MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə62/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   58   59   60   61   62   63   64   65   ...   79

  Mühakimənin nəzər nöqtəsi sonluluqdur və mühakimə nəzər nöqtəsinə görə Ģeylərin sonluluğu ondan ibarətdir ki, 
onlar mühakimədirlər, onların mövcud varlığı və ümumi təbiəti (bədəni və ruhu) bir-birinə bağlı olsa da – əks halda 
onlar heç nə olardılar – hər halda onların momentləri artıq bir-birindən fərqlənir və bir-birindən ayrılır. 
   
§ 169 
  "Təkcə ümumidir" abstrakt mühakiməsində özünə mənfi münasibətdə olan subyekt bilavasitə konkretdir, predikat isə 
əksinə, abstraktdır, qeyri-müəyən ümumidir. Amma onlar "dır" Ģəkilçisi vasitəsilə bir-birinə bağlandığından predikat da 
özünün ümumiliyində subyektin müəyyənliyinə malik olmalıdır; beləliklə, subyektin bu müəyyənliyi xüsusidir və bu 
xüsusi subyekt və obyektin düĢünən eyniyyətidir; deməli, formanın bu fərqinə biganə olan müəyyənlik burada 
məzmundur. 
  Qeyd. Yalnız predikatda subyekt dəqiq müəyyənlik və məzmun alır. Subyekt özlüyündə ancaq bir təsəvvür və ya boĢ 
addır. "Allah real varlıqdır" və i. a. yaxud "Mütləq özü ilə eyniyyətdir" və i. a. mühakimələrində allah, mütləq quru 
adlardır; yalnız predikatda subyektin nə olduğu deyilir. Subyektin predikatda deyiləndən baĢqa daha nə olduğunun 
mühakiməyə aidiyyatı yoxdur ( 
§ 31). 
  Əlavə. Əgər deyirlər ki, "Subyekt haqqında nə isə deyiləndən, predikat isə subyekt haqqında deyiləndən ibarətdir" bu 
olduqca bayağı bir ifadədir və bu ifadədə onların fərqi bilinmir. Subyekt öz anlamına görə təkcə, predikat isə ümumidir. 
Mühakimənin sonrakı inkiĢafında subyekt yalnız bilavasitə təkcə, predikat isə yalnız abstrakt ümumi olaraq qalmırlar; 
subyekt və predikat sonradan baĢqa anlam alır: predikat xüsusi və təkcə anlamı, subyekt isə xüsusi və ümumi anlamı 
alır. Beləliklə, mühakimənin tərəflərinin subyekt və predikat adlarının saxlanması ilə birlikdə onların anlamı dəyiĢilə 
bilir. 
   
§ 170 
  Subyektin və predikatın daha dəqiq təriflərinə gəlincə demək lazımdır ki, özünün özü ilə mənfi münasibəti kimi ( 
§ 163, 166, qeyd) subyekt predikatın davamlılığının və ideal varlığının möhkəm əsasıdır (predikat subyektə məxsusdur); 
və subyekt ümumiyyətlə və bilavasitə konkret olduğundan predikatın müəyən məzmunu subyektin çoxsaylı 
müəyyənliklərindən yalnız biridir və subyekt predikatdan zəngin və geniĢdir. 
  Predikat isə əksinə, ümumi kimi müstəqil davamlılığa malikdir və subyektin varlığına və ya yoxluğuna biganədir; o, 
subyektin hüdudundan kənara çıxır, onu öz altına alır və öz sırasında subyektdən geniĢdir. Predikatın ancaq müəyən 
məzmunu (bundan öncəki paraqrafa bax) subyekt və predikatın eyniyyətini daĢıyır. 
   
§ 171 
  Subyekt, predikat və müəyyən məzmun və ya eyniyyət öncə mühakimədə fərqlilik, bir-birinə dıĢarı kimi 
münasibətdədir. Amma özündə, yəni anlayıĢa görə onlar eyniyyətdədirlər, subyektin konkret totallığı hansısa bir qeyri-
müəyyən müxtəliflik yox, təkcəlikdən, bir eyniyyətdəki xüsusi və ümumidən ibarət olduğundan, məhz bu vəhdət 
predikatdır ( 
§ 170). Sonra, Ģəkilçidə subyekt və predikatın eyniyyəti baĢlanğıcda abstraktdır. Bu eyniyyətə görə subyekt predikatın 
tərifində olmalıdır və bunun sayəsində predikat subyekt tərifi alır və bağlılıq tamamlanır. Bu – mühakimənin əlaqənin 
tamamlanmıĢ məzmunu vasitəsilə əqlinəticəyə keçən sonrakı tərifidir. Mühakimənin öz inkiĢafı ondan ibarətdir ki, 


baĢlanğıcda ancaq abstrakt olan ümumidik, hissi ümumilik cinsin və növün məcmusu və nəhayət, anlayıĢın 
ümumiliyinin inkiĢafı kimi spesifikdir. 
  Qeyd. Yalnız mühakimənin tərifinin dərki prosesi adətən məntiqdə iĢlənən mühakimənin növlərini əlaqələndirir və 
onlara anlam verir. Mühakimənin müxtəlif növlərini göstərərkən onların sadəcə sadalanması tamamilə təsadüfi və çox 
dayaz, hətta mənasız və qəribə görünür. Müsbət, qəti, assertorik mühakimələri bir-birindən fərqləndirmək üçün 
əlamətlər ya havadan götürülür, ya da onlar müəyyənləĢdirilmir. Müxtəlif mühakimələrə zərurət olaraq bir-birindən irəli 
gələn mühakimələr kimi və anlayıĢın ardıcıl tərifləri kimi baxılmalıdır, çünki mühakimənin özü müəyyən anlayıĢdan 
yaxud anlayıĢın müəyyənliyindən baĢqa bir Ģey deyil. 
  Öncə gözdən keçirdiyimiz varlıq və mahiyyət sferalarına münasibətdə müəyyən anlayıĢlar mühakimələr kimi o 
sferaların təkrarıdır, ancaq anlayıĢın sadə münasibətində müəyyənləĢmiĢ təkrarıdır. 
  Əlavə. Mühakimənin müxtəlif növləri təkcə emprik müxtəliflik kimi yox, həm də təfəkkürdə müəyyən olunan totallıq 
kimi baĢa düĢülməlidir. Kantın böyük xidmətlərindən biri bu tələbi irəli sürməsindən ibarətdir. Kantın irəli sürdüyü 
kateqoriyalar cədvəli sxeminə görə mühakimələrin keyfiyyət, kəmiyyət, münasibət və modallıq mühakimələrinə 
bölünməsi bu kateqoriyalar sxeminin qismən formal tətbiq olunduğuna, qismən də onların məzmununa görə yetərli 
sayıla bilməsə də bu bölgünün əsasında, hər halda belə bir həqiqi baxıĢ durur ki, mühakimənin müxtəlif növləri məhz 
məntiqi ideyanın ümumi formaları ilə müəyyən olunur. Bu bölgüyə görə biz öncə mühakimənin üç baĢlıca növünü alırıq 
ki, bunlar varlığın, mahiyyətin və anlayıĢın pillələrinə uyğun gəlir. Mühakimənin differensiasiyasının pillələri kimi 
mahiyyətin xarakterinə uyğun olan bu baĢlıca növlərindən ikincisi öz növbəsində ikili təbiətlidir. Mühakimənin bu 
sistematikasının iç əsasını onda axtarmaq lazımdır ki, anlayıĢ varlığın və mahiyyətin ideal vəhdəti olduğu üçün vəhdətin 
mühakimədə açıqlanması da öncə bu iki pilləni anlayıĢa uyğun dəyiĢdirilmiĢ Ģəkildə təkrar etməlidir, anlayıĢın özü isə 
həqiqi mühakiməni müəyyən edir. Mühakimənin müxtəlif növlərinə bir-birinə yanaĢı duran, eyni bir dəyərə malik olan 
mühakimələr kimi yox, ardıcıl pillələr kimi baxılmalıdır, onların arasındakı fərq isə predikatın məntiqi anlamından 
asılıdır. Bu anlama ilə artıq adi Ģüurdada qarĢılaĢırıq, çünki adi Ģüur tərəddüd etmədən, məsələn, "bu divar yaĢıldır", "bu 
soba istidir" və i. a. kimi mühakimələrin iĢlədilməsini zəif mühakimə qabiliyyətinə aid edir və yalnız öz 
mühakimələrində bəlli bir incəsənət əsərinin gözəlliyindən, müəyyən bir incəsənət əsərinin yaxĢı olmasından və i. a. söz 
açan insanı həqiqi mühakimə qabiliyyətinə malik insan sayır. Zəif mühakimənin məzmununu yalnız abstrakt keyfiyyət 
təĢkil edir və onun alınması üçün bilavasitə qavrayıĢ tam yetərlidir; incəsənət əsərinin gözəl olmasından və ya edilən 
hərəkətin yaxĢı olmasından söz açırıqsa, adı çəkilən predmetlər onların anlayıĢları və bu anlayıĢdakı tərifləri ilə 
müqayisə edilməlidir. 
  alfa) Keyfiyyət mühakiməsi 
   
§ 172 
  Bilavasitə mühakimə mövcud varlıq mühakiməsidir, özünün bilavasitə və deməli, hissi keyfiyyətdən ibarət 
predikatında bir ümumilik kimi müəyyənləĢmiĢ subyektdir. 1) Müsbət (təkcə) mühakimə nə isə bir xüsusidir. Ancaq 
təkcə xüsusi deyil; dəqiq deyilərsə, belə təkcə keyfiyyət subyektin konkret təbiətinə uyğun gəlmir. 2) Ġnkar mühakiməsi. 
  Qeyd. Ən böyük məntiqi xurafatlardan biri budur ki, məsələn, "çiçək qırmızıdır" və ya "çiçək qırmızı deyil" kimi 
keyfiyyət mühakimələrində həqiqət ola biər; onlar düzgün, yəni məhdud qavrayıĢlar, sonlu təsəvvür və təfəkkür 
çevrəsində düzgün ola bilər; onların düzgünlüyü sonlu, özlüyündə həqiqi olmayan məzmundan asılıdır. Həqiqət isə 
yalnız formaya, yəni müəyyənləĢmiĢ anlayıĢa və ona uyğun gələn reallığa söykənir; amma belə həqiqət keyfiyyət 
mühakiməsində yoxdur. 
  Əlavə. Həqiqətə və düzgünlüyə gündəlik həyatda çox vaxt eyni bir Ģey kimi baxılır və buna uyğun olaraq yalnız 
düzlükdən söz getməli olduğu halda həqiqətdən bəhs olunur. Düzgünlük ümumiyyətlə ancaq bizim təsəvvürümüzün 
daĢıdığı məzmunun xarakterindən asılı olmayaraq onunla formal uyğunluğuna aiddir. Həqiqət isə əksinə, predmetin 
özünün özü ilə, yəni öz anlayıĢı ilə uyğunluğudur. Hansısa bir bədənin xəstə olması və ya kimsənin nəyi isə oğurlaması 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə