
substansiya özü ilə münasibətdə olan inkarlıq deyildir və fəal yox passivdir. Lakin o substansiya kimi həm də aktivdir 
və öncə qərarlaĢmıĢ bilavasitəliyi və onda olan təsiri aradan qaldırır: o təpgi verir, yəni özü özünün bilavasitəliyinin və 
ya onda olan təsirin aradan qaldırılmasından ibarət olan birinci substansiyanı aradan qaldırır; deməli, bu birinci 
substansiya baĢqa substansiyanın aktivliyini aradan qaldırır və həmçinin təpgi göstərir. Beləliklə, səbəbiyyət qarĢılıqlı 
təsir bağlantısına keçir. 
  Qeyd. QarĢılıqlı təsirdə səbəbiyyət hələ özünün həqiqi tərifini tapmasa da, hər halda, qarĢılıqlı təsirdə səbəblərin və 
təsirlərin sonsuz proqresi həqiqətən aradan qaldırılmıĢ olur, çünki səbəblərdən təsirlərə və təsirlərdən səbəblərə birtərəfli 
keçid öz yolundan çıxır və əks istiqamət alır. Bu sonsuz proqresin özlüyündə qapalı bağlantıya qayıtması burada da hər 
yerdə olduğu kimi bu fikirdən məhrum təkrarlanmada yalnız eyni bir Ģeydən: iki səbəbin və onların bir-biri ilə bağlı 
olması kimi sadə refleksiyadan ibarətdir. Amma bu bağlılığın inkiĢafı, qarĢılıqlı təsir səbəblərin fərqləndirilməsinin yox, 
özü üçün göstərilən və hər birində baĢqasının olduğu, elə ona görə də ayrılmaz və eyni olan momentlərin 
fərqləndirilməsidir, belə ki, səbəb təsirdə səbəbdir, təsir isə səbəbdə təsirdir. 
  c. QarĢılıqlı təsir 
   
§ 155 
  QarĢılıqlı təsirdə fərqli təriflər kimi tutulan təriflər a) özündə eyni təriflərdir; bir tərəf eynilə o biri tərəf kimi səbəbdir, 
ilk baĢlanğıcdır, fəaldır, passivdir və i. a. baĢqa tərəfin tələb olunması və ona olan təsir, bilavasitə ilkinlik və 
növbələĢmə vasitəsilə qərarlaĢma qarĢılıqlı təsirdə olan hər iki tərəfdə eynidir. Birinci səbəb kimi qəbul edilən səbəb 
özünün bilavasitəliyi sayəsində passivdir, qərarlaĢmadır və təsirdir. Odur ki, yuxarıda sözü getmiĢ iki səbəbin bir-
birindən fərqi məzmunsuzdur və əslində özündə özünün təsiri ilə özünü substansiya kimi aradan qaldırdığı dərəcədə 
özünün yaratdığı bu təsirdə səbəb kimi öz müstəqilliyini saxlayan tək bir səbəb vardır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə