MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə78/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   71   72   73   74   75   76   77   78   79

müəyyənləĢən məzmunun bütövlüyündən ibarət mütləq formadır. Bu baxımdan mütləq ideyanı uĢağın söylədiyi dini 
məzmunu təkrar söyləyən qoca ilə müqayisə etmək olar, ancaq qoca adam üçün söylənilən dini məzmun onun bütün 
həyatının mənasıdır. Əgər uĢaq dini məzmunu anlayırsa belə, yenə də bu məzmun onun üçün elə bir məzmundur ki, 
bütün həyat və bütün dünya ondan kənarda təsəvvür olunur. Bunu ümumiyyətlə insan həyatı və onun məzmununu 
oluĢduran olaylar barədə də söyləmək olar. Ġnsanın bütün can atımı məqsədə nail olmağa yönəlir, bu məqsəd əldə 
olunduqda biz, istədiyimizdən baĢqa bir Ģey tapmadıqda təəccüblənirik. Amma maraq doğuran bütövlükdə hərəkətdir. 
Ġnsan öz həyatını izləyərsə, sonuncu mərhələ ona çox məhdud görünə bilər, amma bu sonluq özündə hər Ģeyi yerləĢdirən 
dekursus vitaedir.106 Eləcə də mütləq ideyanın məzmunu gözümüzün qarĢısında geniĢlənən əhatəli məzmundur. 
Nəhayət, biz bilirik ki, məzmun və maraq bütün inkiĢaf yolundan baĢqa bir Ģey deyildir. Sonra, fəlsəfi anlama ondan 
ibarətdir ki, müstəqil (für sich) götürülən hər bir məhdudluq tama məxsus və ideyanın momentləri olduğu üçün dəyər 
qazanır. Burada da belədir. Biz məzmunu bilirik və bununla yanaĢı bilirik ki, məzmun ideyanın canlı inkiĢafıdır və bu 
sadə keçmiĢə ünvanlanmıĢ baxıĢ formanın özündədir. Ġndiyədək gözdən keçirilmiĢ mərhələlərdən hər biri mütləqin 
obrazıdır (ein Bild), amma mütləq bu pillələrdə öncə məhdud halda çıxıĢ edir və odur ki, o özünü (açıqlanmasını metod 
adlandırdığımız) bütövə sarı qovur. 
   
§ 238 
  Spekulyativ metodun momentləri: a) baĢlanğıcdır və bu baĢlanğıc varlıq, yaxud bilavasitədir; o bilavasitədir ona görə 
ki, baĢlanğıcdır. Amma spekulyativ ideya yönündən gözdən keçirilən bu baĢlanğıc ideyanın özünütəyin etməsidir və bu 
özünütəyin anlayıĢının mütləq inkarlığı və ya hərəkəti kimi ilkin bölgünü (urteilt) yaradır və özünü özünün inkarı kimi 
düĢünür. Özlüyündə baĢlanğıcda abstrakt müddəa olan varlıq, beləliklə, inkardan, Ģərt olmadan, ümumiyyətlə 
vasitələnmədən ibarətdir. Ancaq özünün özgə varlığında bütünlüklə özü özünün eyni olan və özündə özünə əmin olan 
anlayıĢın inkarı kimi varlıq hələ müəyyənləĢməmiĢ, yaxud özündə anlayıĢ kimi anlayıĢdır. Hələ müəyyənləĢməmiĢ, yəni 
özündə varlıq halında olan bu varlıq və ya bilavasitə müəyyənləĢmiĢ anlayıĢ həm də ümumidir. 
  Qeyd. Bilavasitə varlıq anlamında baĢlanğıc seyrdən və qavrayıĢdan götürülür; bu baĢlanğıc sonlu idrakın analitik 
metodunun baĢlanğıcıdır; ümumilik anlamında isə bu baĢlanğıc sonlu idarkın sintetik metodunun baĢlanğıcıdır. Ancaq 
məntiqi anlayıĢla müəyyən olunan ümumi, həqiqi və bilavasitə olduğundan onun baĢlanğıcı sintetik olduğu qədər də 
analitik baĢlanğıcdır. 
  Əlavə. Fəlsəfi metod analitik olduğu qədər də sintetikdir, ancaq təkcə sonlu idrakın bu iki momentinin yanaĢı olması, 
yaxud bir-birini əvəz etməsi anlamında deyil, fəlsəfi metodda onların bərtərəfləĢdiyi anlamında sintetikdir və analitikdir 
və özünün hər bir hərəkətində eyni zamanda analitikdir və sintetikdir. Fəlsəfi təfəkkür analitikdir, çünki o öz predmetini 
(ideyanı) qavrayır, ona azadlıq verir və sanki onun hərəkətini və inkiĢafını yalnız müĢahidə edir. Fəlsəfəçilik sanki 
tamamilə passivdir. Amma fəlsəfi təfəkkür həm də sintetikdir və özünü anlayıĢın öz fəaliyyəti kimi aĢkar edir. Bunun 
üçün can atmaq gərəkdir, iradə öz Ģəxsi niyyətlərinə, hər zaman adını çək qulağını dart rəylərinə yol verilməməlidir. 
   
§ 239 
   ) Ġrəliləmə hərəkəti ideyanın qərarlaĢmıĢ hökmüdür. Bilavasitə ümumi özündə anlayıĢ kimi dialektikadır; bu dialektika 
ondan ibarətdir ki, anlayıĢ özünün bilavasitəliyini və ümumiliyini özü özündə moment dərəcəsinə endirir. Beləliklə, 
düĢünülür ki, baĢlanğıcda və ya onun birinci müəyyənliyində inkar vardır; o tək üçündür, fərqləndirilən momentlərin 
münasibəti – refleksiya momentidir. 
  Qeyd. Bu irəliləmə hərəkəti analitik olduğu qədər də sintetikdir; immanent dialektika yalnız bilavasitə anlayıĢda olanı 
nəzərdə tutduğundan irəliləmə hərəkəti analitikdir; bu anlayıĢda bu fərq hələ olmadığından irəliləmə hərəkəti sintetikdir. 
  Əlavə. Ġdeyanın irəliləmə hərəkətində baĢlanğıc özünü onunla göstərir ki, o özündədir, yəni mövcud və bilavasitə 
olmayıb, ĢərtlənmiĢ və vasitələnmiĢ haldadır. Yalnız özü bilavasitə olan Ģüur üçün təbiət ilk baĢlanğıcdır və 


bilavasitədir, ruh isə təbiətlə vasitələnmiĢdir. Əslində isə təbiət ruhla ĢərtləndirilmiĢdir və ruh təbiəti özünün ilkin Ģərti 
edir. 
   
§ 240 
  Ġrəliləmə hərəkətinin abstrakt forması varlıqda baĢqadır və baĢqasına keçiddir, mahiyyətdə – əksliyində görüntüdür, 
anlayıĢda – təkcənin fərqli tərifdə davam edən və özündən fərqlənənlə eyniyyətindən ibarət olan ümumidən 
fərqlənməsidir. 
   
§ 241 
  Ġkinci sferada baĢlanğıcda özündə mövcud olan anlayıĢ görüntü əldə edir və beləliklə o özündə artıq ideyadır. Birinci 
sferanın inkiĢafı onun ikinci sferaya keçidindən ibarət olduğu kimi, ikinci sferanın inkiĢafı da onun birinci sferaya 
qayıdıĢından ibarət olur; bu ikili hərəkət sayəsində o sferalar arasındakı fərq lazım olduğu kimi dəyərləndirilir, belə ki, 
bir-birindən frqlənən ayrı-ayrılıqda gözdən keçirilən bu iki sferadan hər biri totallıqda bitmiĢ olur və bitmiĢ, baĢa çatmıĢ 
totallıqda özünü o biri sfera ilə vəhdətə gətirir. Yalnız onların hər ikisində birtərəfliliyin özünüaradanqaldırması (das 
Sichaufheben) vəhdətin birtərəfli olmasına imkan vermir. 
   
§ 242 
  Ġkinci sfera fərqli tərəflərin münasibətini baĢlanğıcda nə idisə ona, özü özündə ziddiyyətə qədər inkiĢaf etdirir. Sonsuz 
proqres halında çıxıĢ edən bu ziddiyyət ) sonlu nəticədə həll olunur və bu sonlu nəticədə bir-birinə laqeyd olmayan 
fərqliliklər (das Differente) anlayıĢda nədirsə, o olur. O birincinin inkarı və birinci ilə eyniyyət kimi özü özünün 
inkarıdır. Deməli, anlayıĢ bu iki sferanın ideal vəhdətidir, onun momentləri isə bərtərəfləĢmiĢ halda, yəni saxlanılmaqla 
aradan qaldırılmıĢ haldadır. Beləliklə, özünün özündə-varlığından özünün differensiasiyası, Ģaxələnməsi (Differenz) 
sayəsində və bu Ģaxələnmənin aradan qaldırılması sayəsində özü özü ilə birləĢən anlayıĢ reallaĢmıĢ anlayıĢdır, yəni öz 
tərifləri özündə özü-üçün-varlıq kimi müəyyənləĢmiĢ anlayıĢdır. Bu anlayıĢ ideyadır və mütləq birinci üçün (metodda) 
olduğu kimi bu ideya üçün də sonlu nəticə yalnız görüntünün yox olmasından ibarətdir ki, baĢlanğıc bir bilavasitə 
olduğu halda ideya bir sonucdur; reallaĢmıĢ anlayıĢ ideyanın tək totallıq olduğunun dərk olunmasıdır. 
   
§ 243 
  Beləliklə, metod dıĢ forma deyildir, ruh (fərdi ruh – A.T.) və anlayıĢ isə məzmundur və bu məzmundan metod yalnız 
onunla fərqlənir ki, anlayıĢın momentləri də özü özlüyündə öz müəyyənliyinə gəlirlər ki, anlayıĢın totallığı kimi aĢkar 
olunsunlar. Bununla da müəyyənlik, yaxud məzmun özünü forma ilə birlikdə geriyə, ideyaya gətirir və beləliklə, ideya 
xüsusi momentləri özündə olduğu qədər də anlayıĢın dialektikası sayəsində sadə özü-üçün-varlıq ideyaları yaradan bir 
ideyadan ibarət sistematikləĢmiĢ totallıqdır. Beləliklə, elm anlayıĢın özünü xalis ideya kimi dərk etməsilə bitir və bu 
xalis ideyanın predmeti ideyadır. 
   
§ 244 
  Özünün özü ilə vəhdəti baxımından gözdən keçirilən özü üçün mövcud ideya seyrdir və seyrçi ideya təbiətdir. Lakin 
seyr kimi ideya bilavasitəliyin və ya inkarın birtərəfli tərifində olan dıĢ refleksiyadır. Ancaq ideyanın mütləq azadlığı 
ondan ibarətdir ki, o nəinki həyat mərhələsinə keçir və nəinki sonlu idrak kimi həyatın özündə görüntüsü (scheinen) ilə 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə