MəNTĠq elmġ, Georq Vilhelm Fredrix Hegel, logikwissenschaft, Georg Wilhelm Friedrich Hegel



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə9/79
tarix17.11.2018
ölçüsü1,85 Mb.
#80932
1   ...   5   6   7   8   9   10   11   12   ...   79

toparlanması məqamı var və buna vərdiĢ etməklə biz özümüzün iç həyatımızı əldə edirik. Sonlu təfəkkürün formaları ilə 
tanıĢlıq bu formalara söykənən empirik elmlərə hazırlıq üçün vasitə ola bilər və bu anlamda məntiqi instrumental elm 
adlandırırlar. 
  Doğrudur, həmin bu baxıĢı geniĢləndirib demək olar ki, məntiqi faydalılığı naminə deyil, onun özü naminə öyrənmək 
lazımdır, çünki gözəl olanı təkcə faydalılığı xatirinə axtarmaq lazım deyil. Bu bir tərəfdən tamamilə doğrudur, digər 
tərəfdən də gözəl olan həm də daha faydalıdır, çünki o mühümdür, özlüyündə sabit olandır və odur ki, özəl məqsədlərin 
daĢıyıcısıdır və o, bu məqsədlərə kömək edir və onların həllinə çatdırır. Özəl məqsədlərə ən mühüm olan kimi baxmaq 
lazım deyil, amma gözəl olan hər halda onların həllinə kömək edir. Belə ki, məsələn, dinin mütləq dəyəri onun 
özündədir, ancaq bununla yanaĢı, din baĢqa məqsədlərin də dayağıdır. Allah deyir: öncə ilahi səltənəti axtarın və qalan 
Ģeyləri əldə edərsiniz. Özəl məqsədlər yalnız o halda əldə edilə bilər ki, özündə-və-özü-üçün-varlığa nail olunsun. 
   
§ 21 
  b) Bir halda ki, təfəkkür (fəal təfəkkür kimi) predmetlərə münasibətdə – nəyinsə haqqında düĢüncə kimi götürülür – 
deməli, onun məhsulu kimi ən ümumi mühüm, iç, həqiqilik önəmi daĢıyır. 
  Qeyd. Biz 5-ci paraqrafda əski bir inamı xatırlatdıq ki, predmetlərdə, xassələrdə, olaylarda həqiqi olan, onlarda olan 
gizli, mühüm, bizim bilmək istədiyimiz mahiyyət Ģüurda bilavasitə yoxdur, bizə ilk baxıĢdan və qəflətən verilmir; 
predmetin həqiqi quruluĢuna çatmaq üçün düĢünmək zəruridir. 
  Əlavə. Artıq uĢağa düĢünməyi məsləhət verirlər, ona təklif edirlər ki, məsələn, xəbəri mübtəda ilə uzlaĢdırsın. O, 
anlamalı və fərqləndirməlidir, qaydanı yadda saxlamalı və ayrıca halda bu qayda üzrə hərəkət etməlidir. Qayda 
ümumidən baĢqa bir Ģey deyil və uĢaq xüsusini ümumiyə uyğunlaĢdırmalıdır. Sonra biz həyatda qarĢımıza məqsədlər 
qoyuruq. Bu zaman məqsədlərimizə hansı vasitələrlə çatacağımızı düĢünürük. Burada məqsəd ümumidir, aparıcıdır və 
biz vasitə və alətlərə malik oluruq və onların iĢini bu məqsədlərə uyğun görərək müəyyənləĢdiririk. Buna oxĢar düĢüncə 
əxlaqi məsələlərdə də vardır. Burada düĢünmək hüququ və borcu, yəni ayrıca bir halda özümüzü aparmalı olduğumuz 
möhkəm müəyyənləĢdirilmiĢ qayda kimi ümumini xatırlamaqdır. Bizim özəl davranıĢımızda ümumi tərif olmalı və dərk 
edilməlidir. Bunu bizim təbiətə münasibətimizdə də görürük. Biz, məsələn, göy gurultusunu və ĢimĢək çaxmasını 
görürük. Bu olay bizə tanıĢdır və biz onu tez-tez müĢahidə edirik. Lakin insan hissi olayla yalnız tanıĢ olmaqla yetinmir; 
bunun arxasında nəyin durduğunu, nədən ibarət olduğunu bilmək, anlamaq istəyir. Odur ki, biz düĢünürük, olaydan 
fərqli bir Ģey olan səbəbi, iç tərəfin dıĢ olandan fərqini bilməyə can atırıq. Biz, beləliklə, olayı (hadisəni) ikiləĢdiririk, 
onu ikiyə: iç olana və dıĢ olana, gücə və onun görüntüsünə, səbəbə və təsirə ayırırıq. Ġç, güc burada yenə də ən ümumi, 
sabit olub, bu və ya digər ĢimĢək, bu və ya digər bitki olmayıb hər Ģeydə eyni olan, dəyiĢməyəndir. Hissi olan təkcədir 
və keçicidir, ondakı dəyiĢməyən sabit qalanı isə biz düĢünməklə bilirik. Təbiət bizə sonsuz sayda təkcə obrazlar və 
olaylar göstərir; biz bu sonsuz çoxluğu vəhdətə gətirmək istəyirik; odur ki, olayları bir-biri ilə müqayisə edirik və 
onlardan hər birinin ümumisini dərk etməyə can atırıq. Fərdlər doğulur və ölür, cins, nəsil isə onlarda olan və sonradan 
bütün fərdlərə yenidən qayıdandır və onu yalnız düĢüncə ilə anlamaq olar. Buraya həmçinin qanunlar (məsələn, iĢığın 
hərəkət qanunları) da aiddir. Ulduzları biz bu gün burada, sabah orada görürük; bu nizamsızlıq ruha uyğunsuz, onun 
inanmadığı bir Ģeydir, çünki ruh nizamın varlığına, sadə, daimi və ümumi təriflərə inanır. Bu inamdan çıxıĢ edərək ruh 
özünün düĢüncəsini olaylara yönəltmiĢ və onların qanunlarını dərk edərək göy cisimlərinin hərəkətinin ən ümumi 
formasını müəyyənləĢdirmiĢdir, belə ki, bu qanundan çıxıĢ edərək hər bir yerdəyiĢməni dərk etmək olar. Ġnsan 
fəaliyyətinin sonsuz təzahürlərini idarə edən güclə də iĢ bu cürdür. Burada da insan ən ümuminin hökmranlığına inanır. 
Bütün bu misallardan biz əminliklə görürük ki, düĢüncə hər zaman davamlı, yaĢarı olanı, özündə müəyyən və xüsusi 
üzərində hökmran olanı axtarır. Bu ümumini dıĢ hisslərlə dərk etmək olmaz və o mühüm və həqiqi kimi qəbul olunur; 
belə ki, məsələn, hüquq və borc hərəkətlərdə mühüm olandır və hərəkətlərin həqiqiliyi hüquq və borc kimi ən ümumi 
təriflərə uyğunluğundan ibarətdir. 
  Beləliklə, ən ümumini müəyyənləĢdirərək biz tapırıq ki, o nə isə bir baĢqasına əksdir, o baĢqası isə açıq bilavasitəlik, 
dıĢ və təkcə, vasitələnmiĢə, iç və ən ümumi olana əks olandır. Bu ən ümumi dıĢ halda mövcud deyil; cins olduğu kimi 


qavranıla bilməz, göy cismlərinin hərəkət qanunları göydə həkk olunmamıĢdır. Deməli, ən ümumi yaxıd ümumi 
eĢidilməz, görünməzdir, o yalnız ruh üçün mövcuddur. Din bizi bütün baĢqa Ģeyləri əhatə edən ən ümumiyə, hər Ģeyi 
yaradan mütləqə gətirib çıxarır və bu mütləq dıĢ hisslər üçün deyil, yalnız ruh, fikir üçündür. 
   
§ 22 
  v) DüĢüncə sayəsində hər hansı bir Ģey öz məzmununun ilkin duyğudakı, seyrdəki və təsəvvüründəki xarakterində 
dəyiĢikliyə məruz qalır; predmetin həqiqi təbiəti yalnız müəyyən bir dəyiĢikliklə dərk edilir. 
  Əlavə.DüĢüncədə alınan hər bir Ģey təfəkkürümüzün məhsullarıdır. Belə ki, məsələn, Solon afinalılara öz təfəkkürünün 
yaratdığı qanunları verdi. Lakin digər tərəfdən, biz ən ümumiyə, qanunlara hansısa subyektiv olana əks olan kimi 
baxırıq və subyektiv olanda mühüm, həqiqi və obyektiv olanı dərk edirik. ġeylərdəki həqiqətin nə olduğunu bilmək 
üçün təkcə diqqət yetərli deyil – bunun üçün bizim bilavasitə mövcud olanı dəyiĢdirici, subyektiv fəaliyətimiz zəruridir. 
Bu, ilk baxıĢda idrakda qarĢımıza qoyduğumuz məqsədə tamam zidd görünür. Lakin demək olar ki, bütün epoxalarda 
insanlar əmin olublar ki, bilavasitə verilənin (hissi olanın – A. T.) yalnız düĢüncə vasitəsilə dəyiĢdirilməsi vasitəsilə 
substansiyanın dərkinə nail olmaq olar. Yalnız ən yeni dövrdə buna Ģübhə etməyə baĢladılar və təfəkkürümüzün 
məhsulu ilə Ģeylərin özlüyündə nə olduğunu kəskin fərqləndirməyə baĢladılar. Ġndi təsdiq etməyə baĢlayıblar ki, Ģeylər 
öz varlıqlarında bizim onlardan hasil etdiyimizdən tamamilə baĢqa bir Ģeydir. Bu ikiləĢmə baxıĢını fikirlə Ģey, predmet 
arasında uyğunluq olduğuna Ģübhə etməyən bütün keçmiĢ nəsillərin fikrinə qarĢı özəlliklə tənqidi fəlsəfə irəli 
sürmüĢdür. Yeni fəlsəfənin marağı bu qarĢıqoyma ətrafındadır. Ancaq insanın təbii inamı deyir ki, bu qarĢıqoyma 
düzgün deyil. Adi həyatda biz xüsusi refleksiyaya ehtiyac duymadan, həqiqətin alınması üçün xüsusi qayğı göstərmədən 
düĢünürük. Adi həyatda biz qəti əminliklə düĢünürük ki, fikir predmetlə uzlaĢır, bu zaman biz özümüzə bu barədə 
hesabat vermirik və bu əminliyin çox böyük önəmi vardır. Ġdrakımızın yalnız subyektiv idrak olduğunu təsdiq edən və 
bizim heç bir baĢqa idraka nail ola bilməməyimiz kimi ümidsizlik bizim zamanın xəstəliyidir. Ancaq həqiqət 
obyektivdir və o bütün insanların əqidəsi üçün rəhbər, aparıcı qayda olmalıdır, belə ki, ayrıca bir insanın bu qaydaya 
uyğun gəlməyən inamı pisdir. Ən yeni baxıĢa görə isə, əksinə, əqidə əqidəliliyin yalnız bir formasıdır, inamın 
məzmunundan asılı olmayaraq artıq yaxĢıdır, çünki onun həqiqilik ölçüsü yoxdur. Əgər biz öncə dedik ki, əzəldən ruhun 
təyinatının həqiqətin dərkindən ibarət olduğuna əzəldən inanıblar, bu o deməkdir ki, predmetlər, dıĢ və iç təbiət, 
ümumiyyətlə, obyekt düĢünüldüyü kimidir, deməli, təfəkkür predmetin həqiqətidir. Fəlsəfənin vəzifəsidir ki, əzəldən 
insanların təfəkkürə aid olanları düzgün qəbul etdiklərini aydın dərk etsin. 
  Beləliklə, fəlsəfə yeni heç nə müəyyənləĢdirmir; burada refleksiyamızın yardımı ilə əldə etdiyimiz sonuc hər bir 
insanın bilavasitə inandığı Ģeydir. 
   
§ 23 
  q) Belə ki, düĢüncədə Ģeylərin həqiqi təbiəti bu düĢüncənin mənim subyektiv fəaliyyətimdən ibarət olduğuna uyğun 
dərəcədə aĢkar edildiyindən Ģeyin həqiqi təbiəti eyni zamanda mənim ruhumun yaratdığı və məhz düĢünən subyekt kimi 
bu ruhun yaratdığı təbiətdir; o mənim yaratdığımdır, sadəcə özündə-mövcud "mən" kimi mənim sadə ümumiliyimdir və 
ya baĢqa sözlə mənim azadlığımın yaratdığı təbiətdir. 
  Qeyd. Tez-tez belə ifadə eĢidilir: müstəqil təfəkkür; guya bununla əhəmiyyətli bir Ģey ifadə edilir. Əslində isə heç kəs 
baĢqasının yerinə yeyə və içə bilmədiyi kimi, baĢqasının yerinə düĢünə də bilməz; odur ki, müstəqil təfəkkür ifadəsi 
pleonazmdır.24 Təfəkkürdə azadlıq bilavasitə mövcuddur, odur ki, təfəkkür ümuminin və ya ən ümuminin fəaliyyətidir, 
deməli, özünə abstrakt bir münasibət, subyektivlik tərəfdən təriflərdən məhrum özü-özündə varlıq, məzmun tərəfdən isə 
yalnız predmetə və onun təriflərinə yüklənmiĢ varlıqdır. Odur ki, əgər fəlsəfə barədə onun barıĢdırıcı (və ya cüzi) və 
təkəbbürlü olmasından danıĢırıqsa, təkəbbürlüyü isə öz subyektivliyinə xüsusi heç bir Ģey, xassə, iĢ aid etməməsindən 
ibarətdirsə, onda ən azı fəlsəfəni təkəbbürlülükdə günahlandırmaq olmaz, belə ki, təkəbbür yalnız ona görə həqiqidir ki, 
məzmunca o predmetə dərinləĢir, formasına görə isə subyektin xüsusi varlığı və fəaliyyəti olmayıb, yalnız ondan 


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə