MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 165    Təkcəlik anlayıĢın özündə özünün mənfi refleksiyası olduğundan və ona görə də hər Ģeydən öncə anlayıĢın birinci



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə61/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   57   58   59   60   61   62   63   64   ...   79

   
§ 165 
  Təkcəlik anlayıĢın özündə özünün mənfi refleksiyası olduğundan və ona görə də hər Ģeydən öncə anlayıĢın birinci 
inkar kimi azad fərqləndirməsi olduğundan təkcəlik momenti birinci dəfə anlayıĢın momentlərini fərqlər kimi götürür; 
bununla da anlayıĢın müəyyənliyi, amma xüsusilik kimi müəyyənliyi nəzərdə tutulmuĢ olur, yəni nəzərdə tutulur ki, 
ayrı-ayrı momentlər birincisi, bir-birinə münasibətdə yalnız anlayıĢın momentlərinin müəyyənliyinə malikdirlər, 
ikincisi, habelə onlar eyniyyətdədirlər: biri o birinin baĢqasıdır; anlayıĢın nəzərdə tutulan bu xüsusiyyəti mühakimədir. 
  Qeyd. AnlayıĢların aydın, dəqiq və adekvat anlayıĢlara adi bölgüsü anlayıĢ haqqında təlimə yox, psixologiyaya 
məxsusdur, çünki o aydın və dəqiq anlayıĢlar adı altında təsəvvürləri nəzərdə tutur; lakin aydın təsəvvürlər dedikdə 
psixologiyada abstrakt, bəsit təsəvvürləri, dəqiq təsəvvürlər adı altında isə hansısa bir əlamətin, yəni subyektiv idrakı 
göstərməyə xidmət edən hansısa bir müəyyənliyin ayrıldığı təsəvvür düĢünülür. Məntiqin dıĢ xarakteri və tənəzzülünün 
çox sevilən əlamət kateqoriyası qədər baĢqa bir parlaq əlaməti ola bilməz. Adekvat deyilən anlayıĢ həqiqi anlayıĢa və 
hətta ideyaya daha çox iĢarət edir, amma o da yenə anlayıĢın, eləcə də təsəvvürün öz obyektinə – Ģeylərin dıĢ 
əlamətlərinə formal uyğunluğundan baĢqa bir Ģey ifadə etmir. AnlayıĢların subordinasiya və koordinasiya92 edilmiĢ 
deyilən anlayıĢlara bölgüsünün əsasında aralarında qarĢılıqlı bağlılıq və nisbət olan ümuminin və xüsusinin 
fərqləndirilməsindən məhrum anlayıĢ durur. Sonra, anlayıĢların kontrar və kontradiktor,93 təsdiq və inkar və i. a. 
anlayıĢlarına bölgüsü artıq gözdən keçirdiyimiz və anlayıĢın müəyyənliyi ilə heç bir iliĢiyi olmayan varlıq və mahiyyət 
sferasına məxsus fikir müəyyənliklərinin təsadüfi yığımından baĢqa bir Ģey deyil. AnlayıĢın – ümumi, xüsusi və təkcə 
anlayıĢlarına bölgüsü də yenə onun xarici refleksiya ilə zorla bir-birindən kənarda saxlanılan yalnız növləridir. 
AnlayıĢın içdən (immanent) fərqləndirilməsi və tərifləndirilməsi mühakimədə baĢ verir, çünki mühakimə prosesi 
anlayıĢa tərif verilməsi prosesidir. 
  b. Mühakimə 
   
§ 166 
  Mühakimə özü üçün mövcud və habelə bir-birilə deyil, özü ilə eyniyyətdə olan momentlərinin bir-birilə iliĢiklərini 
(əlaqələrini) fərqləndirmək özəlliyinə malik olan anlayıĢdır.94 
  Qeyd. Mühakimə dedikdə adətən subyekt və predikat müstəqil qütblükləri düĢünülür; düĢünürlər ki, subyekt əĢya və ya 
müstəqil tərifdir, predikat da həmçinin, bu subyektdən kənarda (məsələn, mənim baĢımda) olan ümumi tərifdir və mən 
sonradan predikatı subyektə birəĢdirən mühakimə yaradıram. Lakin predikatın varlığı subyekti göstərdiyindən subyektin 
predikatın altına subyektiv salınması yenidən aradan qaldırılır və mühakimə predmetin öz tərifi kimi götürülür. Sözün 
etimoloji anlamında mühakimə (Urteil) sözünün bizim dilimizdə (alman dilində – A. T.) anlamı dərindir və 
fərqləndirilərək birinci bölgünü yaradan anlayıĢın ilkin vəhdətini ifdə edir, bununla da həqiqətən mühakimə olur. 
  Abstrakt mühakimə "Təkcə ümumidir" cümləsində ifadə olunur. BaĢlanğıcda, anlayıĢın momentləri bilavasitə 
müəyyənlikləri və ya abstraksiyası halında götürüldükdə bu təriflər (təkcə və ümumi) bir-birinə subyekt və predikat 
münasibətində olan təriflərdir (mühakimənin sonrakı tərifləri "Xüsusi ümumidir" və "Təkcə xüsusidir" cümlələrindən 
ibarət olacaq). Hər mühakimədə "Təkcə ümumidir" və ya daha aydın desək, "Subyekt predikatdır" (məsələn, "Allah 
mütləq ruhdur") müddəasının ifadə olunduğu faktının göstərildiyini məntiqdə tapa bilməməyimiz təəccüblüdür. Əlbəttə, 
təkcə və ümumi, subyekt və predikat – tərifləri fərqlidir, ancaq mühakimənin bu tərifləri eyni təriflər kimi ifadə etməsi 
ümumi faktını aradan qaldırmır. 
  "Dır" bağlayıcısı anlayıĢın təbiətindən irəli gəlir və anlayıĢın dıĢarılaĢmasında (Eutauberunq) onun özü ilə eyniyyətdə 
qaldığını göstərir; anlayıĢın momentləri kimi təkcə və ümumi bir-birindən ayrı olmayan müəyyənliklərdir. Əvvəlki 
təriflər də qarĢılıqlı olaraq bir-birilə bağlıdır, lakin onların bu bağlılığı, bir-birilə iliĢikliyi varlıq (Sein) olmayıb, 
eyniyyət bağlantısı və ya ümumilik olmayıb yalnız birinin o birinə malik olmasıdır (Haben). Ona görə də anlayıĢın 


həqiqi xüsusiliyi ilə ilk dəfə mühakimədə qarĢılaĢırıq, çünki mühakimə anlayıĢın müəyyənliyi və ya fərqləndirilməsidir, 
həm də anlayıĢın ümumiliyinin saxlandığı müəyyənlikdir. 
  Əlavə. Mühakimə adətən anlayıĢların və həm də müxtəlif anlayıĢların birləĢməsi kimi baĢa düĢülür. Bu anlamada 
doğru olan odur ki, anlayıĢ, Ģübhəsiz ki, mühakimənin ilkin Ģərtidir və mühakimədə fərqlilik formasında çıxıĢ edir. 
burada müxtəlif anlayıĢlardan danıĢmaq düzgün deyil, çünki anlayıĢ konkret olsa da o, bir anlayıĢdır və onun 
momentlərinə ayrı-ayrı və ya müxtəlif növlər kimi baxmaq olmaz; eləcə də mühakimənin tərəflərinin bağlılığından 
danıĢmaq da yanlıĢdır, ona görə ki, bağlantıdan danıĢdıqda düĢünürlər ki, bir-birilə bağlı olan tərəflər bu bağlantıdan 
kənarda da mövcuddurlar. Bu anlamanın dıĢ xarakteri aydın Ģəkildə habelə ondan görünür ki, mühakimə haqqında 
danıĢdıqda deyirlər ki, mühakimə subyektə predikat aid edilməsi sayəsində alınır. Belə çıxır ki, subyekt özü üçün, 
predikatdan kənarda, predikat isə bizim baĢımızda mövcuddur. Lakin "dır" bağlayıcısı artıq bu təsəvvürə ziddir. Biz "bu 
çiçək qırmızıdır" və ya "bu Ģəkil gözəldir" dedikdə təsdiq edirik ki, çiçəyin qırmızı, Ģəklin gözəl olmasını biz kənardan 
məcbur etməmiĢik, bunlar o predmetlərin öz tərifləridir. Mühakimənin formal məntiqi anlamının baĢqa bir yetərsizliyi 
ondan ibarətdir ki, bu məntiqə görə mühakimə nə isə təsadüfidir və burada anlayıĢdan mühakiməyə keçid sübut edilmir. 
Lakin empirik idrakın hesab etdiyi kimi, anlayıĢ özündə hərəkətsiz, prosesdən kənarda qalmır, əksinə, sonsuz forma 
kimi anlayıĢ bütünlüklə hərəkətlidir, hər bir yaĢarılığın, həyatiliyin düyün nöqtəsi, qaynağıdır (punctum saliens – lat.), 
deməli, özünü özündən fərqləndirir. AnlayıĢın öz fəaliyyəti ilə onun öz momentlərinə ayrılması və onların 
fərqləndirilməsi mühakimədir və ona görə də mühakimə anlayıĢın xüsusiləĢməsi kimi baĢa düĢülməlidir. Doğrudur, 
anlayıĢ artıq özündə xüsusidir, amma anlayıĢda xüsusi hələ müəyyənləĢməmiĢ və ümumi ilə Ģəffaf vəhdətdədir. Belə ki, 
məsələn, bitki rüĢeymində az öncə ( 
§ 160, əlavədə) qeyd etdiyimiz kimi, artıq kökün, budaqların, yarpaqların və i. a. xüsusiliyi vardır, lakin bu xüsusi hələ 
yalnız özündə mövcuddur və yalnız rüĢeym üzə çıxdıqda bəlli olur və ona bitki haqqında mühakimə kimi baxılmalıdır. 
Bu misal onu aydınlaĢdırmağa xidmət edə bilər ki, nə anlayıĢ, nə də mühakimə ancaq bizim baĢımızda olmur və onları 
yalnız biz yaratmırıq. AnlayıĢ Ģeylərin özündə yaĢayır və öz anlayıĢı sayəsində Ģey nədirsə, odur və deməli, predmeti 
anlamaq onun anlayıĢını dərk etməkdir. Biz predmeti müzakirə etməyə baĢlarkən ona bu və ya digər predikatı bizim 
subyektiv fəaliyyətimiz kənardan bağlamır, biz predmeti onun anlayıĢının müəyyən etdiyi müəyyənliklərdə gözdən 
keçiririk. 
   
§ 167 
  Mühakimə, adətən yalnız özünü dərk edən təfəkkürdə yeri olan subyektiv əməliyyat və forma kimi götürülür. Ancaq 
məntiqdə hələ bu fərq yoxdur və mühakimə belə bir tamamilə ümumi anlamda götürülməlidir ki, bütün Ģeylər 
mühakimədirlər, yəni özündə ümumiliyə və ya iç təbiətə malik təkcələrdir, yaxud baĢqa sözlə, onlar fərdiləĢmiĢ, 
təkcələĢmiĢ ümumidirlər; onlarda ümumilik və təkcəlik bir-birindən fərqlidir və eyni zamanda eyniyyətdədir. 
  Qeyd. Mühakimənin yuxarıda göstərilən hansısa bir subyektə mənim hansısa bir predikatı bağlamağım kimi subyektiv 
izahı "Çiçək qırmızıdır", "Qızıl metaldır" və i. a. mühakimələrinin subyektiv ifadələrinə açıqca ziddir və deməli, 
subyektə hər hansı bir xassəni mən özümdən, kənardan bağlamıram. 
  Mühakimə cümlədən fərqlənir; cümlədə subyektin elə tərifləri var ki, onlar subyektə münasibətdə ümumilik xarakteri 
daĢımırlar. Məsələn, "Sezar Romada filan ildə anadan olmuĢdur, Qalliyada on illər müharibə etmiĢdir, Rubikonu 
keçmiĢdir və i. a. – bütün bunlar mühakimə yox, cümlələrdir. "Mən bu gün yaxĢı yatdım" və ya "Silaha düzlən" və i. a. 
kimi cümlələrin mühakimə forması ala bildiyini təsdiq etmək də tamamilə mənasızdır. Yalnız o halda "Karet yaxından 
keçir" cümləsi mühakimə, məhz subyektiv mühakimə ola bilərdi ki, yaxından keçən predmetin karet olduğuna yaxud 
predmetin və ya onu müĢahidə etdiymiz məntəqənin hərəkətinə Ģübhə edilsin, deməli, yalnız hələ müəyyənləĢməmiĢ 
təsəvvür üçün tərif tapmağa can atdıqda sözü gedən cümlə subyektiv mühakimə ola bilər. 
   
§ 168 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə