MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə74/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   71   72   73   74   75   76   77   78   79

  Qeyd. Ġdeya a) proses olduğundan "Mütləq sonlunun və sonsuzun, təfəkkürün və varlığın və i. a. vəhdətidir" deyimi 
tez-tez göstərdiyimiz kimi yanlıĢdır, çünki "vəhdət" sözü abstraktı, sükunətdə olan eyniyyəti bildirir. Ġdeya b) 
subyektivlik olduğundan qeyd etdiyimiz bu deyim iki qat yanlıĢlıqdır, çünki deyimdə göstərilən vəhdət ancaq özündə 
həqiqi vəhdəti, onun yanlıĢ substansialını ifadə edir. Beləliklə, sonsuz sonlu vasitəsilə, subyektiv obyektiv vasitəsilə, 
təfəkkür varlıq vasitəsilə neytrallaĢmadan ibarət olur. Amma ideyanın inkarı vəhdətdə sonsuz sonlunun hüdudunu, 
təfəkkür varlığın hüdudunu, subyektivlik isə obyektivliyin hüdudunu yarıb keçir. Ġdeyanın vəhdəti subyektivlikdir, 
təfəkkürdür, sonsuzluqdur və buna görə də bu vəhdətlə substansiya kimi ideyanı bir-birindən fərqləndirmək lazımdır, 
eləcə də ideyanın hüdudları keçən bu subyektivliyini, təfəkkürünü, sonsuzluğunu onun mühakimə yürütmək və tərif 
vermək kimi aĢağı səviyyəsindəki birtərəfli subyektivliyindən, təfəkkürdən, sonsuzluğundan fərqləndirmək lazımdır. 
  Əlavə. Ġdeya proses kimi öz inkiĢafında üç mərhələ keçir. Ġdeyanın birinci forması həyatdır, yəni bilavasitəlik 
formasında ideya. Onun ikinci forması vasitələnmə və ya fərqləndirilmədir (Different) və bu iki surətdə – nəzəri ideya 
və praktik ideya sifətlərində – çıxıĢ edən idrak kimi ideyadır. Ġdrak prosesinin sonucu fərqlə zənginləĢən vəhdətin 
bərpasıdır və bu üçüncü – mütləq ideya formasıdır; məntiq prosesinin bu üçüncü pilləsi həm də onun həqiqi birinci 
pilləsindən və yalnız özünün vasitəsilə yüksəldiyi əsl pillədən ibarətdir. 
  a. Həyat 
   
§ 216 
  Bilavasitə ideya həyatdır. AnlayıĢ ruh kimi bədəndə reallaĢmıĢdır; bədənin dıĢarılığına (Auberlichkeit) münasibətdə 
ruh özü ilə bilavasitə iliĢgidə olan ümumilikdir. Ruh həm də bədənin xüsusiliyidir, belə ki, bədən onun anlayıĢının 
təriflərindən irəli gələn fərqlərdən baĢqa heç bir fərqi ifadə etmir. Nəhayət, ruh sonsuz inkarlıq kimi təkcədir, o özünün 
müstəqil mövcudluq görüntüsündən geriyə, subyektivliyə qayıdan özündənkənar obyektivliyinin dialektikasıdır, belə ki, 
bütün üzvləri bir-biri üçün ötərgi vasitə və ötərgi məqsəddir. Eləcə də həyat öncə xüsusiləĢmə olub özü-üçün-mövcud 
inkarı vəhdətlə qurtarır və öz bədəninin dialektikasında yalnız özü özü ilə birləĢir. Beləliklə, həyat zəruri olaraq canlı bir 
Ģeydir, özünün bilavasitəliyi yönündən isə həyat "bu" təkcə canlı varlıqdan ibarətdir. Bu sferada sonluluğun tərifi budur 
ki, ideyanın bilavasitəliyi sayəsində ruh və bədən bir-birindən ayrılandırlar; bu canlı varlıqların ölümlü olması deməkdir. 
Ancaq canlı varlıq yalnız ona görə ölür ki, ideyanın bu iki tərəfi fərqli tərkib ünsürlərdir. 
  Əlavə. Bədənin ayrı-ayrı üzvləri yalnız onların vəhdəti və qarĢılıqlı bağlılığında mövcuddur. Belə ki, məsələn, 
bədəndən kəsilmiĢ əl Aristotelin qeyd etdiyi kimi əsl əl deyil, yalnız adına görə əldir. 
  Hissi və ya empirik-əqli idraka görə həyat dərk olunmaz bir sirrdir. Lakin idrakın bu səviyyəsi həyata bu cür baxıĢında 
yalnız özünün sonluluğunu və cüziliyini üzə çıxarmıĢ olur. Həyat əslində o dərəcədə dərk ediləndir ki, onun simasında 
biz anlayıĢın özünü, daha dəqiq desək, anlayıĢ kimi mövcud olan bilavasitə ideyanı görürük. Bununla biz həm də 
həyatın yetərsizliyini göstərmiĢ oluruq; həyatın yetərsizliyi ondan ibarətdir ki, burada anayıĢın və reallığın bir-birinə 
uyğunluğu hələ həqiqi deyil. Ruh həyatın anlayıĢıdır və bədən bu anlayıĢın reallığıdır. Ruh sanki özünün cismaniliyinə 
axıb tökülmüĢdür və ona görə də bədən yalnız hiss edir, ancaq hələ özü-üçün-azad-varlıq deyildir. Sonra, həyat prosesi 
ondan ibarətdir ki, o hələ özünün qapandığı bilavasitəliyi aradan qaldırır və özü də öz sırasında üçlü prosesdən ibarət 
olan həyat prosesinin sonucu mühakimə formasında olan ideya, baĢqa sözlə, idrak kimi ideyadır. 
   
§ 217 
  Canlı varlıq əqlinəticədir ki, bunun da momentləri sistemlər və əqlinəticələrdir ( 
§ 198, 201, 207). Lakin onlar fəal (tatiqe) əqlinəticələrdir, proseslərdir və canlı varlığın subyektiv vəhdətində ümumi bir 
prosesdir. Beləliklə, canlı varlıq özünün üç prosesdən keçən özü ilə birləĢməsidir. 


   
§ 218 
  1) birincisi canlı varlıq onun öz içində baĢ verən prosesdir. Bu prosesdə canlı varlıq ikiləĢir və öz bədənini, maddilyini 
özünün obyekti, cansız təbiəti edir. Bu sonuncu nisbətən dıĢ, zahiri tərəf kimi özü özündə fərqli və özünün bir-birini 
məhv edən, assimlyasiya edən və özünü bərpa etməklə sxlayan momentlərinin əksliyi kimi çıxıĢ edir. Amma üzvlərin bu 
fəaliyyəti ancaq eyni bir subyektin fəaliyyətidir və bu fəaliyyətdə üzvlərin yaradılmasına qayıdılır, belə ki, bu 
fəaliyyətdə yalnız subyekt bərpa olunur, baĢqa sözlə, o özünü yalnız yenidən bərpa edir. 
  Əlavə. Canlı varlığın öz içində baĢ verən prosesin təbiətdə üç forması vardır: hissetmə, qıcıqlanma və özünü törətmə. 
Hissetmə kimi canlı varlıq özü ilə bilavasitə sadə münasibətdir, özündən kənar varlığı hələ özü üçün həqiqi olmayan 
bədəndə hər zaman mövcud olan ruhdur. Qıcıqlanma kimi canlı varlıq özündə parçalanmıĢ kimi çıxıĢ edir, özünü bərpa 
kimi isə canlı varlıq öz üzvlərinin və orqanlarının iç fərqliliyindən özünü bərpa edir. Canlı varlıq öz içində ancaq daim 
yeniləĢən proses kimi mövcud olur. 
   
§ 219 
  2) Ancaq anlayıĢın mühakiməsi (das Urteil) azad mühakimə kimi, müstəqil bir totallıq kimi özündən obyektivliyi 
buraxır və canlı varlığın bilavasitə təkcə kimi özünün özü ilə mənfi münasibəti ona qarĢı duran cansız təbiət üçün zəmin 
yaradır. Canlı varlığın bu mənfi münasibəti yenə də canlı varlıq anlayıĢının bir momenti olduğundan canlı varlıq öz 
anlayıĢında, eyni zamanda bu konkret ümumidə bir çatıĢmazlıq kimi mövcud olur. Özündə obyekti əhəmiyyətsiz bir Ģey 
kimi aradan qaldıran dialektika özünə əmin olan canlı varlığın fəaliyyətidir və deməli, canlı varlıq cansız təbiətlə bu 
fəaliyyət, mübarizə prosesində özü özünü saxlayır, inkiĢaf edir və obyektivləĢir. 
  Əlavə. Canlı varlıq özünün hökmranlığı altında olan və assmilyasiya etdiyi cansız təbiətlə üz-üzədir. Bu prosesin 
sonucu kimyəvi prosesdə olduğu kimi bir-birinə qarĢı duran hər iki tərəfin müstəqilliyinin aradan qalxdığı neytral 
məhsuldan ibarət deyildir; canlı varlıq öz hakimiyyətinə qarĢı dura bilməyən öz baĢqasından daha güclü görsənir. Canlı 
varlıqla ram edilən cansız təbiət ona görə ram edilir ki, həyat özü üçün nədirsə, cansız təbiət də özündə odur. Beləliklə, 
canlı varlıq baĢqasında (cansız təbiətdə – A. T.) yalnız özü özü ilə birləĢir. Ruh bədəndən çıxdıqda obyektivliyin 
kortəbii güclərinin oyunu baĢlayır. Bu güclər, necə deyərlər, canlı bədəndə öz prosesini baĢlamağa həmiĢə hazırdır və 
həyat bu güclərə qarĢı daimi mübarizədir. 
   
§ 220 
  3) Özünün birinci prosesində özünü subyekt kimi və özü özündə anlayıĢ kimi aparan canlı fərd özünün ikinci 
prosesində öz obyektivliyini assimlyasiya edib və beləliklə, özü özündə real müəyyənlik olduqda artıq özündə cins, 
substansial ümumilik olur. Substansial ümumiliyin xüsusiləĢməsi subyektin onun cinsinə aid olan baĢqa subyektə 
münasibətindən ibarət olur və mühakimə bu qarĢılıqlı müəyyənləĢən fərqlərin münasibətidir. Bu – cinslərin fərqidir. 
   
§ 221 
  Cinsin prosesi onu özü-üçün-varlığa gətirib çıxarır. Həyat hələ bilavasitə ideya olduğundan bu prosesin məhsulu iki 
tərəfə ayrılır. Bir tərəfdən baĢlanğıcda bilavasitə olan canlı fərd indi artıq vasitələnmiĢ və törədilmiĢ kimi çıxıĢ edir. 
Digər tərəfdən isə özünün ilkin bilavasitəliyi sayəsində ümumiliyə mənfi münasibətdə olan canlı təkcəlik onun üzərində 
hakim güc olan ümumilik tərəfindən udulur. 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə