MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə66/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   62   63   64   65   66   67   68   69   ...   79

  Qeyd. Formal əqlinəticədən dəbdən büĢdüyünə görə yox, daha çox onun iĢlədilməməsinə haqq qazandıran yanlıĢlığına 
görə istifadə olunmadı. Bu və sonrakı paraqraf belə əqlinəticənin həqiqət üçün önəmsizliyini göstərir. 
  ĠĢin bu paraqrafda göstərilən tərəfinə görə belə əqlinəticə ilə, necə deyərlər, ən müxtəlif müddəaları sübut etmək 
olar.Bunun üçün yetər ki, tələb olunan tərifə keçid etmək üçün lazım olan medius terminus götürülsün. Amma baĢqa 
orta terminlə, hətta ona əks müddəanı da sübut etmək olar. Predmet konkret olduqca ona məxsus olan və orta termin 
rolu oynayacaq tərəflərin sayı da çox olur. Bu tərəflərdən hansının daha önəmli olduğu məsələsinin həlli üçün ilk sırada 
elə əqlinəticəyə söykənmək lazımdır ki, ayrıca bir müəyyənliyin üzərində dursun və bu müəyənlik üçün asanlıqla elə 
cəhət və mülahizə tapmaq mümkün olsun ki, onu mühüm və zəruri saymağa əsas versin. 
  Əlavə. Empirik idrakın və ya sonlu təfəkkürün əqlinəticəsi barədə gündəlik həyatda nə qədər az düĢünsələr də o yenə 
də daim müəyyən rol oynayır. Belə ki, məsələn, mülki iddialarda vəkilin vəzifəsi öz müĢtərilərinin xeyrinə daha çox 
hüquqi əsas gətirməkdən ibarət olur. Lakin belə hüquqi əsaslar məntiq baxımından orta termindən baĢqa bir Ģey deyil. 
Diplomatik danıĢıqlarda da, məsələn, müxtəlif dövlətlər eyni bir vilayətə iddia etdikdə də gətirilən beynəlxalq hüquqi 
əsaslar məntiqi yöndən orta termin sayılır. Bu zaman varislik hüququ, vilayətin coğrafiyası, burada yaĢayanların 
mənĢəyi və dili, yaxud hər hansı baĢqa əsaslar orta termin kimi irəli sürülə bilər. 
   
§ 185 
   ) Bu əqlinəticə99 həmçinin onda olan iliĢgilərin formalarına görə təsadüfidir. Əqlinəticənin anlayıĢına görə həqiqi olan 
müxtəlifliklərin onları vəhdətə gətirən aralıq vasitəsilə iliĢgisindən ibarətdir. Amma kənar terminlərin aralıq halqa (kiçik 
və böyük müqəddimə) ilə bir-birinə bağlanması daha çox bilavasitə iliĢgidir. 
  Əqlinəticənin bu ziddiyyətliliyi öz sırasında sonsuz proqresdə hər bir müqəddimənin əqlinəticə ilə sübut olunması 
tələbində öz ifadəsini tapır; ancaq əqlinəticədə sübut olunması tələb olunan iki müqəddimə olduğundan bu qoĢa tələb 
sonsuz təkrarlanır. 
   
§ 186 
  Bu formada götürülən və mütləq doğru sayılan əqlinəticənin burada (empirik önəmliliyi ilə bağlı) qeyd edilən qüsuru 
onun müəyyənləĢdirilməsinin sonrakı gediĢində aradan qaldırılmalıdır. Burada, anlayıĢ çərçivəsində olduğu kimi əks 
müəyyənlik təkcə özündə (bizim refleksiyamız – A. T.) olmayıb, həmçinin öncədən müəyyənləĢmiĢdir; beləliklə, 
əqlinəticənin həm də sonrakı tərifləndirilməsi üçün biz, hər dəfə ancaq onun özünün yəqinləĢdirdiyini qəbul etməliyik. 
  Forması T-X-U olan bilavasitə əqlinəticə vasitəsilə təkcə ümumi ilə vasitələnir və bu nəticədə o ümumi kimi 
müəyyənləĢir. Beləliklə, subyekt kimi təkcə ümumi olur və artıq indi iki əks terminin vəhdətindən və onların 
vasitələnməsindən ibarət olur; bu, əqlinəticənin ikinci fiqurunu: 2) U-T-X verir. Bu fiqur təkcədə baĢ verən və beləliklə 
də təsadüfi olan birinci fiqurun həqiqiliyini ifadə edir. 
   
§ 187 
  Ġkinci fiqur ümumini (bu öncəki paraqrafda təkcə vasitəsilə ikinci fiqura keçir və artıq burada bilavasitə subyekt yerini 
tutur) xüsusi ilə birləĢdirir. Beləliklə, ümumi bu nəticə ilə xüsusi kimi, deməli, yerlərində indi artıq baĢqa terminlərin 
durduğu terminləri vasitələndirən pillə kimi müəyyənləĢir; bu – əqlinəticənin üçüncü fiqurudur. 3) X-U-T. 
  Qeyd. Adi izahlarda əqlinəticənin fiqurları (Aristotel haqlı olaraq yalnız üç fiqurun adını çəkir; dördüncü fiqur artıqdır 
və hətta demək olar ki, sonrakı müəlliflərin mənasız əlavəsidir) sıra halında göstərilir və onları izah edənlər onların 
zəruriliyini, önəmini və dəyərini göstərmək barədə az da olsa, düĢünmürlər. Ona görə də Aristoteldən sonra fiqurlara 


boĢ formalizm məhsulları kimi baxılması təəccüb doğurmur. Ancaq onların böyük önəmi var və o zərurətə əsaslanırlar 
ki, bu momentlərdən hər biri anlayıĢın tərifi kimi bütöv və vasitələndirici zəmin olsun. Bununla yanaĢı müqəddimə daha 
hansı təriflərə malik olmalıdır ki, sonucda müxtəlif fiqurlarda düzgün əqlinəticə alınsın, onlar universal və i. a. yaxud 
mənfi olmalıdırlarmı məsələsi isə iç, zəruri anlamı olmayan mexaniki təbiəti üzündən haqlı olaraq unudulmuĢ mexaniki 
araĢdırmanın predmetidir. Belə araĢdırmanın və ümumiyyətlə empirik, sonlu təfəkkürün əqlinəticəsinin önəmli 
olduğunu sübut etmək üçün Aristotelə daha az müraciət etmək olar. Doğrudur, Aristotel ruhun və təbiətin bu və bir çox 
baĢqa formalarını kəĢf və təsvir etmiĢdir. Amma özünün metafizik anlayıĢlarında, eləcə də təbiət və ruh anlayıĢlarında 
Aristotel sonlu təfəkkürün əqlinəticə formasını öz anlayıĢlarının əsası kimi götürmək istəyindən o qədər azad olmuĢdur 
ki, hətta demək olar ki, əgər bu anlayıĢlar sonlu təfəkkürün qanunlarına tabe edilsəydi, onlardan heç biri yarana və 
günümüzə dək saxlana bilməzdi. Aristotelin öz Ģərhlərində empirik materialdan çox geniĢ istifadə etmək üsuluna 
baxmayaraq bu Ģərhlər və izahlarda hər zaman spekulyativ anlayıĢ hökmran olmuĢ və o spekulyativ anlayıĢa əvvəl 
aydınca Ģərh etdiyi emprik əqlinəticə prosesinin qarıĢmasına yol vermir. 
  Əlavə. Əqlinəticə fiqurlarının obyektiv anlamı ümumiyyətlə ondan ibarətdir ki, onlar üç Ģəkildə çıxıĢ edirlər, yəni onun 
hər bir üzvü fiqurun həm kənar terminləri, həm də aralıq – vasitələndirici termini kimi çıxıĢ edir. Fəlsəfə elminin üç 
üzvü, yəni məntiqi ideya, təbiət fəlsəfəsi və ruh fəlsəfəsi də bu qaydaya tabedir. Burada öncə təbiət aralıq, birləĢdirici 
üzv kimi çıxıĢ edir. Təbiət, bu bilavasitə totallıq fiqurdakı qalan iki kənar üzvə – məntiqi ideyaya və ruha daxil olur. 
Amma ruh yalnız təbiətlə vasitələnir. Ġkincisi, bizim fərdi, fəal ruh kimi bildiyimiz ruh həmçinin aralıq üzvdür, təbiət və 
məntiqi ideya isə kənar üzvlərdir. Məhz ruh təbiətdə məntiqi ideyanı dərk edir və beləliklə təbiəti onun öz mahiyyəti 
səviyyəsinə ucaldır. 
  Həmçinin məntiqi ideyanın özü aralıq üzvdür; o həm ruhun, həm də təbiətin mütləq substansiyası, ən ümumidir və hər 
Ģeyi öz süzgəcindən keçirir. Mütləq əqlinəticənin üzvləri bax bu cürdür. 
   
§ 188 
  AnlayıĢın hər bir momenti əqlinəticənin fiqurunda kənar və orta yerlər tutduğundan onların fərqlərinin müəyyənliyi 
aradan qalxır və əqlinəticə öncə empirik idrakın fərqlənməyən momentlərinin dıĢ eyniyyəti, bərabərliyi iliĢgisinə malik 
olur ki, bu – kəmiyyət yaxud riyazi əqlinəticədir. Əgər iki Ģeydən hər biri üçüncüyə bərabərdirsə, onlar bir-birinə 
bərabərdir: A=S və B=S-dirsə, onda A=B=S. 
  Əlavə. Bəllidir ki, burada sözü gedən kəmiyyət əqlinəticəsi riyaziyyatda aksiom kimi qarĢıya çıxır və baĢqa aksiomlar 
haqqında olduğu kimi onun da haqqında adətən deyirlər ki, onun məzmununu sübut etmək olmaz və heç onun sübuta 
ehtiyacı da yoxdur, çünki o özlüyündə aydındır. Lakin əslində bu riyazi aksiomlar xüsusi və müəyyən fikirlərin ifadə 
olunduğu məntiqi müddəalardan baĢqa bir Ģey olmadığından onlar ümumidən və özü özünü müəyyən edən təfəkkürdən 
hasil edilməlidir və onların bu yolla hasil edilməsinə onların sübutu kimi baxılmalıdır. Bunu riyaziyyatda qəbul olunmuĢ 
keyfiyyət və ya bilavasitə əqlinəticənin əsas sonucu olan kəmiyyət əqlinəticəsi aksiomu üçün də demək olar. Amma 
kəmiyyət əqlinəticəsi tamamilə formasız əqlinəticədir, çünki orada anlayıĢın müəyyən etdiyi üzvlər arasındakı fərqlər 
aradan qalxır. Burada hansı müddəaların müqəddimə olması dıĢ durumdan asılıdır, ona görə də kəmiyyət 
əqlinəticəsindən istifadə edərkən baĢqa yerdə sübut olunmuĢ və qəti müəyyənləĢmiĢ müddəa müqəddimə kimi götürülür. 
   
§ 189 
  Bunun sayəsində formaya münasibətdə iki sonuc alınmıĢdır: birincisi, momentlərdən hər biri aralıq funksiyasını, 
deməli, tamın funksiyasını yerinə yetirməklə özündə özünün abstarkt xarakterinin birtərəfliyini itirir ( 
§ 182 və 184); ikincisi, vasitələnmə yalnız özündə, yəni bir-birini tələb edən vasitələnmələr çevrəsi kimi olsa da 
tamamlanır ( 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə