MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə6/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   2   3   4   5   6   7   8   9   ...   79

fərqlənən fəlsəfi təlimi baĢa düĢürlər; əslində isə həqiqi fəlsəfənin prinsipi bütün ayrıca prinsipləri özündə 
saxlamasından ibarətdir. 
   
§ 15 
  Fəlsəfənin hər bir kəsimi fəlsəfi bütövlükdür, özündə qapalı dairədir, ancaq bu kəsimlərdən hər biri özünün xüsusi 
müəyyənliyindəki fəlsəfi ideya və ya bütövün xüsusi momentidir. Ayrıca dairə ona görə özü özündə totallıqdır ki, o öz 
müəyyənliyindəki sərhəddi yarır və özündən daha geniĢ sfera üçün əsas olur; odur ki, bütöv hər biri zəruri moment olan 
dairələrdən ibarət bir dairədir, bu dairələrin sistemi eyni zamanda onların hər birində ayrıca təzahür edən bütöv ideyadır, 
yaxud ideyanın bütövlüyüdür.22 
   
§ 16 
  "Ensiklopediyada" elm öz kəsimlərinin, hissələrinin geniĢ inkiĢafı halında Ģərh olunmur; "Ensiklopediya" yalnız ayrı-
ayrı elmlərin baĢlanğıc və təməl anlayıĢlarının Ģərhilə məhdudlaĢır. 
  Qeyd. Xüsusi elmin yaradılması üçün tələb olunan kəsimlərin sayı məsələsi qeyri-müəyyəndir, çünki həqiqini təmsil 
etmək üçün kəsim öz sırasında təcrid olunmuĢ bir moment yox, bütöv olmalıdır. Odur ki, fəlsəfə bir bütöv kimi əsl tək 
elmi təĢkil edir, ancaq ona da bir sıra xüsusi elmlərdən ibarət olan bütöv kimi baxıla bilər. Fəlsəfi ensiklopediya baĢqa 
ensiklopediyalardan onunla fərqlənir ki, bu sonuncular özündə təsadüfi və empirik qaydada birləĢən elmlərin 
aqreqatidir, aralarında isə elələri var ki, yalnız adı elmdir, əslində məlumatlar yığımıdır. Belə ki, elmlər bu aqreqata 
yalnız dıĢ yöndən qatıldığından onların vəhdəti də dıĢ vəhdətdir, müəyyən qayda ilə yerləĢmədir. Odur ki, həm də 
bundan baĢqa, elmlərin materialı təsadüfi xarakter daĢıdığından aqreqatda onların yerləĢməsi həmiĢə yalnız cəhddən 
ibarət olaraq qalır və daim özünün yetərliyini üzə çıxarır. Beləliklə, fəlsəfi ensiklopediyada aĢağıdakılar yer tapa 
bilməzlər: 1) məlumatların sadə aqreqatları, məsələn, filologiya; 2) əsasında yalnız özbaĢınalıq, ixtiyarilik duran elmlər, 
məsələn, qeraldika; bu qəbildən olan elmlər iliyinə qədər pozitiv elmlərdir; 3) pozitiv adlanan, lakin rasional təməli və 
baĢlanğıcı olan həmçinin digər elmlər. Elmlərin yalnız bu rasional tərəfi fəlsəfəyə məxsusdur, onların digər, pozitiv 
tərəfi isə onların öz nailiyyətidir. Elmlərdəki pozitiv, müsbət tərəf dəyiĢik xarakterlidir: 1) elmin özlüyündə rasional 
tərəfi ümumi empirik təkcəlik və gerçəklik səviyyəsinə endirildikdə təsadüfi hala keçir. Bu dəyiĢkənliklər və təsadüflər 
səltənətində anlayıĢın gücü yoxdur, yalnız təməllər gücə malik ola bilər. Məsələn, yurispredensiya və ya birbaĢa və 
dolayısı vergilər sistemi qəti və dəqiq qərarlar tələb edir və bu qərarlar özündə-və-özü-üçün müəyyən anlayıĢdan 
kənardadır və buna görə də onlar seçilmiĢ əsasdan bu və ya digər asılılıqda olan və beləliklə də qəti həqiqiliyə malik 
olmayan tərəflər üçün geniĢ meydan saxlayır. Eynilə özünün təkcəliyində götürülən təbiət ideyası da təsadüflər 
səltənətində dolaĢır; təbii tarix, coğrafiya, tibb və i. a. mövcudluq tərəflərinə, növlərə və təfəkkürdən deyil, xarici 
təsadüfdən və zorakılıqdan asılı olan fərqlərə gəlib çıxırlar. Tarix də bu qəbildən olan elmlərə aiddir, çünki ideya onun 
mahiyyəti olsa da, tarix olayları təsadüflərdir və zorakılıqlar səltənətinə aiddir. 2) Elmlər pozitivdirlər həm də ona görə 
ki, onlar bilmirlər ki, tərifləri sonludurlar və bu təriflərdən daha yuxarı sferalara keçidi göstərə bilmirlər, onları sadəcə 
mövcudluq kimi götürürlər. Bu elmlərdə qarĢımıza formanın sonluluğu çıxır. 3) Formanın bu sonluluğu idrakın 
təməlinin sonluluğu ilə bağlıdır, bu təməl qismən rezonansdan, qismən hissdən, inamdan, baĢqalarının avtoritetindən, 
ümumiyyətlə, dıĢ və iç seyrin avtoritetindən ibarətdir. Buraya həmçinin antropologiyanı, Ģüur faktlarını, iç seyri və ya 
dıĢ təcrübəni öz təməli kimi qəbul edən fəlsəfə də aiddir. 4) Lakin elə də ola bilər ki, yalnız elmi Ģərhin forması empirik 
olsun, düĢüncəli seyr isə yalnız olayları təĢkil edir, belə ki, bu anlayıĢın iç hərəkətinə uyğundur. Belə empirik elmlər 
onunla xarakterizə olunur ki, müqayisə olunan olayların bir-birinə əks olması sayəsində dıĢ, təsadüfi Ģəraitlər kənara 
qoyulur ki, bunun sonucunda ağlın qarĢısında ümumi durmuĢ olur. MənalandırılmıĢ eksperimental fizika, tarix və i. a. 
beləliklə, təbiətin, insan olaylarının və iĢlərinin rasional elmini anlayıĢın dıĢ təsvirlərindən ibarət olan obrazlar halında 
cızmıĢ olurlar. 
   


§ 17 
  Fəlsəfənin baĢlanğıcına gəlincə, göründüyü kimi, o da baĢqa elmlər kimi subyektiv müqəddimədən, nə isə bir xüsusi 
predmetdən baĢlamalıdır; əgər baĢqa elmlərdə predmet məkan, say və ilaxırdırsa, fəlsəfə təfəkkürün özünü təfəkkürün 
predmeti etməlidir. Ancaq bu, azad təfəkkür aktıdır; təfəkkür o baxımdan azaddır ki, o özü özü üçün mövcuddur və 
deməli, öz predmetini özü yaradır. Sonra, beləliklə, bilavasitə olan haqqında baxıĢ fəlsəfə elmi çərçivəsində özünü 
nəticəyə, yəni fəlsəfənin son nəticəsinə çevirməlidir, belə ki, məhz bu nəticədə fəlsəfə öz baĢlanğıcını yenidən əldə edir 
və özünə qayıdır. Beləliklə, fəlsəfə baĢqa elmlərin malik olduğu baĢlanğıcı olmayan özünəqayıdan dairədir, belə ki, 
onun baĢlanğıcı elmə deyil, yalnız fəlsəfəçilik etmək qərarına gələn subyektə aiddir. Bunu baĢqa sözlərlə desək, elmin 
anlayıĢı yəqin ki, ilk anlayıĢı (bu birinci anlayıĢ olduğu üçün ikiləĢmiĢ olmalıdır, bu ikiləĢmə ondan ibarətdir ki, 
təfəkkür sanki fəlsəfəçilik edən subyekt üçün dıĢ predmetdir) elmin özü tərəfindən dərk edilməlidir. Bundan baĢqa elmin 
tək məqsədi və iĢi öz anlayıĢının anlayıĢını əldə etmək və beləliklə də özünün giriĢ nöqtəsinə, özünütəminə gəlib 
çıxmalıdır. 
   
§ 18 
  Fəlsəfə haqqında ilkin ümumi təsəvvür vermək mümkün olmadığı kimi (çünki yalnız elmin bütövlüyü ideyanın 
təsviridir), elmin ayrı-ayrı bölümlərə ayrılması da yalnız ideyanın bu təsvirindən çıxıĢ edilməklə baĢa düĢülə bilər. 
Elmin bölümlərə ayrılması da bu bölgünün hasil edildiyi fəlsəfə haqqında ümumi təsəvvür də öncədənbir seçmədir. 
Lakin ideya özünün özü ilə eyni olan təfəkkürün sadəliyi kimi, həm də təfəkkürün özü üçün olmaq və özünün bu 
öhdəsində yenə də yalnız özündə olmaq üçün özünü özünə qarĢı qoyması fəaliyyətidir. Beləliklə, elm aĢağıdakı üç 
kəsimə ayrılır: 
  I. Məntiq – özündə və özü üçün ideya haqqında elm. 
  II. Təbiət fəlsəfəsi – özünün özgə varlığındakı ideya haqqında elm. 
  III. Ruh fəlsəfəsi – özünün özgə varlığından özünə qayıdan ideya. 
  Yuxarıda,  
§ 15-də, biz qeyd etdik ki, ayrı-ayrı fəlsəfi elmlər arasındakı fərqlər yalnız ideyanın öz tərifləridir və bu fərqli 
momentlərdə yalnız onun özü təzahür edir. Təbiətdə biz ideyadan baĢqa heç nə dərk etmirik, ancaq ruhda özü üçün 
mövcud və özündə və özü üçün olana həmin bu ideya burada dıĢarılaĢmıĢ (Entäuberunq)23 formasında, dıĢarılığında 
mövcuddur. Ġdeyanın çıxıĢ etdiyi tərif həm də ötəri momentdir; Odur ki, ayrıca elm eyni zamanda həm öz məzmununun 
mövcud predmeti kimi, dərki, həm də bilavasitə bu məzmunda özünün daha yüksək dairəyə keçməsinin dərkidir. 
Elmlərin bir-birindən ayrılması barədə təsəvvür ona görə düzgün deyil ki, bu təsəvvür ayrıca kəsimləri yaxud elmləri 
sanki növlərdə olduğu kimi, yalnız hərəkətsiz və öz fərqliliyində substansial kimi götürür. 
  
  
 
  
  
  
  


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə