MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 62).    AnlayıĢın məntiqini adətən yalnız formal elm kimi baĢa düĢürlər, yəni düĢünürlər ki, bu məntiq anlayıĢın



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə60/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   56   57   58   59   60   61   62   63   ...   79

§ 62). 
  AnlayıĢın məntiqini adətən yalnız formal elm kimi baĢa düĢürlər, yəni düĢünürlər ki, bu məntiq anlayıĢın, 
mühakimənin və ya əqli nəticənin yalnız forması ilə maraqlanır və qətiyyən həqiqətlə maraqlanmır; yaxud baĢqa sözlə, 
hesab edilir ki, həqiqət məsələsi istisnasız olaraq yalnız məzmundan asılıdır. Əgər ənlayıĢın məntiqi formaları gerçəkdən 
cansız, hərəkətsiz, təsəvvürlərin və ya fikirlərin onlara biganə futliyarı olsaydı, onda bu formaları bilmək həqiqət üçün 
tamamilə lazımsız bir iĢ olardı və onlarsız da keçinmək mümkün olardı. Ancaq əslində anlayıĢın formaları gerçək, 
həqiqi olanın canlı ruhudur, gerçək olanda isə həqiqət yalnız bu formalara görə, bu formalar vasitəsilə və bu formalarda 
olan həqiqətdir. Lakin özlüyündə götürülən bu formaların həqiqiliyi, eləcə də onların zəruri bağlantıları indiyədək heç 
bir zaman araĢdırılmamıĢ və tədqiqat predmeti olmamıĢdır. 
  A 
  SUBYEKTĠV ANLAYIġ 
  a. AnlayıĢ necə varsa 
   
§ 163 
  AnlayıĢın aĢağıdakı momentləri var: 1) öz müəyyənliyində özünün özü ilə azad bərabərliyi kimi ümumilik momenti, 2) 
üuminin tutqunlaĢmadan özünə bərabər qaldığı xüsusilik, müəyyənlik momenti, 3) ümumilik və xüsusilik 
müəyyənliklərinin özünün-özünə-refleksiyası, özündə-və-özü-üçün-müəyyən və habelə özü ilə eyniyyət və ya ümumi 
olan özü ilə mənfi vəhdət kimi təkcəlik momenti. 
  Qeyd. Təkcə və gerçək olan eynidir, ancaq təkcə anlayıĢdan doğmuĢdur və deməli, ümumi kimi o özü ilə mənfi 
eyniyyət kimi qərarlaĢdırılmıĢdır. Gerçək olan baĢlanğıcda yalnız özündə və ya bilavasitə mahiyyət və mövcudluğun 
vəhdəti olduğu üçün hərəkət edə bilər. Təkcə anlayıĢ isə, Ģübhəsiz, hərəkətlidir və o, bir baĢqa Ģeyi törədən səbəbin 
hərəkətinə və ya təsirinə oxĢar hərəkət etmir; anlayıĢın təkcəliyi özü özünü yaradır. Amma təkcəliyi yalnız bilavasitə 
təkcəlik anlamında, yəni təkcə Ģeylər və ya təkcə insanlar anlamında götürmək lazım deyil; təkcənin bu müəyyənliyi ilk 
olaraq yalnız mühakimədə yaranır. AnlayıĢın hər bir momentinin özü bütöv bir anlayıĢdır ( 
§ 160), amma təkcə subyekt totallıq kimi müəyyənləĢmiĢ anlayıĢdır. 
  1-ci əlavə. AnlayıĢdan söz açdıqda adətən bizim zehnimizdə yalnız abstrakt ümumilik canlanır və odur ki, anlayıĢı 
adətən ümumi təsəvvür kimi müəyyən edirlər. Buna uyğun olaraq çiçək, bitki, heyvan və i. a. anlayıĢlarından danıĢırlar 
və hesab edirlər ki, bu anlayıĢlar müxtəlif çiçəkləri, bitkiləri, heyvanları və i. a. bir-birindən fərqləndirən xüsusinin 
tamam alınması və onlarda olan ümuminin saxlanması ilə yaranmıĢlar. Göründüyü kimi, bu yaranmada belə anlayıĢlar 
quru və məzmunsuz anlayıĢlar, boĢ sxemlər və ya kölgələr adlandırılır. Bu, anlayıĢın empirik üsulla izahından baĢqa bir 
Ģey deyildir. Amma ümumi anlayıĢ təkcə empirik müstəqilliyə malik olan xüsusinin qarĢı durduğu ümumi deyildir; 
əksinə, ümumi anlayıĢ özü-özünü xüsusiləĢdirən (spesifikləĢdirən) və tam aydınlığı ilə özünün baĢqasında özü olaraq 
qalan ümumidir. Həqiqi ümuminin, universalın quru, məzmunsuz ümumi ilə qarıĢdırılmaması həm idrak, həm də 
praktiki fəaliyyət üçün olduqca önəmlidir. Adətən hissilik nəzərindən təfəkkürə, özəlliklə də fəlsəfi təfəkkürə qarĢı irəli 
sürülən bütün iradlar, eləcə də guya çox uzağa gedən91 iəfəkkürün yaratdığı təhlükə barəsində tez-tez təkrarlanan fikir 
məzmunsuz ümumi ilə həqiqi ümuminin, ən ümuminin qarıĢdırılmasından irəli gəlir. Həqiqi və geniĢ anlamda ən 
ümuminin insanların Ģüuruna girməsi, kök atması üçün minillər lazım gəlmiĢ və ən ümumi yalnız xristianlığın sayəsində 
tam qəbul olunmuĢ fikirdir. Bir çox yöndən yüksək savadlı olan əski yunanlar nə allahı onun ən ümumiliyində, nə də 
insanı dərk etməmiĢlər. Yunanların allahı yalnız ruhun özəl qüvvəsi, ən ümumi allah isə xalqın allahı idi və yunanlar 
üçün gizli, dərk edilməmiĢ allah idi. Ona görə də yunanlar üçün onların özləri ilə barbarlar arasında mütləq ayrılıq 
qoyulurdu və insan özünün sonsuz dəyəri və sonsuz hüququ ilə qəbul olunmamıĢdı. Sual olunur, nəyin əsasında çağdaĢ 
Avrpada köləlik yox olmuĢdur və bu hadisənin izah olunması üçün cürbəcür Ģəraitlər əsas gətirilir. Xristian Avropasında 
kölələrin olmamasının həqiqi əsasını xristianlıq prinsipində axtarmaq lazımdır. Xristian dini mütləq azadlıq dinidir və 


yalnız xristianlar üçün insan özünün sonsuzluğu və ən ümumiliyində anlam daĢıyır. Kölə üçün çatıĢmayan onun 
Ģəxsiyyət kimi qəbul edilməməsidir; Ģəxsiyyət prinsipi isə ən ümumilikdir. Ağa köləyə Ģəxsiyyət kimi yox, mənliyi 
olmayan əĢya kimi baxır, kölə "mən" sayılmır, onun "mən"i ağasıdır. 
  Yalnız ümumi və həqiqi ən ümumi arasında bizim göstərdiyimiz fərqin gözəl nümunəsini Russonun tanınmıĢ "Ġctimai 
müqavilə" əsərində tapırıq. Orada deyilir ki, dövlət qanunlarının qaynağı ən ümumi iradə (volonte generale) olmalıdır, 
ancaq elə bu səbəbdən bu qanunların hamının iradəsindən ibarət olması vacib deyil. Amma Russo, əgər ardıcıl olaraq 
bizim göstərdiyimiz o fərqi nəzərdə saxlasaydı, dövlət nəzəriyyəsinə daha əsaslı xidmət etmiĢ olardı. Ən ümumi iradə 
iradə anlayıĢıdır və əsası bu anlayıĢda olan qanunlar iradənin xüsusi tərifləridir. 
  2-ci əlavə. AnlayıĢın yaranmasının adətən empirik tərifdə verilən iĢahı ilə bağlı onu da qeyd etmək lazımdır ki, anlayıĢı 
biz yaratmırıq və anlayıĢa yaranan bir Ģey kimi baxılmamalıdır. AnlayıĢ, hər halda ancaq varlıq və ya bilavasitəlik 
deyildir, ona vasitəlilik də daxildir; vasitəlilik onun özündədir və anlayıĢ özü ilə və özü özünü vasitələndirmədir. YanlıĢ 
düĢünürlər ki, öncə predmetlər bizim təsəvvürlərimizin məzmununu yaradır və ancaq bundan sonra predmetlərdəki 
ümumini abstraktlaĢdırmaq və birləĢdirməklə onların anlayıĢını yaradan subyektiv fəaliyyətimiz prosesə qoĢulur. 
Əksinə, anlayıĢ həqiqi birincidir və Ģeylər fəaliyyət sayəsində onlara məxsus olan və onlarda aĢkar edilən anlayıĢlardır. 
Biz bunu, allah dünyanı heç nədən yaratdı deməklə və ya dünya və sonlu Ģeylər ilahi düĢüncənin bütövlüyündən və ilahi 
niyyətdən törəndi ifadəsilə dini Ģüurumuzda qeyd edirik. Daha doğrusu, bununla qəbul etmiĢ oluruq ki, anlayıĢ özünün 
reallaĢması üçün ondan kənarda olan materiala ehtiyacı olmayan sonsuz forma və ya azad yaradıcı fəaliyyətdir. 
   
§ 164 
  AnlayıĢ bütövlükdə konkretdir, çünki onun təkcəlikdən ibarət özündə və özü üçün müəyyənlik kimi özü ilə mənfi 
vəhdəti özünün özü ilə bağlantısını, ümumiliyini təĢkil edir. Odur ki, anlayıĢın yuxarıda göstərdiyimiz momentləri bir-
birindən ayrı deyildir. Reflektiv təriflərin hər biri özlüyündə, əks təriflərdən ayrılıqda baĢa düĢülməli və məna 
daĢımalıdır; ancaq anlayıĢda o momentlər eyniyyətdə olduğundan onların hər biri baĢqalarından və baĢqaları ilə birlikdə 
baĢa düĢülə bilər. 
  Qeyd. Abstrakt, bir-birindən ayrılıqda götürülən ümumilik, xüsusilik və təkcəlik eyniyyət, fərq və əsas kimidir. Lakin 
ümumi müstəsna olaraq o anlamda özü ilə eyniyyətdir ki, o eyni zamanda özündə xüsusini və təkcəni birləĢdirir. Sonra, 
xüsusi fərqləndirilmiĢ və ya müəyyənlikdir, ancaq o anlamda müəyyənlikdir ki, özlüyündə o, ümumidir və təkcə 
kimidir. Eynilə də təkcə subyekt, cinsə və növə malik olan əsas anlamında təkcədir, substansiyadır. AnlayıĢın aydınlığı 
onun fərqli momentlərinin qərarlaĢmıĢ ayrılmazlığıdır ( 
§ 160), bu, heç bir fərqlə pozulmayan, tutqunlaĢmayan, daim Ģəffaf aydınlıqdır. 
  AnlayıĢın abstrakt olduğunu təsdiq etmək sadə bir Ģeydir. Bu, qismən doğrudur ona görə ki, onun stixiyası, mühiti 
empirik-konkret hissi aləm deyil, ümumiyyətlə təfəkkürdür; ondan baĢqa anlayıĢın abstrakt olması barədə deyim ona 
görə doğrudur ki, anlayıĢ hələ ideya deyildir. Bu ölçüdən subyektiv anlayıĢ hələ formaldır; lakin o heç də öz 
məzmunundan əlavə baĢqa məzmuna malik olması anlamında formal deyildir. Subyektiv anlayıĢ mütləq forma olmaqla 
hər cür müəyyənliyə malikdir, ancaq bu müəyyənlik onun həqiqiliyindədir. Odur ki, abstrakt olan anlayıĢ konkretdir və 
məhz bütünlüklə konkret olan anlayıĢ subyektdir. Mütləq konkret ruhdur ( 
§ 159-un qeydinə bax), anlayıĢdır, çünki o özünü özünün obyektivlyindən fərqləndirən, lakin buna baxmayaraq onun 
obyektivliyi olaraq qalan anlayıĢ kimi mövcuddur. Hər bir baĢqa konkret nə qədər zəngin olur olsun, bu dərəcədə içdən 
özü ilə eyniyyətdə deyil və ona görə də bu dərəcədə özündə konkret deyil, hər bir daha az konkret olan, adətən konkret 
adı altında baĢa düĢülən bir-biri ilə dıĢarı bağlılıqda olan müxtəliflikdir. AnlayıĢlar və hətta müəyyən adlandırılan 
anlayıĢlar (məsələn, insan, ev, heyvan və i. a.) sadə təriflər və abstrakt təsəvvürlərdir, anlayıĢdan yalnız ümumilik 
momentini mənimsəmiĢ və xüsusi və təkcə momentləri atmıĢ abstraksiyalardır; beləliklə, o abstraksiyalar xüsusi və 
təkcə momentlər yönündə inkiĢaf etmirlər və deməli, anlayıĢdan abstraktlaĢdırılırlar. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə