MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə59/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   55   56   57   58   59   60   61   62   ...   79

  Əlavə. Əgər anlayıĢı, bizim durada etdiyimiz kimi, varlığın və mahiyyətin həqiqəti adlandırırlarsa, onda sual yaranır ki, 
nə üçün biz anlayıĢdan baĢlamadıq. Bu sualın cavabı budur ki, söz düĢünən idrakdan getdikdə həqiqətdən baĢlamaq 
olmaz, çünki baĢlanğıc qismində həqiqət yalnız inandırmaya əsaslanır, fikri həqiqət isə özünü təfəkkürlə sübut etməlidir. 
Əgər biz məntiqin baĢlanğıcında anlayıĢı qoysaydıq (bu məzmunca tamamilə düzgün olsa da), onu varlığın və 
mahiyyətin vəhdəti kimi müəyyən etmiĢ olardıq, onda sual yaranardı ki, varlıq və mahiyyət adları altında nəyi 
düĢünmək lazımdır və varlıq və mahiyyət anlayıĢda necə vəhdətdə olurlar. Deməli, o zaman belə çıxardı ki, biz 
mahiyyətcə deyil, yalnız ada görə anlayıĢdan baĢlamıĢıq. Həqiqi baĢlanğıc varlıq ola bilərdi və biz də varlıqdan 
baĢladıq, ancaq fərq bundadır ki, həm varlığın, həm də mahiyyətn təriflərini bilavasitə təsəvvürdən götürmək əvəzinə 
biz, varlığı və mahiyyəti onların dialektik inkiĢafında gözdən keçirdik və anlayıĢın vəhdətinə keçmək üçün onları 
özlərinin özlərini aradan qaldırmasında dərk etdik. 
  
ÜÇÜNCÜ BÖLÜM 
  ANLAYIġ HAQQINDA TƏLĠM 
   
§ 160 
  AnlayıĢ özü üçün mövcud olan substansial güc kimi azaddır və momentlərindən hər biri anlayıĢı təmsil edən bir tam 
kimi onunla ayrılmaz vəhdətdə olan totallıqdır; beləliklə, anlayıĢ özünün özü ilə eyniyyətində özündə-və-özü-üçün-
müəyyəndir. 
  Əlavə. AnlayıĢ baxıĢı ümumiyyətlə mütləq idealizm baxıĢıdır və fəlsəfədə Ģüurun özünün bilavasitəliyində mövcud və 
müstəqil saydığı bütün digər Ģeylər yalnız ideal momentlər kimi dərk edildiyindən fəlsəfə anlayıĢlar vasitəsilə 
gerçəkləĢən idrakdır. Abstrakt məntiqdə anlayıĢ adətən təfəkkürün ancaq sadə forması kimi və daha dəqiq deyilərsə, 
ümumi təsəvvür kimi öyrənilir; anlayıĢın bu asılı (untergeordnete) baĢa düĢülməsinə duyğu və ürəkdən gələn və tez-tez 
təkrar olunan bu fikir aiddir ki, guya anlayıĢ cansızdır, məzmunsuzdur və abstraktdır. Əslində isə hər Ģey əksinədir: 
anlayıĢ hər bir həyatın prinsipidir, deməli, bütünlüklə konkretdir. Bu indiyədək edilmiĢ bütün məntiqi hərəkətdən doğan 
sonucdur və ona görə də burada sübuta ehtiyac yoxdur. Guya yalnız formal olan anlayıĢa qarĢı irəli sürülən forma və 
məzmunun əksliyinə gəlincə isə, refleksiyanın üzərində möhkəm durduğu bu əksliyi bütün baĢqa əksliklərlə birlikdə, 
biz, dialektikcəsinə (yəni əksliyin özü ilə) aradan qaldırılmıĢ əksliklər kimi artıq arxada buraxmıĢıq və anlayıĢda 
təfəkkürün bütün öncəki tərifləri bərtərəfləĢmiĢdir. Əlbəttə, anlayıĢa forma kimi, ancaq hər cür məzmunun bütövlüyünü 
özünə daxil edən və bununla birlikdə onun qaynağı olan sonsuz, yaradıcı forma kimi baxmaq lazımdır. Əgər konkret adı 
altında yalnız hissi konkret və ümumiyyətlə bilavasitə qavranılan baĢa düĢülərsə, onda anlayıĢı abstrakt da adlandırmaq 
olar; anlayıĢa əllə toxunmaq olmaz və söz anlayıĢdan getdikdə, biz görməni və eĢitməni kənara qoymalıyıq. Lakin, 
yuxarıda qeyd edildiyi kimi, anlayıĢ həm də bütünlüklə konkret olduğundan burada varlıq və mahiyyət vəhdətdədir və 
deməli, varlıq və mahiyyət sferalarının bütün zənginliyi anlayıĢdadır. 
  Əgər, az öncə qeyd etdiyimiz kimi, məntiqi ideyanın ayrı-ayrı pillələri mütləqin tərifləri, definisiyaları ardıcıllığı kimi 
araĢdırılarsa, onda mütləqin burada verdiyimiz tərifi belə səslənər: mütləq anlayıĢdır. Əlbəttə, bu zaman anlayıĢı bizim 
subyektiv təfəkkürümüzün yalnız özündə məzmunsuz forması kimi anlayan abstrakt mətiqdən fərqli olan yüksək 
anlamda baĢa düĢülməlidir. BaĢqa bir sual da qoymaq olar: əgər spekulyativ (dialektik – A. T.) məntiqdə anlayıĢ adətən 
bu deyimlə bağlanan anlamdan fərqlənən tamamilə baĢqa bir anlam daĢıyırsa, onda nə üçün burada biz onu tamamilə 
baĢqa bir anlayıĢ adlandırıb anlaĢılmazlıq və dolaĢıqlıq üçün əsas veririk? Belə suala cavab verərdik ki, formal məntiq 
anlayıĢı ilə spekulyativ məntiq anlayıĢı arasında məsafə nə qədər böyük olsa da yaxından baxdıqda görünür ki, "anlayıĢ" 
termininə verilən dərin anlam, məna ilk baxıĢda göründüyü kimi onun adi mənada iĢlədilməsinə o qədər də yad deyil. 
Hansısa bir məzmunun (məsələn, mülkiyyətin hüquqi təriflərinin) mülkiyyət anlayıĢından hasil edilməsindən, eləcə də 
əksinə – bu məzmunun anlayıĢa bərabər tutulmasından danıĢılır. Ancaq bununla etiraf edirlər ki, anlayıĢ nəinki özündə 


məzmunsuz forma deyil, belə ki, bir tərəfdən bu cür formadan heç nə hasil etmək olmaz, digər tərəfdən, bu məzmunu 
boĢ anlayıĢ formasına bərabər tutmaqla ancaq məzmunun özünü müəyyənlikdən məhpum etmək olar və o dərk olunmaz. 
   
§ 161 
  AnlayıĢın irəliləmə hərəkəti daha nə keçid, nə də baĢqasında görüntü olmayıb inkiĢafdır, belə ki, fərqləndirilən eyni 
zamanda bilavasitə baĢqası ilə və tamla eyniyyət kimi düĢünülmüĢ və müəyyənlik anlayıĢın tamlığının azad varlığı 
sayılmıĢdır. 
  Əlavə. Varlıq sferasında baĢqasına keçid dialektik prosesdir, baĢqasında görüntü isə mahiyyət sferasında dialektik 
keçiddir. AnlayıĢın hərəkəti isə əksinə, yalnız artıq özündə olanın müəyyənləĢməsi vasitəsilə inkiĢafdır. 
  AnlayıĢın pillələrinə təbiətdə üzvi həyat uyğun gəlir. Belə ki, məsələn, bitki öz rüĢeymindən inkiĢaf edir. RüĢeymdə 
bitki artıq tam halda vardır, ancaq bu tamlıq ideal haldadır və biz onun inkiĢafını elə baĢa düĢməməliyik ki, bitkinin 
ayrı-ayrı hissələri – kökü,gövdəsi, yarpaqları və i. a. – guya artıq rüĢeymdə real, ancaq çox kiçildilmiĢ halda mövcuddur. 
Bu hipotezun qüsuru ondan ibarətdir ki, yalnız ideal halda olana mövcudluq kimi baxılır. Bu hipotezdə düzgün olan isə 
odur ki, anlayıĢ öz prosesində özü olaraq qalır və odur ki, onun vasitəsilə heç bir yeni məzmun düĢünülmür, ancaq 
formanın dəyiĢilməsi baĢ verir. AnlayıĢın özünü öz prosesində özünün inkiĢafı kimi göstərən bu təbiəti hətta insanda 
anadangəlmə ideyalar haqda təsəvvürdə, yaxud biliyin əldə olunmasına xatırlama kimi Platondan gələn baxıĢda da 
nəzərdə tutulur. Amma elə baĢa düĢmək olmaz ki, guya Ģüurun təlim nəticəsində inkiĢaf etmiĢ məzmunu təlimdən öncə 
artıq Ģüurun özündə inkiĢaf etmiĢ və müəyyən formada mövcud idi. AnlayıĢın hərəkətinə biz, yalnız oyun kimi 
baxmalıyıq, yəni bu hərəkətdə nəzərdə tutulan baĢqasına əslində baĢqası kimi baxılmamalıdır. Xristianlıq təlimində 
anlayıĢın bu hərəkəti belə ifadə olunmuĢdur: allah nəinki ona qarĢı duran dünyanı yaratdı, həm də mövcudluqdan 
yaratdığı oğlunda özü olaraq qaldı. 
   
§ 162 
  AnlayıĢ haqqında təlim: 1) subyektiv və ya formal anlayıĢ haqqında təlimə; 2) bilavasitəliyə aid müəyyənləĢmiĢ 
anlayıĢ haqqında və ya obyektivlik haqqında təlimə; 3) ideya haqqında, subyekt-obyekt, anlayıĢ və obyektivliyin vəhdəti 
haqqında, mütləq həqiqət haqqında təlimə ayrılır. 
  Qeyd. Adi məntiqə burada (Məntiq elmi əsərində – A. T.) bütün məntiqin üçüncü hissəsini təĢkil edən predmetlərdən 
baĢqa yuxarıda gözdən keçirilmiĢ təfəkkür qanunları deyilən qanunlar da daxildir; tətbiqi məntiqdə isə hələ nə isə 
saxlanılır. Lakin onu psixoloji, metafizik və hətta empirik materialla əlaqələndirirlər, çünki təfəkkürün bu formaları 
özlüyündə yetərli deyil; ancaq bu materialın daxil edilməsi ilə məntiq elmi öz yönümünü itirdi. Hər halda məntiqin 
xüsusi sahələrinə daxil olan təfəkkür formaları isə məntiqi, rasional təfəkkürün deyil, yalnız hissi təfəkkürün tərifləri 
kimi gözdən keçirilir. 
  Yuxarıda göstərilən məntiqi təriflər, varlığın və mahiyyətin tərifləri təkcə fikir tərifləri deyil; bu təriflərdə dialektik 
moment vardır və bu moment onların bir-birinə keçidlərindən ibarətdir; bu dialektik momentdə, keçiddə və özlərinin 
özlərinə qayıdıĢında, totallığında bu təriflər anlayıĢlar kimi aĢkar olunurlar. Lakin o anlayıĢlardan ( 
§ 84 və 112-də gözdən keçirilən anlayıĢlar) hər biri o birinin keçdiyi baĢqası olduğundan və ya biri o birindəki 
görüntüsü (scheint) ilə iĢıqlandığından yalnız müəyyən anlayıĢlar, özündə anlayıĢlar, yaxud bizim üçün anlayıĢlardır 
(özündə və bizim üçün eyni məna daĢıyır), deməli, nisbi, xüsusi kimi müəyyənləĢmiĢ anlayıĢlardır, onların üçüncüsü 
hələ təkcə və ya subyekt kimi dürüstləĢməmiĢdir, tərifin öz əksliyi ilə eyniyyəti, azadlığı müəyyənləĢməmiĢdir, çünki bu 
tərif ümumi deyildir. AnlayıĢlar adı altında adətən hissi idrakın təriflərini və ya yalnız ümumi təsəvvürləri baĢa düĢürlər; 
onlar ümumiyyətlə sonlu təriflərdir ( 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə