MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 156    [[] Ancaq bu vəhdət habelə özü üçündür, belə ki, momentlərin bir-birini bu cür əvəz etməsi səbəbin özü özünü tələb



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə58/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   54   55   56   57   58   59   60   61   ...   79

   
§ 156 
  [[] Ancaq bu vəhdət habelə özü üçündür, belə ki, momentlərin bir-birini bu cür əvəz etməsi səbəbin özü özünü tələb 
etməsidir və onun varlığı yalnız bu tələb etmədən ibarətdir. Fərqin önəmli olmaması nəinki özündə və ya bizim 
refleksiyamızdır (öncəki paraqraf), həm də qarĢılıqlı təsirin özü o deməkdir ki, müəyyən olunmuĢ təriflərin hər biri 
yenidən aradan qaldırılır və əks tərifə çevrilir, deməli, momentlərin özündə önəmsizliyi tələb olunur. Ġlkinlikdə təsirin 
olması tələb olunur, yəni ilkinlik aradan qaldırılır; səbəbin təsiri təpgi olur və s. 
  Əlavə. QarĢılıqlı təsir tam inkiĢaf etmiĢ səbəbiyyət asılılığıdır və Ģeylərin səbəbiyyət baxımından araĢdırılmasının 
yuxarıda göstərilən sonsuz proqres sayəsində yetərsiz olduğuna əmin olduqda refleksiya adətən bu asılılığa yönəlir. Belə 
ki, məsələn, tarixi araĢdırmalarda, ilk öncə müəyyən bir xalqın xarakteri və adət-ənənələləri bu xalqın dövlət və onun 
qanunlarının səbəbi və ya bu səbəbin təsiridirmi sualı araĢdırılır, sonra da bu iki faktoru – bir tərəfdən xarakter və adət-
ənənələri, o biri tərəfdən isə dövlət quruluĢu və onun qanunlarını – onların qarĢılıqlı təsiri baxımından anlamağa 
çalıĢırlar, belə ki, səbəb səbəbiyyət baxımından həm də təsirdir, təsir isə təsir olduğu baxımından həm də səbəbdir. 
Təbiəti, özəlliklə ayrı-ayrı orqanları və funksiyaları bir-birilə qarĢılıqlı təsir münasibətində olan canlı orqanizmlərin 
araĢdırılması və öyrənilməsində də o üsuldan istifadə edilir. Amma qarĢılıqlı təsir səbəb və təsir bağlılığının Ģüğhəsiz, 
əsas həqiqəti olsa da və anlayıĢın astanasında dursa da elə bu səbəbdən anlayıĢlı (məntiqi – A. T.) idrakdan söz getdikdə 
səbəb və təsir bağlılığından istifadə etməklə kifayətlənmək olmaz. Əgər məzmunun qarĢılıqlı təsir baxımından 
araĢdırılmasından irəli getmirlərsə, onda əslində anlayıĢdan məhrum olan baxıĢ üsulu üzərində durmuĢ olurlar; o zaman 
biz quru faktla üzləĢmiĢ oluruq və səbəbiyyət bağlantısından istifadə edilməsinin baĢlıca motivi olan vasitəli ifadə etmək 
tələbi yenə də yetərsiz olur. Əgər qarĢılıqlı təsir bağlantısına yaxından göz yetirsək, görərik ki, onun yetərsiz olması 
anlayıĢın ekvivalenti olmaq əvəzinə özünün anlayıĢlarda dərk olunmasını tələb etməkdən ibarətdir. QarĢılıqlı təsir 
bağlantısını dərk etmək üçün isə biz, onun tərəflərini bilavasitəlik halında saxlamayıb, bundan öncəki iki paraqrafda 
göstərdiyimiz kimi, onları üçüncü, yüksək tərəfin, daha dəqiq deyilərsə, anlayıĢın momentləri kimi dərk etməliyik. Əgər 
biz, məsələn, sparta xalqının adət-ənənələrinə onların dövlət quruluĢunun təsiri kimi və əksinə, onların dövlət 
quruluĢuna adət-ənənələrinin təsiri kimi baxsaq, ola bilər ki, bu, dügün baxıĢ olsun, lakin bu baxıĢ bizi yenə də qəti 
təmin etmir, çünki bu baxıĢ bizə əslində bu xalqın nə dövlət quruluĢu, nə də adət-ənənələri barədə anlayıĢ vermir. 
Ġstəyimizə yalnız bu iki tərəfin, eləcə də sparta xalqının həyatını və tarixini açan digər tərəflərin əsasında anlayıĢın 
durduğunu dərk etdikdə çatırıq. 
   
§ 157 
  [[] Öz özü ilə bu xalis əvəzlənmə açılmıĢ və ya müəyyənləĢmiĢ zərurətdir. Zərurət bağlantısı eyniyyətdir, çünki o, 
gerçək sayılan, ancaq müstəqilliyi zərurət olan Ģeylərin eyniyyətidir. Odur ki, substansiyanın səbəbiyyət vasitəsilə 
hərəkəti və qarĢılıqlı təsir müstəqilliyin özü ilə sonsuz inkarı münasibət sayılmasından ibarətdir; bu bağlantı 
ümumiyyətlə fərqin və vasitələnmənin qarĢılıqlı olaraq müstəqil gerçək Ģeylərin ilkinliyinə çevrildiyi inkar bağlantısıdır; 
o özü özü ilə sonsuz bağlantıdır, çünki tərəflərin müstəqilliyi yalnız onların eyniyyəti kimi çıxıĢ edir. 
   
§ 158 
  Deməli, zərurətin bu həqiqəti azadlıqdır və substansiyanın həqiqəti olan anlayıĢ, müstəqilliyi özünü özündən müstəqil 
varlıqlara itələyən və elə bu itələmə kimi özü özünün eyni olan anlayıĢdır; və özü özündə baĢ verən bu qarĢılıqlı hərəkət 
yalnız özü olaraq qalır. 
  Əlavə. Zərurəti Ģərt sayırlar və onun bilavasitəlik formasından irəli getmədikləri üçün onu sərt adlandırmaqda 
haqlıdırlar. Burada biz bir halla və ümumiyyətlə bir davamlı məzmunla qarĢılaĢırıq və zərurət adı altında ilk öncə bir 
davamlı məzmuna baĢqa bir məzmunun basqı yaparaq onu məhv etməsi baĢa düĢülür. Bilavasitə və ya abstrakt zərurətin 


sərt və təəssüf edilən olması bundan ibarətdir. Bir-birilə zəruri bağlılıqda olan və ona görə də müstəqilliklərini itirən bu 
iki məzmunun eyniyyəti hələ yalnız iç eyniyyətdir və zərurətə tabe olan tərəflər üçün mövcud deyil. Beləliklə, bu 
mərhələdəki azadlıq hələ yalnız bilavasitə nəyiksə və nəyə malikiksə, ondan imtina etməklə xilas olduğumuz abstrakt 
azadlıqdır. Amma gördüyümüz kimi, zərurət prosesi elədir ki, onun sayəsində öncə inadlı, sərt olan dıĢ örtük, qlaf 
aradan qaldırılır və onun iç nüvəsi açılır. Onda bəlli olur ki, bir-birilə bağlı olan məzmunlar bir-biri üçün özgə olmayıb 
yalnız eyni bir tamın biri o biri ilə bağlılığında özü olaraq qalan və özü özü ilə birləĢən momentləridir. Bu, zərurətin 
azadlığa dəyiĢilməsidir və bu azadlıq abstrakt inkarı azadlıqdan daha çox konkret və müsbət azadlıqdır. Buradan 
həmçinin nəticə çıxara bilərik ki, azadlığın və zərurətin bir-birini istisna etməsi barədə anlayıĢ doğru deyil. Əlbəttə, 
zərurət hələ özlüyündə azadlıq deyildir, amma azadlığın ilkin Ģərti zərurətdir və zərurəti bərtərəfləĢdirilmiĢ halda özünə 
daxil edir. Əxlaqlı insan özündə və özü üçün güc olan zərurəti öz fəaliyyətinin məzmunu sayır və bu onun azadlığına 
nəinki xələl gətirmir, əksinə, yalnız bunu dərk etməklə onun azadlığı məzmunsuz və yalnız imkan halında olan 
azadlıqdan ibarət özbaĢınalıqdan fərqli olaraq gerçək və məzmunlu azadlıq olur. CəzalandırılmıĢ cani ona verilən cəzaya 
azadlığının məhdudlaĢdırılması kimi baxa bilər; lakin əslində cəza caninin tabe olduğu yad güc olmayıb yalnız onun öz 
əməlinin təzahürüdür və bunu etiraf etdikdə o özünü azad insan kimi aparır. Ġnsanın ali müstəqilliyi, ümumiyyətlə 
özünün bütünlüklə mütləq ideya ilə müəyyənləĢdiyini bilməsindən ibarətdir; belə Ģüuru və davranıĢı Spinoza amor 
intellektualis Dei90 adlandırır. 
   
§ 159 
  Deməli, özü-özünə-refleksiyanın görüntüsü eyni zamanda müstəqil bilavasitəlik və fərqləndirilmiĢ gerçəkliyin bu 
varlığı yalnız bilavasitə özündə özünə görüntüsü olduğundan varlığın və mahiyyətin həqiqəti anlayıĢdır. 
  Qeyd. AnlayıĢ ona özünün əsası kimi qayıdan varlığın və mahiyyətin həqiqəti olduğundan o, özünün əsası olan 
varlıqdan inkiĢaf etmiĢdir. Bu irəliləmə hərəkətinin birinci tərəfinə varlığın özündə özünə dərinləĢməsi kimi baxmaq 
olar, bu irəliləmə hərəkətində həm də onun iç üzü açılır; bu hərəkətin ikinci tərəfinə isə az mükəmməldən daha 
mükəmməl olanın törənməsi kimi baxmaq olar. Bu cür inkiĢafın yalnız sonuncu tərəfi kimi baxılması fəlsəfəyə irad 
tutulur. Az mükəmməllik və daha mükəmməllik haqqında dayaz fikirlərin burada daha müyyən anlamı özü ilə bilavasitə 
vəhdət kimi varlığın özü ilə sərbəst vasitələnmə kimi anlayıĢdan fərqlənməsindən ibarətdir. Varlıq özünü anlayıĢın 
momenti kimi açdığından anlayıĢ varlığın həqiqəti olur. Özü-özünə-refleksiya və vasitələnmənin aradan qaldırılması 
kimi anlayıĢ bilavasitənin Ģərti – özü özünə qayıdıĢla eyni olan Ģərtdir, bu eyniyyət isə azadlığı və anlayıĢı oluĢdurur. 
Odur ki, əgər anlayıĢın bu momentini qeyri-mükəmməl adlandırırlarsa, onda anlayıĢ, mükəmməl, Ģübhəsiz ki, qeyri-
mükəmməldən inkiĢaf edir, çünki mükəmməl olan önəmli dərəcədə özünün bu Ģərtinin aradan qaldırılmasından 
ibarətdir. Lakin anlayıĢ eyni zamanda özünü nəzərdə tutaraq bu Ģərti yaradır. 
  AnlayıĢ gerçəkliyə malik və gerçəkliyi həm də özündə özü ilə azad görüntüdən ibarət sadə bilavasitəlik kimi varlığa 
qayıdan mahiyyət kimi müəyyən edildi. Deməli, varlığın anlayıĢı var və bu anlayıĢ varlığın özünün özü ilə sadə 
bağlantısı və ya özünün özü ilə vəhdətinin bilavasitəliyidir. Varlıq o qədər yoxsul tərifdir ki, onu anlayıĢda ən kiçik tərif 
kimi göstərə bilərik. 
  Zərurətdən azadlığa və ya gerçəklikdən anlayıĢa keçid olduqca çətindir, çünki biz müstəqil gerçəkliyi onun özünün 
baĢqa müstəqil gersçəkliyinə keçidi və eyniyyətində bütün substansiallığa malik gerçəklik kimi düĢünməliyik; beləliklə, 
anlayıĢın özünü də anlamaq çox çətindir, çünki anlayıĢın özü bu eyniyyətdir. Ancaq gerçək substansiya – özünün özü-
üçün-varlığında öz aləminə heç nəyin nüfuz etməsinə yol vermək istəməyən səbəb – artıq müəyyənliyə keçmək 
zərurətinə (yaxud taleyə) tabedir və bu keçid daha da çətindir. Zərurət təfəkkürü isə əksinə, daha çox bu çətinliyin həll 
olunmasıdır, çünki o baĢqasında özünün özü ilə uyğunluğudur; təfəkkür abstraksiyaya qaçıĢdan ibarət azadlıq olmayıb, 
gerçək olanın zərurətin hökmünə bağlı olan baĢqa gerçəklikdə baĢqa varlığa deyil, öz varlığına və müəyyənliyinə malik 
olan azadlıqdır. Özü üçün mövcud azadlıq kimi bu azadlıq "mən" adlanır; öz totallığına qədər inkiĢaf etmiĢ azad ruh 
adlanır; sevgi hissi adlanır; zövq kimi – xoĢbəxtlik adlanır. Spinozanın substansiyaya baxıĢının böyüklüyü 
substansiyanın yalnız özündə özü-üçün sonlu varlıqdan azad olmasından, anlayıĢın isə özü üçün zərurət gücündən və 
gerçək azadlıq olmasından ibarətdir. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə