MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə73/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   69   70   71   72   73   74   75   76   ...   79

  Ġdeya özündə və özü üçün həqiqətdir, anlayıĢın və obyektivliyin mütləq vəhdətidir. Onun ideal məzmunu təriflərdən 
ibarət anlayıĢdan özgə bir Ģey deyil. Onun real məzmunu yalnız özünün dıĢ mövcud varlıq formasında açılmasıdır və bu 
formanı (Gestalt) öz ideallığına qapayaraq ideya onu öz hökmranlığı altında saxlayır və beləliklə də özünü o formada 
qoruyub saxlayır. 
  Qeyd. Mütləqin tərifinə görə onun ideya olmasının özü mütləqdir. Bütün öncəki təriflər ona gəlib çıxır. Ġdeya 
həqiqətdir, çünki həqiqət mənim təsəvvürümün dıĢ predmetlərinə yox, anlayıĢın obyektivliyinə uyğunluğudur; mənim 
təsəvvürlərim yalnız mənim özümün tərtib etdiyim düzgün təsəvvürlərdir. Ġdeyada iĢ "bunun" haqqında, təsəvvürlər 
haqqında, dıĢ predmetlər barəsində deyildir. Ancaq eyni zamanda hər Ģey gerçəkdir, çünki hər Ģey həqiqətdir, ideyadır 
və ideya vasitəsilə və ideya sayəsində öz həqiqiliyinə malik olur. Təkcə varlıq ideyanın hansısa bir tərəfidir; odur ki, 
təkcə varlığa xüsusi qismində müstəqil, davamlı mövcudluq görünüĢünə malik olan digər gerçəkliklər də lazımdır. 
Yalnız onların hamısında birlikdə və onların bir-birilə iliĢgilərində anlayıĢ reallaĢır. Özü üçün götürülən təkcə öz 
anlayıĢına uyğun gəlmir; onun mövcud varlığının bu məhdudluğu onun sonluluğunu ifadə edir və onun məhvinə aparır. 
  Ġdeyanı nəyinsə haqqında ideya kimi anlamaq olmaz, eləcə də bunun kimi anlayıĢı ancaq müəyyən anlayıĢ kimi baĢa 
düĢmək lazım deyil. Mütləq ən ümumidir və mühakimə aktında (als irteilend) özünü müəyyən ideyalar sisteminə ayıran 
tək ideyadır; bu müəyyən ideyalar da öz təbiətləri üzündən onların həqiqətini oluĢduran tək ideyaya qayıtmaya bilməz. 
Bu mühakimə sayəsində ideya baĢlanğıcda (zunachst) yalnız təkdir, ən ümumi substansiyadır, amma özünün inkiĢaf 
etmiĢ, əsl gerçəkliyində o subyektdir və beləliklə də ruhdur. 
  Ġdeyanın ayrıca bir mövcudluqdan ibarət giriĢ və dayaq nöqtəsi olmadığından onu çox vaxt yalnız xalis formal-məntiqi 
ideya kimi qəbul edirlər. Bu anlama tərzi mövcud Ģeyin və hələ ideyaya gəlib çatmayan bütün təriflərin reallıq və əsl 
gerçəklik önəmi daĢıdığını düĢünənlərə aiddir. Eləcə də bunun kimi, ideyanın yalnız abstrakt olduğunu düĢünmək 
yanlıĢdır. Doğrudur, ideya abstraktdır, amma ondakı bütün qeyri-həqiqinin yox olmasına görə abstraktdır; Lakin 
özlüyündə ideya önəmli dərəcədə konkretdir, çünki o, azaddır, özünü təyin edir, deməli özünü anlayıĢın reallığına uyğun 
təyin edir. Ġdeya yalnız o zaman formal-abstrakt olardı ki, biz onun prinsipi olan anlayıĢı əslində olduğu kimi – onun 
özünün özünə mənfi qayıdıĢı və subyektivlik deyil, abstrakt vəhdət kimi götürmüĢ olaydıq. 
  Əlavə. Həqiqət dedikdə ilk öncə mənim bildiyim, bir Ģeyin mövcudluğu baĢa düĢülür. Lakin bu yalnız Ģüura 
münasibətdə həqiqətdir və ya formal həqiqətdir, bu – çılpaq düzgünlükdür. Daha dərin anlamda həqiqət isə, əksinə, 
obyektivliyin anlayıĢla eyniyyətidir. Həqiqətin bu daha dərin anlamı həqiqi dövlət və ya həqiqi incəsənət əsəri ilə 
bağlıdır. Bu predmetlər nə olmalıdırlarsa, o olduqda, yəni onların reallığı anlayıĢlarına uyğun gəldikdə həqiqi olurlar. 
Bu qayda ilə baĢa düĢülən qeyri-həqiqi adətən pis adlandırılır. Pis insan həqiqi insan deyildir, yəni o, insan anlayıĢına və 
təyinatına uyğun hərəkət etmir. Amma tam eyniyyətsiz və reallıqsız heç nə ola bilməz. Hətta pis və həqiqi olmayan 
Ģeylər də nə cürsə və nə dərəcədəsə öz anlayıĢına uyğun olur. Tamamilə pis və ya anlayıĢı üçün münasib olmayan Ģey 
elə bu səbəbdən də öz-özünə dağılan bir Ģeydir. ġeylər dünyada möhkəmliyə təkcə anlayıĢları vasitəsilə malik olurlar, 
baĢqa sözlə, dini təsəvvür dililə deyilərsə, Ģeylər onlarda olan ilahi güc və bu səbəbdən yaradıcı fikir vasitəsilə özləri 
olurlar. Ġdeya adı altında uzaq və o dünyaya məxsus bir Ģey təsəvvür etmək lazım deyil. Əksinə, ideya bütünlükdə 
burada, hər bir Ģüurda, ancaq zəif və təhrif olunmuĢ halda mövcuddur. Biz dünyanı allah tərəfindən yaradılan və özünü 
bizə onda açan böyük bir tam kimi təsəvvür edirik. Biz həm də hesab edirik ki, dünyanı ilahi surət idarə edir; bu isə onu 
göstərir ki, dünyanın yaradıcıdan kənarda yaradılması və mövcudluğu yenidən onu yaradanla vəhdətə gətirilir və bu 
vəhdətə uyğun durumda saxlanılır. Əski fəlsəfənin məqsədi ideyanın və fəlsəfənin adına layiq olanın fikri dərkindən 
baĢqa bir Ģey olmamıĢdır və o, hissi idrakın ayrı-ayrılıqda götürdüyü Ģeylərin mütləq vəhdəti Ģüurunu öz təlimlərinin 
təməlinə qoymuĢdur. 
  Ġdeyanın həqiqət olmasının sübutunu əsərin ancaq bu bölümündə axtarmaq lazım deyil; fikrin bütün sonrakı 
irəliləyiĢində bunun sübutu vardır. Ġdeya fikrin bu yürüĢünün sonucudur; amma biz bu sonucu ideyanın yalnız onun 
özündən baĢqa nə iləsə vasitələnməsi kimi anlamamalıyıq. Əksinə, ideya özü özünün sonucudur və o özlüyündə 
bilavasitə olduğu qədər də vasitəlidir. Varlığın və mahiyyətin, eləcə də anlayıĢın və obyektivliyin öncə gözdən 
keçirdiyimiz pillələri onların hərəkətsiz, sükunət halında olan fərqindən ibarət deyildir. Bu pillələr özlərinin dialektik, 
hərəkətli halında bizə göründülər və onların həqiqiliyi isə ancaq ideyanın momentləri olmasındadır. 


   
§ 214 
  Ġdeya təfəkkür kimi, (bu "təfəkkür" anlayıĢının əsl fəlsəfi anlamıdır), sonra, subyekt-obyekt kimi, ideal və realın, 
sonlunun və sonsuzun vəhdəti kimi, gerçəkliyi özündə olan imkan kimi, təbiətin ancaq mövcudluq kimi baĢa düĢülə 
bilməməsi və i. a. kimi dərk edilə bilər; ideyada hissi idrakın bütün münasibətləri vardır, ancaq bu münasibətlər ideyada 
özlərinin özünə sonsuz qayıdıĢı və eyniyyəti halındadır. 
  Qeyd. Hissi idrak asanca göstərə bilər ki, ideya barəsində deyilənlərin hamısı ziddiyyətlidir. Lakin hissi idraka bütün 
ardıcıllığı, bəndlərilə ideyada yer verilir və haqqı tanınır. Və bu iĢi hissi idrakın fəaliyyətindən heç də asan olmayan 
təfəkkür görür. Hissi idrak ideyanın yalnız ziddiyyətli olduğunu, subyektivin ancaq subyektiv, obyektivin isə ona əks 
olduğunu, varlığın anlayıĢdan fərqli olduğunu və anlayıĢdan çıxarıla bilmədiyini, sonlunun yalnız sonlu və sonsuza bir 
baĢa əks olduğunu və onların eyniyyətdə olmadığını və bütün təriflərə yalnız bu cür münasibətdə olduğunu göstərdiyi 
halda məntiq, əksinə, göstərir ki, yalnız subyektiv, sonlu olan, yalnız sonsuz olan heç bir həqiqiliyə malik deyillər, özləri 
özləri ilə ziddiyyətdədirlər və öz əksliklərinə – subyektiv obyektivə, sonlu sonsuza, sonsuz sonluya keçirlər. Beləliklə, 
bu keçid və qütblüklərin bir moment kimi bərtərəfləĢmiĢ halda saxlandığı vəhdət özünü bu qütblüklərin həqiqəti kimi 
aĢkar edir. 
  Empirik-əqli idrak ideyanı tənqid edərkən onun tənqidi iki qat anlaĢılmazlıq olur. Birincisi, ideyanın kənar üzvləri 
onların vəhdətdə ifadə olunduğu formanın necə olmasından asılı olmayaraq hissi idrak tərəfindən hələ onların konkret 
vəhdəti və təriflərində götürülməyib ideyadan kənarda olan abstraksiyalar kimi götürülür. Bu kənar üzvlərin (məsələn, 
subyektiv və obyektivin, sonlu və sonsuzun və i. a. – A. T.) arasında açıq-aĢkar mövcud olan bağlantını anlamamaq heç 
də hissi idrakın kiçik günahı sayılmamalıdır; belə ki, məsələn, hissi idrak təkcənin ancaq təkcə, subyekt olduğu qədər də 
ümumi və obyekt olduğunu ifadə edən mühakimədə hətta bağlantının xarakterinə diqqət yetirmir. Ġkincisi, hissi idrak 
özü ilə eyniyyətdə olan ideyanın özündə öz inkarına, ziddiyyətə malik olduğu barəsində öz refleksiyasını ideyanın özünə 
daxil olmayan dıĢ refleksiya sayır. Əslində isə bu, hissi idrakın özəl müdrikliyi deyildir, çünki ideyanın özü özü ilə 
eyniyyətdə olanı ondan fərqlənənə, subyektivi obyektivdən, sonlunu sonsuzdan, ruhu bədəndən ayıran və bir-birindən 
fərqləndirən dialektikadır və elə buna görə də ideya əbədi yaradıcılıq, əbədi yaĢarılıq və əbədi ruhdur. Beləliklə, abstrakt 
(hissi) idraka keçiddən, daha doğrusu, onunla yerini dəyiĢmədən ibarət olan ideyanın özü həm də təfəkkürdür. Ġdeya bu 
abstrakt idrakı öz təbiətinin sonluluğunu və öz məhsullarının müstəqilliyinin aldadıcı görüntüsünü anlamağa məcbur 
edən və onu geriyə, vəhdətə gətirən dialektikadır. Belə ki, bu ikili hərəkət nə zamanca, nə də hər hansı bir baĢqa yöndən 
bir-birindən ayrı və fərqli olmadığından (əks halda bu hərəkət ancaq abstrakt idrakın hərəkəti olardı) daim özünü o 
birində seyr edən hərəkətdir; bu hərəkət öz obyektivliyində özünü gerçəkləĢdirən anlayıĢdır; iç məqsədəuyğunluqdan, 
mühüm subyektivlikdən ibarət oan obyektdir. 
  Ġdeyanı anlamağın dəyiĢik üsulları – onun ideal və real olanın, sonlunun və sonsuzun, eyniyyət və fərqin (der 
Differens) və i. a. vəhdəti kimi anlaĢılması az və çox dərəcədə formaldır, belə ki, onlar müəyyən anlayıĢın hansısa bir 
pilləsini göstərirlər. Yalnız anlayıĢın özü azaddır və həqiqi ümumidir; odur ki, ideyanın müəyyənliyi də anlayıĢın 
özüdür, anlayıĢın özünü ümumi kimi davam etdirdiyi və ancaq öz total müəyyənliyinə malik olduğu obyektivlikdir. 
Ġdeya tərəfindən hər biri müstəqil totallıq olan və bu totallıqdan hər biri bitmiĢ olduğu üçün digərinə keçən sonsuz 
hökmdür. BaĢqa cür müəyyənləĢmiĢ heç bir anlayıĢ anlayıĢın və obyektivliyin özü qədər iki tərəfli bitmiĢ totallıq 
deyildir. 
   
§ 215 
  Ġdeya zəruri prosesdir, çünki onun eyniyyəti anlayıĢın mütləq və azad eyniyyəti olduğu qədər də mütləq inkarlıqdır və 
ona görə də dialektikdir. Ġdeya təkcəliyi olan ümumlik kimi anlayıĢın özünü obyektivlik yönündə və bu obyektivliyə əks 
yöndə müəyyənləĢdirdiyi prosesdir (der Verlauf) və substansiyası anlayıĢdan ibarət olan bu dıĢarılıq özünün immanent 
dialektikası sayəsində özünü geriyə, subyektivliyə qaytarır. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə