MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə63/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   59   60   61   62   63   64   65   66   ...   79

doğru ola bilər; amma belə məzmun həqiqi məzmun deyil, çünki xəstə bədən həyat anlayıĢına uyğun deyil, eləcə də 
oğurluq insan fəaliyyəti anlayıĢına uyğun hərəkət deyil. Bu misallardan görünür ki, hansısa bir bilavasitə təkcənin 
abstrakt keyfiyyət kimi ifadə olunduğu bilavastə mühakimə nə qədər düz olur olsun, yenə də onda həqiqət ola bilməz, 
çünki bu mühakimədə subyekt və predikat reallıqla və anlayıĢla iliĢikli deyil. Bilavasitə mühakimənin həqiqi olmaması 
ondan ibarətdir ki, onun forması və məzmunu bir-birinə uyğun gəlmir. Əgər biz: "bu çiçək qırmızıdır" deyiriksə, onda 
"dır" bağlayıcısı onu bildirir ki, subyekt və predikat bir-biri ilə uzlaĢır. Ancaq bir konkret kimi çiçək yalnız qırmızı 
olmayıb həm də xoĢ ətirlidir və onun müəyyən bir forması və qırmızılıq predikatında olmayan cürbəcür tərifləri var. 
Digər tərəfdən qırmızılıq predikatı bir abstrakt ümumi kimi təkcə bu subyektə – çiçəyə məxsus deyil. Qırmızı rəngli 
digər çiçəklər və predmetlər də vardır. Subyekt və predikat bilavasitə mühakimədə bir-birilə bir nöqtədə kəsiĢirlər, 
ancaq bir-birini ört-basdır etmirlər. AnlayıĢ mühakiməsi isə baĢqadır. Biz "bu hərəkət yaxĢıdır" desək, bu, anlayıĢ 
mühakiməsi olacaq. Biz dərhal qeyd edirik ki, burada subyekt və predikat arasında bilavasitə mühakimədə olan səbatsız 
və dıĢ bağlılıq yoxdur. Bununla belə, bilavasitə mühakimədə predikat subyektə məxsus olan və həm də məxsus olmaya 
bilən abstrakt keyfiyyəti təĢkil edir, anlayıĢ mühakiməsində isə əksinə, predikat subyektin sanki canı, ruhudur, subyekt 
isə predikatın, ruhun bədənidir və bütünlüklə predikatla müəyyən olunur. 
 
§ 173 
  Birinci inkar kimi bu inkarda subyekt hələ predikata aiddir və onun sayəsində nisbi ümumi və ancaq inkar olunmuĢ 
müəyyənlikdir ("çiçək qırmızı deyil" ifadəsi bildirir ki, hər halda çiçəyin rəngi var, ancaq baĢqa rəngdir, deməli, bu yenə 
də müsbət mühakimə olacaq). Amma təkcə ümumi deyil. Beləliklə 3) mühakimə özlüyündə: aa) boĢ eyniyyət 
bağlanttısına: təkcə təkcədir – eyniyyət mühakiməsidir və bb) subyekt və predikat arasında tam uyğunsuzluq deyilən 
sonsuz mühakiməyə bölünür. 
  Qeyd. Sonsuz mühakiməyə, məsələn, "Ruh fil deyil", "Aslan masa deyil" və i. a. mühakimələri misal ola bilər – burada 
cümlələr düzgündür, ancaq bunlar da "Aslan aslandır", "ruh ruhdur" və i. a. eyniyyət cümlələri kimi mənasızdır. Bu 
cümlələr bilavasitə olanın həqiqəti, keyfiyyət mühakiməsi deyilən mühakimələr olsa da ümumiyyətlə mühakimə deyillər 
və yalnız qeyri-həqiqi abstraksiyanı qeyd edən subyektiv təfəkkürdə qarĢıya çıxır. Obyektiv gözdən keçirilən bu 
mühakimələr mövcud olanın və ya hissi Ģeylərin təbiətini ifadə edir, ifadə edir ki, hissi Ģeylər boĢ eyniyyətə və bir-biri 
ilə bağlananların bir-birinə tam uyğunsuzluğuna bölünmədir. 
  Əlavə. Subyekt və predikat arasında heç bir bağlantının olmadığı inkarı – sonsuz mühakimə adətən formal məntiqdə 
yalnız mənasız məzə, gülmək xatirinə gətirilir. Lakin əslində biz bu sonsuz mühakiməyə təkcə subyektiv təfəkkürün 
təsadüfi forması kimi baxmamalıyıq; o əksinə, əvvəlki mühakimələrin (müsbət və sadə-inkari mühakimələrin) əsas 
dialektik sonucudur və onların sonluluğunu və qeyri-həqiqiliyini açıqca gözə çarpdırır. Ġnkari-sonsuz mühakiməyə 
obyektiv misal kimi cinayəti göstərmək olar. Cinayət (məsələn, oğurluq) edən Ģəxs nəinki oğurlanan Ģeyə baĢqa Ģəxsin 
xüsusi hüququnu, həm də ümumiyyətlə hüququ inkar edir və ona görə də oğru oğurladığı Ģeyləri qaytarmağa məcbur 
edilməklə bərabər, həm də cəzalandırılır, çünki onun hərəkəti ümumiyyətlə hüquqa qarĢı yönəlmiĢdir. Mülki iddia isə 
əksinə, sadə-inkari mühakiməyə misal ola bilər, çünki bu iddiada yalnız bu xüsusi hüquq inkar edilir, deməli, 
ümumiyyətlə hüquq etiraf edilir. Burada iĢ "Bu çiçək qırmızı deyil" inkar mühakiməsində olduğu kimidir. Bu 
mühakimədə ümumiyyətlə çiçəyin rəngi yox, xüsusi rəng (qırmızı) inkar edilir, çünki çiçəyin rəngi qırmızıdan baĢqa 
mavi, sarı və i. a. da ola bilər. Eləcə də ölüm sadə-inkari mühakimə olan xəstəlikdən fərqli olaraq sonsuz-inkari 
mühakimədir. Xəstəlik bu və ya digər xüsusi həyati funksiyanın ləngiməsi və ya inkarıdır; ölüm isə əksinə, adətən 
deyildiyi kimi, ruh və bədənin, yəni subyekt və predikatın bir-birindən tam ayrılmasıdır. 
    
 
beta) Refleksiya mühakiməsi 
   


§ 174 
  Mühakimədə təkcə kimi müəyyənləĢmiĢ (özü özünə refleksiya etmiĢ) təkcə elə bir predikta malik olur ki, onunla 
müqayisədə subyekt həm özü olur, həm də baĢqası. Mövcudluqda subyekt artıq bilavasitə keyfiyyətli olmayıb nə isə 
baĢqası, xarici aləmlə bağlantı və münasibətdə olur. Deməli, ümumilik nisbi məna alır (məsələn: faydalılıq, təhlükəlilik, 
ağırlıq, turĢluq, istək və i. a. mənaları). 
  Əlavə. Refleksiya mühakiməsi ümumiyyətlə keyfiyyət mühakiməsindən onunla fərqlənir ki, refleksiya mühakiməsinin 
predikatı daha bilavasitə abstrakt keyfiyyət olmayıb elə mühakimədir ki, onun sayəsində subyektin nə isə baĢqası ilə 
münasibətdə olduğu aĢkar olunur. Məsələn, əgər biz "Bu çiçək qırmızıdır" deyiriksə, onda subyekti özünün təkcəliyində 
gözdən keçirmiĢ oluruq. Əgər "Bu bitki müalicə bitkisidir" mühakiməsini irəli sürürüksə, onda subyekti onun müalicəvi 
olması predikatı vasitəsilə baĢqa nə iləsə (bu bitki ilə müalicə oluna bilən xəstəliklə) münasibətində araĢdırmıĢ oluruq. 
Eləcə də "bu bədən çevikdir", "bu alət faydalıdır", "bu cəza dəhĢətlidir" və i. a. mühakimələri ilə də məsələ o cürdür. 
Belə mühakimələrin predikatları ümumiyyətlə reflektiv təriflərdir və bunların vasitəsilə subyektin bilavasitə təkcəliyi 
hüdudundan kənara çıxılır, amma bu mühakimələrdə subyektin anlayıĢı hələ göstərilmir. Adi mühakiməlilik əsasən bu 
cür mühakimələrdə özünü göstərir. Sözü gedən predmet nə qədər konkret olarsa, refleksiyaya bir o qədər bilik verə 
bilər; amma bu refleksiya predmetin özünəməxsus təbiətini, yəni onun anlayıĢını tam əhatə etmir. 
   
§ 175 
  1) Subyekt (sinqulyar mühakimədəki) təkcə kimi, həm də bir ümumidir. 2) Bu nisbətdə subyekt özünün təkcəliyindən 
(Sinqularitat) yüksəyə qalxır. Bu geniĢlənmə dıĢ geniĢlənmə, subyektiv refleksiya, öncə müəyyənləĢməmiĢ xüsusidir 
(bilavasitə inkarı olduğu qədər də müsbət olan partikulyar mühakimədə təkcə özlüyündə ikiləĢir: qismən özü ilə, qismən 
də baĢqası ilə qarĢılıqlı münasibətdə olur). 3) Subyekt bir ümumidir; Beləliklə, xüsusi ümumiyə qədər geniĢlənir, yaxud 
baĢqa sözlə, subyektin təkcəliyi ilə müəyyənləĢən ümumilik onların hamısının məcmusudur (die Allneit). 
  Əlavə. Sinqulyar mühakimədə ümumi kimi müəyyənləĢərək, subyekt quru, xalis təkcəlik kimi öz hüdudundan kənara 
çıxır. Biz "bu bitki müalicəvi bitkidir" deyiriksə, onda belə mühakimə bildirir ki, ancaq bu təkcə bitki müalicəvi olmayıb 
bir çox baĢqa bitkilər də müalicə əhəmiyyətli bitkilərdir və bu, partikulyar mühakimə verir ("bəzi bitkilər müalicəvidir", 
"bəzi insanlar ixtiraçıdır" və i. a.). Partikulyarlıq vasitəsilə bilavasitə təkcə öz müstəqilliyini itirir və baĢqa təkcələrlə 
əlaqəyə girir. Bu insan kimi insan artıq ayrıca insan deyildir, baĢqaları ilə bir sırada durur və beləliklə, çoxlu insanlardan 
biridir. Amma elə buna görə də o həm də öz ümumisinə məxsusdur və ümumi səviyyəsinə qaldırılmıĢdır. Partikulyar 
mühakimə müsbət olduğu qədər də mənfi, inkar mühakiməsidir. Əgər yalnız bəzi cisimlər elastikdirsə, onda baĢqaları 
elastik deyil. Bu öz sırasında sonrakı hərəkət, reflektiv mühakimənin üçüncü formasına, yəni verilmiĢ bütün 
predmetlərin toplamına aid oan mühakiməyə ("bütün insanlar öləndir", "bütün metallar elektriki keçirəndir") keçilməsi 
üçün Ģərt olur. Hamısının məcmusu (di Allheit) refleksiyanın adətən hər Ģeydən öncə tapdığı ümumilik formasıdır. 
Burada ümumi özlüyündə mövcud olan və birliyə biganə qalan təkcələri əhatə edən yalnız dıĢ bağlılıqdır. Lakin əslində 
ümumi təkcənin əsası və zəmini, kökü və substansiyasıdır. Biz, məsələn, Kayı, Titi, Semproniyanı və Ģəhərin yaxud 
ölkənin baĢqa sakinlərini gözdən keçiririksə, onların hamısının insan olması nəinki onların hamısı üçün ümumidir, həm 
də bütün bu təkcələrin varlığının asılı olduğu ən ümumidir, onların cinsi varlığıdır. Səthi, yalnız ən ümumi adlandırılan, 
əslində isə bütün təkcələrə məxsus olan və onların hamısı üçün ümumi olan ümumilik isə baĢqadır. Qeyd edildi ki, 
heyvanlardan fərqli olaraq insanlar üçün qulaq sırğalığı ümumidir. Lakin aydındır ki, əgər bu və ya digər insanda qulaq 
sırğalığı olmasa belə, bundan onların varlığının digər cəhətləri – xarakteri, qabiliyyəti və i. a. heç nə itirməz. Kayın 
insan olmadan cəsarətli, alim v i. a. olmasını təsəvvür etmək isə mənasız olardı. Ayrıca insan xüsusi kimi ondan 
ibarətdir ki, hər Ģeydən öncə insan olduğu üçün ümumidə yeri vardır. Bu ümumi isə ancaq baĢqa abstrakt 
keyfiyyətlərdən və ya reflektiv təriflərdən kənarda və onlarla birlikdə olmayıb bütün xüsusilərə dərindən nüfuz edən və 
onları özündə birləĢdirən ümumidir. 
   


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə