MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə76/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   71   72   73   74   75   76   77   78   79

sonra da deyir ki, mən onun oksigendən, karbondan, hidrogendən və i. a. olduğunu aĢkar etdim. Amma bu abstrakt 
maddələr artıq ət deyillər. Psixoloq da eynilə kimyaçı kimi müəyyən bir davranıĢın ayrı-ayrı tətəflərini bir-birindən ayrı 
Ģəkildə gözdən keçirir. Bu zaman analiz edilmiĢ predmet elə gözdən keçirilir ki, sanki o qatları bir-bir soyulan soğandır. 
   
§ 228 
  Sonlu idrakın bu ümumiliyi 2) həmçinn müəyyən ümumilikdir. Ġdrak fəaliyyəti burada sonlu idrakda özünün 
sonsuzluğu halında mövcud olmayıb hissi idrakın müəyyənləĢdirdiyi anlayıĢın momentlərindən keçir. Predmetin belə 
anlayıĢ formasına salınması sintetik metoddur. 
  Əlavə. Sintetik metodun hərəkət yönü analitik metodun hərəkət yönünün əksinədir. Analitik metod təkcədən çıxıĢ edib 
ümumiyə doğru hərəkət etdiyi halda, sintetik metodun çıxıĢ nöqtəsi, əksinə, ümumidir (tərif kimi) və bu metod 
xüsusilərdən (parçalanmadan hasil edilən) təkcəyə (teoremə) doğru hərəkətdir. Beləliklə, sintetik metod özünü anlayıĢın 
predmetdəki momentlərinin inkiĢafı kimi aĢkar edir. 
   
§ 229 
  aa) Ġdrakın ümumiyyətlə müəyyən anlayıĢ forması verdiyi predmet, beləliklə onun cinsi və ümumi müəyyənli sayılır və 
bu anlayıĢ forması predmetin tərifidir. Bu tərif üçün material və əsaslar analitik metodla əldə edilir ( 
§ 227). Lakin müəyyənlik yalnız bir əlamət olmalıdır, yəni yalnız dıĢ, subyektiv idraka yardımçı olmalıdır. 
  Əlavə. Definisiyada (tərifdə) anlayıĢın hər üç momenti: əsas cins (qenus proximum) kimi ümumi, cinsin müəyyənliyi 
(qualitas spesifika) kimi xüsusi və müəyyənləĢmiĢ predmetin özü kimi təkcə vardır. Ġlk öncə definisiyanın mənĢəyi ilə 
bağlı sual doğur və suala ümumiyyətlə cavab verməliyik ki, definisiya və ya tərif analitik yolla yaranır. Amma bu cavab 
dərhal verilmiĢ tərifin düzgünlüyü ilə ilgili mübahisə doğurur, çünki tərif onun çıxıĢ nöqtələri olan qavrayıĢların 
xarakterindən və hansı baxımdan verilməsindən asılıdır. Tərif verilmiĢ predmet zəngin olduqca daha çox tərəflərilə gözə 
dəyir və ona verilən təriflər də müxtəlif olur. Belə ki, məsələn, həyatın, dövlətin və i. a. çoxlu tərifləri vardır. Həndəsə 
üçün isə tərif vermək daha asandır, çünki onun predmeti, məkan çox abstraktdır. Sonra, göstərmək lazımdır ki, tərif 
verilən predmetin məzmunu ilə bağlı heç bir zərurət verilmir. Biz razılaĢmalıyıq ki, məkan, bitki, heyvan və i. a. 
mövcuddur və adı çəkilən predmetlərin zəruriliyini göstərmək həndəsənin, botanikanın və i. a. iĢi deyil. Tək bu 
səbəbdən fəlsəfə üçün sintetik metod da analitik metod kimi az yararlıdır, çünki fəlsəfə hər Ģeydən öncə öz predmetlərini 
təsdiq etməli və onların zəruriliyini göstərməlidir. Buna baxmayaraq fəlsəfədə də sintetik metoddan istifadə edilməsinə 
çox can atılmıĢdır. Belə ki, Spinoza definisiyalardan baĢlayıb məsələn, deyir: substansiya causa sui. Onun tərifinə 
(definisiya) yüksək dərəcədə spekulyativ həqiqətlər daxil edilmiĢdir, ancaq bu həqiqətlər Spinoza təriflərinə inam 
formasında daxil edilmiĢdir. Bu Sellinqə də aiddir. 
   
§ 230 
  bb) AnlayıĢın ikinci momentinin, ümuminin müəyyənliyi kimi xüsusinin göstərilməsi nə isə bir xarici baxıĢ nöqtəsinə 
əsaslanaraq anlayıĢın bölgüsündən ibarətdir. 
  Əlavə. Bölgüyə verilən tələb budur ki, o, tam olsun və bunun üçün elə bir prinsip və ya özül olmalıdır ki, ondan çıxıĢ 
edilərək aparılan bölgü tərifin, yaxud definisiyanın göstərdiyi sahə tam həcmilə əhatə olunsun. Bölgü zamanı çox 
önəmli olan budur ki, bölgünün prinsipi bölgüyə məruz qalan predmetin təbiətindən hasil edilsin, çünki yalnız buna 
əməl etməklə bölgünün təbii olmasını təmin etmək olar. Belə ki, məsələn, zoologiyada məməlilərin bölgüsünü 
apararkən prinsip kimi əsasən diĢlər və caynaqlar götürülmüĢdür, çünki məməlilər öz bədənlərinin yalnız bu orqanları 
ilə bir-birindən fərqlənirlər və onların dəyiĢik siniflərinin ümumi tipi bu orqanların quruluĢundan asılıdır. Ümumiyyətlə 


həqiqi bölgü anlayıĢla aparılan bölgüdür. Odur ki, bölgü hər Ģeydən öncə üç üzvlü olmalıdır; amma xüsusilik özünü 
ikiləĢmĢ halda göstərdiyindən bölgü dörd üzvlü də ola bilər. Ruh sferasında trixotomiya üstünlük təĢkil edir və Kantın 
xidmətlərindən biri bunu göstərməsindən ibarətdir. 
   
§ 231 
  cc) Definisiyada ifadə olunan sadə müəyyənliyin bağlantı kimi baxıldığı konkret təkcədə predmet fərqli təriflərin 
sintetin bağlantısıdır, bir teoremdir. Bu təriflər fərqli olduqlarından onların eyniyyəti vasitələnmiĢ eyniyyətdir. Aralıq 
üzvləri təĢkil edən materialın əldə olunması konstruksiyadır, idrak üçün göstərilən bağlantının zəruriliyinin yarandığı 
vasitələnmə isə sübutdur. 
  Qeyd. Adi göstəriĢə görə sintetik və analitik metodlar arasındakı fərqin xarakteri, bu metodlardan hansının istifadə 
olunması ümumiyyətlə və bütövlükdə ixtiyari seçimdən asılıdır. Əgər biz ilkin Ģərt, müqqədimə kimi sintetik metoda 
görə sonuc olan konkreti götürürüksə, onda bu konkretdən analiz yolu ilə sübutun ilkin Ģərtlərini və onun üçün material 
olan abstrakt tərifləri hasil edə bilərik. Əyri xəttin riyazi tərifləri həndəsədə teorem adlanır və eynilə bu cür düzbucaqlı 
üçbucağın definisiyası kimi götürülən Pifaqor teoremindən analiz yolu ilə bu teoremdən öncə sübut olunmuĢ teoremlər 
hasil etmək və onlardan Pifaqor teoremini hasil etmək olar. Analizin və ya sintezin seçimində sərbəstlik onların hər 
ikisinin dıĢ müqəddiməyə əsaslanmasından irəli gəlir. AnlayıĢın təbiətinə uyğun olaraq analiz sintezdən öncədir, belə ki, 
öncə empirik – konkret materialı ümumi abstraksiya biçiminə qaldırmaq lazımdır və ancaq bundan sonra onları sintetik 
metodda definisiya kimi qeyd etmək olar. Öz sahələrində önəmli olan və parlaq uğur qazanmıĢ bu metodların (analiz və 
sintez – A. T.) fəlsəfi idrak üçün yaramadığı özlüyündə aydındır, belə ki, onlar müqəddimədən çıxıĢ edirlər və onlarda 
idrak özünün irəliləmə hərəkətində formal eyniyyətə söykənən hissi, empirik xarakter daĢıyır. Həndəsi metodu 
baĢqalarından daha çox tətbiq edən və onu spekulyativ anlayıĢları hasil etmək üçün tətbiq edən Spinozada bu metodun 
formalizmi bir anda gözə dəyir. Bu metodu ifrat pedantizmə çatdıran Volf fəlsəfəsi də məzmunca hissi idrakın 
metafizikasıdır. 
  Bu metodların formalizmindən fəlsəfədə və elmlərdə yol verilmiĢ əvvəlki sui-istifadə ən yeni zamanda konstruksiya 
adlanan suiistifadə ilə əvəz olundu. Kant riyaziyyat öz anlayıĢlarını konstruksiya edir təsəvvürünü iĢə saldı; bu yalnız 
onu göstərdi ki, riyaziyyat anlayıĢlarla deyil, hissi seyrin abstrakt təriflərilə məĢğul olur. Beləliklə, anlayıĢların 
konstruksiyasını irəlicədən qəbul edilmiĢ sxem, cədvəl formasında fəlsəfi və elmi predmetlərin ixtiyari təsnifatının 
formal üsulu istisna olmaqla qavrayıĢdan alınan hissi təriflərin göstərilməsi adlandırdılar. Burada, arxa planda, Ģübhəsiz, 
ideya haqqında, anlayıĢın və obyektivliyin vəhdəti haqqında bulanıq təsəvvür, eləcə də ideyanın konkret olması barədə 
təsəvvür görünür. Lakin bu oyun və konstruksiya deyilən Ģey yalnız özlüyündə anlayıĢın təmsil edə bildiyi vəhdəti 
göstərməkdən uzaqdır və hissi-konkret seyr də konkret təfəkkürü və ideyanı çox az təmsil edir. Lakin həndəsə məkanın 
hissi, ancaq abstrakt seyri ilə məĢğul olduğundan asanlıqla orada sadə empirik tərifləri qeydə ala bilər; odur ki, yalnız 
həndəsədə sintetik metod mükəmməllik əldə edə bilər. Amma təqdirə layiqdir ki, öz yolu ilə irəliləyərək, həndəsə sonda 
ölçülməz və irrasional kəmiyyətlərlə üzləĢir və əgər bu kəmiyyətlərdə həndəsə spekulyasiya105 (im Bestimmen) yolu 
ilə irəliləmək istəyirsə, hissi seyr prinsipindən kənara çıxmağa məcburdur. Və burada da baĢqa sahələrdə olduğu kimi 
təhrif olunmuĢ terminologiya alınır: bizim rasional adlandırdığımız Ģey əslində hissi seyr sahəsinə məxsus olur, 
irrasional adlandırdığımız Ģey isə daha çox təfəkkürün aqilliyinin baĢlanğıcı və izidir. Digər elmlər artıq hissi seyrin 
köməyi ilə irəliləməyin mümkünsüz həddinə çatdıqda (bu isə tez-tez və zəruri olaraq baĢ verir, çünki məkanın sadə 
tərifləri və ya ədədlər onların predmeti deyil) çətinlikdən çıxmaq üçün asan yol axtarırlar. Onlar öz təriflərinin inkiĢaf 
ardıcılığını qırır və ehtiyac duyduqları anlayıĢları kənardan,təsəvvür, rəy, davranıĢ sahəsindən, yaxud baĢqa 
qaynaqlardan götürürlər (bu ehtiyac duyulan, kənardan mənimsənilən anlayıĢlar isə öncəki təriflərə çox vaxt əks olur). 
Sonlu idrak özünün istifadə etdiyi metodun və onun məzmuna münasibətinin təbiətini dərk etmədiyindən definisiyalar, 
bölgülər və i. a. yolu ilə hərəkət etdikdə anlayıĢın təriflərinin zəruriliyinə əsaslandığını görməyə bilər. Bu səbəbdən də 
sonlu idrak görmür ki, özünün son həddinə çatmıĢdır, bu həddi aĢdıqda isə o hissi seyrin təriflərinin heç bir gücə malik 
olmadığı sahədə olduğunu bilir və onları burada da kobudcasına tətbiq edir. 
   


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə