MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel


§ 203    Ancaq bu iki prosesdən – baĢqa obyektə laqeyd olmayan, maraqlı olan (des Differenten) obyektin neytral obyekt



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə71/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   67   68   69   70   71   72   73   74   ...   79

§ 203 
  Ancaq bu iki prosesdən – baĢqa obyektə laqeyd olmayan, maraqlı olan (des Differenten) obyektin neytral obyekt 
Ģəklinə salınması və laqeyd (des Ġndifferenten) yaxud neytral obyektin differensiyasiyası proseslərindən hər birinin 
onlara bir-birinə münasibətdə müstəqillik görüntüsü verən dıĢ xarakteri onların bərtərəfləĢdiyi məhsula keçidində sonlu 
olduqlarını üzə çıxarır. Və əksinə, kimyəvi proses bir-birinə laqeyd olmayan, maraqlı olan (differenten) obyektlərin 
ehtimal edilən bilavasitəliyinin əhəmiyyətsiz olduğunu aĢkar edir. AnlayıĢın obyekt kimi mövcud olduğu diĢarılığının 
və bilavasitəliyinin bu inkarı vasitəsilə anlayıĢ bu diĢarılıq və bilavasitəlik qarĢısında azad və özü üçün mövcud olan 
anlayıĢ kimi müəyyənləĢir,baĢqa sözlə indi o məqsəd kimi müəyyənləĢmiĢ olur. 
  Əlavə. Ximizmdən teleoloji münasibətə keçid qeyd etdiyimiz iki kimyəvi prosesin qarĢılıqlı olaraq bir-birini aradan 
qaldırması vasitəsilə baĢ verir. Bunun sayəsində ximizmdə və mexanisizmdə yalnız özündə olan anlayıĢ azad olur və 
beləliklə, özü üçün mövcud olan anlayıĢ məqsəddir. 
  c. Teleologiya 
   
§ 204 
  Məqsəd bilavasitə obyektivliyinin inkarı vasitəsilə azad varlığa keçən anlayıĢdır, özü-üçun-mövcud anlayıĢdır. Bu 
anlayıĢ subyektiv məqsəd kimi müəyyənləĢmiĢdir, belə ki, bu inkar öncə abstrakt olduğundan hələlik obyektivlik ona 
qarĢı durur. Lakin subyektivliyin bu müəyyənliyi anlayıĢın totallığına münasibətdə birtərəfli müəyyənlikdir yəni 
məqsədin özü üçün birtərəfli müəyyənlikdir, belə ki, məqsəddə hər bir müyyənlik aradan qaldırılmıĢ haldadır. Beləliklə, 
məqsəd üçün də onun nəzərdə tutduğu obyekt yalnız ideal haldadır və özündə əhəmiyyətsiz reallıqdır. Məqsəd onun özü 
ilə eyniyyətinin özündəki inkar və əksliklə ziddiyyəti kimi bərtərəfləĢmədir, fəaliyyətdir, inkar edən əkslikdir, belə ki, 
onu özü ilə eyniyyət müəyyənləĢdirir. Bu, məqsədin reallaĢmasıdır- onu öz subyektivliyinin baĢqası edən və 
ovyektivləĢdirən, subyektivliklə obyektivlik arasındakı fərqi aradan qaldıran, onu yalnız özünə qovuĢduran və onu 
saxlayan reallaĢmadır. 
  Qeyd. Bir tərəfdən, məqsəd anlayıĢı artıqdır, ancaq digər tərəfdən, haqlı olaraq onu təfəkkürün anlayıĢı adlandırmıĢ və 
xüsusini öz altına alan, ancaq özündə bu xüsusiyə malik olmayan abstrakt- ümumi idraka qarĢı qoymuĢlar. Sonra, 
deyilməlidir ki, son səbəb kimi məqsədlə adətən səbəb adlandırılan təsirli səbəb arasındakı fərq olduqca önəmlidir. 
Səbəb hələ aĢkarlanmamıĢ, kor zərurət sferasına məxsusdur; odur ki, özünün baĢqasına keçən və bununla da öncədən 
qərarlaĢdırılmıĢda ilkinliyini itirən səbəb kimi çıxıĢ edir; yalnız özündə və bizim üçün səbəb ilk olaraq təsirli səbəb kimi 
çıxıĢ edir və özünə qayıdır. Məqsəd isə əksinə, özü özündə müəyyənlik və ya təsir kimi (səbəbdə hələ özgə varlıq kimi 
təsəvvür edilən) qərarlaĢmadır, belə ki, məqsəd öz fəaliyyətində özünə keçmir, özünü saxlayır, yəni öz nəticəsi ancaq 
özündə olur və baĢlanğıcda, özünün qərarlaĢmasında nə idisə, sonda da özü olaraq qalır; yalnız özünü bu cür saxlaması 
sayəsində məqsəd əsl birincidir. AnlayıĢ kimi məqsəd özünün spekulyativ qavranılmasını tələb edir; bu qavrama öz 
təriflərinin vəhdətində və ideallığında mühakiməyə (Urteil) və ya inkara, subyektivliklə obyektivlik arasındakı əksliyə 
və eləcə də bu əksliyin aradan qaldırılmasına malik olan qavramadır. 
  Biz məqsəd haqqında düĢünərkən onu yalnız Ģüurdakı təsəvvür tərifləri forması ilə eyniləĢdirməməliyik. Özünün iç 
məqsədəuyğunluq anlayıĢı ilə Kant yenidən ümumiyyətlə və özəlliklə həyat ideyasını dirçəltdi. Aristotelin həyata 
verdiyi tərifdə artıq iç məqsədəuyğunluq anlayıĢı vardır və ancaq sonlu, dıĢ məqsədəuyğunluğu nəzərdə tutan 
teleologiyanın ən yeni anlayıĢından son dərəcə yüksəkdədir. 
  Tələbat, istək məqsədə əsas misallardır. Tələbat, istək canlı subyektin öz iç varlığında olan və hələ boĢ subyektivlikdən 
özgə bir Ģey olmayan inkarın inkarı fəaliyyətinə keçən hiss edilən ziddiyyətdir. Tələbatın ödənilməsi, istəyin yerinə 
yetməsi subyektlə obyekt arasında barıĢı bərpa edir, belə ki, obyektiv olanın subyektiv olanla birləĢməsi sayəsində 
onların arasındakı ziddiyyət (tələbat) aradan qalxır. Sonlunun – həm subyektiv, həm də obyektiv sonlunun 
möhkəmliyindən və aradanqaldırılmaz olmasından çox söz açanlar hər bir istəkdə söylədiklərinin əksilə qarĢılaĢırlar. 
Ġstək subyektiv olanın birtərəfli olduğuna, eləcə də obyektiv olan qədər az- həqiqət olduğuna necə deyərlər, yalnız 


əminlikdir. Sonra, istək bu əminliyin iĢdə gerçəkləĢdirilməsidir; istək olduğu kimi qalan subyektiv və olduğu kimi qalan 
obyektiv arasındakı əksliyin və bununla da onların sonluluğunun aradan qaldırılmasını gerçəkləĢdirir. 
  Məqsədin fəaliyyətinə gəlincə oxucunun diqqəti həm də ona yönəldilməlidir ki, bu fəaliyyətin özündən ibarət olan 
əqlinəticədə məqsəd gerçəkləĢmə prosesi vasitəsilə, terminlərin önəmli dərəcədə inkarı vasitəsilə özünə qovuĢur. Bu 
inkar indicə qeyd etdiyimiz məqsəddə olan özlüyündə bilavasitə subyektivliyin, eləcə də bilavasitə obyektivliyin 
(vasitələrin və can atılan obyektlərin) inkarıdır. Bu bizim dünyanın təsadüfi Ģeylərinə və olaylarına, eləcə də ruhumuzun 
allaha ucalması zamanı öz subyektivliyimizə nəzərən həyata keçirdiyimiz inkardır; bu – o momentdir ki, əsərin 
"giriĢində" və192-ci paraqrafında göstərdiyimiz kimi, dərrakənin allahın varlığının sübutu adlandırılan əqlinəticəsi 
formasında nəzərdən qaçırılır. 
   
§ 205 
  Teleoloji münasibət əsasən bilavasitə dıĢ məqsədəuyğunluqdur və anlayıĢ ona ünvanlanan bir Ģey kimi obyektə qarĢı 
durur. Məqsəd qismən öz məzmununa görə, qismən də özünün reallaĢması üçün material kimi obyektdə dıĢ Ģəraitə 
malik olmasına görə sonludur; deməli, məqsədin özünümüəyyən etməsi yalnız formaldır. Məqsədin bu bilavasitəliliyi, 
dəqiq deyilərsə, onu göstərir ki, onun özəlliyi özünə refleksiya kimi formanın məqsədin subyektivliyi kimi 
müəyyənləĢdirilməsində, məzmunun formanın totallığından, özündə subyektivlikdən, anlayıĢdan fərqli çıxıĢ 
etməsindədir. Məqsədin bu cür reallaĢması onun öz daxilində sonluluğunun ifadəsidir. Bunun nəticəsində məqsədin 
məzmunu məhduddur, təsadüfidir və bu məzmun və məqsədin obyekti xüsusidir və öncədən tapılmadır. 
  Əlavə. Məqsəd haqqında danıĢarkən adətən biz dıĢ məqsədəuyğunluğu nəzərdə tuturuq. Bu cür baxdıqda predmetlərdə 
onların öz təyinatlarını, onlardan kənarda olan məqsədlərin gerçəkləĢməsi üçün yalnız istifadə edilən və sərf olunan 
vasitələri görürük. Bu baxıĢ həm də elmdə bir vaxt böyük rol oynamıĢ, sonradan haqlı olaraq gözdən düĢmüĢ və Ģeylərin 
əsl təbiətini anlamaq üçün yetərsiz sayılan faydalılıq baxıĢıdır. Hər halda biz özlüyündə sonlu Ģeylərə əhəmyyətsiz 
Ģeylər kimi yox, öz hüdudundan kənarı göstərən Ģeylər kimi baxmalıyıq. Sonlu Ģeylərdəki bu inkarlıq onların öz 
dialektikasıdır və bu dialektikanı anlamaq üçün, biz, ilk öncə onların müsbət məzmununa girməliyik. Lakin teoloji baxıĢ 
üsulunda allahın müdrikliyinin təbiətdə təzahürünü göstərməyə vicdanla can atıldığından qeyd etməliyik ki, vasitələri 
predmetlər olan məqsədlərin axtarıĢı bizi sonlunun hüdudundan kənara çıxarmır və asanlıqla qəribə mühakimələrə 
sürükləyir. Məsələn, üzüm tənəklərinə nəinki onların insanlara verdikləri bəlli xeyirdən yanaĢırlar, bu ruhda çıxıĢ edərək 
mantar ağacının təyinatını Ģərab butulkalarının ağzını bağlamaq üçün tıxac hazırlamaq üçün material olmasında 
görürlər. KeçmiĢdə bu ruhda bütöv bir traktatlar yazırdılar və anlamaq asandır ki, bu cür mühakimələr nə dinin 
maraqlarına, nə də elmin maraqlarına fayda gətirmir. DıĢ məqsədəuyğunluq ideyadan bilavasitə öncədir, lakin çox 
zaman həqiqətin kandarında duran baxıĢ daha az yetərli olur. 
   
§ 206 
  Teleoloji münasibət subyektiv məqsədin ona dıĢarı olan obyektivliklə onların hər ikisinin vəhdətindən ibarət bir aralıq 
termin vasitəsilə qovuĢduğu əqlinəticədir; subyektiv məqsədin və obyektivliyin bu vəhdəti bir tərəfdən məqsədəuyğun 
fəaliyyətdir, digər tərəfdən bilavasitə məqsədə tabe edilmiĢ obyektivlikdir, vasitədir. 
  Əlavə. Məqsədin ideyaya inkiĢafı üç pilləni keçir: birincisi, subyektiv məqsəd pilləsi; ikincisi, gerçəkləĢən məqsəd 
pilləsi; üçüncüsü, gerçəkləĢmiĢ məqsəd. Öncə bizim subyektiv məqsədimiz olur və o özü üçün mövcud anlayıĢ kimi 
anlayıĢın momentlərinin totallığıdır. Bu momentlərdən birincisi özü ilə eyniyyətdə olan ümumilikdir ki, bu baĢlanğıcda 
tərkibində hər Ģey olan, lakin hələ heç nəyin fərqləndirilmədiyi suyu xatırladır. Ġkinci moment bu ümuminin 
xüsusiləĢməsidir ki, bunun sayəsində ümumi müəyyən məzmun alır. Bu müəyyən məzmun ümuminin fəaliyyəti 
olduğundan ümumi bu məzmunu vasitəsilə özünə qayıdır və özü özü ilə qovuĢur (zusammenschlieben). Buna uyğun 
olaraq qarĢımıza hansısa bir məqsəd qoyub deyirik ki, biz nə isə həll edirik (beschlieben) və beləliklə, özümüzə bu və ya 
digər tərif üçün sanki açıq varlıq kimi baxırıq. Amma sonra deyirik ki, biz nəyisə qərarlaĢdırdıq (entschlieben), bununla 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə