vasitələnmədən, özünü aradan qaldırmadan, özünü özü ilə münasibətə, bilavasitəliyə gətirmədən ibarət olan varlıq və ya
bilavasitəlik mahiyyətdir.
Əlavə. Ölçü prosesi sonsuz proqresin keyfiyyətin kəmiyyətə və kəmiyyətin keyfiyyətə daimi keçidi formasında boĢ
axmaq sonsuzluğundan ibarət olmayıb həm də özünün baĢqasında özü özü ilə uyğunluqdan ibarət həqiqi sonsuzluqdur.
Keyfiyyət və kəmiyyət ölçüdə öncə baĢqa-baĢqa Ģeylər kimi bir-birinə qarĢı durur. Amma keyfiyyət özündə-kəmiyyət
və əksinə, kəmiyyət özündə-keyfiyyətdir. Onlar ölçü prosesində biri digərinə keçdiyindən bu təriflərdən hər biri öncə
özündə nə idisə,ona keçir, biz isə bu keçiddə öz təriflərilə inkara məruz qalan və ümumiyyətlə aradan qaldırılmıĢ varlıq
əldə edirik ki, bu, mahiyyətdir. Özündə-mahiyyət artıq ölçüdə var idi və mahiyyət prosesi yalnız ondan ibarətdir ki, o
özündə nə idisə, özünü o cür hesab edir. Adi Ģüur Ģeyləri varlıqlar kimi baĢa düĢür və onları keyfiyyət, kəmiyyət və ölçü
baxımından gözdən keçirir. Ancaq bu bilavasitə təriflər hərəkətsiz olmayıb sonradan bir-birinə keçir və mahiyyət isə
onların dialektikasının sonucudur. Mahiyyətdə daha keçid yoxdur, yalnız münasibət vardır. Münasibətin forması
varlıqda yalnız bizim refleksiyamızdır; mahiyyətdə münasibət isə onun öz tərifidir. Əgər (varlıq sferasında) nə isə bir
Ģey baĢqası olursa, onda bununla həmin Ģey itmiĢ olur; mahiyyət sferasında isə, belə deyil: burada biz, həqiqi baĢqası ilə
deyil, yalnız fərqlə, birinin baĢqasına (onun öz baĢqasına) münasibətilə qarĢılaĢırıq. Deməli, mahiyyətin baĢqasına
keçidi eyni zamanda keçid deyildir, çünki fərqlinin fərqliyə keçidilə fərqli yox olmur, ancaq fərqlilər öz
münasibətlərində qalırlar. Əgər biz varlıq və yoxluq deyiriksə, onda varlıq və yoxluq özü üçün götürülür. Müsbət və
mənfi ilə isə iĢ tamamil baĢqa cürdür. Bu sonuncuların həqiqətən varlıq və yoxluq tərifləri vardır. Amma özü üçün
götürülən müsbətin anlamı yoxdur, o hökmən mənfı ilə əlaqələndirilməlidir. Mənfi ilə də məsələ eynilə bu cürdür.
Varlıq sahəsində əlaqəlilik yalnız özündə olmaqdan ibarətdir; mahiyyətdə isə əlaqəlilik, bağlılıq öncədən
müəyyənləĢmiĢdir. Deməli, varlığın formaları və mahiyyət arasındakı fərq elə bundadır. Varlıqda hər Ģey bilavasitədir;
mahiyyətdə isə əksinə, hər Ģey nisbidir.
ĠKĠNCĠ BÖLÜM
MAHĠYYƏT HAQQINDA TƏLĠM
§ 112
Mahiyyət anlayıĢdır, öncədən müəyyənləĢmiĢ anlayıĢdır; mahiyyət sahəsində təriflər yalnız nisbidirlər, ancaq hələ
özündə özünü təhlil etməyən, düĢünməyən təriflərdir; odur ki, burada anlayıĢ hələ özü üçün anlayıĢ deyildir. Özünün
inkarı ilə özünü özü ilə vasitələndirən varlıq kimi mahiyyət özü özü ilə, özü və özünün baĢqası ilə münasibətdir; lakin
bu baĢqası bilavasitə mövcud olmayıb, öncədən müəyyənləĢmiĢ və vasitələnmiĢ baĢqasıdır. Varlıq mahiyyətdə yox
olmamıĢdır, ancaq mahiyyət bir tərəfdən özü özü ilə sadə münasibət kimi varlıqdır, digər tərəfdən varlıq özünün
birtərəfli tərifində bilavasitədir, yalnız mənfiliyə, görüntü səviyyəsinə endirilmiĢdir. Bununla da mahiyyət özündə özü
ilə görüntü kimi varlıqdır.
Qeyd. Mütləq mahiyyətdir. Bu tərif mütləq varlıqdır tərifinin eynidir, çünki varlıq eyni zamanda özü ilə sadə
münasibətdir; bununla belə onun bu tərifi yüksək tərifdir, ona görə ki, mahiyyət özündə özünə yüklənmiĢ varlıqdır,
baĢqa sözlə, mahiyyətin özünün özü ilə sadə münasibəti mənfiliyin inkarı kimi, özünü özündə özü ilə vasitələnmə kimi
öncədən müəyyənləĢmiĢ münasibətdir. Ancaq mütləqə mahiyyət kimi tərif verərkən mənfiliyi çox vaxt yalnız bütün
mənfi predikatlardan abstraksiyalaĢdırılmıĢ anlamda baĢa düĢürlər. O zaman bu mənfi hərəkət, abstraklaĢdırma
mahiyyətdən kənar bir Ģey olur və beləliklə də mahiyyət özünün bu Ģərtindən məhrum bir nəticə, abstraksiyanın caput
mortuumdan67 ibarət olur. Ancaq bu mənfilik varlıq üçün kənar, dıĢarı bir Ģey olmayıb, onun özünün dialektikası
olduğundan onun həqiqəti, mahiyyəti özü özünə dalmıĢ yaxud özü özündə əsl varlıq olacaq; mahiyyətin bilavasitə
varlıqdan fərqi refleksiyadan, onun özünün özünə görünməsindən ibarətdir və bu refleksiya mahiyyətin fərqləndirici
tərifidir.
Əlavə. Biz mahiyyət haqqında söz açanda onu bilavasitə varlıqdan fərqləndiririk və mahiyyətə münasibətdə
bilavasitəlik kimi varlığa boĢ görüntü kimi baxırıq. Amma bu görüntü sadəcə heçlik olmayıb aradan qalxmıĢ varlıqdır.
Mahiyyət baxıĢı refleksiya baxıĢıdır. Biz refleksiya deyimini ilk öncə iĢığa nisbətdə iĢlədirik, belə ki, iĢıq düzxətli
hərəkətdə güzgünün səthi ilə qarĢılaĢdıqda güzgü onu qaytarır, əks etdirir. Beləliklə, burada ikiləĢmiĢ bir Ģeylə: birincisi,
nə isə bir bilavasitə, varlıq, ikincisi isə yenə həmin Ģey, lakin vasitələnmiĢ yaxud müəyyənləĢmiĢ halında qarĢılaĢırıq.
Biz predmet haqqında düĢünərkən də bu ikiləĢmə baĢ verir, burada predmeti bilavasitə halında qəbul etmədiyimizdən
onu vasitələnmiĢ halda dərk etmək istəyirik. Fəlsəfənin də vəzifəsini yaxud məqsədini adətən Ģeylərin mahiyyətini dərk
etməkdə görürlər və bunu belə baĢa düĢürlər ki, fəlsəfə Ģeyləri bilavasitə halında saxlamamalı və göstərməlidir ki, onlar
vasitələnmiĢ və ya nə isə baĢqası ilə əsaslandırılmıĢdır. ġeylərin bilavasitə varlığı arxasında mahiyyətin gizləndiyi
örtüyü və ya qabığı təmsil edir. Sonra deyirlər: bütün Ģeylərin mahiyyəti vardır və bununla bildirirlər ki, Ģeylər
həqiqətən bilavasitə göründükləri kimi deyillər. Yalnız bir keyfiyyətdən digərinə, keyfiyyətdən kəmiyyətə və əksinə
keçilməsilə iĢ bitmir – Ģeylərdə baĢqa bir nə isə də vardır ki, bu nə isə mahiyyətdir. Mahiyyət kateqoriyasının baĢqa
mənalarına və iĢlədilməsinə gəlincə ilk öncə yada sala bilərik ki, alman dilində yardımçı feli zein (olmaq) iĢlədərkən
keçmiĢ zamanı göstərmək üçün Westen (mahiyyət) deyimindən, keçmiĢ varlığı göstərərkən gewesen (olmuĢdu)
sözündən istifadə edirik. Sözlərin bu cür yanlıĢ iĢlədilməsinin əsasında varlıq və mahiyyət arasındakı münasibətə
düzgün baxıĢ durur, çünki gerçəkdən də biz, mahiyyətə keçmiĢ varlıq kimi baxa bilərik, lakin onu da qeyd etməliyik ki,
elə bu cəhətdən keçmiĢ abstrakt inkara məruz qalmıĢ, aradan qalxmıĢ olur və deməli, həm də saxlanılır. Əgər biz deyirik
ki, Sezar Qalliyada ist geweson (olmuĢdur) bununla Sezar haqqında burada deyilənin yalnız bilavasitəliyi inkar edilir,
onun Qalliyada olması isə heç də tamamilə inkar edilmir, çünki ist gewesen (olmuĢdur) deyiminin məzmunu Sezarın
Qalliyada olmasının bilavasitəliyinin inkarından ibarətdir, ancaq bu məzmunu burada aradan qalxmıĢ halda ifadə edirik.
Gündəlik həyatda Wesen (mahiyyət) haqqında söz getdikdə bunu çox zaman yalnız biz bilirik və ya toplu kimi baĢa
düĢürlər. Biz, məsələn: Zeitungswesen (pressa), Postwesen (post), Cteuerwesen (vergi) deyirik və bu deyimlərdə onu
düĢünürük ki, bu Ģeylər ayrılıqda bilavasitə halda deyil, kompleks halda götürülməlidir; sonra, onlar müxtəlif
münasibətlərdə götürülməlidir. Sözlərin belə iĢlədilməsində olan hal burada Wesen (mahiyyət) deyimində bizim nəzərdə
tutduğumuzdan o qədər də fərqlənmir. Sonlu Wesen (varlıqlar) haqqında da danıĢılır və insanı sonlu Wesen (varlıq)
adlandırırlar. Lakin Wesen haqqındı söz getməsi onu göstərir ki, sonluluq hüdudundan kənara çıxılmıĢdır və demək,
insanın bu cür göstərilməsi dəqiq deyil. Sonra, əgər deyirlər ki, verilən uca mahiyyətdir, uca varlıqdır (ein höchstes
Wesen) və bununla allahı nəzərdə tuturlarsa, onda buraya iki qeyd əlavə edilməlidir. Birincisi, verilən, sonluluğu
bildirən deyimdir və buna uyğun olaraq deyirik ki, bu qədər, o qədər planetlər verilmiĢdir yaxud bu xassələrə malik
bitkilər verilmiĢdir. Beləliklə, o Ģey ki, verilmiĢdir, o baĢqalarından kənarda və onlarla birlikdə olan bir Ģeydir. Amma
sadə sonsuzluq kimi allahdan kənarda və onunla yanaĢı heç bir baĢqa mahiyyət ola bilməz. Allahdan kənarda verilənin
allahdan kənar heç bir önəmliliyi yoxdur və bu halında ona dayaqdan və mahiyyətdən məhrum boĢ görüntü kimi
baxılmalıdır. Ġkincisi, buradan o çıxır ki, yalnız uca varlıq kimi allah haqqında söz açmaq qətiyyən yetərli deyim üslubu
deyil. Burada iĢlədilən kəmiyyət kateqoriyası əslində özünə lazımi yerini yalnız sonlu sahəsində tapır. Biz, məsələn,
deyirik ki, bu – ən uca dağdır və bu zaman onu da ifadə etmiĢ oluruq ki, bu ən uca dağdan baĢqa digər uca dağlar da
vardır. Eləcə də bu anlamda kiminsə haqqında deyirik ki, o öz ölkəsində ən varlı və ən elmli adamdır. Lakin allah baĢqa
valıqlarla yanaĢı bir varlıq olmayıb və yalnız uca varlıq olmayıb tək mahiyyətdir; amma biz dərhəl qeyd etməliyik ki,
allahın bu anlayıĢı dini Ģüurun inkiĢafında önəmli və zəruri pillə olsa da allah haqqında xristianlıq təsəvvürünün bütün
dərinliyini əhatə etmir. Əgər biz allaha mahiyyət kimi baxırıqsa və bu baxıĢda dayanırıqsa, onda biz onu əkstəsir gücü
ilə qarĢılaĢmayan ən ümumi kimi və ya baĢqa sözlə, hökmran, ağa kimi baĢa düĢürük. Ancaq qorxu hökmran və
aqilliyin baĢlanğıcı olsa da hər halda aqilliyin yalnız baĢlanğıcıdır. Yəhudi dini, eləcə də Məhəmməd dini allahı
hökmran kimi və əslində yalnız hökmran kimi baĢa düĢürlər. Bu dinlərin yetərsizliyi ümumiyyətlə ondadır ki, burada
sonlu lazımınca qəbul olunmur; sonlunun (ya təbiət predmetləri kimi, ya da ruhun sonlu təzahürləri kimi) müstəqil
önəminin saxlanması bütpərəstliyin və deməli, həm də çoxallahlı dinlərin fərqləndirici özəlliyini təĢkil edir. Sonra, tez-
tez təsdiqlənirdi ki, uca varlıq kimi allah dərk oluna bilməz. Ümumiyyətlə bu çağdaĢ maarifçilik baxıĢıdır və daha qəti
deyilərsə, allah uca varlıqdır deməklə kifayətlənən və rahatlanan abstrakt idrak baxıĢıdır. Bunu deyib allaha uca o
dünyaya məxsus ( yəni dərk olunmaz) varlıq kimi baxdıqda dünyanın bilavasitəliyini, davamlı, müsbət bir Ģey olduğunu
təsdiq etmiĢ olurlar və unudurlar ki, mahiyyət elə bütün bilavasitəliliyin aradan qalxmasından ibarətdir. Abstrakt, o
dünyaya məxsus mahiyyət (dərk olunmaz mahiyyət) kimi allah əslində yalnız addır və yalnız abstraktlaĢdırıcı idrakın
Dostları ilə paylaş: |